Dalga Televiziyasi Berlində İmran Cəfərzadənin əməliyyat olunacağı ən yaxşı klinika tapılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1380
DünənDünən1348
Bu həftəBu həftə5075
Bu ayBu ay53771
Bu günə qədərBu günə qədər7481105

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Berlində İmran Cəfərzadənin əməliyyat olunacağı ən yaxşı klinika tapılıb

altNabrandakı akvaparkda bədbəxt hadisə nəticəsində ciddi xəsarət alan azyaşlı İmran Cəfərzadənin Berlində reabilitasiyadan keçəcəyi "Sharite" adlı ən yaxşı klinika tapılıb.

Cümə axşamı Almaniyadan Bakıya ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə uçacaq. Onlar uşağı 28 gün davam edəcək diaqnostika üçün xəstəxanaya aparacaqlar. Bu dövr ərzində Almaniyada bu sahənin ən yaxşı həkimlərinin bir neçə konsiliumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə həmin həkimlərlə danışıqlar aparılıb.

Bu dövr ərzində ilkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir. Hazırda uşağın vəziyyəti yaxşılaşır. Uşaq uzun müddət hovuzda qaldığına görə onun ağciyərinə düşən su həkimlər tərəfindən çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən akvaparkda bədbəxt hadisə nəticəsində ciddi xəsarət alan azyaşlı İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün təşkilati məsələlərin icrasına başlanılıb.

İmran Cəfərzadə üzərində əməliyyatın keçirilməsi üçün Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürəcək.

 

Saytda Axtarış

Son xəbərlər