Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün482
DünənDünən1299
Bu həftəBu həftə8726
Bu ayBu ay46464
Bu günə qədərBu günə qədər7473798

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Əsirlikdə olan həmyerlimiz barəsində cinayət işi qaldırıldı

alt

Ermənistanda Gürcüstan vətəndaşı olan azərbaycanlı Allahverdi Pələngova qarşı sərhədi qeyri-qanuni və sənədsiz keçmək ittihamı ilə cinayət işi başlanıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Nazirliyi xüsusi bəyanat yayıb.

Bəyanatda deyilir ki, avqustun 18-də Lori vilayətinin Çoçkan kəndi yaxınlığında saxlanılmış mənşəcə azərbaycanlı olan Gürcüstan vətəndaşına qarşı Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi qaldırılıb. Bu maddə minimum əməkhaqqından 100-200 dəfə artıq cərimə və ya maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Məcburi köçkünlər yolu bağladılar

alt

Bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar. Məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər.

Hazırda yol bağlıdır və yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar. 

Baş redaktorun arvadının qatili danışdı- Video

alt

“Evdən pul götürə bilmədim, bir qolbaq idi, o da qızıl çıxmadı”

“Çox peşmanam. Mənim də anam var. Qadın öldürmüşəm. Kişiyə yaraşan hərəkət etməmişəm``.Bunu 5 gün əvvəl 58 yaşlı Elmira Dadaşovanı evində 15 bıçaq zərbəsi ilə qətlə yetirən 31 yaşlı Əlaqif Abbasov ilkin istintaqa verdiyi ifadəsində bildirib.
Əlaqif Abbasov ali məktəb müəlliməsi olan Elmira Dadaşovanın evinə oğurluq məqsədi ilə girdiyini, daha doğrusu narkoman olduğundan ağrılarını sakitləşdirmək üçün pul axtardığını deyib.

“ “Reşotka”nı qırdım girdim içəri, gördüm evdə arvad. Arvad başladı qışqırmağa, qonum-qonşu eşitdi. Mən də arvada dedim ki, bura pul üçün gəlmişəm, səni öldürmək fikrim yoxdu. Qadın dedi ki, pulumuz yoxdur. Bir-iki bıçaq vurdum buna. Sonra dedi sənə çoxlu pul verəcəm. Sonra da mənə dedi ki, su ver. Aparıb mətbəxdə üzünü yudum, su verdim, başladı yenidən qışqırmağa. Mətbəxdə pendir bıçağı var idi. Götürdüm vurdum. Qonşular qapını döyürdü, mən də başladım çoxlu vurmağa. Bilmirəm neçəsini vurdum. Mən evə oğurluq məqsədi ilə girmişdim. Əslində, məni kişi aldatdı. Qapını bayırdan bağlayıb getdi, elə bildim ki, da evdə adam yoxdur, ev boşdu``.

Məlumata görə, Əlaqif qətli törədib qaçarkən evdən bir ədəd qolbaq götürüb. “Evdən pul götürə bilmədim. Heç nə. Çünki qonşular gəlirdi. Bir qolbaq idi, o da qızıl çıxmadı qırdım tulladım”`.
Yeri gəlmişkən, ilkin araşdırmalardan sonra məlum olub ki, Ə. Abbasov bunacan bir neçə mənzildən də oğurluq edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Bayraq Meydanı yaxınlığında dəhşətli qəza

alt

Bu gün axşam saatlarında Bakı şəhəri, Neftçilər prospekti Bayraq Meydanı yaxınlığında dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

90 DN 988 dövlət nömrə nişanlı "Mitsubishi Lancer"le "Tofaş" toqquşub. Zərbə nəticəsində "Tofaş" markalı avtomobil 30 metr kənara- yolun hərəkətsiz hissəsinə aşıb. 

Dəhşətli qəza nəticəsində "Tofaş" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki avtomobilin yararsız hala düşdüyü bildirilir.

Gürcüstan xüsusi xidmət orqanları girov götürülmüş azərbaycanlının geri qaytarılması üçün Ermənistanla danışıqlar aparır

alt

“Sadaxlı kənd icra nümayəndəliyinin inzibati ərazi dairəsinə daxil olan Burma kəndindəyik. Erməni sərhədçilərinin girov götürdüyü Allahverdi Pələngovun ailəsi bu kənddə yaşayır. Məni Sadaxlı kənd mərkəzində Allahverdi Pələngovun qardaşı oğlu Anar Pələngov qarşıladı və polisin hadisə baş verən kəndə getdiyini dedi. Az sonra “Niva” markalı avtomobilin sürücüsü Mirzə Pələngov (sonra öyrəndim ki, o, girov götürülən şəxsin qardaşıdır) yaxınlaşdı, mənim kim olduğumu soruşdu və jurnalist olduğumu eşidəndə bildirdi ki, “bizə jurnalist lazım deyil, bizə hökumət adamı, polislər lazımdır. Qardaş sən geri qayıt, bizim işimizə mane olma, qoy polislə işimizi görək, ermənilər bilsə ki, bu məlumat mətbuata ötürülüb, qardaşımızın işi yaxşı olmaz”.

Gürcüstan-Ermənistan gömrük məntəqəsindən sağa burulub, təxminən 3 km yol gəldikdən sonra Burma kəndi başlayır. Ermənistan gömrük məntəqəsi ilə bu kəndi magistral yoldan cəmi 100-150  metr məsafə ayırır. Burma kəndinə çatanda yerli sakinlərin toplaşıb hadisəni müzakirə etdiklərini gördüm. Gürcüstanın “Gürcü Arzusu” partiyasının Siyasi Büro üzvü Əli Babayev və “Sadaxlı Dirçəliş İttifaqı” qeyri-hökumət təşkilatının sədri Sabir Mehdiyev  də  kənddə polislərlə hadisənin təfərrüatlarını öyrənməyə çalışırdı. Polislər Allahverdi Pələngövun həyat yoldaşından, oğlu Kənan  və hadisənin digər şahidlərindən izahat alırdı. Allahverdi Pələngövun evində olarkən qardaşı Mirzə Pələngov yenə mənim və “Sadaxlı Dirçəliş İttifaqı” qeyri-hökumət təşkilatının sədri Sabir Mehdiyevə kəndə gəlməmizə etiraz etdi və Allahverdi Pələngovun həyat yoldaşından açıqlama almağıma mane oldu. Mirzə Pənləngov şəkil çəkməyimə də etirazını bildirdi. Mən kənd sakini Vaqif Naibovun maşını ilə sərhədə gedərək Ermənistan sərhədçilərinin dayandığı sərhəd zolağını da çəkmək istədim. Vaqif Naibov bildirdi ki, 3-4 il bundan əvvəl ermənilər 1974-cü ilin qondarma xəritəsini əsas gətirərək meşəyə yaxın ərazidə kənd evlərinin yerləşdiyi ərazilərin Ermənistana aid olduğunu iddia edib və azərbaycanlıları dədə-baba evlərimizdən çıxartmaq istəyiblər: “Lakin biz mübarizə apardıq, müvafiq təşkilatlara müraciət etdik, bundan sonra evlərimizi vermədik. Lakin başımıza hələ də çox hadisələr gəlir”.

Allahverdi Pələngovun əmisi oğlu Süleyman Pələngov açıqlamasında girov götürülən şəxsin Ermənistan-Gürcüstan sərhədinin neytral sahəsində iki erməni çobanı ilə görüşdüyünü və birlikdə çörək yediklərini bildirib: “Sonra erməni sərhədçiləri onların hər üçünü tutaraq, yaxınlıqda olan erməni sərhəd zastavasına aparıblar. Ermənilər izahat verdikdən sonra azad buraxılıb əmim oğlu Allahverdini isə İrəvana aparıblar. O, indi Ermənistan Təhlükəsizlik Nazirliyində saxlanır”.

“Gürcü Arzusu” partiyasının Siyasi Büro üzvü  Əli Babayev baş verən hadisə barədə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin milli azlıqlarla iş üzrə köməkçisi Savalan Mirzəyevin də məlumatlı olduğunu deyib. O hadisəyə müdaxilə edəcəyini və müvafiq orqanları məlumatlandıracağını bildirib. Burma kəndində mənə hadisə ilə bağlı artıq Azərbaycan və ABŞ-ın Gürcüstandakı səfirliklərinə məlumat verildiyini bildiriblər.

Hadisə yerinə gələn Sadaxlı kənd icra nümayəndəliyinin rəhbəri Hüseyn Əsgərov açıqlamasında hadisə ilə bağlı Gürcüstan Təhlükəsizlik İdarəsi rəsmilərinin Ermənistanın əlaqədar qurumları ilə danışıqlar apardığını və bu gün Allahverdi Pələngovun geri qaytarılacağını söylədi.

Həmyerlimiz ermənistan hərbiçiləri tərəfindən girov götürüldü

alt

Dünən gecə saatlarında Gürcüstanın Marneuli rayonunun Sadaxlı kənd sakini Ermənistan sərhədçiləri tərəfindən girov götürülüb.

Bunu “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev deyib.

Onun bildirdiyinə görə, dünən gecə Sadaxlı kənd sakini Allahverdi Pələngov axşamüstü kənd yaxınlığındakı Muşul meşəsində qoyun sürüsünü axtararkən, erməni sərhədçiləri tərəfindən saxlanılıb: “Onu gecə saat 2-yə qədər ermənilərin Sadaxlının yaxınlığındakı hərbi hissəsində saxladıqdan sonra İrəvana aparıblar. Bu gün səhər isə Ermənistandan Allahverdi Pələngovun oğlu Kənana zəng edib, atasının İrəvan Milli Təhlükəsizlik Nazirliyində olduğunu deyiblər”.
Pələngovun qardaşı oğlu Anar Pələngov APA-ya faktı təsdiqləyib və hazırda Sadaxlıda Ermənistan-Gürcüstan sərhədindəki gömrük-buraxılış məntqəsində olduqlarını deyib: “Gürcü hərbçiləri sərhəddən heç kimin keçmədiyini deyirlər. Onlar əmimin yerini bilmədiklərini söyləməklə kifayətlənirlər. Amma Ermənistanın hərbi hissəndən bizə zəng olub, hazırda isə ordan bizə heç bir cavab verilmir”.

Qeyd edək ki, Allahverdi Pələngov 1969-cu il təvəllüdlüdür.

Mətbuat Şurası mitinqdə monitorinq aparacaqdır

Azərbaycan Mətbuat Şurası avqustun 18-də Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçiriləcək icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə yaradılmış şəraitin monitorinqini aparacaqdır.
Mətbuat Şurasından bildirmişlər ki, monitorinq, eyni zamanda, kütləvi informasiya vasitələri nümayəndələrinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrin dərhal aradan qaldırılmasına da yardımçı olmağı nəzərdə tutur. Bu məqsədlə Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvləri, həmçinin qurumun mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının təmsilçiləri aksiya yerində olacaqlar. Bundan başqa, Şuranın 441-35-96 saylı telefon nömrəsi də mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərəcəkdir.
Mətbuat Şurası peşə fəaliyyətini yerinə yetirəcək jurnalistlərin icazəli və ya icazəsizliyindən asılı olmayaraq, bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə gəlməyi tövsiyə edir. Jurnalistlər prosesi işıqlandırarkən hər hansı maneə ilə üzləşdikləri halda bu barədə həm Şuranın monitorinq qrupunun üzvlərinə, həm də “qaynar xətt”inə məlumat verə bilərlər.

Prezident: "Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"

altAzərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir və bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir.

“Tədbirlərin keçirilməsi özlüyündə vacib bir hadisədir. Eyni zamanda, o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə - Avropada, Orta Şərqdə, müxtəlif bölgələrdə dini və milli dözümsüzlük hökm sürür. Bu, zəmanənin mənfi əlamətidir və bu proseslər kəskinləşir. Yəni, əfsuslar olsun ki, dünyada qarşıdurmaya aparan bəzi siyasətçilərin, siyasi qrupların fəaliyyəti fəlakətlərə gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz internet dövründə yaşayırıq, hər bir məlumatı televiziya vasitəsilə əldə etmək üçün bütün imkanlar var. Əlbəttə ki, bu, bizi çox narahat edir və üzür. Çünki belə olmamalıdır”.

Bakı-Qobustan yolunda ağır qəza

alt

Bu saatlarda Bakı istiqamətində hərəkət edən KİA markalı, 10 TN 105 dövlət nömrə nişanlı avtomobil Qobustan yolunda ağır qəza törədib. 

Qəza nəticəsində sürücü ağır yaralanıb. 

Hadisə yerinə çox sayda polis əməkdaşı gəlib. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. 

Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Ermənistan-Gürcüstan sərhədindəki Sadaxlı nəzarət-keçid məntəqəsində Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır.
Gürcüstan Gəlir Vergisi Xidmətinin məlumatına görə, Ermənistandan Gürcüstana keçmiş Rusiya vətəndaşının (soyadı açıqlanmır) əl çantasında bəyannamədə göstərilməmiş 157,45 qram qızıl məmulatı aşkar olunmuşdur. O, Gürcüstan qanunvericiliyinə əsasən 6.801 lari (1 dollar 1,65 laridir) məbləğində cərimə olunmuşdur.

Gürcüstana qaçaqmalçılıq yolu ilə mobil telefon gətirmiş Ermənistan vətəndaşı ifşa olunmuşdur

altTbilisi Beynəlxalq Aeroportunda Gürcüstana qaçaqmalçılıq yolu ilə mobil telefon gətirilməsinin qarşısı alınmışdır.
İstanbul-Tbilisi aviareysinin sərnişini olan Ermənistan vətəndaşından (adı və soyadı açıqlanmır) bəyannamədə göstərilməmiş 9 mobil telefon tapılmışdır.
Gürcüstanın Vergi Məcəlləsinə əsasən, qaçaqmalçı 13.148 lari (1 dollar 1,65 laridir) məbləğində cərimə olunmuşdur.

Gürcüstanda zəlzələ baş vermişdir

Gürcüstanın Şida (Daxili) Kartli bölgəsinin Kareli rayonu ərazisində 3,6 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin episentri Kareli rayon mərkəzinin 5 kilometrliyində, Kvenaplavi kəndində qeydə alınmışdır.
Tələfat və dağıntının olmadığı bildirilir.

Saytda Axtarış

Son xəbərlər