Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün295
DünənDünən722
Bu həftəBu həftə10016
Bu ayBu ay41559
Bu günə qədərBu günə qədər7529776

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Türkiyədə ağır yol qəzası: 10 ölü, 7 yaralı

Türkiyədə ağır yol qəzası baş verib.

Dalga tv-nin Oxu.az-a istinadla verdiyi xəbərə görə, hadisə ölkənin Suriya ilə sərhəddəki Hatay vilayətində, Altungözü qəsəbəsində qeydə alınıb. 

Belə ki, suriyalı köçkünləri daşıyan mikroavtobusun sürücüsü jandarmların "Saxla!" əmrinə məhəl qoymayaraq, sürəti artırmaqla nəqliyyat vasitəsini idarə edib. Lakin avtobus qarşıdan gələn yük maşını ilə toqquşub.

Almaniyada yaşayış binasında yanğın baş verib, ölənlər var

Almaniyada çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, hadisə Almaniyanın qərbindəki Saarbrüken şəhərində qeydə alınıb. Yanğın zamanı daha bir nəfər ciddi xəsarət alıb.  

Yanğın bu gün axşam saatlarında baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

Doğum zamanı öldü deyilən əkizlər qəbirdə dirildi

Hindistanda ailəsinə öldü deyə bir paket içərisində təqdim edilən əkiz körpələrdən birinin yaşadığı məlum olub.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, qəribə olay Yeni Delhi xəstəxanasında baş verib.

 

22 həftəlik əkiz yarımçıq körpələrdən biri doğum zamanı həyatını itirib. Qısa müddət sonra ikinci körpənin də öldüyünü açıqlayan xəstəxana, körpələrin cənazələrini ailəyə təslim edib. Xəstəxanadan ayrılan ailə əkizləri torpağa tapşırmağa hazırlaşarkən körpələrdən birinin hərəkət etdiyini görüb.

Polisə müraciət edən ailə həkimi məhkəməyə verib.

Somalidə terror aktı qurbanlarının sayı 500 nəfəri ötdü

Somalidə oktyabrın 14-də törədilən terror aktı nəticəsində ölən insanların sayı 512 nəfərə çatıb.

Dalga tv APA-ya istinadən verdiyi xəbərə, bundan əvvəl oktyabrın 20-də ölənlərin sayının 358 nəfər olduğu təsdiqlənmişdi. Partlayış nəticəsində yaralananların sayının 316 nəfər olduğu bildirilir. 

Qeyd edək ki, oktyabrın 14-də Moqadişoda otellərdən birinin qarşısında minalanmış yük maşını partladılıb.

Terror aktını törətməkdə “Əl Qaidə” ilə əlaqəli “Əş Şəbab” terror qruplaşması şübhəli bilinir.  

Bir binaya sığan şəhər

Alyaskanın Uittier şəhərində məskən salmış 220 sakin buradakı yeganə 14 mərtəbəli binada yaşayır.

Dalga tv Oxu.Az  saytına istinadla bildirir ki, ərazidəki hərbi hissənin əsgərləri üçün tikilmiş binada sonradan yerli limanda çalışan işçilər yaşamağa başlayıblar.

Maraqlıdır ki, məktəb, polis məntəqəsi, kilsə, xəstəxana, mağaza və kafe də həmin binada yerləşir.

Filippinlilərin kəşfi – Elektrik enerjisiz işləyən lampalar

Filippində kasıb təbəqə evlərini işıqlandırmaq üçün yeni vasitə yaradıblar.

Dalga tv Oxu.az a istinadən xəbər verir ki, yoxsullar evlərini aydınlatmaq üçün tavana plastik qablar birləşdirirlər.

İçərisinə su və ya yuyucu toz qarışıqlı maye tökülən qablar günəş işığını sındıraraq 55 Vatt gücündə işıq əmələ gətirir.

Bağdadda törədilən partlayış nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb.

Dalga tv apa-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" telekanalı İraqın Daxili işlər nazirliyinə istinadən xəbər verib.

Terrorçu-kamikadzelərin hücumu zamanı azı 30 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Şaxta Baba bu ölkədə qadağan olundu?

Şaxta Babaların Rusiyanın Novosibirsk şəhərində tədbirlərə dəvət edilməsinin qadağan edilməsi məsələsinə şəhər rəhbərliyi aydınlıq gətirib. Məlumata görə, şəhər rəhbərliyi bunun hər hansı bir başqa səbəblə deyil, məhz psixoloqların məsləhəti ilə olduğunu deyib. Belə ki, psixoloqlar Şaxta Babaların əsasən uşaq bağçalarında azyaşlıları qorxuda biməsini qeyd ediblər. Mütəxəssislər bayram şənliklərində yalnız Qar qızların olmasının məsləhətəuyğun olduğunu bildiriblər.

Qeyd edək ki, belə bir qadağa Rusiyanın Novosibirsk şəhəri ilə yanaşı Kirov, Samara və Kazan şəhərlərində də keçərlidir. 

İsraildə partlayış: Ölən və yaralananlar var

İsrailin Tel-Əviv şəhəri yaxınlığında inşaat materialları mağazasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Dalga tv-nin APA-nın məlumatına görə, bu barədə yerli televiziya xəbər verib.

Məlumata görə, xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini aşkar ediblər.

Bundan əvvəl hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri barədə hələlik məlumat verilmir.  Hadisə yerində xilasedici əməliyyat davam edir.

Türkiyədə mədən çökdü: Ölənlər var

Türkiyənin şimalındakı Zonquldak vilayətində kömür mədənində çökmə baş verib.

Dalga tv-nin Oxu.az-a istinadən məlumatına görə, hadisə nəticəsində iki mədənçi həlak olub.

Daha bir mədənçi xilas edilərək xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Qazaxıstanda mikroavtobus teplovozla toqquşdu: Ən azı 9 ölü

Qazaxıstanın Janaozen şəhərində “QAZel” markalı mikroavtobusun teplovozla toqquşması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Dalga tv-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prokurorluğun məlumatında bildirilir.

Qeyd edək ki, Tenge qəsəbəsi ərazisində dəmiryolu keçidində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Dünyanın ən eybəcər və bahalı yeməkləri – FOTO

Bir çox insanın üzünə baxmağa belə risk etmədiyi qidalar var ki, onlar dünyada ən bahalı "delikates" hesab edilir.

Dalga tv axsam.az-a istinadən həmin yeməkləri və şirniyyatları təqdim edir.

Yanmış qarğıdalı

Meksikalıların ən bahalı yeməklərindən biridir.

Basaşi - çiy at əti

Yaponlar üçün ən dadlı və bahalı yeyəcəkdir. 

Siokara

Yaponların bahalı şorbası

Maktak

Dondurulmuş akula dərisi və piyi

Yarasadan hazırlanan şorba

İnsan südündən hazırlanan dondurma

Bu dondurma Şahzadə Uilyam və Keyt Middltonun ikinci övladı dünyaya gələndə hazırlanıb.

 

 

Saytda Axtarış

Son xəbərlər