Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1352
DünənDünən3053
Bu həftəBu həftə4405
Bu ayBu ay99373
Bu günə qədərBu günə qədər8461004

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Misirdə yol qəzası - 16 ölü

Misirin Asyut şəhərində 4 avtomobilin iştirakı ilə baş vermiş qəza nəticəsində 16 nəfər həlak olub. 

Dalga tv-nin  Оxu.Az-a istinadən məlunatına görə, polis insident nəticəsində daha 9 nəfərin yaralandığını bildirib.

Həlak olanlar arasında 4 uşaq da var. Polisin ilkin məlumatına görə, qəzaya iri yük maşını səbəb olub. 

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Kabulda məsciddə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

fqanıstanın paytaxtı Kabulda terror aktı törədilib. 

Dalga tv "Report" a istinadən xəbər verir ki, terrorçu-kamikadze İmam Zaman məscidinin içərisində özünü partladıb. 

Xəbərdə dağıntılar altından ən azı 30 nəfərin meyitinin çıxarıldığı və ölü sayının artacağının istisna edilmədiyi bildirilir.  

İsveçrədə tramvay yük maşını ilə toqquşdu: Onlarla yaralı var

İsveçrənin Muttenz şəhərində tramvay yük maşını ilə toqquşub.

Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, zərbənin gücündən tramvay relsdən çıxıb. Yaralıların 16-sı xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Əfqanıstanda hərbi bazaya hücum: 40-a yaxın hərbçi öldü

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətinin Mayvənd rayonundakı hərbi bazaya iki terrorçu-kamikadzenin hücumu nəticəsində 40-a yaxın hərbçi həlak olub, 24 nəfər yaralanıb.

Dalga tv bu barədə “Tolo News”a istinadən xəbər verir.

İnformasiyaya əsasən, terrorçular Əfqanıstanın güc strukturlarının yerləşdiyi ərazidə bomba partladıblar. 

Pakistanda partlayış: 6 polis öldü

Pakistanın şimal-qərbində, Kvetta şəhərində partlayış baş verib. 

Dalga tv TASS-a istinadən xəbər yayır ki, partlayış nəticəsində azı 6 polisin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik Xidmətinin verdiyi ilkin məlumata görə, 35 polisi aparan avtomobil yolda qoyulmuş minanın üzərindən keçərkən partlayış baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsident baş verən ərazi nəzarətə götürülüb.

İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi

Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan “Directorate 4” məlumat yayıb.

Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.

Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olduğu bildirilir.

Əfqanıstanda iki terror aktı nəticəsində 71 nəfər ölüb

Əfqanıstanda törədilmiş iki terror aktı nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində 170 nəfər yaralanıb.

Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb.  

Türkiyədə partlayış törədilib, 12 polis yaralanıb

Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.

Yaralananlar polis əməkdaşlarıdır.

İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.

London metrosunda naməlum şəxs insanlara hücum edib

London metrosunun “Parsons Green” stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Polis ərazini əhatəyə alıb və faktla bağlı təhqiqata başlayıb. “Parsons Green” metro stansiyası sərnişinlər üçün bağlanıb. 

Somalidə terror aktı qurbanlarının sayı 276 nəfərə çatdı

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb.

Dalga tv xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Somalinin informasiya naziri Abdürəhman Osman məlumat yayıb. 

Kaliforniyada meşə yanğınları davam edir

Kaliforniyada davam edən meşə yanğınlarında ölənlərin sayı 40 nəfərə çatıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, yanğının miqyası 86,5 min hektar ərazini əhatə edib. Bu göstərici ABŞ-ın ən böyük şəhəri olan Nyu-York-un ərazisindən daha böyükdür. 5,7 min ev və tikili məhv olub. Təhlükəli ərazilərdən 100 min insan  evakuasiya olunub. Yanğınla 10 mindən çox yanğın söndürən mübarizə aparır.

 

İraq ordusu Tuz-Hurmatu şəhərinə daxil oldu

İraq ordusu mübahisəli Kərkükün cənub-şərqindəki Tuz-Hurmatu şəhərinə daxil olub.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə “Əl-İhbariyə” telekanalı xəbər  verib.

Məlumata görə, əl-Abadi orduya şəhərdə “insanların həyatını, onların mülkiyyətini” müdafiə etməyi tapşırıb.

Qeyd edək ki, az öncə İraq ordusu mübahisəli Kərkükdə hava limanı üzərində nəzarəti ələ keçirdiyini bildirib.

Saytda Axtarış

Son xəbərlər