Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1182
DünənDünən859
Bu həftəBu həftə3529
Bu ayBu ay52225
Bu günə qədərBu günə qədər7479559

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər yaralanıb, vəziyyətləri ağırdır

Bu gün ABŞ-ın Merilend ştatında məktəbdə "Great Mills" məktəbindəki atışmada 3 nəfər ağır yaralanıb.

APA-nın məlumatına görə, bunu Sent Meri rayonunun Tim Kemeron NBC telekanalına açıqlamasında bildirib.

T. Kemeron deyib ki, xəsarət alanlardan biri atəş açan şəxsdir: "Atəş açan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O cümlədən bir qız və digər bir nəfər də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".

Rusiya MSK: Putin karyerası ərzində seçicilərindən rekord sayda səs alıb

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin kariyerası ərzində seçicilərindən rekord sayda səs alıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Seçki Kommisiyasının məlumatında bildirilib.

Seçki bülletenlərinin 93 faizinin hesablanmasından sonra Vladimir Putinə 49,9 milyon nəfər seçicinin səs verdiyi məlum olub. Belə ki, hazırki prezident Rusiyada prezident seçkilərində rekorda imza ataraq 76,51 faiz səs toplayıb. 

Qeyd edək ki, Vladimir Putin 2000-ci ildə 39,7 milyon (52,9 faiz), 2004-cü ildə 49,6 milyon (71,31), 2012-ci ildə isə 45,6 milyon (63,6 faiz) seçicinin səsini qazanıb.

Rusiyada prezident seçkiləri -MOSKVADAN REPORTAJ

Bu gün Rusiyada prezident seçkiləri keçirilir. 97 min 300-dən çox məntəqədə keçirilən seçkilərdə 109 milyona qədər seçicinin səs verməsi gözlənilir. Bakı vaxtı ilə 00:00 da Rusiyanın şərqində, Çukotka, Maqadan, Kamçatka və Saxalində başlayan seçkilər artıq yekunlaşıb, səslərin sayılmasına başlanılıb.  


APA-nın Moskva müxbiri paytaxtın bir neçə seçki məntəqəsində olub.

İlk olaraq müxbirimiz 3 saylı seçki məntəqəsində olub. Şəhərin mərkəzində, Hökumət Evinin yanında yerləşən bu seçki məntəqəsində fəallıq müşahidə olunub. Paytaxt sakinləri normal qaydada seçki hüquqlarından istifadə etdiklərini bildiriblər. Seçki məntəqəsində prezidentliyə namizədlərin təmsil olunduğu siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatlardan olan müşahidəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri olublar. 


3 saylı seçki məntəqəsinin sədri Vasiliy Fedetov saat 15:00-a qədər məntəqədə yüksək fəallığın müşahidə olunduğunu söyləyib. Onun sözlərinə görə, bu vaxta kimi 44 %-ə qədər seçici artıq seçki hüququndan istifadə edib. Bu şəhərin mərkəzində yerləşən seçki məntəqəsi üçün yüksək göstəricidir: "Bu onu göstərir ki, seçici fəallığı çox yüksəkdir”.

Müxbirimiz daha sonra mərkəzdən kənarda yerləşən, əhalinin sıx yaşadığı Severnoe Çertanovo rayonunda yerləşən 2027 və 2032 saylı seçki məntəqələrində olub. Bu məntəqələrdə də seçicilərin aktivliyi müşahidə edilib. Seçki məntəqəsində müşahidə aparan siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri seçici fəallığını yüksək qiymətləndiriblər.

Bu ilki seçkilər ötən ildə keçirilən seçkilərdən bir sıra yenilikləri ilə fərqlənib. Rusiyanın seçki qanunvericiliyinə edilən yeniliyə görə, seçicilər yaşayış yerlərinə görə deyil, həm də seçki vaxtı olduqları yerdə səsvermə hüququna malik ola biliblər. Yəni, işi ilə əlaqədar yaşadığı yerdə olmayan seçici faktiki olduğu yerdə səsvermə hüququndan istifadə edə bilib. Hətta ilk dəfə olaraq Moskvanın Kazan vağzalında seçki məntəqəsi açılıb. Səfər edən rusiyalı seçicilər yolüstü öz səsvermə hüququndan istifadə edə biliblər.



APA-nın müxbiri seçkilərdə iştirak edən Moskva sakinlərindən bir neçəsi ilə söhbət edib. Onlar seçicilər üçün normal şərait yaradıldığını, rahatlıqla konstitusion hüquqlarından istifadə etdiklərini söyləyiblər.

Rusiya Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Moskva vaxtı ilə 17:00-da Uzaq Şərqin və Sibirin 20 regionunda: Saxalin, İrkutsk, Maqadan, Tomsk, Kemerovsk, Amur, Novosibirsk vilayətləri, Kamçatka, Zabaykal, Primorsk, Krasnoyarsk, Xabarovsk və Altay diyarlarında, eləcə də Buryatiya, Yakutiya, Tuva, Xakasiya və Çukotkada, Yəhudi muxtar vilayətində seçkilərin artıq bitdiyini açıqlayıb. Həmin müddətə qədər ölkə üzrə seçici fəallığı 51,9 faiz olub. Rusiya MSK sədri Ella Panfilova bu göstəricinin 2012-ci ildə keçirilən seçki ilə müqayisədə yüksək olduğunu söyləyib.  


Seçkilər saat 20:00-da yekunlaşacaq. Daha sonra səslərin sayılmasına başlanacaq. 



Rusiya Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin və müxalif "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi Kseniya Sobçakın nümayəndələri regionlarda çoxlu sayda qayda pozuntularının, seçki qutularına birdəfəlik bülletenlərin atılması hallarını olduğunu bildirib, bununla bağlı Rusiya MSK-nı tədbir görməyə çağırıblar.



Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar. Birinci turda qələbə üçün səsvermədə iştirak edən seçicilərin 50 faizindən çoxunun səsini qazanmaq lazımdır. Əgər heç bir namizəd səslərin yarısından çoxunu toplaya bilməsə, birinci və ikinci yeri tutmuş namizədlər arasında ikinci tur təyin ediləcək. İkinci turda daha çox səs toplamış namizəd qalib elan olunacaq.

Hindistanda avtobus dərəyə aşıb, azı 14 nəfər ölüb

Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident Bihar ştatında baş verib.  

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.  

Afrin şəhəri PYD/YPG terrorçularından təmizlənib

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhəri nəzarətə götürülüb.

APA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Türkiyə ordusunun dəstəyi ilə Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb. 

Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub. "Doğan" agentliyi artıq şəhərin tam nəzarət altına aldındığı barədə məlumat yayıb. "İhlas" agentliyi isə şəhərin bir məhəlləsinin nəzarətə götürlüdyü barədə məlumat yayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. 

Rusiyada ata qızlarını öldürərək intihar edib

Rusiyanın Tümen vilayətində iki azyaşlı qızın ölümü ilə bağlı cinayət işi açılıb.

Cinayətdə intihar edən ata təqsirli bilinir.

Faciə martın 16-da baş verib. Evdə üzərində zorakılıq əlamətləri olan 2011-ci il təvəllüdlü iki qız və 1981-ci il təvəllüdlü atalarının cəsədi tapılıb. Hüquq-mühafizə orqanları qızları atanın öldürdüyünü təyin ediblər.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir. Müstəntiqlər araşdırma aparır.

Dünyanın ən bahalı konfeti təqdim olundu

Portuqaliyada keçirilən beynəlxalq şokolad festivalında dünyanın ən bahalı konfeti təqdim olunub.

Bu şirniyyat məhsulunun qiyməti nə az, nə çox, 7728 avro təşkil edir.

Konfetin hazırlanması prosesində zəfəran telləri, ağ trüfel, Madaqaskar vanili və məxfi inqrediyentdən istifadə olunub.  Konfetin 23 karatlı qızılla örtüldüyü bildirilir.  

Şirniyyatçı Daniel Qomeşin dediyinə görə, bu konfetlərin hazırlanmasına  bir ildən çox vaxt sərf olunub. Hələlik bahalı şirniyyat məhdud sayda – cəmi 1000 ədəd hazırlanıb.    

Hər bir konfet qutuya bənzər laklanmış qara taxtadan və xrustaldan hazırlanmış,  Swarovski daşları, mirvari və qızıl qravürası ilə bəzədilmiş bağlamada satılır.

Eksklüziv konfetlər artıq sifariş əsasında Birləşmiş Ərəb Əmirliyi, Anqola, Argentina və Rusiyaya göndərilib.

Filippində təyyarə evə çırpıldı: Ölənlər var

Filippində təyyarənin yaşayış evinə düşməsi nəticəsində azı 10 nəfər həlak olub.

Bu barədə "CNN Philippines" məlumat yayıb.

Məlumata görə, hadisə Bulakan əyalətində qeydə alınıb. Həlak olanlar evin sakinləri, pilot və təyyarənin sərnişinləridir.

Qəzaya uğramış "Piper PA-23 Apache" təyyarəsinin "Lite Air Express" hava yolları şirkətinə aid olduğu və Plaridel-Laoaq marşrutu ilə uçduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

Sankt-Peterburqda yaşayış binasında partlayış

Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselsk rayonunda çoxmərtəbəli binada partlayış baş verib.

 Rusiya FHN-dən verilən məlumata görə, bir mənzil tamamilə yanıb. Binada yaşayan 20 sakin evakuasiya olunaraq yaxınlıqdakı gimnaziyaya yerləşdirilib.

Yanğın nəticəsində 2 nəfər yanıq xəsarəti alıb, onlardan biri xəstəxanaya aparılıb.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Binanın 7, 8, 9-cu mərtəbələrinin beton panelləri də hadisə zamanı ziyan görüb.

https://youtu.be/K5-IAIiqhkE

Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb

Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 50-yə nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə "Reuters" ordu Nepalda hərbi nümayəndəyə istinadən yazıb. Hadisə zamanı 20-yə yaxın şəxsin xilas edildiyi bildirilir. 

Everestə hər adam çıxa bilməyəcək

Nepal hakimiyyəti Everest zirvəsinə çıxmaq istəyənlər üçün yaş həddi qoymağı qərarlaşdırır.

Bu, bir neçə gün əvvəl 86 yaşlı nepallı alpinistin zirvəni fəth edərkən ölümü ilə əlaqədardır.

Nepal Alpinistlər Assosiasiyası ölkə hökumətinə alpinistlərə 76 yaş həddinin qoyulmasını təklif edib.

Afrində daha 4 kənd azad edildi

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə silahlı qüvvələri “Azad Suriya Ordusu”na aid dəstələrlə birlikdə  Kafar Rum, Kurt Kulak, Zellaka və Kıfar Zeyt kəndlərini terrorçulardan azad edib.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Türkiyə baş ordu qərargahı Afrinin PYD/YPG/PKK/ İŞİD terrorçularından təmizlənməsi üçün döyüş əməliyyatlarının davam etdirildiyini bildirib.

Qərargahın açıqlamasına görə, "Zeytun budağı" əməliyyatı başlanandan bəri zərərsizləşdirilən terrorçuların sayı 3195 nəfər təşkil edir.

Saytda Axtarış

Son xəbərlər