Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün836
DünənDünən415
Bu həftəBu həftə1251
Bu ayBu ay49947
Bu günə qədərBu günə qədər7477281

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Berlində İmran Cəfərzadənin əməliyyat olunacağı ən yaxşı klinika tapılıb

altNabrandakı akvaparkda bədbəxt hadisə nəticəsində ciddi xəsarət alan azyaşlı İmran Cəfərzadənin Berlində reabilitasiyadan keçəcəyi "Sharite" adlı ən yaxşı klinika tapılıb.

Cümə axşamı Almaniyadan Bakıya ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə uçacaq. Onlar uşağı 28 gün davam edəcək diaqnostika üçün xəstəxanaya aparacaqlar. Bu dövr ərzində Almaniyada bu sahənin ən yaxşı həkimlərinin bir neçə konsiliumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə həmin həkimlərlə danışıqlar aparılıb.

Bu dövr ərzində ilkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir. Hazırda uşağın vəziyyəti yaxşılaşır. Uşaq uzun müddət hovuzda qaldığına görə onun ağciyərinə düşən su həkimlər tərəfindən çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən akvaparkda bədbəxt hadisə nəticəsində ciddi xəsarət alan azyaşlı İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün təşkilati məsələlərin icrasına başlanılıb.

İmran Cəfərzadə üzərində əməliyyatın keçirilməsi üçün Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürəcək.

 

Gürcüstanın Batumi şəhərində 16 yaşlı qızın öldürülməsi ilə əlaqədar cinayət işi açılıb

altBatumi şəhərinin bulvarında bu gün 16 yaşlı qızın, Mariam Koçalidzenin cəsədi aşkar edilmişdir. Bilərəkdən qətl məcəlləsi üzrə cinayət işi açılıb. Bildirilir ki, qız dünən itib və ailəsi onu bütün gecə axtarıb.
DİN 16 yaşlı qızın ölümündə şübhəli şəxsin təsvirini dərc edib və bu işlə əlaqədar bəyanat yayıb. Biz onu dəyişmədən təqdim edirik:
"Cinayəti törədən şübhəli şəxs dünən axşam saat 7-7:30 radələrində yeni bulvarın sonundan təxminən 100 metr aralığında tünd rəngli bir taksi dayandırdı və hadisə yerindən qaçdı.
Şübhəli qatilin təsviri: 40-45 yaşlı kişi, hündürlüyü 180-185 sm, orta çəkili, orta uzunluqda qara düz saçlı, qara qaşlı, qara kiçik gözlü, başı və üzü usunsov formada, düz və uzunsov burnu, nazik dodaqlı, yumru, azca qabağa çəkilmiş çənəsi, tünd qəhvəyi dərisi, qırıq gürcü dilində danışır, çox hallarda lal təqlid edir.
Əyninə qara rəngli, qısa qollu köynək, üstündən narıncı rəngdə qolsuz yağışlıq, mavi və ya qara dar cins şalvar geyib, qara rəngli gözlük taxır, özü ilə qara rəngli bel çantası və qəhvəyi rəng əl çantası gəzdirir.
Daxili İşlər Nazirliyi taksi sürücüsünü istintaqa yardım etmək üçün dərhal çağırır və Acariyanın   DİN-in  Baş Bölməsinə gəlsin," - DİN-in bəyənatında deyilir.

Prezident iki yaşlı İmranın müalicəsini nəzarətə götürdü

alt

Nabranda istirahət mərkəzində faciəvi şəkildə ayaqlarını itirən 2 yaşlı İmran Cəfərzadənin müalicə xərclərini dövlət üzərinə götürüb. 

Bu barədə İ.Cəfərzadənin qohumları deyib. Məlumata görə, 2 yaşlı uşağın müalicə xərclərini dövlət dövlət ödəyəcək. Körpənin vəziyyəti ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətinə götürülüb. 

Bununla bağlı artıq uşağın ailəsi ilə əlaqə saxlanılıb, xəstəxanada uşağa baş çəkilib. Prezident Administrasiyası və Səhiyyə Nazirliyinin nümayəndələrinin 2 yaşlı İmranın müalicə olunduğu xəstəxanaya getdiyi bildirilir. 

Bakıda 16 yaşlı qız yoxa çıxıb

alt

Bakıda yeniyetmə qız itkin düşüb. 

Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini Malik Nəcəfov müraciət edərək bildirib ki, bacısı qızı 1997-ci il təvəllüdlü Rəfiqə Hüseynova iyulun 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Yeniyetmə qız evdən çıxarkən parka gedəcəyini deyib. Lakin həmin gündən ondan heç bir xəbər almaq mümkün olmayıb.

Hazırda müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Emin şikəst olan uşağın müalicəsini öhdəsinə götürdü

altEmin Ağalarov Nabranda istirahət mərkəzində bir ayağını itirən İmran Cəfərzadənin müalicəsi üçün tələb edilən məbləğı ödəyib. Bu barədə E.Ağalarov öz rəsmi Facebook səhifəsində məlumat verib.

Qeyd edək ki, hadisə Nabrandakı “Holiday Village” akvaparkında baş verib. Hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasos açıq qalıb. Nəticədə qurğunun yaxınlığında olan 2 yaşlı İmran Cəfərov sutəmizləyənin təzyiqi ilə borunun içinə çəkilib.

Baş verən hadisə nəticəsində I.Cəfərovun həyatını xilas etmək mümkün olsa da, iki onurğa sümüyü sınıb. Eyni zamanda 2 yaşlı körpənin ayaqları tamamilə parçalanıb. İ.Cəfərov sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.

Bərdədə traktor aşdı: 3 yaralı

alt

Bərdədə traktor aşdı, 3 nəfər yaralandı.

Trend EL TV-yə istinadən xəbər verir ki, Bərdə rayonu ərazisində 3 nəfərin yaralanması ilə nəticələnən qəza olub.

Hadisə Bərdə-Quzanlı yolunun Bərdə rayonu Kətəlparaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şahidlərin bildirdiyinə görə, hadisənin baş verməsinə "Mersedes" markalı minik avtomobilinin traktorun hərəkət zolağna çıxması səbəb olub.

"Mersedes"lə toqquşmadan yayınan traktor yolun kənarına aşıb. Hadisə zamanı traktorda üç nəfər olub. Yaralılar dərhal Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Küçədən iki aylıq qız uşağı tapıldı- Bakıda

alt

Bakıda küçədən iki aylıq uşaq tapılıb. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən Nərimanov rayonu M. Əhmədzadə küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən 15 saylı binanın həyətində 2-3 aylıq qız uşağı aşkar edilib. Uşaq 1 saylı Təcilli Yardım Stansiyasına təhvil verilib.

Hazırda körpənin valideynləri axtarılır.

Mənzillərin açarları jurnalistlərə təqdim edildi - FOTOLAR

alt

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılışı olub. Artıq mənzillərin açarları media nümayəndələrinə təqdim edilib.

Həmin tədbirdən çəkilən şəkilləri sizlərə musavat.com-a istinadən təqdim edirik.

altaltaltaltaltalt

“Təməli qoyulan yaşayış binası iki il sonra istifadəyə veriləcək”

alt

Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan jurnalistlər üçün yeni yaşayış binası iki ildən sonra istifadəyə veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, bu binada tək jurnalistlər deyil, qəzet, televiziya və digər redaksiyaların heyətləri də mənzillə təmin oluna biləcəklər.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti mediaya hər zaman diqqət və qayğı göstərir: “Bu proses bundan sonra da davam edəcək. Bu gün jurnalistlər üçün istifadəyə verilən bina bu qayğının bariz göstəricisidir”.

Jurnalistlər peşə bayramını istirahətdə qeyd etdi

alt

“Avesta” Konserni jurnalistləri təbrik edib. Milli Mətbuatımızın 138 illiyi münasibəti ilə Nabranda düzənlənən 2 günlük tədbir qeyri-rəsmi xarakter daşıyıb. Jurnalistlər üçün hazırlanan maraqlı istirahət proqramından 30 jurnalist yararlanıb. 

Qeyd edək ki, “Avesta” Konserni 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində qeyri-neft sektorunda özünəməxsus layihələrin müəllifidir. Paytaxtda ilk hündürmərtəbəli binanın icraçısı olan “Avesta” daha bir ilkə imza atacaq. Konsern bir müddət sonra nəinki Azərbaycanın, hətta dünyanın ən hündür binası olacaq “Azerbaijan Tower”in layihəsini 4 fazada davam etdirir. Həmin binanın yerləşdiyi və bütün dünyaya səs salan “Khazar İslands – Yeni Şəhər” layihəsinin müəllifi də məhz “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmlidir. 

25 yaşlı qız intihar etdi- Bakıda

alt

Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi-57 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı Sahilə Rzayeva özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Rusiyada ermənilər arasında kütləvi dava: 4 yaralı

alt

Rusiyanın Zelenoqrad şəhərindəki kafelərdən birində Ermənistandan olanlar arasında kütləvi dava olub. 

Davada azı beş nəfər iştirak edib.

Qarşıdurma nəticəsində dörd nəfər xəsarət alıb. Hazırda faktla bağlı cinayət işinin başlanması məsələsinə baxılır.

Saytda Axtarış

Son xəbərlər