Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2965
DünənDünən2998
Bu həftəBu həftə2965
Bu ayBu ay97933
Bu günə qədərBu günə qədər8459564

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Almaniyada supermarketə silahlı hücum

Almaniyanın Bremen şəhərindəki supermarketlərdən birinə silhalı basqın olub.

Dalga tv RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ağır yaralanıb.

Məlumata görə, supermarketə basqın edən şəxs hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Basqını törədən şəxsin kimliyi və hadisənin səbəbi hələlik məlum deyil. 

Nyu-Yorkda terror aktı: Səkkiz nəfər ölüb

Nyu-Yorkda törədilən hücum nəticəsində ölənlərin sayı səkkiz, xəsarət alanların sayı isə 12 nəfərə çatıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.

Somalidə partlayış: 23 nəfər öldü

Somalinin paytaxtı Moqadişoda iki terror aktı nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb.

Dalga tv-nin Oxu.Az-a istinadən verdiyi xəbərə görə, ölənlər arasında azı 3 azyaşlı uşaq və məmurlar var.

“Aş Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İraq ordusu ilə kürd dəstələri arasında atəşkəs elan olundu

İraq ordusu ilə Kürd Muxtar Əyalətinin “peşmərgə” adlı silahlı dəstələri arasında atəşkəs elan olunması barədə razılıq əldə edilib.

Dalga tv Оxu.Az-a  istinadən xəbər verir ki, bu razılaşma İraq ordusu ilə “peşmərgə”nin üz-üzə gəldiyi bütün təmas xəttini əhatə edəcək.

Kataloniya müstəqilliyini elan edib

Bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq, müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya parlamentinin səbri Karme Forkadel bildirib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul edib.

Deputatlardan 72-si Müstəqillik Bəyannaməsinin lehinə, 10-u əleyhinə səs verib, 2 nəfər səsvermədə iştirak etməyib.  

Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib. 

Qeyd edək ki, İspaniya baş naziri Mariano Rajoy səsvermədən əvvəl İspaniya senatından Madrid Karles Puçdemonu vəzifəsindən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsini istəmişdi.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar Vilayətində bölgənin müstəqilliyi haqqında qalmaqallı referendum keçirilib və səsverməyə qatılanların əksəriyyəti müstəqilliyin tərəfdarı olduğunu bəyan edib.

İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniya ilə bağlı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Bu maddə Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutur. 

İstanbulda atışma: Yaralananlar var

Türkiyənin İstanbul şəhərində iki silahlı qrup arasında atışma olub. 

Dalga tv Оxu.Az-a istinadən xəbər verir ki, atışma nəticəsində iki nəfər yaralanıb.

Hadisə yerinə polis bölmələri gəlib. Silahlı şəxslər axtarılır.

İndoneziyada fabrikdə partlayış nəticəsində ölənlərin sayı artdı

İndoneziyanın Tangeranq şəhərində yerləşən fişəng zavodunda baş verən partlayış nəticəsində ən azı 46 nəfər ölüb.

Bu barədə Oxu.Az "AFP" agentliyinə istinadən xəbər verir. 

Ölənlərin əksəriyyətinin cəsədləri yandığı üçün kimliklərini təyin etmək çətindir.

Hazırda hadisənin səbəbi araşdırılır. 

Yaponiyada insanlar qasırğanın qurbanı oldular

Yaponiyanın mərkəzində tüğyan edən “Lan” qasırğası nəticəsində 7 nəfər ölüb, daha 90 nəfər yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, təbii fəlakət, əsasən, Sidzuoka prefekturasında fəsad törədib.

Qasırğa daha sonra Kanto regionundan Yaponiyanın şərq hissəsinə istiqamət alıb.

ABŞ-da 50 vaqondan ibarət yük qatarı binaların üzərinə aşdı

ABŞ-ın Tennesi ştatında yük qatarı relsdən çıxıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, yük qatarı 50 vaqondan ibarət olub. Qatar relsdən çıxdıqdan sonra yaxınlıqdakı binalara çırpılıb.

Məlumata əsasən, ölən və xəsarət alan olmayıb. Bir neçə binaya ciddi ziyan dəyib.

Madaqaskarda taun epidemiyasından 107 nəfər öldü

Madaqaskarda taun epidemiyası 107 nəfəin həyatına son qoyub.

Dalga tv  xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Qeyd edilir ki, daha 1150 nəfərin bu xəstəliyə yoluxduğu ehtimal edilir. Laboratoriya testlərinin məlumatına görə, 300 yoluxma hadisəsi rəsmən təsdiqlənib.

Madaqaskarla yanaşı, Afrikanın digər ölkələrində - Konqo Demokratik Respublikasında, Tanzaniyada da tauna yoluxmayla bağlı hadisələr praktik olaraq hər il qeyd edilir.

“Builki epidemiya daha çox təhlükəlidir”, - deyə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin federasiyasından bildirilib. Bu, onunla bağlıdır ki, yoluxma hadisələri ekspertlərin proqnozlaşdırdığından daha erkən dövrdə qeydə alınıb.

Kiyevdə aksiyaçılarla polis arasında toqquşma olub

Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma  olub.

Dalga tv APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.

M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Əfqanıstanda məscidlərə hücum: 69 ölü

Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 69-a çatıb, 100-dən çox insan yaralanıb.

Dalga tv-nin Oxu.Az-a istinadən verdiyi xəbərə görə, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.

Partlayışları terrorçu-kamikadzelər törədib. Kabildəki İmam Zaman məscidində qadın və uşaqlar daxil olmaqla 39 nəfər həyatını itirib. Qor əyalətində isə 30 nəfər terror qurbanı olub. 

Saytda Axtarış

Son xəbərlər