Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün117
DünənDünən634
Bu həftəBu həftə6553
Bu ayBu ay51252
Bu günə qədərBu günə qədər7421726

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Malidə terror hücumları nəticəsində 40 nəfər ölüb

Malidə silahlı dini radikalların tuareq tayfalarına iki hücumu nəticəsində 40 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə "Röyters"ə silahlı qarşıdurmanın baş verdiyi Menaka rayonunun qubernatoru Dauda Mayqa bildirib.  

Qubernatorun sözlərinə görə, hücumlar səhradakı uzaq kəndlərə törədilib.  

Ermənistanda müxalifətin mitinqi başa çatıb

Ermənistanın paytaxtında müxalifətin mitinqi başa çatıb.

Mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.

Paşinyan həmçinin, ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.

https://youtu.be/AjlbS6ZWXYA

Müxalifətçilər Yerevanda mərkəzi meydana girişi bağlayıb

Müxalifətçilər Yerevanda Respublika meydanına girişi bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşdırlıb.

Məlumatda bildirilir ki, nümayişçilərin əsasını tələbələr təşkil edir.

Meydana toplaşanlar Ermənistanın Respublika Partiyasının ünvanına şüarlar səsləndirir.

Yerevanda hökumət binası önündə toqquşmalar

Ermənistanda hökumət binasının 3-cü korpusu qarşısında etirazçılarla polislər arasında toqquşmalar baş verib. 

Etirazçılar hökumət binasını mühasirəyə almağa və işçilərin binaya girməsinə maneə törətməyə çalışıblar. Polis aksiya iştirakçılarını mühasirəyə almaqla ərazini təmizləmək istəyib. 

Bəzi etirazçılar həbs edildikdən sonra tərəflər arasında toqquşmalar yaşanıb. Toqquşmalara baxmayaraq, təhlükəsizlik işçiləri bəzi fəalları polis məntəqəsinə aparmağa müvəffəq olublar. 

Hadisə yerində İrəvan polis rəisinin müavini Valeri Osipyan da gəlib.

Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar

Yerevanda kütləvi yürüş keçirən müxalifət tərəfdarları mərkəzi Respublika meydanına toplaşıb.

Axşam saatlarında etirazçılar müxalifətdən olan deputat Nikol Paşinyanın başçılığı altında şəhərin mərkəzinə geri qayıdıb.

Etirazçılar bundan əvvəl meriya və XİN-nin binaları qarşısına toplanaraq, müxtəlif şüarlar səsləndirib və vətəndaşları hərəkata qoşulmağa çağırıb.  Axşam saatlarında aksiyaya qoşulan insanların sayı artıb.

Mitinqdə böyük insan izdihamının olması ilə əlaqədar, bir sıra mərkəzi küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Hələlik ərazidə nisbi sakitlik olsa da, çevik polis qüvvələri gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Hökumət evinin qarşında maneələrin quraşdırıldığı bildirilir.

İraqda azərbaycanlı qadınları edam edəcəklər

İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatına qoşulan üç azərbaycanlı qadın barəsində ölüm hökmü çıxarıb.

Bu barədə İraqın "Al-Sumaria" telekanalı İraqın Ali Məhkəmə Şurasının bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, bir fransız və iki rusiyalı qadın ömürlük həbs cəzasına, üç azərbaycanlı və bir qırğız qadın isə ölüm cəzasına məhkum edilib.

Yerevanı etiraz dalğası bürüyüb

Ermənistanın Vətəndaş Sazişi Partiyasının lideri, "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan paytaxt Yerevanda davam edən etiraz aksiyası zamanı xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

N.Paşinyan əlləri və üzündən xəsarət alıb.

Qeyd edək ki, hazırda Yerevanda Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir.

Polisin səs bombasından istifadə etməsi nəticəsində etiraz aksiyasında iştirak edənlərdən bəziləri yaralanıb. Ambulanslar yaralılara yetişə bilib və hazırda onlara ilkin tibbi yardım göstərilir.

 

Suriyada güclü partlayış: 20 nəfər ölüb

İranın Suriyanın Hələb şəhərinin cənubunda yerləşən təlim düşərgəsində güclü partlayış olub.

Hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 nəfər həlak olub.  

Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.

Partlayış baş verən ərazidə İsrail Hərbi Havva Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşlar etdiyi bildirilir. Partlayışın da məhz havadan endirilən zərbələr nəticəsində baş verdiyi ehtimal olunur.   

Digər məlumatlarda isə deyilir ki, partlayış silah anbarında olub.

Məlumat hələlik rəsmi təsdiqlənməyib.

Tramp: Missiya yerinə yetirildi

alt

ABŞ prezidenti Donald Tramp ötən gecə Suriyaya ABŞ, Britaniya və Fransa tərəfindən endirilmiş raket zərbələrini şərh edib.

Tramp "missiyanın yerinə yetirildiyini" bildirərək, London və Parisə göstərdikləri dəstəyə görə təşəkkür edib.

"Ötən gecə zərbələr mükəmməl şəkildə yerinə yetirildi. Göstərdikləri fədakarlığa və silahlı qüvvələrinin qüdrətinə görə Fransaya və Birləşmiş Krallığa təşəkkür edirəm. Bundan yaxşı nəticə ola bilməzdi. Missiya yerinə yetirildi!",- deyə Tramp "Twitter" hesabında yazıb.

Ağ Ev rəhbəri eyni zamanda ABŞ silahlı qüvvələri ilə qürur duyduğunu bildirib. Yaxın zamanda Birləşmiş Ştatlar ordusunun daha da güclənəcəyini vədd edib.

Türkiyədə xəstəxana yanır

Türkiyənin Bursa şəhərində yerləşən psixiatriya klinikasında güclü yanğın baş verib.

Bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Yanğın xəstəxananın yeməkxanasında meydana gəlib.

Hadisə yerinə çox sayda yanğınsöndürən və xilasedici göndərilib, yanğının lokallaşdırılması üçün əməliyyat keçirilir.

Klinika rəhbərliyi bütün pasiyentlərin təxliyə olunduğunu və heç kimin xəsarət almadığını bildirib.

https://youtu.be/HV3vbG7p0Cs

ABŞ Suriyanı niyə vurduğunu açıqladı

ABŞ Əsəd rejiminin Dumada kimyəvi silah istifadə etdiyinə "əmin" olduğunu açıqlayıb.

Ağ Ev sözçüsü Sara Sanders bildirib ki, keçən həftəsonu Dumada dinc əhaliyə qarşı təşkil edilən hücumun Əsəd rejimi tərəfindən həyata keçirildiyindən əmindirlər.

"Rusiyanın Suriyaya əngəl olmaması da problemin bir parçasıdır".

Ağ Evin hücumla bağlı yaydığı məlumatlar isə qısaca belədir:

"ABŞ Suriya rejiminin 7 aprel 2018-ci ildə Dumada onlarla uşaq, qadın və kişini öldürən, yüzlərlə insanın yaralanmasına səbəb olan hücumda kimyəvi silahdan istifadə edildiyindən əmindir.

Bu nəticəyə hücuma dair xəbərlər, qurbanlarda müşahidə olunan simptomlar, hücumdan sonra iki kimyəvi bombanın görüntüsü olan video və fotoşəkillər, Suriya əsgərləri arasında koordinasiyanı göstərən etibarlı məlumatlar sayəsində gəlinib.

Məlumatların çoxu Dumadakı bombardmanda rejimin xlor qazı istifadə etdiyini göstərdiyi halda, rejimin eyni zamanda sarin qazı istifadə etdiyini göstərən dəlillər var.

Bu, fərdi bir hadisə deyil. Suriya rejiminin kimyəvi silah proqramını sonlandırdığını elan etdikdən sonra da ondan istifadə etdiyini göstərən faktlar mövcuddur.

7 apreldə hadisə şahidləri Dumada spesifik Mi-8 helikopteri gördüklərini bildiriblər. Bu helikopter rejimin Dumayr hava bazasından qalxıb. Şahidlər bildirib ki, helikopter bir neçə bomba atıblar. Rejim ölkədəki müharibə müddətində bu taktikadan çox istifadə edib. Onlar fərq qoymadan, bütün dincə əhalinin məhvinə çalışırlar.

Dumaya atılan bombalar rejimin əvvəl atdıqları kimyəvi silahlarla eynidir. Xlorin tərkibli olduğu müəyyənləşdirilən kimyəvi maddənin koordinasiyasında Suriya ordusuna məxsus şəxslər yer alıb.

Həkimlər və sağlıq quruluşları hücumdan sonra kəskin xlor qazı qoxusu təsbit ediblər.

Rusiya Əsəd rejiminə səssiz qalmaqla bərabər, İngiltərədə sui-qəsd təşəbbüsündə kimyəvi maddədən istifadə edib, bununla göstərib ki, kimyəvi silahlarla bağlı tabuya hörməti yoxdur".

ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı

ABŞ Qərargah rəisləri birləşmiş komandanlığının sədri Cozef Danford bəyan edib ki, Suriyaya zərbələr başa çatıb.

O, bu barədə Pentaqon rəhbəri Ceyms Mettislə birgə mətbuat konfransında bildirib.

Danfordun sözlərinə görə, hədəflərdən biri tədqiqat mərkəzi, digəri kimyəvi silah anbarı olub. General bütün hədəflərin Dəməşqin "kimyəvi silah proqramı" ilə bağlı olduğunu qeyd edib.

Öz növbəsində Mettis bəyan edib ki, ABŞ Suriya ərazisinə yeni zərbələri planlaşdırmır. Pentaqon rəhbəri son atəşi "birdəfəlik hücum" adlandırıb.

Saytda Axtarış

Son xəbərlər