Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün835
DünənDünən634
Bu həftəBu həftə7271
Bu ayBu ay51970
Bu günə qədərBu günə qədər7422444

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Krasnodarda partlayış: Yaralılar var

Rusiyanın Krasnodar şəhərində beş mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Rusiya FHN-nin Krasnodar şəhəri üzrə baş idarəsinin verdiyi məlumata  əsasən, Slavyanskiy küçəsində baş vermiş insident nəticəsində 7 nəfər yaralanıb. 

Hadisə yerinə gələn xilasedicilər binadan 30 nəfəri təxliyə edib.

Zərərçəkənlər arasında 9 və 12 yaşlarında olan uşaqlar da var. Onların orta və ağır dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildiirlir.

Partlayış nəticəsində binanın dörd və beşinci mərtəbələrinin divarları uçub.

Şəhərin FHN baş idarəsi partlayışın qaz sızması nəticəsində baş verdiyini təsdiqləyib.

https://youtu.be/EcC3Ca2zsJA

ABŞ-da silahlı şəxs özünü və girovları öldürüb

ABŞ-ın Kaliforniya ştatında veteranlar evində girov götürülən 3 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə yerli KTVU telekanalı xəbər verib.

İlkin məlumata əsasən, binaya hücum edən şəxs özünü və girovları öldürüb.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.   

Türkiyə Afrin əməliyyatının başa çatacağı vaxtı açıqlayıb

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib ki, Afrindəki hərbi əməliyyat maya qədər başa çatdırılacaq.

 Çavuşoğlu Vyanada jurnalistlərə açıqlamasında bildirib. 

Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Şimali İraqda PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat aparacaq:

"Türkiyə ordusunun eyni zamanda həm Afrində, həm də Şimali İraqda əməliyyatlar aparmaq imkanı var". 

ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Alabama ştatında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Birminqem şəhərində yerləşən məktəblərin birində qeydə alınıb.

Yaralanan şagirdlərdən biri xəstəxanaya aparılarkən keçinib, daha birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.

APA-nın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

 

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Çeçenistanda helikopter qəzası: Beş ölü

Çeçenistanda Mi-8 helikopteri qəzaya uğrayıb.

Dalga tv TASS-a istinadən xəbər verir ki, ilkin ehtimala əsasən, beş nəfər həlak olub.

Helikopterin Sərhəd Xidmətinə məxsus olduğu bildirilir.

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 80 nəfər ölüb

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ nəticəsində 80 nəfər ölüb. 
 

APA-nın "New Zealand" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə Qızıl Xaç təşkilatının yerli qurumunun rəhbəri Udaya Remi məlumat yayıb. 
 

O bildirib ki,zəlzələ nəticəsində 500-ə yaxın insan xəsarət alıb: "Ərazilərin uzaqlığı, yolların dağılması səbəbindən dəqiq informasiya almaq mümkün deyil. Ancaq düşünürəm ki, 143 min nəfər zəlzələnin təsirinə məruz qalıb, 17 min nəfər evlərindən didərgin düşüb".
 

Qeyd edək ki, fevralın 26-da 7,5 və martın 4-də eyni ərazidə 6 bal gücündə zəlzələ olub.

Polşada bina uçub, 3 nəfər ölüb, 21 nəfər yaralanıb

Bu gün Polşanın Poznan şəhərində qaz sızması nəticəsində dörd mərtəbəli yaşayış binasında partlayış olub, bina uçub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Polşa Dövlət Yanğın Xidməti binanın uçması nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığını açıqlayıb.

Yaralılardan 3-nün durumu ağırdır. Onların arasında uşaq da var.

Dağıntılar altında insanların qalması ehtimal ilə əlaqədar hazırda xilasetmə əməliyyatı aparılır.

ABŞ-da dəşhət — Tələbə valideynlərini güllələdi

ABŞ-ın Miçiqan universitetində dəhşətli qətl törədilib.19 yaşlı tələbə Ceyms Erik Devis universitet binasında silaha əl atıb. O, tətil günlərində onu evə aparmaq üçün yataqxanaya gələn valideynlərini qətlə yetirib.

Məlumata əsasən, Ceyms Erik hadisə yerindən qaçıb. Polis onu axtarır. Cinayətin motivləri araşdırılır. Devis 1 mart tarixində narkotik maddə aludəçisi kimi saxlanılaraq Maunt-Plezant şəhərindəki xəstəxanaya aparılıb. Növbəti gün o yataqxanaya qayıdıb.

Türk ordusu daha iki kəndi azad etdi

Türkiyə Silahlı Süvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin ən strateji  məntəqələrindən olan Raco bölgəsinə daxil olublar.

Raco və Cinderes bölgəsi Afrinin mərkəzinə daxil olmaq üçün ən mühüm mənqələrdəndir.

Qeyd olunur ki, həmin məntəqələrin ələ keçirilməsi, terrorçulardan təmizlənməsindən sonra Afrinin mərkəzinə doğru irəliləmək daha asan olacaq.

Hazırda Racoda şiddətli döyüşlər gedir.

Qeyd olunur ki, Raco ətrafında yerləşən iki kənd PKK, PYD, YPG və İŞİD-çi terrorçulardan təmizlənib.

Misirdə sərnişin qatarları toqquşdu — 19 ölü - YENİLƏNİB

Misirdə iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.

Sərnişin qatarı yük qatarı ilə toqquşub.

38 nəfər yaralı var. Onlardan bəzisinin vəziyyəti ağırdır. Səhiyyə nazirliyindən verilən açıqlamaya əsasən, ölənlərin sayının artacağı istisna edilmir.

Dünya əhalisinə xəbərdarlıq: şəkər qəbulu azaldılsın

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisini şəkər qəbulunu azaltmağa çağırıb.

Bu barədə BMT-nin Twitter səhifəsində  məlumat yayılıb.

ÜST ekspertləri hesab edir ki, normal çəki indeksi olan insan gün ərzində 6 çay qaşığından çox şəkər qəbul etməməlidir.

Səhiyyə ekspertlərinin təbirincə, "şəkər" şirin sayılmayan məhsulların belə tərkibində "gizlənir". Məsələn bir xörək qaşığı miqdarında ketçupun tərkibində bir çay qaşığı şəkər olur. Şirin qazlı su bankasında isə 10 çay qaşığı miqdarında şəkər yer alır.  

ÜST tövsiyələri təkcə şəkərə deyil, eyni zamanda bal, sirop, meyvə şirələri və konsentratlara şamil olunur.

Saytda Axtarış

Son xəbərlər