Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün537
DünənDünən957
Bu həftəBu həftə9738
Bu ayBu ay47476
Bu günə qədərBu günə qədər7474810

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Moskvada azərbaycanlıların hansı bazarları bağlanacaq - Siyahı

alt

«Moskvada Moskvareçiy» bazarına OMON-nun reydi təsadüfi deyil. 

Belə reydlər Moskvanın bütün bazarlarında aparılacaq». 

Belə reydlərə səbəbə bazarlarda çalışan və dövlətə heç bir rüsum ödəməyən miqrantları aşkar etməkdir. «Bir qədər əvvəl Rusiya Miqrasiya komitəsi məlumat yaymışdı ki, ölkədə 3 milyondan çox qeyri-qanuni miqrant fəaliyyət göstərir. Onların qeydiyyatı olmadığı üçün rəsmi nəzarət etmək mümkün deyil. Bu çoxmilyonlu miqrantların arasında isə azərbaycanlılar da üstünlük təşkil edir».

Həmsöhbətimizin dediyinə görə, bundan başqa ilin axırına kimi Moskvada bağlanacaq bazarların da siyahısı məlumdur. Artıq bu bazarlarda işləyən azərbaycanlılar özlərinə yeni iş yerləri axtarmağa başlayıblar.

Teyyub Həsənov həmin bazarların siyahısını da bizə təqdim edib. Bunlar «Kolomenskaya yarmarka», «Konkovo», «Lefortovski», «Mariino», «Tyoplıy stan», «Vlokolomsk», «Arkada», «Afqanets», «Yarmarka Lyublino», «Tekstilşiki», «Vıxino», Persvet, «Timiryazevski», «Petrovski-Razumovski», «Tuşinski» və «Rijski» bazarlarıdır.

Həmsöhbətimizin dediyinə görə, bu bazarlarda minlərlə azərbaycanlı çalışır.

Ata 17 yaşlı qızını küçələrə atdı - Şamaxıda

alt

Azərbaycanda daha bir valideyn övladından imtina edərək, onu küçələr atıb. Azərbaycan Uşaq Birliyinin sədri Kamala Ağazadənin verdiyi məlumat görə, hadisə Şamaxı rayonunda baş verib: “İmtina edilən qız Samaxı rayon sakinidir. Onun 17 yaşı var. Olaya səbəb ailə münaqişəsidir. Qızın hər iki valideyni yenidən ailə qurub. Qız atanın yanında qalıb. Amma qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qaldığından evdən qaçıb”.

K.Ağazadə bildirib ki, qız evdən qaçdığından ata övladına qarşı sərt qərar verib: “Bundan sonra ata qızına sahib çıxmayıb. Ata rəsmi olaraq, qızından imtina edib. İşə polis qarışıb. 17 yaşlı qızı dünən sənədlərilə birlikdə mən qəbul etdim”.

Moskva bazarında azərbaycanlılara hucum edildi

alt

Bazar dağıdılır, soydaşlarımız döyülür

Moskvada azərbaycanlıların kütəlvi şəkildə ticarətlə məşğul olduğu “Moskovretskiy” bazarına OMON hucum edib. Bu barədə Moskvada bazarda işləyən soydaşlarımız bildirib. Hazırda bazarda ticarət köşklərini dağıdan OMON etiraz edən azərbaycanlılara qarşı zor tətbiq edir.

Xüsusi təyinatlılar eyni zamanda bazarda pasport rejiminin yoxlanmasına başlayıblar. Xeyli azərbaycanlının saxlandığı bildirlir. Bu hucum Moskva merinin vəzifələrini icra edən Sobyaninin sərəncamı ilə həyata keçirilir.

Hazırda "Moskovretsksiy” bazarında ticarət palatkaları dağıdılır, köşklər sökülür..

Bununla bağlı ətraflı məlumat veriləcək.

Azərbaycan-Gürcüstan sərhədində iki qardaş güllələndi: 1 ölü

altAzərbaycan-Gürcüstan sərhədində silahlı insident olub.

Hadisə bu gün saat 16.00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində qeydə alınıb.

Rayonun Tülü kənd sakinləri, Vüqar Əliyar oğlu Qurbanov və qardaşı Şahin Qurbanov güllə yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Qurbanovu xilas etmək mümkün olmayıb. Ş.Qurbanovun vəziyyəti isə ağır olaraq qalır.

Xəstəxanadan bildirilib ki, hadisə sərhəddə qeydə alınıb: “Zərərçəkənlərin yaxınlarının dediyinə görə, qardaşları gürcü milliyyətindən olan bir nəfər güllələyib”.

 

Gürcüstanda zavodda üç partlayış qeydə alındı

alt

Gürcüstanın qərbində yerləşən manqan istehsalı üzrə minizavodda bazar günü səhər üç partlayış baş verib. Minizavod Zestafon rayonunun Kveda Arqveti kəndində (İmereti regionu) yerləşir.

Partlayışlar nəticəsində insan tələfatı yoxdur, lakin zavodun binasına güclü zərər vurulub. Partlayışların səbəbi hələ ki müəyyən olunmayıb.
Hadisə yerində kriminalistlər və istehkamçılar işləyir.

Yerli sakinlərin sözlərinə görə, zavod yaşayış məntəqəsinin yaxınlığında yerləşdiyinə görə, partlayış kənddə güclü hiss olunub.

İki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

alt

Bərdədə yol nəqliyyat hadisəsi baş verib. Rayonun Mirzalıbəyli kəndi ərazisində baş vərən hadisədə 2 minik maşını toqquşub. 

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar təcilli tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər 3 yaralının vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri rayon polis şöbəsində araşdırılır.

Gürcüstanda erməni fəalın qardaşı da həbs edildi

alt

Gürcüstanda 2008-ci ildə silah gəzdirmə və ölkədə iğtişaş hazırlama ittihamı ilə həbs olunmuş erməni aktivist Vahan Çaxalyanın qardaşı Armen Çaxalyan həbs edilib.
 

Armen Çaxalyanın Axalkələkdə qarışıqlıq yaratdığına görə həbs olunduğu bildirilib. Erməni aktivisti qara maskalı polis xüsusi təyinatlıları həbs edib.

 

Qeyd edək ki, V. Çaxalyan Gürcüstanda qarışıqlıq yaratmağa cəhd, eləcə də silah daşınması və s. ittihamlarla 2008-ci ildə saxlanaraq 10 il müddətinə həbs cəzasına məhkum olunub.
 

O, baş nazir Bidzina İvanaşvilinin baş nazir seçilməsindən sonra 2013-cü ilin yanvar ayının 24-də amnistiyaya düşərək həbsdən azad edilib.

 

V. Çaxalyanın həbsdən azad olunmasına görə prezident Mixeil Saakaşvili B. İvanaşvilini sərt tənqid edib. 

Biznesmen küçədə güllələndi

alt

Rusiya paytaxtında məşhur iş adamlarından biri- Sergey Pyanov öldürülüb. O, güllələndiyi zaman yanında mühafizəçisi də olub. Killer iş adamını “Ermak” gözəllik salonunun qarşısında güllələyib. 

Mühafizə altında küşəyə şıxan biznesmen gözlənilməz hücuma məruz qalıb. İş adamı yerindəcə keçinib, mühafizəçi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Öldürülən iş adamı, 41 yaşlı S.Pyanov «Rekstal” şirkətlər qrupunun icraçı direktoru olub. 

Bakıda 16 yaşlı oğlan dənizdə boğulub

alt

Bakıda 16 yaşlı oğlan dənizdə boğulub. Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xəzər dənizinin Şüvəlan qəsəbəsinə düşən  ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Cəsarət Əkrəm oğlu Hacızadə dənizdə çimərkən boğulub. C.Hacızadənin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.

Tiflisdə “ATƏT - Qafqaz regionunda yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib

 
altGürcüstan paytaxtındakı Qafqaz Beynəlxalq Universitetində “ATƏT - Qafqaz regionunda yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbiri universitetin rektoru Kaxaber Kordzia açıb. Sonra Ukraynanın Gürcüstandakı səfirliyinin II katibi Dmitri Tretyakov, ATƏT-in Gürcüstanda azlıqların problemləri üzrə milli proqram koordinatoru Nino Qoqoladze, Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski, “Demokratik Gürcüstan” siyasi hərəkatın lideri, Gürcüstan prezidentliyinə namizəd Nino Burcanadze, Gürcüstan Sosial-Demokrat Partiyasının baş katibi Beka Natsivlişvili, ATƏT-in “Qafqaz Araşdırma Mərkəzi”nin rəsmisi Olqa Doroxina, Helsinski Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin nümayəndəsi, politoloq Zərdüşt Əlizadə və başqaları çıxış edərək Cənubi Qafqazda ATƏT-in perspektivləri və yeni imkanlar barədə söhbət açıblar.

Tədbir 1973-cü ilin iyulun 3-də Helsinskidə açılan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının ilk mərhələsinin 40 illiyinə həsr olunub.

Beynəlxalq konfransda “Qafqazın çağırışı” adlı sənəd qəbul edilib.

Gürcüstanda baş vermiş avtomobil qəzasında bir ailənin dörd üzvü həlak olmuşdur

altKutaisi şəhərində yüngül minik maşını ilə yük avtomobili toqquşmuşdur. Qəza nəticəsində minik maşınındakı bir ailənin 4 nəfər üzvü həlak olmuşdur. Xəsarət alan iki nəfər isə xəstəxanaya yerləşdirilmişdir.
Həkimlər yaralıların vəziyyətinin hələlik normal olduğunu bildirirlər. İlkin məlumata görə, qəzaya minik avtomobilinin yüksək sürətlə idarə edilməsi səbəb olmuşdur.
Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.

Bakıdakı hərbi paraddan görüntülər (FOTO-VİDEO)

Bu gün Azərbaycan Respublikasının paytaxtı Bakida Azərbaycan Silahli Qüvvələrinin 95-illiyi münasibəti ilə dördüncü hərbi parad keçirildi.

 

 

 altaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltaltalt

Saytda Axtarış

Son xəbərlər