Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2933
DünənDünən2998
Bu həftəBu həftə2933
Bu ayBu ay97901
Bu günə qədərBu günə qədər8459532

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Son yüz ilin ən soyuq qışı gəlir: ÖLKƏNİ fəlakət GÖZLƏYİR

Avropalı klimatoloq alimlər hamısı bir ağızdan Ukrayna və Rusiya, ümumiyyətlə, Avropada son 100 ilin ən soyuq qışının yaxınlaşdığını iddia edir.

Dalga tv big.az-a istinadən xəbər verir ki, buna sübut olaraq, İrlandiyanı göstərmək olar. Belə ki, bu həftə İrlandiyada tempratur gözlənilmədəm sıfıra düşüb. Halbuki, sentyabr ayı və həmin ölkə üçün belə bir tempratur olduqca qəribədir.

Xeyr, bu heç də qlobal istilənməyə görə deyil. Sadəcə olaraq, Yer kürəsi yeni klimat dövrünə daxil olur.

Görünür, yaxın illərdə yağışla müşayiət olunan yumşaq qışa həsrət qalacağıq. Noyabr ayından artıq buzlu-şaxtalı hava bizi gözləyir. Dekabrda isə termometrlərdə mənfi 5 dərəcədən də aşağını göstərəcək.

Avropada deyil, hətta Asiyada da qar yağıntısı yüksək olacaq. Həmçinin bizə bu qış günəşli havanı da görmək az qismət olacaq. Yeri gəlmişkən, belə hava ötən əsrin 50-ci illərində müşahidə olunub.

Bu iddanı israrla irəli sürən britaniyalı klimotoloq Ceyms Meddendir. O, artıq bütün avropalıları ilin ən son isti günlərinin dadını çıxarmağa çağırıb.

"Çünki oktyabrda artıq qış fəsli olacaq.Yağış, qar, bıçaq kimi kəsən külək, aşağı tempratur başımızın üzərini kəsəcək. Qalın geyimlərinizi artırın, həmçinin evinizi isitmək məqsədilə işinizi ehtiyatlı tutun. Bizi qarşıda uzun bir qış gözləyir", - deyə, ekspert bildirir.

 

Maraqlıdır, görəsən, əslində nə baş verir? Nəyə görə qış bu qədər sərt keçəcək?

Buna səbəb Sakit okeanda tempraturun qəfil yüksəlməsidir. Tempratur gözlənilmədən 1 dərəcə yüksəlib və Avropa üzərində arktik hava kütlələrinin yaranmasına gətirib çıxarıb.

Sadə dillə desək, yaxın bir neçə ay ərzində soyuq şimal küləyi bütün Avropa üzərində dominantlıq edəcək.

Ekoloqlar havanın temperaturunun azalmasını bildirsələr də, "buz dövrü" haqqında danışmağın hələ tez olduğunu bildirirlər.

Ordu hücuma keçdi, müharibə başlayır

İraq hökuməti Mosul və Telaferi İŞİD-dən alandan sonra Suriya sərhədini də terrorçulardan təmizləmək üçün hücuma keçdiyini elan edib.

İraq ordusu cənubdakı neftlə zəngin olan Akataş şəhərinə hücuma keçib. Döyüş təyyarələri mülki əhaliyə bölgədən çıxmaqla bağlı bildirişlər atır.

Hədəfdə sərhəddəki Əl Qaim şəhəri və Fərat çayının ətrafındakı bölgələr də var. Suriya ordusu da Deyr ez Zor əməliyyatını başa vuran kimi Əl Qaimə doğru irəliləyəcək.

Beynəlxalq media İraq ordusunun hücuma keçməsi ilə bağlı xəbəri "son dəqiqə" başlığı ilə yayımlayıb.

London metrosunda partlayışda 20 nəfər yaralanıb

London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.

  

APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.

Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.

Hadisənin terror olduğu ehtimal edilir.

 

Floridada qocalar evində qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb

ABŞ-ın Hollivud şəhərində (Florida ştatı) qocalar evində "İrma" qasırğası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 nəfərin öldüyü, 120 nəfərin təxliyə olunduğu bildirilirdi.

Ölüm səbəbi və hadisənin detalları hələ müəyyənləşdirilməyib. Məlumdur ki, təbii fəlakət zamanı qocalar evinə verilən elektrik enerjisi kəsilib. Polis faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Beləliklə, Florida ştatında “İrma” qasırğası nəticəsində 21 nəfər, Cənubi Karolina ştatında 4, Corciyada 2 nəfər həyatını itirib. Ötən həftə isə Karib adalarında qasırğa nəticəsində 20-dən çox insan ölüb. Qeyd edək ki, “İrma” son 10 ilin ən güclü qasırğası sayılır

Banqladeş sərhədini keçməyə çalışan 102 müsəlman qaçqın çayda batıb

Avqust ayının sonundan bu günə qədər Myanmarın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.  

APA-nın bdnews.24-ə istinadən verdiyi xəbərə görə, onların hamısı Myanmar-Banqladeş sərhədindəki Naf çayında boğulublar.

Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.

Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, cəsədlərdən 7-si tapılıb.

Bildirilir ki, Myanmar hadisələrinə görə, avqustun 25-dən indiyədək ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.  

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

“iPhone 8”-in ilk alıcıları küçələrdə gecələyir

Avstraliyalı jurnalist Lük Houpvel özünün “Twitter” mikrobloqunda yazıb ki, Sidneydəki “Apple” mağazasında yeni “iPhone” smartfonlarının satışının başlamasını gözləyir.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, “telefonun təqdim edilməsinə 2 gün qalmış o, “Sydney Apple Store”un qarşısında çadır qurub”, - Houpvel yazır.

Qeyd etmək lazımdır ki, şəbəkədə bundan da əvvəl sentyabrın 8-dən mağazanın qarşısında növbə tutmuş insanların da şəkilləri peyda olub.

Xatırladaq ki, “Apple” korporasiyasının yeni telefonlarının - “iPhone 7s” və “7s Plus”un, eyni zamanda, hələ necə adlandırılacağı dəqiq məlum olmayan “iPhone 8”-in təqdimat mərasimi bu gün keçiriləcək.

ABŞ-da “iPhone 8”-in ən azı 900 dollara satılacağı gözlənilir. Rusiyada ən sadə 128 Gb yaddaşlı “iPhone 8” 90 min rubla (təxminən 2600 manata), ən bahalı model isə 110 min rubla (3200 manata) satılacaq. Azərbaycanda yeni modellərin qiyməti hələlik açıqlanmayıb.

Dağıdıcı “İrma” qasırğası ABŞ-ın Florida ştatına yaxınlaşdı

6,3 milyon sakinin təxliyyə edilməsi barədə göstəriş verildi.

Fırtına və leysan ABŞ-ın Florida ştatının cənubuna çatıb.

Dalga tv Report-a istinadən xəbər verir ki, dağıdıcı “İrma” qasırğası yarımadaya yaxınlaşıb.

Ştatın sahillərində suyun səviyyəsi artır. Qasırğanın alçaq ərazilərin su basmalarına gətirib çıxaracağı gözlənilir.

Yerli hakimiyyət orqanları 6,3 milyon sakinin təxliyyə edilməsi barədə göstəriş verib. Bu, Florida əhalisinin dörddə birindən çox hissəsi deməkdir.

“İrma” qasırğasının Birləşmiş Ştatların sahilinə bu gün, günortaya yaxın çatacağı gözlənilir.

Əfqanıstanda 33 dinc sakin oğurlandı

"Taliban" hərəkatının və İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanın şimalındakı Cauzdan vilayətində, Quş Təpə rayonunda 33 dinc sakini oğurlayıb.

Dalga tv-nin Report-a istinadən verdiyi məlumata görə, bu barədə Quş Təpə administrasiyasının rəhbəri Aminulla Amin xəbər verib.

Bildirilir ki, dinc sakinlərdən 13-ü Çakma Çuxur yaşayış məntəqəsində oğurlanıb. İŞİD silahlıları Quş Təpədən Şibarqan şəhərinə gedən nəqliyyat vasitəsini saxlayaraq, sərnişinləri taliblərlə əlaqədə ittiham ediblər. Bundan sonra onları oğurlayıblar.

Eyni zamanda taliblər də Quş Təpənin Qardan vilayətində 20 dinc sakini İŞİD-lə əlaqədə ittiham edərək oğurlayıblar. Dinc sakinlərin olduğu avtobus Cauzdan vilayətinin Derzab rayonundan Şibarqana gedirmiş.

Aminin sözlərinə görə, oğurlananların yeri məlum deyil.

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb

Meksikada baş verən zəlzələnəticəsində ölənlərin sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb. Zəlzələnəticəsində Meksikanın Chiapas və Tabasco ştatlarında da ölənlərin olduğu deyilir.

Qeyd edək ki, Meksika prezidenti Enrike Pena Neto bu zəlzələnin son 100 ildə ölkədə baş verən ən güclü zəlzələ olduğunu deyib.

Türkiyədə meşə yanğını baş verib, 40-a yaxın ev yanıb, yaralılar var

Türkiyənin Muğla şəhərində, Menteşe rayonunun Zeytinköy məhəlləsində meşə yanğını baş verib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 136 evdən 40-ı qismən yanıb, 9 ev isə tamamilə külə dönüb, bəzi məhəllə sakinləri müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. 

Əraziyə xeyli sayda canlı qüvvə və texnika, xüsusilə 4 amfibiya təyyarəsi, 11 helikopter, 2 buldozer, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. 

Evlərdəki qaz balonlarının partlaması və güclü küləyin yanğının nəzarət altına alınmasını çətinləşdirdiyi bildirilir. 

Ərdoğan Avropaya ultimatum qoydu

Avropa Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqları davam etdirmək və ya birdəfəlik dayandırmaq barəsində bir qərara gəlməlidir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının regional qərargahlarının rəhbərləri ilə görüş zamanı bəyan edib.

“Biz istəyirik ki, Avropa ölkələri və Aİ institutları Türkiyə ilə bağlı səmimi siyasət aparsınlar. Onlar Almaniyada Türkiyənin Aİ-yə daxil olmasına qarşı çıxırlar, sonra isə deyirlər ki, qərarı Aİ-nin bütün üzvləri verməlidir. Təbrik edirəm, bu qərarı mümkün qədər tez verin”, - prezident qeyd edib.

Ərdoğanın sözlərinə görə, məhz Avropa Türkiyənin Aİ-yə daxil olması, qaçqınlarla bağlı verilən bütün vədlərə əməl edilməsi və ya bu danışıqlara son qoyulmasın dair qərar verməlidir.

Paris metrosunda partlayış olub

Paris metrosunda partlayış baş verib.

APA-nın "Pravda.ru"ya istinadən verdiyi xəbərə görə, partlayış metronun “Porte de Vincennes” və “Nation” stansiyaları arasında qeydə alınıb.

İlkin məlumata görə, partlayışa mexaniki nasazlıq səbəb olub. Ancaq hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Hazırda partlayışla əlaqəli olaraq metrodakı sərnişinlərin evakuasiyası istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alan ya ölənlərlə bağlı məlumat yoxdur.

Saytda Axtarış

Son xəbərlər