Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün585
DünənDünən634
Bu həftəBu həftə7021
Bu ayBu ay51720
Bu günə qədərBu günə qədər7422194

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İlham Əliyev Astaraya 3 milyon manat ayırdı

alt

Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə dövlət büdcəsindən 3,3 milyon manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılsın.

Tələbə qız itkin düşdü

alt

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi itkin düşüb. 

Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini Ariz Ələkbərov polisə müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü qardaşı qızı iyulun 11-də mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Gəncədə 19 yaşlı gənc özünə qəsd etdi

alt

Gəncədə 19 yaşlı gənc özünə qəsd edib.

Gəncə şəhər sakini özünə xəsarət yetirib. Döş qəfəsinə bıçaq zərbəsi endirən 19 yaşlı İmamverdi Tağızadə yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı hazırda reanimasiya şöbəsindədir.

Hazırda faktla bağlı araşdırma aparılır. İ.Tağızadənin əsəb xəstəsi olduğu bildirilir.

Gürcüstan azərbaycanlıları Milli Şuradan üz çevirdi

alt“Rüstəm İbrahimbəyov yaxşı insandır, amma biz onu yox, İlham Əliyevi dəstəkləyəcəyik”.

Bu fikirləri  Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov bildirib. Azərbaycan müxalifətinin seçkiqabağı yaratdığı Milli Şuranı dəstəkləmədiklərini deyən A.Süleymanov bu işlərin kökündə Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzərRoss”un keçmiş prezidenti Söyün Sadıqovun dayandığını iddia edib.

Onun sözlərinə görə, Söyün Sadıqov Gürcüstan azərbaycanlılarının “qara siyahı”sındadır. Deputat həmçinin Milli Şuranın əleyhinə ciddi ittihamlar səsləndirib.

“Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın indiki hakimiyyətini dəstəkləyir. Gürcüstan Azərbaycanlıları belə bir təşkilatı tanımırlar. Bizim adımızdan danışmağa heç kimin haqqı yoxdur. Hamısı Rusiyanın puluna uymuş, Rusiyanın maraqlarına xidmət edən insanlardır. Söyün Sadıqov başqa olmaqla bu insanlar hamısı öz maraqları naminə addım atırlar. Söyün Sadıqovun milyonlar pulu olsa da, Gürcüstanda yaşayan soydaşlarınız üçün bir dənə də iş görməyib. Biz Azərbaycan hakimiyyətini dəstəkləyirik. Bizim adımızdan heç kim alver eləməsin”-deyə A.Süleymanov vurğulayıb.

Gürcüstan parlamentinin üzvü daha sonra məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyindən danışıb. İbrahimbəyovun yaxşı insan olduğunu deyən deputat onun siyasi kursunu dəstəkləməyəcəklərini bəyan edib:

“İbrahimbəyov Moskvada yaşayan ziyalıdır. Biz onun pisliyinə söz deyə bilmərik. Amma onun heç bir xidmətini görməmişik. O namizədliyini versə də, biz prezident İlham Əliyevi dəstəkləyirik. Onun təşkilatını, “Azərros”u filan tanımırıq. Bu insanlar Rusiyanın maraqlarına qulluq etdikləri üçün biz nə onların təşkilatlarını, nə də namizədliklərini qəbul edirik”.

Gəncədə bıçaqlanma

alt

Göygöl rayon sakini Gəncə şəhərində bıçaqlanıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından  verilən məlumata görə, dünən axşam saatlarında Göygöl rayonun Aşıqlı kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Qurbanov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib, səhhətinin orta-ağır olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır. E. Qurbanovu bıçaqlayan şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Qənirə Paşayevaya ağır itki üz verib

alt

Millət vəkili Qənirə Paşayevaya ağır itki üz verib. 

Onun əmisi Nikolay Paşayev 62 yaşlında qəflətən vəfat edib. Mərhum dəfn olunmaq üçün doğulduğu Tovuz rayonunun Dönük Qırıqlı kəndinə aparılıb.

Allah rəhmət eləsin!

Avropa Parlamenti Azərbaycan üzrə seçki monitorinqini dayandıracaq

altAzərbaycan bu həftənin əvvəli öz müstəqil tarixində mühüm məqama çatıb. Belə ki, Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı elan edilib.

Bunu Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Avronest PA-nın vitse-prezidenti Elxan Süleymanov deyib.

E.Süleymanov hesab edir ki, bu xəbər 2013-cü ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində böyük bir andır:
"Avropa İttifaqı yarandığı vaxtdan etibarən bir çoxları tərəfindən demokratik inkişafın zirvəsi kimi simvolizə edilən beynəlxalq təşkilat olub. Onun Parlamenti 27-dən artıq (hazırda 28) ölkədən demokratik yolla seçilmiş orqan kimi Avropa Komissiyası ilə birlikdə dünyada demokratiyanın vəziyyətinin monitorinqi sahəsində çox iş görür. O, ötən on il ərzində Avropa İttifaqı nöqteyi-nəzərindən demokratiya yolunda "problemləri" olan ölkələrə 100-dən artıq seçki müşahidə missiyası reallaşdırıb".

Ekspert: “Ermənistan əhalisinin sayı 2 milyondan çox olmayacaq“

alt

2050-ci ilə Ermənistanda yaşayan əhalinin sayı 2 milyon nəfərdən çox olmayacaq. Bu barədə ölkənin Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor Gevorq Poqosyan bəyan edib.

BMT-nin proqnozlarına əsasən, 2015-ci ilə Ermənistanda indiki 3 milyon 200 min nəfər əvəzinə təqribən 3 milyon insan yaşayacaq.

Poqosyan bu mənfi tendensiyanı ölkədə doğum səviyyəsinin azalması və güclü miqrasiya axını ilə əlaqələndirib.

Onun sözlərinə görə, Ermənistanda hər il təqribən 35 min uşaq doğulur və bir o qədər də insan ölkəni tərk edir. Ekspert ölkə əhalisinin qocaldığını da əlavə edərək deyib ki, əhalinin 14,6 faizi yaşı 60-dan yuxarı olanlardır.

Astarada dəniz sahilində meyid aşkarlanıb

alt

Astara rayon sakini naməlum şəraitdə dünyasını dəyişib. Astara Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Maşxan kənd sakini, 1960-cı il təvəllüdlü Məhərrəm Aslan oğlu Məmmədovun meyiti bu gün günorta saatlarında yaxınları tərəfindən dənizin sahilində aşkarlanıb. Meyit ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə aparılıb. Şöbə müdiri İlqar İmanverdiyev ilkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətlərinin müşahidə olunmadığını bildirib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda kişi özünü qəbiristanlıqda yandırıb

alt

 

 

Abşeron rayonunun Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

 

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, bu gün Xırdalan sakini, 1957-ci il təvəllüdlü Şamil Kamil oğlu Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş. Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

İntihara səbəb kimi Ş. Kamilovun maddi durumunun pis olması göstərilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Gürcüstan Azərbaycan Dövlət Neft Şirkətinin Acarıstanda fəaliyyətinin genişləndirilməsində maraqlıdır

altAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanın Acarıstan Muxtar Respublikasının başçısı Arcil Xabadze ilə görüşüb.


R.Abdullayev Gürcüstanla Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, ARDNŞ-in ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. ARDNŞ prezidenti son illərdə Gürcüstanın regionlarında gerçəkləşdirilən layihələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini vurğulayıb.


Öz növbəsində A.Xabadze Qafqazın ən böyük şirkəti olan ARDNŞ-in Gürcüstandakı fəaliyyətindən məmnunluğunu ifadə edib və şirkətin fəaliyyətinin Acarıstanda daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.


Görüşdə hazırda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu vurğulanıb, bu imkanların gerçəkləşdirilməsi istiqamətində səylərin artırılması zərurəti qeyd edilib.

Ermənistanda əsgər anaları bəyanat qəbul etdilər

alt

Dinc şəraitdə həlak olmuş erməni əsgərlərin anaları Ermənistan hərbi prokurorluğuna qarşı bəyanat qəbul ediblər.

Erməni analar bildiriblər ki, Ermənistan hərbi prokurorluğu bilərəkdən əsgər ölümləri faktını gizlədir. 

Erməni analar bəyan ediblər ki, hərbi prokurorluq tərəfindən əsgərlər Torqom Saruxanyan, Tiqran Ambarsmyan, Zorik Markaryan, Aqasi Abramyan, Albert Adibekyan, Edvard Alaverdyan, Tiqran Varyanın həlak olması faktı gizlədilib. 

Əsgər anaları bəyanatlarında bildiriblər: “Biz öldürülmüş əsgərlərin anaları hesab edirik ki, bu, öldürülmüş əsgərlərin valideynləri üçün təhqirdir”. Ekspertlər hesab edir ki, əsgərlər işğal edilmiş Azərbaycan ərazilərində həlak olduğundan onların ölüm faktı açıqlanmır. 

Saytda Axtarış

Son xəbərlər