Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1638
DünənDünən1348
Bu həftəBu həftə5333
Bu ayBu ay54029
Bu günə qədərBu günə qədər7481363

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Ərdoğan və Putin Fələstindəki son hadisələri müzakirə ediblər

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

"Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər", məlumatda deyilir.

 

Söhbət zamanı həmçinin Suriyadakı vəziyyət və iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani və Roma Papası Fransisk ilə Fələstindəki vəziyyəti müzakirə edib.

İsrail əsgərlərinin atəşi nəticəsində azı 37 fələstinli ölüb, 900-ü yaralanıb

Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 37-yə çatıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Yaralıların sayı 900-dən çoxdur. Ölənlər arasında uşaq da var.

Bu gün ABŞ-ın Qüds-Yerusəlim şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.

İsrail ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada İordan çayının qərb sahilinə yeridilib. 

Binəli Yıldırım Paşinyana cavab verdi

Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib ki, Ermənistan Türkiyəyə qarşı tutduğu mövqedən əl çəksə, ona qarşılıq verəcəklər.

Baş nazir namaz çıxışı jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

"Təbii ki, görək, Ermənistan öz tutumundan əl çəkəcəkmi?! Türkiyəyə qarşı ərazi iddialarından, yanlış mövqelərindən əl çəksələr, yeni bir səhifə açmaq istəsələr, buna qarşılıq verərik.

Biz heç kimlə, xüsusilə qonşularımızla düşmən olmaq istəmirik. Belə bir qənaət varsa, ölkəmizin mənafeyi çərçivəsində bunu dəyərləndirərik", – Binəli Yıldırım bildirib.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Türkiyə ilə heç bir ön şərt olmadan danışıqlara hazırdır.

Yerevan yenə qarışdı — Merin istefası tələb edilir

Ermənistanın paytaxtı Yerevan şəhərində etiraz aksiyaları yenidən start götürüb.

Administrasiya binası qarşısına toplaşanlar şəhər meri Taron Marqaryanın istefasını tələb edirlər.

Aksiya iştirakçıları Taronu vətəndaşlar qarşısında öhdəlikləri yerinə yetirməməkdə ittiham edirlər.

 

Hazırda aksiya iştirakçıları yolu bağlayıblar.

Əfqanıstanda məscid partladılıb: Ölənlərin sayı 17-yə çatdı

Əfqanıstanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 34 nəfər yaralanıb.

Bu barədə isə "TOLO News" agentliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə 10 nəfərin öldüyü bildirilirdi.

İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli yaralanıb

Mayın 4-də Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə  "The Times of Israel" xəbər verib.

Məlumata görə, 42 nəfər güllə yarası alıb, 20 nəfər rezin güllələrdən xəsarət alıb, yaralananların bir qismi gözyaşardıcı qaz və tüstüdən zərər çəkib.

Ümumilikdə Qəzza zolağının sərhədində etiraz aksiyalarına 7 minə yaxın fələstinli qatılıb.

Ən təhlükəli qan qrupu müəyyən edilib

Yapon alimləri belə bir qənaətə gəliblər ki, ağır xəsarətlər zamanı birinci qrupdan olan insanların ölüm riski digər qan qrupları ilə müqayisədə üç dəfə çoxdur.

Bununla bağlı məlumatlar "Critical Care"də dərc olunub. 

Mütəxəssislər sübut ediblər ki, yaralarının uzunmüddətli bərpa dövrünə görə xəsarət alan birinci qrup qanı olan şəxslərin ölüm ehtimalı 28 faizdir. Digər qruplarda isə bu rəqəm 11 faizə bərabərdir. 

Buna səbəb kimi alimlər bu qrupdan olan qanın laxtalanmasının səviyyəsinin zəif olmasını göstəriblər.

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Corciya ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "WCJB" telekanalı ABŞ Hərbi-Hava Qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.

Bundan əvvəl KİV-lərdə 2 nəfərin öldüyü bildirilirdi. İnsident Corciya ştatının Savanna şəhəri yaxınlığında qeydə alınıb.

 

İranda güclü zəlzələ: 105 nəfər xəsarət alıb

İranda baş vermiş zəlzələdə xəsarət alan insanların sayı 105 nəfərə çatıb.

Bu barədə yerli tibbi rəsmilər açıqlama verib.

Zərərçəkənlərdən 32-i ölkənin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağlayıb

Ermənistanda Nkol Paşinyanın tərəfdarları bu gün Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.

APA-nın "1in.am" saytına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb edirlər. "Bu gün bütün xalqın tələbi birdir: baş nazir bizim liderimiz Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır", - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib.  

İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirir. Yeniyetmələr yolda futbol və voleybol oynayır. Yollarda kabab çəkənlər də var.

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermə uğursuz nəticələnib. N. Paşinyan 53 səs tələb olunduğu halda, 45 səs toplayıb. Hakimiyyətdəki Respublika Partiyası müxalifətçiyə dəstək verməyib.    

Braziliyada yanan çoxmərtəbəli bina çöküb

Braziliyanın San-Paulu şəhərində yanğın zamanı çoxmərtəbəli bina çöküb.

Sənədlərə əsasən, uzun müddət istifadə olunmayan bina yerli polis idarəsinə məxsus olub.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir. Lakin binada evsiz insanların məskunlaşdığı ehtimal olunur.

 

Şimşək çaxması nəticəsində 13 nəfər ölüb, 25 yaralı var

Hindistanın şərqində ildırım 13 nəfəri vuraraq öldürüb.

Qərbi Benqaliya bölgəsinin müxtəlif rayonlarında çaxan güclü şimşək nəticəsində ən azı 13 nəfər həlak olub, 25 nəfərdən çox insan xəsarət alıb.

Xəsarət alanlardan 2 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, zərərçəkənlərin əksəriyyətini ildırım tarlada işləyərəkən vurub. Hadisə ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib və lazımi təhlükəsizlik tədbirləri görülüb.

Saytda Axtarış

Son xəbərlər