Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1161
DünənDünən1348
Bu həftəBu həftə4856
Bu ayBu ay53552
Bu günə qədərBu günə qədər7480886

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

BQXK nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərinə baş çəkiblər

altBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgəri Firuz Fərəcova nə baş çəkiblər.


Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, başçəkmə avqustun 23-də olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

FHN şadlıq evində baş vermiş yanğınla bağlı məlumat yaydı

alt

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöl rayonunda şadlıq evində baş vermiş yanğınla bağlı məlumat yayıb. 

Yanğın vətəndaşa məxsus ümumi sahəsi 625 kv.m olan 1 mərtəbəli şadlıq evində baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m və 36 kv.m olan mətbəxin tavanı 2 kv.m sahədə yanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. 

Xatırladaq ki, yanğın hadisəsi Göygöl rayonunun Quşqara kəndində «Qismət» şadlıq sarayında saat 16:00 radələrində baş verib. Rayonun Balçılı kənd sakininin toy məclisində qəfildən sarayın damı yanmağa başlayıb. Dərhal təxminən 100-ə yaxın qonaq şadlıq evindən çıxarılıb. Göygöl rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, əraziyə Gəncə və Göygöldən olmaqla 5 yanğınsöndürmə avtomobili cəlb edilib. Qısa müddət ərzində alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb. Məlumata görə, hadisə nəticəsində sahəsi 625 kv. metr olan şadlıq sarayının 45 kv. metr olan çardaq hissəsi yanaraq sıradan çıxıb. Şahidlərin dediyinə görə, yanğına səbəb elektrik naqilində qısaqapanma olub. Belə ki, elektrik enerjisinin sönüb yanması nəticəsində obyektin çardağında olan işçilərin geyim otağında yanğın başlayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Bakıda polis azarkeşi təpiklədi - Video

alt

Dünən keçirilən Qarabağ-Ayntraxt oyunundan sonra polis azarkeşi təpikləyib.

Bununla bağlı vieogörüntü yayılıb. Polisin nə üçün belə hərəkət etdiyinin səbəbi bəlli deyil. Həmin görüntünü təqdim edirik. 

Bakıda ağır qəza: ölən və yaralananlar var

alt

Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. 

Rayon Polis İdarəsindən verilən məlumata görə, Zabrat şosesində 2 “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri Taprıdov Təbriz Həmid oğlu hadisə yerindəcə keçinib. Digər sürücü Quliyev Əzim Məcid oğlu və daha 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır. 

Qafqaz Xalqları Ali Dini Şurası Dövlət başçılarına müraciət qəbul edib

altQafqaz Xalqları Ali Dini Şurası Dövlət başçıları və parlament rəhbərləri, dini liderlər və bütün dünya ictimaiyyətinə müraciət qəbul edib.

Müraciəti Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə başda olmaqla, Qafqazın ən nüfuzlu dini rəhbərləri – Çeçenistan, Qaraçay-Çərkəz, İnquteşiya, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya – Alaniya, Kalmıkiya və başqaları imzayıb.

Azərbaycanda dəhşətli qətl

alt

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.

İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Nəriman Nərimanov küçəsi, 171 ünvanında qeydə alınıb.

Rayon sakini, 1944-cü il təvəllüdlü Davud İslam oğlu Abbasov aralarında yaranan münaqişə nəticəsində rayon ərazisində qaz pulu yığan 1962-ci il təvəllüdlü Mübariz Xosrov oğlu Fərəcovu tüfəngdən atəş açaraq qətlə yetirib.

Daha sonra D. Abbasov tüfənglə özünü də vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Azərbaycanda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 10 faiz artırılıb

Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.


“APA-Economics”in məlumatına görə, aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılıb.

Baş redaktorun həyat yoldaşını öldürən şəxslə bağlı yeni məlumatlar

alt

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını öldürən şəxsin daha bir cinayət əməli ortaya çıxıb.

Abşeron Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulan Əlaqif Abbasovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqustun 3-də Xırdalan şəhər sakini Əminə Məmmədovanın evindən 2000 manat pul, 1000 manat dəyərində qızıl əşyaları və iyulun 27-də Güləbəddin Orucovanın evindən 3250 manat pul və qızıl əşyalarını oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, Ə. Abbasovun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.

Xatırladaq ki, avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq qətlə yetirib.

Ə. Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əmək haqları artırılıb - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.


“APA-Economics”in məlumatına görə, dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi;

- Heydər Əliyev Mərkəzi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);

- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

- Azərbaycanda Atatürk Mərkəzi;

- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;

- Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;

- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etmək, sərəncamda göstərilən təşkilatlarda və nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etmək tapşırılıb.

Ermənistan əsir düşən əsgərimizi qaytarmağa razıdır

alt

Ermənistan əsiri geri qaytaracaq 

Ermənistan tərəfi əsir götürülən Azərbaycan hərbçisinin geri qaytarmağa razı olub. 

Bu barədə müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hökumətinin qərarından asılı olmayaraq, Ermənistan əsiri geri qaytaracaq. 

Ermənistan Azərbaycan tərəfinə əsir düşən Akop İnciqulyanın qarşılığında Firuz Fərəcovun qarşı tərəfə təhvil veriləcəyini də vurğulayıb:

“Biz azərbaycanlı əsiri sağ-salamat geri qaytarmaq üçün hərbi əsirlərə qarşı məsuliyyətimizi ifadə edən sazişlər imzaladığımız müvafiq beynəlxalq təşkilatlarla işləyəcəyik”.

”Erməni əsir istəsə, ölkəsinə qaytarılacaq ”

alt

Dövlət Komissiyası Azərbaycanda saxlanılan erməni əsirin öz ölkəsinə qaytarılmasında problem görmür”

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda saxlanılan erməni əsir Akop İnciqulyanın öz ölkəsinə qaytarılmasında problem görmür”. Bu açıqlamanı APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov verib.

Ş. Sayılov bildirib ki, əsirin hansı səbəbdən sərhədi keçməsi aydınlaşandan sonra öz istəyindən asılı olaraq ölkəsinə təhvil verilə və yaxud üçüncü ölkəyə göndərilə bilər: “Ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirlə görüşüblər. Yəqin ki, görüşdə onun öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib. Hər şey əsirin öz istəyindən asılıdır. Əgər Ermənistana getmək istəsə, qaytarılacaq. Biz bu məsələdə problem görmürük”.

Qeyd edək ki, avqustun 7-dən 8-ə keçən gecə erməni silahlı bölmələrinin hərbiçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

Azərbaycana əsir düşən erməni ailəsinə məktub yazdı

alt

Hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüb. Erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə əsirin qardaşı bildirib.

Akop İnciqulyan həmçinin ailəsinə məktub göndərərək narahat olmamalarını bildirib. Özünü yaxşı hiss etdiyini deyən əsgər Azərbaycanda ona qarşı yaxşı münasibət göstərildiyini deyib. 

Saytda Axtarış

Son xəbərlər