Dalga Televiziyasi Azərbaycanın daha 350-dən artıq kəndinə su çəkilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün978
DünənDünən1775
Bu həftəBu həftə6448
Bu ayBu ay55144
Bu günə qədərBu günə qədər7482478

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanın daha 350-dən artıq kəndinə su çəkilir

Azərsu” ASC regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Cəmiyyətin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək. İstehlakçıların keyfiyyətli və dayanıqlı içməli su ilə təchiz etmək üçün yeni infrastrukturlar yaradılır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədi ilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir. Təməli 16 iyul 2012-ci ildə prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir.

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən izolyasiya edilib. Kəmərin marşrutu boyunca  su alacaq kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir.  Ətraf kənd və qəsəbələri davamlı və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilir.

Saytda Axtarış

Son xəbərlər