Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2937
DünənDünən2998
Bu həftəBu həftə2937
Bu ayBu ay97905
Bu günə qədərBu günə qədər8459536

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatdı

Vyetnamın şimalında subasma və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 34 nəfər itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Vyetnamın “VnExpress” qəzeti Fövqəladə hallar üzrə Milli Agentliyə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 10-da başlayan leysan yağışlar torpaq sürüşməsinə yol açıb, oktyabrın 11-də Xoabin əyalətində fövqəladə vəziyyət elan olunub. Leysan və torpaq sürüşməsi 200 evin uçmasına, 30 min evin su altında qalmasına yol açıb.

Somalidə partlayış qurbanlarının sayı 189 nəfərə çatıb

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, 200 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “ i24 News ” telekanalı Somali polisinə istinadən məlumat yayıb.

Bundan öncə partlayış nəticəsində 85 nəfərin öldüyü, 250 nəfərin yaralandığı  bildirilmişdi.

Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 31 nəfərə çatdı

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Dalga tv  xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Mətbuat bundan əvvəl 29 nəfərin öldüyünü xəbər vermişdi.

İstanbulda məktəblilərə atəş açıldı – Yaralananlar var

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.
 
Dalga tv Oxu.Az-a istinadan xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.
 
Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.
Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.

Türkiyədə neft emalı zavodunda partlayış oldu

Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub.

Dalga tv  "Haber 7"-yə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın baş verib. 

Hadisə nəticəsində iki nəfər ölüb. Hazırda ərazidə xilasedicilər və yanğınsöndürənlər çalışır.

Xatırladaq ki, 2016-cı ilin fevralında da bu zavodda güclü yanğın olmuşdu.

 

Kaliforniyada yanğın: 100-dən çox adam itkin düşüb

Kaliforniyada meşə yanğınları nəticəsində 100-dən çox adam xəsarət alıb, tüstüdən zəhərləndiyinə görə xeyli insana  tibbi yardım göstərilib. 

Bu barədə Oxu.Az "San Francisco Chronicle" qəzetinə istinadən xəbər verir.

"St. Joseph Health" xəstəxanasının nümayəndəsi Vanessa Deqienin sözlərinə görə, 12 yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı

Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi Suriyanın Hmeymim aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. İ,ki pilot ölüb.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

“Oktyabrın 10-da Su-24 bombardmançı təyyarəsi Hmeymim (Suriya) aerodromundan havaya qalxmağa çalışarkən, uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Təyyarənin heyəti katapult etməyə imkan tapmayıb və həlak olub”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyinin hadisə yerindən hesabatına əsasən, qəzaya təyyarənin texniki nasazlığı səbəb olub.

Nyu-Yorkda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

ABŞ polisi Nyu-Yorkda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Məlumata görə, əhalinin sıx olduğu və gediş-gəlişli ərazilərdə hücumlar planlaşdıran şəxslər ötən ilin yayında saxlanılsalar da, istintaq sirri olduğu üçün bu barədə məlumat verilməyib.

Saxlanılanların adları açıqlanıb. Bunlar 19 yaşlı Kanada vətəndaşı Əbdürrəhman əl-Bəhnəsavi, 19 yaşlı ABŞ vətəndaşı Təlha Xarun və 37 yaşlı Filippin vətəndaşı Rassel Salikdir. NBC-nin məlumatına əsasən, saxlanılanların hər üçünə ömürlük həbs cəzası verilə bilər.

Qırğız Respublikası baş nazirinin müavini yol-nəqliyyat hadisəsində ölüb

Qırğız Respublikası baş nazirinin müavini yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

APA-nın "azattyk"a istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Bişkek-Qara balta yolunda baş nazirin müavini Temir Cumakadırovun xidməti avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik maşınında olan T. Cumakadırov və daha iki nəfər aldığı xəsarətdən ölüb.

1979-cu il təvəllüdlü T. Cumakadırov bu il baş nazirin müavini təyin edilib. 

Uşaq evi yandırıldı: 6 uşaq diri-diri yandı

Braziliyada uşaq bağçasındakı yanğını törədənin kimliyi bəlli olub.
Bağçada mühafizəçi kimi çalışan 50 yaşlı Damiao Soares dos Santos qərəzli şəkildə bağçaya benzin tökərək yandırıb. Hadisə ilə bağlı şəhərdə 7 günlük matəm elan edilib.
Ölən uşaqların ailələrinə baş sağlığı verilib.

Rusiyada avtobus aşıb: 5 nəfər həlak olub

Rusiyanın Moskva vilayətində avtobus aşıb.

Oxu.Az-ın RF Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən verdiyi məlumatına əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Qeyd edilir ki, Ozyor şəhərindən Moskva istiqamətində hərəkət edən avtobusda 39 nəfər olub. 

Hazırda, hadisə yerində polis işləyir.
 
İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. 

Dəqiq səbəblər aydınlaşdırılır. 

Türkiyədə terror aktı törədildi

Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda törədilən terror aktı nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.

Dalga tv bu barədə CNN TÜRK-ə istinadən xəbər verir.

Terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarası atıb.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.

Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.

Saytda Axtarış

Son xəbərlər