Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1167
DünənDünən1348
Bu həftəBu həftə4862
Bu ayBu ay53558
Bu günə qədərBu günə qədər7480892

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Kiyevdə Ali Rada qarşısında toqquşma — Xəsarət alan var

Kiyevin mərkəzində, Ali Rada binası qarşısında etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma olub.

İnsident nəticəsində 13 polis əməkdaşı xəsarət alıb. Bu barədə Ukrayna DİN-in nümayəndəsi Artyom Şevçenko məlumat verib.

"9 polis əməkdaşı xəsarət alıb. 9 nəfər saxlanılıb. Polislərdən eşitdiyim məlumata görə, dinc aksiya keçirən şəxslər təkər yandırmaq istəyiblər. Bundan sonra təxribatlar başlayıb", - deyə Şevçenko bildirib.

Şevçenko qeyd edib ki, toqquşmalarda onlarla insan iştirak edib. O, Rada binası qarşısında baş verənləri təxribat adlandırıb.

Britaniyada quzu özünü it sayır

Britaniyada qəribə hadisə baş verib.

Elison və Adam Voqan cütlüyü yeni evə köçüblər və ey heyvanı saxlamaq qərarına gəliblər. Voqanların artıq Cessa adlı labradorları var idi. Ailə Marli adlı quzunu həyətə gətirib. Tezliklə Marli özünü it kimi aparmağa başlayıb. Quzu gecə tövlədə yatmaqdan imtina edir və Cesslə eyni qabdan yemək yeyir.

Marli ailə tərəfindən evə gətiriləndə infeksiya tutub. Bu səbəbdən quzunu evdə daş sobanın qarşısında, Cessin yanında saxlayıblar. Marli labradorla dostlaşıb və onun vərdişlərini götürüb. İt və quzu hər şeyi birlikdə edir və gəzintiyə çıxırlar. Marli böyüyəndə onu evdən tövləyə aparmaq istəyiblər. Amma quzu buna qəti etiraz edib. Ot çeynəmək və tək qalmaq onun xoşuna gəlməyib.

 

Voqanlar Mişka adlı dişi qoyun alaraq problemi həll etməyə çalışırlar.

Britaniyada partlayış: Ölənlər var

Britaniya polisi fevralın 25-də, axşam saatlarında İngiltərənin Lester şəhərində yerləşən kiçik ərzaq mağazasında baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyib.

"Lesterdə gecə baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyirik", – deyə bəyanatda deyilir.

Partlayış nəticəsində ikimərtəbəli bina tamamilə dağılıb. Binanın birinci mərtəbəsində mağaza fəaliyyət göstərib. Hadisə baş verən vaxt mağazada və ya yuxarı mərtəbədə yerləşən mənzillərdə nə qədər insanın olduğu barədə dəqiq məlumat yoxdur.

Lester polisi yerli yanğın mühafizə xidməti ilə birgə fakt üzrə araşdırma aparır.  Hüquq-mühafizə orqanları, insidentlə terror arasında hər hansı əlaqənin ortaya çıxmadığını açıqlayıb.

Bombalı toy hədiyyəsi — 2 nəfər öldü

Hindistanın Odişa əyalətində yeni evlənən bir cütlüyə göndərilən toy hədiyyəsi partlayıb.

18 fevralda evlənən Soumya Sekhar və Reema Sahu cütlüyünə dəhşətli "hədiyyə" göndərilib. İçərisində bomba olan hədiyyə qutusunun partlaması nəticəsində bəy Reeam Sahu və 85 yaşındakı nənəsi Jemamani Sahu ölüb, gəlin Soumya Sekhar isə ağır yaralanıb.

Polis hədiyyə paketinin kimin tərəfindən göndərilməsini araşdırır.

 

ABŞ-da fırtına — 2 nəfər ölüb, 12 ev dağılıb

ABŞ-ın Kentukki ştatında güclü fırtına iki nəfərin ölməsinə səbəb olub.

Ölənlərdən biri pis hava şəraiti nəticəsində körpüdən suya düşən avtomobilin sürücüsü olub. Daha bir nəfər isə tornado nəticəsində çökmüş evdə ölüb.

Ölkənin bəzi yerlərində fırtınalı hava tornado ilə müşayiət edilib. Azı 12 evə ziyan dəyib, 30 nəfər hava şəraiti səbəbindən evini tərk etməli olub.

Türkiyə ordusunun Afrində növbəti uğuru

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində daha beş yaşayış məntəqəsini terrorçulardan təmizlənib.

 Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Söhbət Afrinin şimal-qərbində yerləşən Şeyx Məhəmmədli, Dudu, Semalık, Vəlikli və Kavanda yaşayış məntəqələrindən gedir. 

"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2018-ə çatıb.

Yəməndə terrorçu-kamikadzelər silsilə partlayışlar törədib

Yəmənin Ədən şəhərində terrorçu- kamikadzelər tərəfindən iki avtomobil partladılıb. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, terakt nəticəsində onlarla insan yaralanıb.

Məlumata görə, antiterror qüvvələrin şəhər ərazisində yerləşən düşərgəsi terrorçuların hədəfi olub.  

Somalidə iki partlayış nəticəsində 38 nəfər ölüb

Somalinin paytaxtı Moqadişo şəhərində törədilən iki partlayış nəticəsində 38 nəfər ölüb, 20 nəfər yaralanıb.  

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, mina quraşdırılmış iki avtomobil insanların  sıx cəmləşdiyi ərazidə partladılıb. Məlumata görə, avtomobillərdən biri prezident sarayı yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlardan sonra hadisə yerində atəş səsləri eşidilib.

 

"Əş Şəbab" qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Somalinin paytaxtında iki partlayış baş verib, ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində 18 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdən bildirilib.

 

Məlumata əsasən, indiyədək 18 nəfər öldüyü, 20 nəfərin yaralandığı təsdiqlənib.

Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib

Fevralın 22-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri" mövzusunda altıncı simpozium keçirilib.

Azərbaycanın AFR-dəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, simpozium səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə keçirilib.

           

Tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il öncə baş vermiş Xocalı şəhəri və onun ətrafında azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirib. Şleyer öz çıxışı çərçivəsində həm də Almaniya-Azərbaycan münasibətlərinin aktual durumuna nəzər salmış və carı ilin fevralında Alman iqtisadiyyatının Şərq komitəsinin xətti ilə alman iş adamlarının Azərbaycana baş tutmuş səfərini simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və Xocalı  soyqırımının mahiyyəti, həmçinin bu münaqişənin mümkün həlli yolları haqda simpozium iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyəti layihələr nəticəsində  regional gücə çevrildiyini, məhz bu layihələrin regional inkişafa və stabilliyə böyük töhfə verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin regionuna inkişafına böyük maneə olduğunu vurğulayıb.  Ramin Həsənov  həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Almaniyanın daha aktiv olacağına ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, Səfir Andreas Peşke öz çıxışında Xocalı faciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu, regional əməkdaşlığın Qafqaz regionunda sülh və əmin-amanlığın bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib olduğunu vurğulayıb. Peşke həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, elm və təhsil sahələrində ölkələrarası əməkdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin dekabr ayında  Bakıda Goethe-İnsitutunun təntənəli açılışının olduğunu bildirib. Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini demiş, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı adlandırıb.

Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən müzakirələr formasında davam edib.

Bu dili sadəcə 3 nəfər danışa bilir - Çünki...

Pakistanın şimalında dağlar arasındakı dərələrdə gizlənmiş kəndin sakinləri Bandeşi dilində danışıblar.

Dalga tv Sonxerber.az-a istinadən xəbər verir ki, zaman keçdikcə kəndə yeni insanlar gəlib və onlar başqa dillərdə danışmağa başlayıblar.
Demək olar ki, yox olmaq üzrə olan bu dili sadəcə 3 nəfər danışa bilir.

İndoneziyada uşaq yumurtladı — Bütün dünya şokda + FOTO

İndoneziyada yaşayan 14 yaşındakı uşaq iki ildir, yumurtladığını iddia edib. Uşağın atası isə oğlunun yumurtalarının ağının olmadığını deyir

İndoneziyada Akmal adlı bir uşaq həkimlərin önündə yumurtlayıb. Atası ilə birlikdə məhz bu səbəbdən xəstəxanaya gedən uşaq son 2 ildə 20 dəfə yumurtladığını deyib.

Uşaq hər dəfə halı pisləşəndə həkimə gedirmiş və həkimlərin yanında da 2 dəfə yumurtlayırmış. Həkimlər isə bunun tibbi cəhətdən mümkünsüz olduğunu, yumurtaların uşağın bağırsağına qəsdlə qoyulduğunu bildiriblər.

 

Lakin uşağın atası bu iddiaların doğru olmadığını deyib. Yerli mətbuat da Akmal və atasını dəstəklədikdən sonra, həkimlər məsələnin araşdırılacağını bildiriblər.

 

Saytda Axtarış

Son xəbərlər