Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1475
DünənDünən1348
Bu həftəBu həftə5170
Bu ayBu ay53866
Bu günə qədərBu günə qədər7481200

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Rusiyadakı yanğında ölənlərin sayı 78-ə çata bilər

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 78-ə çata bilər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, vilayətin bölgənin birinci vitse-qubernatoru Vladimir Çernov deyib ki, hakimiyyət orqanları vətəndaşların təşəbbüs qrupundan bu barədə daxil olmuş məlumat üzərində işləyirlər.

Təşəbbüs qrupu itkin düşənlər barədə topladığı məlumatlar əsasında ölənlərin sayının 78 nəfər ola biləcəyini açıqlayıb. "Biz hazırda məlumatları tutuşdururuq, itkin düşənlər barədə məlumat vermiş həmin adamları axtarırıq, çünki bir çox məlumat sosial şəbəkələrdən götürülür. Mənə elə gəlir ki, kimsə anlaşılmaz oyun aparır. Lakin bu, çox ciddi məsələdir", - deyə V. Çernov söyləyib. O qeyd edib ki, yalan məlumat yayanlar qanun çərçivəsində cəzalandırılacaqlar. 
 
Qeyd edək ki, rəsmi orqanlar martın 25-də baş verən yanğın nəticəsində ölənlərin 64 nəfər olduğunu açıqlayıb. Onlardan 41-i uşaqdır. 

Türkiyə ordusu Tel-Rıfatı nəzarət altına aldı

TSQ (Türkiyə Silahlı Qüvvələri) və ASO (Azad Suriya Ordusu) Tel-Rıfatı tam nəzarət altına alıb.

Dalga tv Türkiyə mediasına istinadən xəbər verir ki, adıçəkilən bölgədəki terrorçuları zərərsizləşdirən Türkiyə ordusu və ASO əsgərləri saat 15:00 radələrində bölgəni nəzarət altına ala biliblər.

 

Rusiyada güclü yanğın: 64 ölü

Rusiyanın İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petronko, Kemerovo şəhərinin "Qış albalısı" TM-də baş vermiş yanğınla əlaqədar özəl mühafizə şirkəti əməkdaşının həbs olunduğunu bildirib

Məlumata görə, buna səbəb həmin şəxsin yanğın siqnalının daxil olmasından sonra,  həyəcan-xəbərdarlıq sistemini söndürməsidir.

"Hal-hazırda insidentlə əlaqədar beş nəfər saxlanılıb və dindirilib. Onların arasında binaya sahib olan şirkətin texniki direktoru, binanın icarədarı, yanğın həyəcan siqnalına cavabdeh olan təşkilatın əməkdaşı və rəhbəri var, həmçinin yanğın siqnalı daxil olduqdan sonra, həyəcan-xəbərdarlıq sistemini söndürmüş özəl mühafizə şirkətinin əməkdaşı var” deyə bəyanatda qeyd olunur.  

Soçiyə narıncı rəngdə qar yağıb

Rusiyanın Soçi şəhərində yerləşən xizək mərkəzlərinin birində çəkilən qar fotoları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Belə ki, paylaşılan fotolarda qarın narıncı rəngdə olduğu nəzərə çarpıb.

Eyni təbiət hadisəsi yalnız Rusiyada deyil, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldova kimi ölkələrdə da yaşanıb. Yağan qara çöl tozlarının səbəb olduğu açıqlanıb.

Ekspertlər hava kütlələrinin Saxara qumu ilə qarışdığını və buna görə də qarın narıncı rəngə boyandığını bildirib.

Səhra tozunun qar və ya yağış olaraq yerə düşməsi ilə yaranan bu görüntülərə beş ildən bir rast gəlindiyi deyilib.

Rusiyada ticarət mərkəzində ölənlərin sayı 53 nəfərə çatıb

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.

APA-nın "ria-novosti"-yə istinadən verdiyi xəbərə görə, 16 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.

Afrin terrorçulardan tamamilə təmizlənib

alt

Suriya ərazisində antiterror əməliyyatı həyata keçirən hərbi birləşmələr ölkənin Afrin bölgəsində bütün kəndləri nəzarət altına alıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, terrorçulardan təmizlənən ərazilərdə çoxlu sayda silah və sursat, o cümlədən qrad raketləri, tank əleyhinə minaatanlar və onların mərmiləri, helikopterə qarşı mərmiatan qurğular ələ keçirilib.

Çin televiziyasında zarafat və gülmək qadağan edilib

Çin hökuməti bədii sənət əsərlərində yumoristik çarxları və parodiyaları qadağan edib.

Qadağa istər televiziyaya, istərsə də bloggerlərə şamil edilib.

Məmurların fikrincə, bu cür hallar “əsas sosialist prinsipləri pozur” və ölkə rəhbəri Si Tsipinin nüfuzuna xələl gətirə bilər.

Dövlət Administrasiyası mətbuat xidmətinin sənədinə əsasən, ölkənin nəşriyyat, radio, kino və televiziyasında “klassik ədəbiyyat və bədii əsərləri təhrif edən, məzxərəyə salan və ya təhqir edən” video-çarxlar qadağan edilir.

Pekin analitiki U Szyanın fikrincə, yeni qadağalara məhəl qoymayan televiziya işçiləri dərhal işlərindən azad ediləcək, bloggerlər isə bloklanacaq.

Əfqanıstanda stadiona hücum: 15 ölü, 50 yaralı

Əfqanıstanın Ləşkərgah şəhərində meydana gələn partlayışda azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hadisə şəhər stadionunda, Novruz bayramı münasibətilə təşkil edilən yarışlar zamanı baş verib.

Terror stadionun giriş qapısında bomba yüklü maşının partladılması ilə törədilib.

Partlayışın gücü bütün şəhərdə hiss edilib.

PKK Sincardan çəkilir

Türkiyənin əməliyyat siqnalı verdiyi bölgələrdən PKK terrorçularının çəkildiyi bildirilir.

Həftənin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı Sincarda əməliyyat keçirəcəkləri barədə danışmışdı.

Terror təşkilatı Sincardakı bütün tərəfdarlarını geri çəkməyə başladığını açıqlayıb. Məlumata görə, geri çəkilmə bu gün səhər saatlarında başlayıb.

 

Fransada terror: Ölənlər var

Son məlumatlara görə, Trebe şəhərində supermarketə silahlı basqın etmiş terrorçu xüsusi təyinatlı dəstə tərəfindən zərərsizləşdirilib.

Bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Telekanal hadisənin təfərrüatlarını açıqlayıb.

Məlumata görə, terrorçu Trebe şəhərində silahlı hücum həyata keçirməzdən əvvəl, bir sürücünü qətlə yetirib və maşını qaçırıb.

"O ağ rəngli  "Opel" markalı avtomobilin sürücüsünün başından atəş açıb. Həmin maşında supermarketə yollanıb və daha iki nəfəri qətlə yetirib, bir qrup insanı girov saxlayıb" deyə məlumatda qeyd olunur.

Afrində partlayış: Türkiyəli əsgərlər şəhid oldu

Suriyanın Afrin bölgəsində antiterror reydləri zamanı əl qumbarası partlayıb.

Hadisə nəticəsində üç türkiyəli əsgər həlak olub, daha üçü isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu martın 18-də Afrinin terrorçulardan təmizləndiyini bəyan ediblər.

Kabildə Novruz şənliyi faciəyə çevrilib: 29 ölü

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 29 nəfər ölüb.

Partlayışda 52 nəfər də yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nusra Rəhimi bildirib ki, terror aktı Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü  Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.

Saytda Axtarış

Son xəbərlər