Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün920
DünənDünən1299
Bu həftəBu həftə9164
Bu ayBu ay46902
Bu günə qədərBu günə qədər7474236

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bu ilin ilk rübündə 2315 Gürcüstan, 1355 Ermənistan və 650 Azərbaycan vətəndaşı AB ölkələrindən sığınacaq istəyib

Avropa Statistika Bürosu bu ilin ilk rübündə Avropa Birliyi ölkələrində sığınacaq axtaran şəxslərə dair məlumatları açıqlayıb.


APA-nın məlumatına görə, bu ilin ilk üç ayında 650 Azərbaycan vətəndaşı sığınacaq üçün AB ölkələrinə müraciət edib. Soydaşlarımızın 44 faizi (285 müraciət) Fransadan 29 faizi (190 müraciət) Almaniyadan, 9 faizi İsveçdən, 8 faizi Belçikadan, 6 faizi Niderlanddan sığınacaq istəyib.

Cənubi Qafqaz ölkələri sırasında AB ölkələrindən ən az sığınacaq istəyən Azərbaycan vətəndaşlarıdır. Qeyd olunan müddətdə 2315 Gürcüstan və 1355 Ermənistan vətəndaşı sığınacaq üçün AB ölkələrinə müraciət edib. Gürcü və ermənilər əsasən Fransa və Almaniyadan sığınacaq istəyir.

“Avrostat”ın məlumatına görə, AB ölkələrindən sığınacaq istəyənlər arasında Rusiya, Pakistan və Serbiya vətəndaşları üstünlük təşkil edir.

“Azpetrol“un qarşısında intihar etdi

altBakıda naməlum kişi intihar edib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Moskva prospektində yerləşən ”Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısındakı ağaclıqda qeydə alınıb.

30-35 yaşlı naməlum kişinin meyiti ağacdan asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi bildirilir.

Hazırda onun kimliyi araşdırılır.

Üçəm dünyaya gətirən qadın Mehriban Əliyevadan kömək istədi

alt

Bir neçə gün əvvəl Respublika Perenetal Mərkəzdə dünyaya gələn üçəmlərdən biri vəfat edib. 

İlhamə Quliyevanın dünyaya gətirdiyi uç oğlandan birinin vəfat etməsinə səbəb uşağın çəkisinin az olması olub. 

Cərrahiyyə əməliyyatını həyata keçirən həkim Vəfa Babayeva AzNews.az.a bildirib ki, onun həkimlik təcrübəsində üçəm uşaqların dünyaya gəlməsi ilk hadisə deyil: “Bir neçə gün əvvəl İlhamə adlı başqa bir qadın da üçəm dünyaya gətirib. Onun hər 3 uşağın vəziyyəti yaxşıdır”. 

Hələlik uşaqların və ana İlhamə Quliyevnın evə buraxılmadığını deyən həkim bunun səbəbini qadında qrip əlamətlərini olması ilə əlaqələndirib. Bu arada isə İlhamə Quliyeva və onun həyat yoldaşı İlham Quliyev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. 

Ağsunun Alxaslı kəndində yaşayan ailənin müraciətində maddi vəziyyətinin ağır olduğunu bildirərək dünyaya gələn körpələrə qayğı gəstərilməsi üçün yardım istəyib. Qeyd edək ki, İlhamə və İlham Quliyevlər 2001-ci ildə ailə həyatı qursalar da bu, onların ilk övladlarıdır. 

Məhkəmə sabah Gülər Əhmədova barədə qərar verəcək

alt

Avqustun 15-də saat sabiq millət vəkili, adı Elşad Abdullayevin yaydığı videomateriallarda hallanan Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılacaq. 

Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, məhkəmə iclası günorta saat 14.00-da keçiriləcək. Qeyd edək ki. G.Əhmədovanın vəkilləri sabiq millət vəkili barəsində həbs qətiimkan tədbirinin daha 3 ay uzaqılmasındaa apellyasiya şikayəti verib. 

Bakıda yol polisi qəza törətdi

alt

Bakının mərkəzində yol polisi ağır qəzaya düşüb. 

Yol polisinin xidməti BMW-si Mercedes-Benz C-klass ilə toqquşub.

Qəza Azadlıq meydanında baş verib (Neftçilər prospekti).

BMW (10-YP-406) markalı xidməti avtomobil Mercedes-Benz C-klass ilə toqquşub. 

Azərbaycanda əhalinin gəlirləri 24 mlrd. dollara çatıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 18,9 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2 040,8 manat və ya ayda 291,5 manat təşkil edib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyərək 5,8% olub.

Bu dövr ərzində gəlirlərin 68,9%-i son istehlaka, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 17,2 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artıb.

Putinin gəlişi ilə bağlı yollar bağlanacaq

alt

Avqustun 13-də Bakı şəhərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri ilə əlaqədar hava limanından şəhər istiqamətinə, həmçinin Zağulba qəsəbəsi istiqamətinə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

V. Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər. 

Dörd gün əvvəl Kürdə batmış şəxsin meyiti tapılıb

Avqustun 7-də Kür çayında batan şəxsin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də Kür çayının Kürdəmir rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 160 km aralıda nəzarətsiz ərazidə) batmış 1986-cı il təvəllüdlü Zamiq Zakir oğlu Xəlilovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən 150 m aralıda tapılaraq sudan çıxarılaraq , aidiyyəti üzrə təhvil verilib

İstirahət mərkəzindəki yanğınla bağlı Rəsmi məlumat

alt

FHN Masallıdakı istirahət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 25 kv.m sahədə yanıb.

Otağın qalan hissəsi və yaxınlıqdakı otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paytaxtın mərkəzində yanğın

alt

Bakının mərkəzində mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağında 1 ədəd kompyüter və masa yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

İranda azərbaycanlı jurnalist həbs edilib

altİranda azərbaycanlı jurnalist azadlıqdan məhrum edilib. APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, “Aynanews” xəbər saytının redaktoru Həmid Ətayi Qərbi Azərbaycan vilayətinin vəqflər və xeyriyyə işləri idarəsinin keçmiş rəhbəri Ruhullah Beygi və bu qurumun bəzi işçiləri tərəfindən məhkəməyə verilib.

Məhkəmə azərbaycanlı jurnalisti yalan məlumatlar yaymaqda günahlandıraraq, 4 ay müddətinə azadlıqdan məhrum edib.

Tbilisidə yeni metro stansiyası tikiləcək

Gürcüstan paytaxtında yeni metro stansiyası inşa olunacaq.Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Narmaniya jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, yeni stansiya “Universitet” adlanacaq: “Tezliklə tikinti ilə bağlı tender elan olunacaq. Hazırda ekspertlər layihənin texniki tərəflərini öyrənirlər. Layihəni Asiya İnkişaf Bankı maliyyələşdirəcək”.

Saytda Axtarış

Son xəbərlər