Dalga Televiziyasi Gürcüstandan Azərbaycana qanunsuz yolla 1 kiloqramdan çox qızıl keçirmək istədilər
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün521
DünənDünən2253
Bu həftəBu həftə11310
Bu ayBu ay32690
Bu günə qədərBu günə qədər2824478

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandan Azərbaycana qanunsuz yolla 1 kiloqramdan çox qızıl keçirmək istədilər

alt"Sınıq Körpü" gömrük postunda qaçaqmalçılıq yolu ilə Azərbaycana qızıldan hazırlanmış 1 kiloqram 273,70 qram zərgərlik məlumatlarının keçirilməsinin qarşısı alınıb.

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuş Abdullayev Rəşad Muraz oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı "20-CV-185" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı yanacaq çəninin altındakı bir ədəd bağlamadan gömrük nəzarətindən gizlədilmiş qızıl-zinət əşyaları - 66 ədəd üzük-sırğa dəsti, 61 ədəd üzük, 24 sırğa cütü, 12 ədəd boyunbağı, 9 ədəd qolbaq, 6 ədəd kolye, 4 ədəd sırğa-üzük-klon dəsti, üzərində aparılmış şəxsi yoxlama zamanı isə gömrük nəzarətindən gizlədilmiş 2 ədəd qızıl külçə aşkar edilərək götürülüb.

Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ekspert arayışı ilə müəyyən edilib ki, Abdullayev Rəşad Muraz oğlundan götürülmüş zərgərlik məmulatları qızıldan hazırlanmaqla ümumi çəkisi 1 kiloqram 273,70 qram təşkil edir.

Toplanmış material üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Saytda Axtarış

Son xəbərlər