Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün37
DünənDünən1775
Bu həftəBu həftə5507
Bu ayBu ay54203
Bu günə qədərBu günə qədər7481537

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Sankt Peterburqda terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb.  

APA-nın xəbərinə görə, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə  hücumlar törətməyi  planlaşdırırmış.  

FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.

Dəməşq bombalanıb, onlarla uşaq ölüb

Suriyanın paytaxtı Dəməşqin şəhər kənarında hökumət qüvvələri üsyançıların nəzarətinə olan Şərqi Quta qəsəbəsini havadan və artilleriya silahlarından bombalamağa davam edir.

İnsan haqları fəalları Bəşər Əsəd rejimini yüzlərlə dinc sakinin ölümündə təqsirləndirir.

Rusiya Müdafiə Nazirliyi isə Dəməşqin yaşayış rayonlarının Şərqi Quta istiqamətindən atəşə tutulduğunu xəbər verir.

UNİCEF Qutada onlarla uşağın ölümü barədə xəbərə içi boş məktubla cavab verib. Baş verən dəhşətli mənzərəni təsvir etmək üçün təşkilat daha söz tapa bilmir.

Türkiyə Afrin istiqamətində irəliləyən qüvvələri məhv edəcək

Türkiyə Silahlı qüvvələrinə Afrin istiqamətində hərəkət edən istənilən qüvvəni məhv etmək göstərişi verilib.

Türkiyə Ordu Baş Qərargahı, Suriya Xalq Qüvvələrinə aid yaraqlıların Afrina daxil olmağa cəhd etməsindən sonra belə qərara gəlib.

Məlumata görə, Afrinin terrorçulardan təmizlənməsi ilə bağlı aparılan döyüş əməliyyatlarına ötən gün Türkiyə xüsusi təyinatlı jandarm və polis qüvvələri də səfərbər olunub.

Peruda avtobusun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb

Peruda avtobusun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin nəqliyyat nazirliyinin nümayəndəsi Paul Konça bildirib.

 

Onun sözlərinə görə, qəza nəticəsində 10 nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, fevralın 21-də Perunun Arekipa bölgəsində sərnişin avtobusu idarəetmədən çıxıb və 200 metrlik uçuruma düşüb.

Afrində daha bir kənd terrorçulardan təmizləndi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı nəticəsində daha bir kənd terrorçulardan təmizlənib.

 TSQ-nin "son dəqiqə" açıqlamasına görə, əməliyyatın 33-cü günündə Afrinin Uverkan kəndi PKK, PYD-YPG-li terrorçulardan geri alınıb.

Körpəsini itirən aslan antilop balası böyüdür

Nyu-Yorkun 53 yaşlı fotoqrafı Qordon Donovan Namibiyadakı Etoşa milli parkında antilop balası böyüdən aslanın fotosunu çəkib

 Fotoqraf yırtıcının antilopu parçalayacağını düşünsə də, bu baş verməyib.

Donovanın sözlərinə əsasən, aslanın balalarını şir qətlə yetirib. Sonra isə digər şiri qovub. Bir müddət körpəsiz qalan aslan kiçik antilop tutub. Aslan antilopu parçalamaq əvəzinə qayğısına qalıb.

"Təbiətdən nə gözləyəcəyini bilmirsən",-deyə fotoqraf əlavə edib. 

Tezliklə aslan antilopu digər yırtıcılardan da qoruyub. Fotoqraf iki saatdan artıq cütlüyü müşahidə edib.

YPG qüvvələri Türkiyə artilleriyasının zərbələrindən sonra Afrindən geri çəkilib

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG kürd silahlı dəstələri Afrindən geri çəkilib.  

 

APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri  Afrinin 10 kilometrliyində dayandırılıb.

Rəsmi Dəməşq YPG qüvvələrinin Afrinə doğru irəliləməsinə dair hələlik  heç açıqlama verməyib. 

Suriyada növbəti qətliam — 71 ölü, 325 yaralı var

Suriyada Bəşər Əsəd rejiminin blokadada saxladığı Şərqi Quta bölgəsinə son 24 saatda etdiyi hücumlarda, aralarında qadın və uşaqların da olduğu 71 nəfər ölüb, 325 nəfər yaralanıb.

Bu barədə Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təxminən 400 nəfər isə hücumlardan birbaşa zərər çəkib.

Hücum bu gün səhər saatlarından başlayıb və Duma, Haresta, Hammuriyə, Mərc, Sakba, Cisrin, Kəfər Batna, Ayn Terma və Şifoniyyə kimi mülki əhalinin yaşadığı əraziləri əhatə edib. 

 

Qeyd edəki, müxalif qüvvələrin nəzarətində olan Şərqi Qutada təxminən 400 min əhali yaşayır. Bura Astana razılaşmalarında "gərginliyi azaltma bölgəsi" elan edilib.

Meksikada güclü zəlzələ

Meksikanın cənubundakı Oaxaka ştatında 6 bal gücündə zəlzələ meydana gəlib.

Bu barədə məlumatı Meksikanın milli seysmologiya xidməti verib.
Seysmoloqların xəbərinə əsasən, yeraltı təkanların mərkəzi Pinotepa-Nasional şəhərindən 40 km şərqdə qeydə alınıb. Zəlzələ isə 10 km dərinlikdə baş verib. 
Hələlik dağıntılar və tələfat barədə məlumat yoxdur.

İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb

İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

APA-nın məlumatına görə, bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

Qəza zamanı sağ qalan olmayıb.

Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb

Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.

"Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb", deyə o bildirib.

Türkiyə ordusu Afrində 1595 terrorçunu məhv edib

Türkiyə ordusu "Zeytun budağı" əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1595 terrorçunu zərərsizləşdirib.

 Bu barədə Türkiyə Ordu Baş Qərargahı bəyanat yayıb.

Son bir gün ərzində Suriyanın şimal-qərbində 44 yaraqlı məhv edilib.

Suriyanın Afrin rayonunun PYD/PKK terrorçularından təmizlənməsi ilə bağlı "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlanılıb.

Saytda Axtarış

Son xəbərlər