Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün154
DünənDünən859
Bu həftəBu həftə2501
Bu ayBu ay51197
Bu günə qədərBu günə qədər7478531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

ABŞ Suriya ordusunu bombalayıb: 48 hərbçi ölüb

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Əbu-Kamal bölgəsinə endirdiyi aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub.

Bu haqda AFP agentliyi öz "Twitter" hesabında məlumat yayıb.

 

Yaponiyada zəlzələ: ölənlər var

Honsü adasının cənub-qərbində 6,1 bal gücündə zəlzələ nəticəsində yaralanan insanların sayı 360 nəfərə çatıb.

Bu haqda NHK telekanalı məlumat yayıb.

İtki sayı əvvəlki kimi üç nəfər təşkil edir.

Əfqanıstanda partlayışda ölənlərin sayı artıb

alt

Şənbə günü Əfqanıstanın şərq əyaləti Nanqarharda kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, daha 65 insan yaralanıb.

Bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

Bundan əvvəl Ramazan bayramı günü törədilən partlayış zamanı 26 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı bildirilirdi.

İŞİD terror təşkilatı partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb: ölən var

Qazaxıstanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 1 yeniyetmə ölüb, daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qatar Astanadan Alma-Atı istiqamətində hərəkətdə olub.

https://baku.tv/embed/1822?

Fırtınadan sonra göydən dəniz canlıları yağıb

Çində fırtınadan sonra göydən osminoq yağıb.

Dalga tv-nin rus mətbuatına istinadla verdiyi xəbərə görə, ölkənin şərqində yerləşən Sindao səhərində tarixin ən qorxunc fırtınası yaşanıb.

Belə ki, hadisədən sonra bir müddət göydən osminoq və bir çox dəniz canlıları yağıb.

ABŞ-da atışma olub, 7 nəfər yaralanıb

Bu gün ABŞ-da atışma olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Los-Ancels Yanğın Xidməti məlumat yayıb.

Atışma Şimali Hollivudda baş verib. Atışma nəticəsində 7 nəfər yaralanıb.

Tunis sahillərində miqrantları aparan gəmi batıb — 37 nəfər ölüb

Dünən axşam saat 23.00 radələrində Aralıq dənizində, Tunis sahillərindən 16 mil uzaqlıqda miqrantların olduğu gəmi batıb.

Bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dərhal xilasedicilər hadisə yerinə göndərilib. Xilasedicilərin 37 miqrantın cəsədini çıxarıb, 68 nəfər xilas edilib. Xilas edilənlərin 60 nəfəri Tunis, 8 nəfəri digər Afrika ölkələrinin vətəndaşlarıdır.

 

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Everestdə sağ qalsa da, pilləkəndən yıxılaraq öldü

Şarlotta Foks Everestə ekspedisiya zamanı yeganə sağ qalan alpinist olsa da, pilləkəndən yıxılaraq ölüb.

Bu barədə "Sovetskiy sport" məlumat yayıb.

Evində yıxılan 61 yaşlı Foksu rəfiqələri aşkar edib. Hadisə yerinə gələn həkimlər idmançının öldüyünü bildiriblər. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.  

1996-cı ilin mayında Foks Everestə ekspedisiya edən alpinistlərdən biri olub. Komandada 8 nəfər olub. Onlardan yalnız Foks güclü tufandan sonra sağ qalmışdı.

Parisdə iğtişaşlar

Parisdə həmkarlar ittifaqlarının Makron hökumətinə qarşı keçirdiyi kütləvi etiraz aksiyasında iğtişaşlar yaşanıb.

Toqquşmalardan sonra polis yeddi fəalı saxlayıb.

Məlumata əsasən, aksiyanın gedişində üzləri maskalı və qara geyimdə olan gənclər ətrafdakı iaşə və ticarət obyektlərinin şüşələrini qırıb və polisi güc tətbiq etməyə vadar edib.

Asayış keşikçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.

Qeyd edək ki, Fransanın ən iri həmkarlar ittifaqları ölkədə iş yerlərinin ixtisarı, maaşların indeksləşdirilməsinin dondurulması və ali məktəblərə qəbulun məhdudlaşdırılmasına etiraz edir.

Aksiyaya həkimlər, müəllimlər, təqaüdçülər və tələbələr də dəstək olub.

Türkiyədə iki hərbçi şəhid oldu

Türkiyədə terrorçuların yola qoyduğu əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub.

Hadisə Ağrı vilayətində, Doğubəyazitdə baş verib.

Məlumata görə, partlayış zamanı 1 əsgər həlak olub, daha 1 əsgər isə yaralanıb.

Yaralı xəstəxanada dünyasını dəyişib.

İlin toyu – FOTO

Vindzor sarayında britaniyalı şahzadə Harri və amerikalı aktrisa Meqan Marklın toyu baş tutub.

Mərasimdə 2,6 min qonaq iştirak edib.

Onların arasında müğənni Elton Con, amerikalı aparıcı Opra Uinfri, tennis ustası Serena Uilyams, aktyor Corc Kluni, Viktoriya və Devid Bekhemlər, həmçinin kral ailəsinin üzvləri olub.

Mayın 19-u səhər saatlarında kraliça II Elizabet şahzadə Harriyə Sassek hersoqu titulunu verib. 

Aktrisa kino karyerasından imtina edəcək və Britaniya vətəndaşlığını alacaq.

Qeyd edək ki, şahzadə Harri Britaniya taxt-tacına növbədə beşincidir. Onun Marklla münasibətləri barədə 2016-cı ilin oktyabrında məlum olub.

Kubada matəm elan olunub

Kubanın Dövlət Şurası Havana yaxınlığında "Boeing 737" təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.

Təyyarədə beş uşaq da daxil olmaqla 110 sərnişin olub. 

Onlarda üçü sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Cubana de Aviacion" aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü "Boeing 737" təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. 

Saytda Axtarış

Son xəbərlər