Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2906
DünənDünən2998
Bu həftəBu həftə2906
Bu ayBu ay97874
Bu günə qədərBu günə qədər8459505

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

London metrosunda təşviş

London metrosunun “Oxford Circus” stansiyasında atışma barədə məlumatlardan sonra insanlar təxliyə edilib.

Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Britaniya Nəqliyyat Polisi məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, ərazi mühasirəyə alınıb. 

Hadisə nəticəsində yaralananlar var.

Qeyd olunur ki, güllə səsini eşidən sərnişinlər təşviş içində stansiyanı tərk etməyə başlayıblar, bu səbəbdən izdiham yaranıb.

Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb

Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu rəqəmi prokurorluq açıqlayıb.

Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır. 

Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.

Misirdə 3 günlük matəm elan olunub.

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.

APA-nın Misir dövlət televiziyasına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.

Тürkiyədə zəlzələ olub

Türkiyənin qərbində 4,9 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İzmir şəhərindən 191 cənub-şərqdə, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Nigeriyada məscidə hücum — 20 ölü

Nigeriyanın şimalında məscidə hücum edilib.

 

 Dalga tv xəbər verir ki, kamikadze tərəfindən həyata keçirilən hücum nəticəsində ən azı 20 nəfər həlak olub.

İnsident Adamava vilayətində baş verib. Səhər saatlarında bir məscidə daxil olan gənc bir oğlan uşağı üzərindəki bombanı işə salıb.

Nigeriya polisinin mətbuat katibi Osman Abubakar bildirir ki, kamikadze sübh namazında məscidə daxil olub və bombanı işə salıb.

Rəsmilər "Boko Haram" terror qruplaşmasından şübhələnirlər.

Ölənlərin və yaralananların sayı artacaq.

Rusiya, Türkiyə və İran Suriyada terrorçu qrupların zərərsizləşdirilməsi barədə razılığa gəlib

Rusiya, Türkiyə və İran silahlı qüvvələrinin Baş Qərargah rəisləri Suriyada İŞİD və “Cəbhat-ən-Nüsra” kimi təşkilatların qalan bölmələrinin zərərsizləşdirilməsinə dair konkret addımlar barədə razılığa gəliblər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin      Baş Qərargah rəisi Valeri Gerasimov Soçidə türkiyəli həmkarı Hulusi Akar və iranlı həmkarı Məhəmməd Baqeri ilə görüşüb. 


Görüş zamanı tərəflər Suriyadakı hazırkı vəziyyəti, terror qruplarının zərərsizləşdirilməsinə dair gələcək addımları, deeskalasiya zonasında təhlükəsizliyinin təmin edilməsi və siyasi həll prosesinə keçid məsələlərini müzakirə ediblər. İdlib vilayətindəki deeskalasiya zonasında koordinasiya işlərinin səviyyəsinin artırılması barədə razılığa gəlinib.

https://youtu.be/PwR23XsYwjM

Alimlərdən xəbərdarlıq: Planetimizdə güclü zəlzələlər olacaq

2018-ci ildə dünyada güclü zəlzələlərin sayı artacaq.

Dalga tv  "Ölkə.Az"a istinadla xəbər verir ki, bu iddianı Kolordo universitetinin geofiziki Rocer Bilham səsləndirib.

Ekspert 1900-cü ildən bu yana baş verən 7 baldan güclü zəlzələlərin statistikasını tədqiq edib. Məlum olub ki, əgər daxili səbəblərdən Yer öz oxu ətrafında daha asta dövr edirsə, zəlzələlərin sayı artır. Məqalə "Geophysical Research letters" jurnalında dərc edilib.

XX əsr boyu zəlzələlərin sayının orta statistik göstəricilərdən çox olduğu 5 dövr var. Bu dövr müddətində il ərzində 25-30 güclü zəlzələ qeydə alınıb. Digər vaxtlarda isə 15 güclü zəlzələ qeydə alınıb.

İsrail yeni müharibəyə hazırlaşır

İsrai Qəzza bölgəsində yeni müharibəyə hazırlaşır.

Dalga tv RTVI-yə istinadən xəbər verir ki, “Dəmir günbəz” artıq Tel-Əvivin yaxınlığında yerləşdirilib.

Mütəxəssislərin fikrincə İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatlarından cəmi 3 il keçməsinə baxmayaraq, ölkə yenidən raket zərbələrindən qorunmaq üçün hazırlıqlarını davam etdirir.

Mövzu ilə əlaqədar istefada olan general, Knessetin deputatı Elyazar Ştern telekanala müsahibə verib.

Almaniyada partlayış törətmək istəyən "azərbaycanlı" erməni imiş

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı bir şəxs sərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq. Virtualaz.org bu xəbəri yerli "Llokalo24" nəşrinə istinadən yaymışdı.

Alman nəşri qeyd etmişdi ki, fransız pasportu daşıyan adamın azərbaycanlı olduğu müəyyənləşdirilib. Hadisə vaxtı o, güclü sərxoşluq vəziyyətində olub. Şəxs 500 avro həcmində cəriməni ödədikdən sonra sərbəst buraxılmışdı.

Hadisənin təfərrüatlarını öyrənmək və partlayış törətməklə alman polisini hədələmiş "azərbaycanlı"nın kimliyi ilə bağlı daha müfəssəl məlumat almaq üçün saytımızın əməkdaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmətin rəisi Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı DİN müəyyən araşdırma aparıb və həmin şəxsin kimliyi artıq tam müəyyən olunub.

"Qeyd olunan hadisəni törətmiş şəxs 3 sentyabr 1976-cı il tarixdə Azərbaycanda anadan olmuş, hazırda Fransada daimi yaşayan erməni milliyyətinə mənsub Sarkisyan Artur Rudolfoviçdir", - Ehsan Zahidov deyib.

Göründüyü kimi, keçmiş "həmvətənlərimiz" fürsət düşdükcə özlərini azərbaycanlı kimi təqdim etməyi unutmurlar. Xüsusilə, söhbət bu cür nalayiq əməllərdən gedirsə. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi araşdırma ermənilərin Azərbaycana qarşı növbəti qara yaxma cəhdinin qarşısını almağa kömək edib və onların maskalarını çıxararaq, dünyaya kimin kim olduğunu göstərib.

Rusiyada ağır qəza: 15 ölü

Rusiyanın Mariy El rayonunda baş verən ağır qəzada ölənlərin sayı 15-ə çatıb.

Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Lenta.ru nəşrinə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Bildirilir ki, ölənlərin arasında yetkinlik yaşına çatmayan bir nəfər var.

İranda 3 gün dağıntılar altında qalan körpə xilas edildi

İranda zəlzələ dağıntıları arasından körpə xilas edilib.

Dalga tv Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi rəsmisi məlumat verib. Körpə 3 gün dağıntıların altında qalıb. 

Xatırladaq ki, İran-İraq sərhədində noyabrda 12-də 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı 500-ü keçib.

Yunanıstanda daşqınlar nəticəsində 13 nəfər ölüb

Yunanıstanın Attika bölgəsində baş verən daşqınlar nəticəsində 13 nəfər həyatını itirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.

Məluma görə, şiddətli yağışlar regiona fəsadlarla nəticələnən daşqınlara səbəb olub. Mandra, Maqula, Nea-Paramos, Elefsina və Aspropirqos şəhərləri su altında qalıb. Sinoptiklər yağıntılı havanın noyabrın 19-dək davam edəcəyini proqnozlaşdırıblar. 

Saytda Axtarış

Son xəbərlər