Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün564
DünənDünən634
Bu həftəBu həftə7000
Bu ayBu ay51699
Bu günə qədərBu günə qədər7422173

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ötən gün baş verən hadisələr - Statistika

alt

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 60 cinayət faktı qeydə alınıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Onların da 25-i “isti izlər”lə açılıb.

Ötən gün ərzində həmçinin, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib, avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

İlham Əliyev “MGİMO Journal” jurnalına müsahibə verib

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Birliyinin nəşri olan "MGİMO Journal" jurnalına müsahibə verib.
Jurnalın 2013-cü ilin avqust buraxılışında dərc olunmuş müsahibənin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir vaxtlar təhsil aldığı və dərs dediyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının forumundan yenicə qayıtdığı xatırladılır.
Bildirilir ki, Azərbaycan Prezidenti həmin forumda böyük auditoriya qarşısında çıxış edib, eyni kursda təhsil aldığı, uzun illər görmədiyi dostları, keçmiş tələbələri və ona dərs deyən müəllimləri ilə səmimi görüşüb, xatirələrini bölüşüb.

Gürcüstanda müdiri azərbaycanlı olan bank yarılıb

Bu gün səhər saatlarında “Privat Bank”ın Marneuli şöbəsi silahlı maskalılar tərəfindən qarət edilib.


Faktı bankın müdiri İsfəndiyar Məmmədov da təsdiq edib. Onun sözlərinə görə, hazırda hadisə yerində kriminal polis araşdırma aparır.

O, açıqlamasında polis tərəfindən dindirildiyini bildirib.

“Bankı 2 maskalı şəxs yarıb. Bankın işçisi olan xanım səhər qapını açıb içəri daxil olandan 3-4 dəqiqə sonra 2 maskalı şəxs ona silahla hədə-qorxu gəlib pulları aparıb. Hələlik nə qədər pul aparıldığını hesablamamışıq”, - deyə İ. Məmmədov vurğulayıb.

Azərbaycan- Gürcüstan sərhədində aviotaj - Foto

alt

Qırmızı körpüdə uzun növbə yaranıb 

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı körpüdə uzun növbə yaranıb. 

Sərhəd buraxılış məntəqəsində olan əməkdaşının verdiyi məlumata görə, çox sayda nəqliyyat vasitəsi və şəxs sərhədi keçib Gürcüstana getmək üçün növbə gözləyir. 

Növbənin uzunluğunun 2 km-ə yaxın olduğu bildirilir. Sərhəd-buraxılış məntəqəsində uzun növbənin yaranmasına səbəb Ramazan bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olmasından istifadə edib qonşu ölkəyə dincəlmək üçün gedənlərin sayının həddindən artıq olmasıdır. 

Ancaq buraxılış məntəqəsindəki növbələr qonşu ölkəyə səfər edənlərin heç də hamısının bu gün istəyini reallaşdıra bilməyəcəyini söyləməyə əsas verir.

Əməkdaşımızın sözlərinə görə, iki ölkə arasındakı sərhəd-buraxılış məntəqəsində növbə gözləyənlərin sayı getdikcə artır. 

Bakıda avtomobilə atəş açan şəxs saxlanıldı

alt

Biləcəri qəsəbəsi ərazisində yük avtomaşınına atəş açmış şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Əli Abdullayev xuliqanlıq zəminində Bakı şəhər sakini Elşən Soltanova məxsus "Mercedes" markalı yük avtomaşını istiqamətində ov tüfəngindən 3 dəfə atəş açıb. Nəticədə avtomaşının şüşələri sınıb, xəsarət alan olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olan "Ata Arms NEO 12" markalı ov tüfəngi götürülüb.

Leyla Əliyeva xalqımızı Ramazan bayram ilə bağlı təbrik etdi

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva xalqımızı Ramazan bayram ilə bağlı təbrik edib.

Təbrik mesajı Leyla Əliyevanın rəsmi “Facebook” səhifəsində paylaşılıb:

“Bayramlar, insanlar arasındakı qarşılıqlı sevgi və hörmətin pərçimləndiyi günlərdir. Bayramlar, insanların bir-birləriylə olan hirsliklərini unutduqları, barışdıqları, qardaş tərəfindən qucaqlaşdıqları günlərdir. Mübarək Ramazan bayramı bütün xalqımıza müqəddəs olsun!”

Mixail Saakaşvili Gürcüstan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib

Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, prezidentin rəsmi "Facebook" səhifəsində yer alan təbrikdə deyilir: “Hörmətli vətəndaşlar, sizi müsəlman dünyasının ən önəmli bayramlarından biri – Ramazan bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Bu gün dünyanın bir çox ölkələrində müsəlmanlar orucluğun bitməsini qeyd edir və yaxşı gələcək üçün dua edir. Bu önəmli bayrama qoşuluram və Gürcüstan müsəlmanlarını təbrik edirəm”.

Gürcüstanın müdafiə naziri müsəlman əsgərləri müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir

altGürcüstanın müdafiə naziri İrakli Alasania müsəlman əsgərləri Ramazan ayı münasibətilə təbrik etmişdir.
Nazir Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, polkovnik İrakli Dzneladze və nazirliyin digər məsul əməkdaşları ilə birlikdə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki aviasiya bazasına gedərək orada xidmət edən müsəlman hərbçilərlə görüşmüş, iftar süfrəsində iştirak etmişdir.
Müdafiə naziri İrakli Alasania əsgərlərə müraciətlə demişdir ki, müqəddəs Ramazan ayı təkcə Gürcüstan müsəlmanlarının deyil, hamımızın bayramıdır. Sizin xidmətinizi yüksək qiymətləndiririk, gürcü ordusunda müsəlman qardaşların güclü olmalarını arzulayırıq.
Nazir müsəlman hərbçilərin Gürcüstana layiqli xidmət göstərmələri üçün hər şəraitin yaradılacağını vurğulamış və onların gələcəkdə peşəkar hərbçi kimi Silahlı Qüvvələrdə fəaliyyətlərini davam etdirəcəyi təqdirdə məmnun olacağını demişdir.
Görüşdə iştirak edən axund Vaqif Qasımov Gürcüstanın müdafiə nazirinə müsəlman əsgərlərə diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.

Azərbaycanın daha 350-dən artıq kəndinə su çəkilir

Azərsu” ASC regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Cəmiyyətin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək. İstehlakçıların keyfiyyətli və dayanıqlı içməli su ilə təchiz etmək üçün yeni infrastrukturlar yaradılır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədi ilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir. Təməli 16 iyul 2012-ci ildə prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir.

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən izolyasiya edilib. Kəmərin marşrutu boyunca  su alacaq kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir.  Ətraf kənd və qəsəbələri davamlı və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilir.

Bakıda qeyri-adi oğurluq; bayraqlarımız oğurlandı

alt

Bakının Yasamal rayonu ərazisində qeyri-adi oğurluq olub.

Rayon Polis idarəsindən verilən məlumata görə, avqustun 5-də Cavadxan küçəsində yaşayan Ramiz Məmmədova məxsus obyektlər qarət olunub. 

Onun Mikayıl Müşviq küçəsində yerləşən “Atribut” ofis ləvazimatları mağazasından Azərbaycanın bayraqları və 700 manat pul oğurlanıb. 

Oğrular həmin obyektin birinci mərtəbəsindəki “Aida” gözəllik salonunu da “süpürməyi” bacarıblar. Salona girən oğrular oradan 250 manat pul, 4 ədəd aparat oğurlayıblar. 

Oğrular ofisə dəmir barmaqlıqların kilidini sındırmaqla daxil olublar. 

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. 

General-mayor Lənkəran Əliyevə yeni mənzil verildi

alt

A+  A-
General-mayor Lənkəran Əliyevə yeni mənzil verilib. 

Hərbi mənbələrdən bildirilib ki, L. Əliyevə verilən mənzil Müdafiə Nazirliyinin nəzdindəki binalardan birində yerləşir və 3 otaqlıdır.

L. Əliyev açıqlamasında Müdafiə Nazirliyi tərəfindən ona yeni 3 otaqlı mənzilin verildiyini təsdiqləyib: “Məhkəmə icraçıları tez-tez gəlib evi boşaltmağımı tələb edirlər. Lakin mənə yeni təklif olunan mənzil çox balacadır. Hələlik gözləmə mövqeyindəyəm, evimi boşaltmamışam və yeni mənzilə köçməmişəm”. 

Qeyd edək ki, bir ildən çoxdur, Müdafiə Nazirliyi Lənkəran Əliyevə və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Nazirlik həmin iddiada L. Əliyevin hazırda yaşadığı evi qanunsuz zəbt elədiyini əsas gətirərək onun və ailə üzvlərinin mənzildən çıxarılmasını və mənzilin orderinin etibarsız hesab edilməsi istəyib. Məhkəmə nazirliyinin iddiasını təmin edib.

Namizədlər seçkidə öz pullarını xərcləyəcəklər

“Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərə dövlət tərəfindən kampaniya üçün vəsait ayrılmayacaq. Bu müddəa artıq çıxarılıb və Milli Məclisdə qanunvericiliyə dəyişiklik olunub”. 

Bunu Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. A. Sarıyevin sözlərinə görə, təmsil etdiyi qurum qanunverici yox, icraedici orqandır: “Ona görə də qanunverici orqanın qərarlarının şərh edə bilmərəm. Mərkəzi Seçki Komissiyası sadəcə namizədlərin təşviqatı üçün efir vaxtı ayrılması və dövlət nəşrlərində onların təbliğatını təmin edəcək”. 

Qeyd edək ki, dəyişiklikdən əvvəl namizəd müəyyən edilmiş səsi yığa bilmirdisə, ona ayrılan vəsaiti geri qaytarırdı. 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmır. Qeyd edək ki, namizədlərin seçki fondu 10 milyon manatdan çox ola bilməz. Fond namizədin 250 min manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti, vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri hesabına formalaşır.

Saytda Axtarış

Son xəbərlər