Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün39
DünənDünən1348
Bu həftəBu həftə3734
Bu ayBu ay52430
Bu günə qədərBu günə qədər7479764

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Yerevanda Serj Sarkisyana qarşı kütləvi aksiya keçirilir

Yerevanın Azadlıq meydanında  Ermənistanın  keçmiş prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması planına qarşı kütləvi etiraz aksiyası keçirilir.

Bu barədə "news.am" məlumat yayıb.

Aksiyanı "Vətəndaş müqaviləsi" müxalifət partiyasının lideri Nikola Paşinyanın tərəfdarları təşkil edib.

Partiya üzvləri martın 31-dən etibarən Ermənistanın bir çox şəhərlərində yürüşlər və etiraz aksiyaları keçirir. 

Partiya fəalları aprelin 17-də Ermənistan parlamentinin binasını mühasirəyə alacaqlarını və baş nazirin seçilməsi ilə bağlı səsverməyə əngəl olacaqlarını xəbərdar edib.

Tramp: Hazır ol, Rusiya, raketlərimiz gəlir!

ABŞ prezidenti Donald Tramp Suriyaya hərbi müdaxilələrlə əlaqədar açıqlama ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, o "Twitter" hesabında  yazıb:

"Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış. Hazır ol, Rusiya, çünki raketlərimiz gəlir".

Tramp "tweet"ində Suriyadakı kimyəvi silahla həyata keçirilmiş qətliama da toxunub və Rusiyaya müraciət edib:

"İnsanları qazla öldürən və bundan zövq alan bir heyvanla tərəfdaş olmamalı idiniz".

Əlcəzairdə təyyarə qəzası: 257 ölü

Əlcəzair Müdafiə Nazirliyinə məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb.

Ölənlərdən çoxu hərbi qulluqçulardır.

Qəza yerinə nazir müavini, ordu generalı Əhməd Qayd Salah da gəlib.

İran İsraili təhdid etdi

İsrailin Suriyanın Humus vilayətindəki aviabazaya raket zərbələri endirməsi cavabsız qalmayacaq.

Bunu İranın dini lideri Əli Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayəti İsrailin Suriyada yerləşən T-4 hərbi hava bazasına hücumla bağlı danışarkən deyib.

Xatırladaq ki, İsrailin hərbi təyyarələri Humusda rejimə aid T-4 hava bazasına hücum təşkil etmişdi. İran mətbuatı hücumda üç iranlı polisin öldüyünü açıqlamışdı.

İran XİN sözçüsü Bəhram Qasımi nazirliyin saytında yayımlanan açıqlamasında ölkəsinin İsrailin Suriyaya hücumunu qınadığını bəyan etmişdi.

T-4 hava bazası rejimin xüsusən son dövrlər Şərqi Qutadakı kimyəvi silahlı hücumları həyata keçirən təyyarələrin qalxdığı hərbi baza olaraq tanınır. Bazada İran hərbi qüvvələri də var.

Suriyada aviabazaya hücum: 15 ölü

İsrailin səhər saatlarında Suriyanın Homs vilayətindəki hava bazasına endirdiyi raket zərbələri nəticəsində üç iranlı həlak olub.

Bu barədə "FARS" agentliyi məlumat yayıb.Agentliyin məlumatına görə, ölənlərdən ikisi Təbriz, biri Əhvaz şəhərindən olub.

Xatırladaq ki, bazar ertəsi İsrail hərbi hava qüvvələri sübh çağında Suriyanın Tifor aviabazasına zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər iki “F-15” qırıcısından buraxılıb. Raketlərdən üçü hədəfinə çatıb, qalanları  havada zərərsizləşdirilib. 

Hücum zamanı rusiyalı hərbi müşavirlər arasında ölən və ya yaralıların olmadığı  bildirilir.

Türkiyədə universitetə silahlı hücum: Dörd ölü

Türkiyədə, Əskişəhər Osmanqazi Universitetində silahlı insident baş verib.

Əskişəhər Osmanqazi Universitetitinin təhsil fakültəsinə silahlı hücum olub.

Hücum nəticəsində dörd təhsil işçisi dünyasını dəyişib. 

Verilən məlumata görə, silahlı insidenti universitetin müəllimi törədib. 

Şübhəli şəxs yaxalanıb.

Dünyanı aclıq gözləyir – HESABAT

Dünyanın 51 ölkəsində 124 milyon nəfərə yaxın insan ərzaq təhlükəsizliyi problemi yaşayır.

Bu barədə BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization - FAO) Qlobal Ərzaq Böhranı hesabatında qeyd edilir.

Ərzaq defisiti, eləcə də, aclıq o qədər ciddi səviyyədədir ki, bu, yaşam üçün ciddi təhlükə yaradır. 

Vəziyyətin bu səviyyəyə çatması yeni və artan uzunmüddətli münaqişələrlə bağlıdır. Hansı ki, Konqo Demokratik Repsublikasında, Cənubi Sudanda, Yəməndə müşahidə edilir. 

Quraqlıq Şərqi və Cənubi Afrikada qida təhlükəsizliyi və qidalanma səviyyəsi aşağı olan ölkələrdə məhsul çatışmazlığına gətirib-çıxarıb.

Hesabatda qeyd edilir ki, 18 ölkədə hökm sürən münaqişələr ərzaq çatışmazlığının əsas səbəbidir. O da bildirilir ki, 18 ölkədən 15-i Afrikada və ya Yaxın Şərqdə yerləşir. 

Qarşıdurmalar 2018-ci ildə qida böhranının əsas səbəbi olaraq qalacaq. Bu, Əfqanıstana, Mərkəzi Afrika Respublikasına, Cənubi Sudan, Yəmən, Liviya, eləcə də, Saxelə təsir edəcək: 

"Aclıq və ərzaq çatışmazlığı bütün dünyada milyonlarla insanın həyatına təhlükə yaradır. Yoxsulluq, qida böhranlarına qarşı daha strateji addımlar atılmalıdır. Əgər biz aclığın yox olmasını istəyiriksə, münaqişələr və aclıq əlaqəsini araşdırmalıyıq". 

İsveçrə dağlarında qar uçqunu baş verib: Ölənlər var

İsveçrə dağlarında qar uçqunu baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Daha 2 nəfər isə yaralanıb. İlkin məlumatlara əsasən, qar uçqununa düşənlərin hamısı İspaniya vətəndaşıdır.

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 20 nəfəri ötüb

Bu gün İranda baş verən 5,3 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 20 nəfəri ötüb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kermanşah əyalətinin səhiyyə qurumunun təmsilçisi Maziar Təhmasebi bildirib.

Zəlzələ nəticəsində xəsarət alan 23 nəfərə ambulator yardım göstərilib.

İraqda pişiklər üçün mehmanxana açılıb

İraqın Bəsrə şəhərində pişiklər üçün mehmanxana açılıb.

Tələbə-baytar Əhməd Tahir öz evini pişiklər üçün konfortlu otelə çevirib.

Mehmanxanada bir gecə qalmaq haqqı 5 min dinar (təxminən 4,2 dollar) təşkil edir. Bunun müqabilində pişiklər yatmaq üçün xüsusi yer, tibbi nüayinə və qidalanma ilə təmin edilir.

Rusiyada yanğında itkin düşən üç nəfər sağ tapılıb

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğından sonra qohumlarının itkin düşdüyünü bildirdiyi üç nəfər sağ tapılıb. 

Bu barədə Rusiya Araşdırmalar Komitəsindən məlumat verilib.

Qeyd edək ki, "Qış albalısı" ticarət mərkəzində martın 25-də yanğın baş verib. Nəticədə 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır. 

İndiyə qədər 27 cəsədin kimliyi müəyyən edilib. 

Qaqarinin ölüm səbəbi bəlli oldu

Planetin ilk kosmonavtı Yuriy Qaqarin  təlim uçuşu yerinə yetirən zaman yerdən göndərilən yanlış məlumat ucbatından həlak olub.

Bunu TASS-a verdiyi açıqlamada qəza səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına daxil olmuş texniki elmlər doktoru Arseniy Mironov bildirib.

Mironovun sözlərinə görə, Qaqarin və təlimatçı Vladimir Seryoqinin "MiQ-15UTİ" göyərtəsində  uçuş həyata keçirdiyi zonanın yaxınlığında, pilot Andreyev eyni modeldən olan  təyyarə ilə hava manevləri yerinə yetirib

Mütəxəssis hesab edir ki, Qaqarinin olduğu "MiQ-15 UTİ" buludlar arasından anidən peyda olmuş təyyarə ilə toqquşmadan yayınmaq üçün manevr edib və  kritik vəziyyətə düşüb.

"Qaqarinin  saat 10:29:57-də göndərdiyi "20-ci zonada tapşırığı yerinə yetirdim. 320 dərəcədə uçuşu davam etdirmək üçün icazə istəyirəm” sorğuya, uçuş rəhbəri (və ya onun köməkçisi) dərhal "icazə verirəm" deyə cavab verib. Halbuki o, lokatorda iki təyyarənin bir-birinə təhlükəli məsafədə yaxınlaşmasına fikir verməyib.

"Əgər uçuş rəhbəri öz vəzifəsini yerinə yetirib, lokatora baxsaydı, "İcazə verirəm. Ancaq yüksəkliyi azaltmadan yerinə yetirin" cavabını verərdi.  Ancaq son bu iki kəlmə qarşı tərəfə çatdırılmayıb və nəticədə faciə baş verib.” – deyə Mironov bildirib.

Xatırladaq ki, Yuriy Qaqarin 27 mart 1968-ci ildə "MiQ-15UTİ" təyyarəsinin göyərtəsində təlim uçuşu həyata keçirən zaman təlimatçı Vladimir Seryoqinlə birgə həlak olub. Təyyarə qəzalı vəziyyətə düşdükdən sonra Vladimir vilayətinin Novoselovo kəndində yerə çırpılıb.  

 

Saytda Axtarış

Son xəbərlər