Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3
DünənDünən957
Bu həftəBu həftə9204
Bu ayBu ay46942
Bu günə qədərBu günə qədər7474276

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Abşeronda yol qəzası: ana və qızı öldü

alt

Azərbaycanda baş verən yol qəzasında ana və qızı ölüb. 

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, iyulun 14-də Abşeron rayonu ərazisində Zamiq Tağıyevin idarə etdiyi “Opel” markalı və Arzuman Bəkirovun idarə etdiyi “Nissan-Tida” markalı avtomaşınları toqquşub. 

Toqquşma nəticəsində Arzuman Bəkirovun həyat yoldaşı Kimayə və qızı Gülayə ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs dünən xəstəxanada vəfat edib. 

Azyaşlı uşaq faciəli şəkildə öldü - Tovuzda

alt

Tovuzda azyaşlı uşaq faciəli şəkildə ölüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə iyulun 19-da qeydə alınıb.

Tovuz rayon sakini, azyaşlı Nicat Musayev evinin yaxınlığındakı su kanalına düşüb. Nəticədə o, kanalda boğularaq ölüb. 

DİN hərbçiləri daşıyan avtobusun qəzaya uğraması ilə bağlı məlumat yaydı

alt

Daxili İşlər Nazirliyi ötən gün hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.

Iyulun 19-da saat 14.30 radələrində Şəmkir rayonu ərazisindəki Yasamal aşırımında Bakı şəhər sakini Canpolad Əmrahovun idarə etdiyi “Toyota” markalı avtomaşınla Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin baş giziri Zülfüqar Şıxəliyevin idarə etdiyi hərbi hissəyə məxsus “PAZ-4232” markalı avtobus toqquşub, sonradan avtobus aşıb. Nəticədə avtobusdakı sərnişinlərindən “N” saylı hərbi hissənin hərbçisi Elxan Əliyev hadisə yerində ölüb, xəsarət almış sürücü və 6 sərnişin hospitala yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dilənçilik edən 4 azyaşlı saxlanılıb- Bakıda

alt

Səbail rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 4 nəfər azyaşlı saxlanılıb. 

İyulun 18-də saxlanılan şəxslər İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil veriliblər.

Azərbaycanda 1 manatlıq sikkə buraxıla bilər

altAzərbaycanda 1 manatlıq əsginasların yerinə eyni nominalda sikkələr dövriyyəyə buraxıla bilər.

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq 2003-cü ildən bu məsələni nəzərdən keçirir. Hazırda məsələnin bir neçə həll üsulları araşdırılır. 

Departament direktoru bir neçə ölkənin təcrübəsini misal gətirərək bildirib ki, dövriyyədə paralel olaraq eyni nominallı əsginas və sikkə olan zaman, psixoloji amillər səbəbindən pulun metal analoquna tələbat olmur: «Bu, artıq özünü bir sıra ölkələrdə də göstərib - əhali belə pulları götürmür. İnsanlar hesab edirlər ki, onlar qəpiklərlə pul hissini itirirlər, amma ciblərində əsginas olduqda, özlərinə daha əmin olurlar. Həmçinin, qəpiklərin logistik problemlər yaradır, yəni, onları yığmaq, daşımaq, ödəniş etmək problemi yaranır».

H.Mənsimov daha bir mühüm problemə Avropa təcrübəsi əsasında aydınlıq gətirib: «Məsələn, Avropada dövriyyədə 1 və 2 avro nominallı sikkələr var və əsas problem saxta pullarla bağlıdır. Avropa Bankı uzun müddətdir 2 avroluq əsginasın buraxılması haqqında düşünür. Bizdə isə əhali bu pullara nəzarət etmir və onlar Mərkəzi Banka qayıtmır. Əsginaslar banka qayıdır və sayma zamanı saxtaları aşkar etmək mümkündür. Dövriyyədə isə olduqca çox saxta qəpiklər olur və onların sayı artır».

«Azərbaycanda ən önəmli problem sosial ödənişlərlə bağlı ola bilər. Əgər 1 manatlıq qəpiyə çevrilərsə, onda pensiyaçılar və sosial yardım alanlar bankomatdan 4 manata qədər məbləği çıxara bilməyəcəklər», - deyə AMB rəsmisi vurğulayıb.

Nicat Dağlar Almaniyaya gələn həftə gedir

alt

Leykozdan əziyyət çəkən jurnalist Nicat Dağlar müalicəsini davam etdirmək üçün Almaniyaya gələn həftə yola düşəcək. 

Məlumatı jurnalistin qayını Məqsəd Rəhimov verib.

Məqsəd Rəhimov bildirib ki, iyulun 15-dən Nicat müalicəsinin ikinci kursu üçün Gürcüstanda həkim müayinəsindən keçir: “Nicatı müayinə edən həkim onda irəliləyiş olduğunu bildirir. İyulun 17-dən bəri qanaxması olmayıb. Gürcüstandan qayıdandan sonra Nicat Gəncədə iki-üç gün dincələcək, sonra Bakıya gələcək. Gələn həftənin əvvəlində Almaniyaya yola düşəcəyik. Viza məsələsi dövlət səviyyəsində həll olunur”.

Xoşqədəm Hidayətqızına ağır itki üz verdi

alt

Tanınmış jurnalist, ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ağır itki üz verib. 

Iyulun 18-də X.Hidayətqızının 13 yaşlı bacısı oğlu və onun 14 yaşlı digər qohumu Ağsu rayonunda göldə çimərkən boğulublar. 

Allah rəhmət eləsin.

Gürcüstandan Azərbaycana qanunsuz yolla 1 kiloqramdan çox qızıl keçirmək istədilər

alt"Sınıq Körpü" gömrük postunda qaçaqmalçılıq yolu ilə Azərbaycana qızıldan hazırlanmış 1 kiloqram 273,70 qram zərgərlik məlumatlarının keçirilməsinin qarşısı alınıb.

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuş Abdullayev Rəşad Muraz oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı "20-CV-185" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı yanacaq çəninin altındakı bir ədəd bağlamadan gömrük nəzarətindən gizlədilmiş qızıl-zinət əşyaları - 66 ədəd üzük-sırğa dəsti, 61 ədəd üzük, 24 sırğa cütü, 12 ədəd boyunbağı, 9 ədəd qolbaq, 6 ədəd kolye, 4 ədəd sırğa-üzük-klon dəsti, üzərində aparılmış şəxsi yoxlama zamanı isə gömrük nəzarətindən gizlədilmiş 2 ədəd qızıl külçə aşkar edilərək götürülüb.

Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ekspert arayışı ilə müəyyən edilib ki, Abdullayev Rəşad Muraz oğlundan götürülmüş zərgərlik məmulatları qızıldan hazırlanmaqla ümumi çəkisi 1 kiloqram 273,70 qram təşkil edir.

Toplanmış material üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Gürcüstan vətəndaşı faciəli şəkildə ölüb

...

Sumqayıtda faciəli hadisə baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 1964-cü il təvəllüdlü İlham Daştamirov idarə etdiyi “MAZ” markalı yük maşınını təmir edərkən avtomobilin kabinəsi üstünə düşüb. Nəticədə İ.Daştamirov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Nicat Dağlar yenidən Gürcüstana aparıldı

alt

Tanınmış jurnalist Nicat Dağlar yenidən Gürcüstana aparılıb. 

Bu barədə jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova məlumat verib. Onun sözlərinə görə, N. Dağlar Gürcüstanda növbəti müalicə kursunu qəbul edəcək: “Ötən həftə Nicat leykoz xəstəliyinin qarşısını alan xüsusi dərman preparatının birincisini qəbul edib. İndi isə ikinci dərmanı qəbul edəcək. İnşallah iyulun 20-də Bakıya dönəcəyik. Oradan da Nicatı birbaşa Almaniyaya aparacağıq”.

Qeyd edək ki,”telegraf.az” saytının redaktoru Nicat Dağlar leykoz xəstəliyindən əziyyət çəkir. İki uşaq atası olan Nicatın müalicəsi Almaniyadakı klinikaların birində aparılacaq. Dövlət başçısının tapşırığı ilə N. Dağların bütün xərcləri dövlət hesabına aparılacaq. 

2 yaşlı uşaq eyvandan düşdü

alt

Rayon Prokurorluğundan verilən məlumata görə, A.Məhərrəmov küçəsi ev 52 mənzil 56-da yaşayan 2 yaş 5 aylıq Ramal Rəsulov yaşadığı mənzilin 4-cü mərtəbəsindən yıxılıb. 

Uşaq ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasında yerləşdirilsə də, orada ölüb.

22 yaşlı qızı döyə-döyə zorladılar- Bakıda

alt

Bakıda 22 yaşlı qızın zorlanması barədə polisə məlumat daxil olub. 

1991-ci il təvəllüdlü K.Ə tanışı tərəfindən cinsi zorakılığa məruz qalması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib. Gənc qız bildirib ki, bir müddət əvvəl tanış olduğu L. adlı şəxs onu aldadaraq A.Sultanova küçəsində bir ünvana aparıb. Burada həmin şəxs gənc qızı döyüb və onunla zorla cinsi əlaqədə olub.

Faktla əlaqədar araşdırmalara başlanılıb, ekspertizalar təyin edilib. K.Ə-nin iddialarının nə qədər doğru olub-olmadığı araşdırmalar nəticəsində məlum olacaq.

Saytda Axtarış

Son xəbərlər