Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1033
DünənDünən1348
Bu həftəBu həftə4728
Bu ayBu ay53424
Bu günə qədərBu günə qədər7480758

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gənclər arasındakı dava ölümlə nəticələndi

alt

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə iyulun 28-də gecə rayonun Xəlitli kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Müşfiq Mehman oğlu atasının əmisi nəvəsi, 1986-cı il təvəllüdlü Həmidov Amid Pünhan oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Hadisə kəndin kənarındakı yeməkxanalardan birində qeydə alınıb.

Sərxoş vəziyyətdə olan Müşfiq Məmmədov Amid Həmidovun ürək və qarın nahiyəsinə bıçaqla xəsarətlər yetirib. A. Həmidov hadisə yerində dünyasını dəyişib.

M. Məmmədov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Milyarder qardaşlar Qarabağda qızıl axtaracaq – Beynəlxalq qalmaqal

alt

Rusiyalı milyarderlər - Sergey və Nikolay Sarkisov qardaşları Azərbaycanın işğal olunmuş torpaqlarında qızıl axtarışına başlayacaq.

Milyarder qardaşlar Qarabağda qızıl axtarışına külli miqdarda investisiya qoymaq qərarına gəliblər. Sarkisovlara məxsus şirkətə axtarış işləri üçün lisenziya verilməsi məsələsi avqust ayında həll ediləcək.

Məlumata görə, qardaşları Kəlbəcərin faydalı qazıntıları, xüsusilə Tuxtun zonasındakı qızıl yataqları maraqlandırır.

Qeyd edək ki, Sarkisov qardaşları Rusiyanın məşhur sığorta şirkəti olan “РЕСО-Гарантия” şirkətinin rəhbəridir. Onlar “Forbes”in siyahısında 1,35 milyard dollar sərvətlə rusiyalı milyardelər arasında 78-79-cu yerləri bölüşürlər.

Dilənçiliklə məşğul olan 39 azyaşlı saxlanıldı

alt

Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb və Bakı BPİ MTM-ə təhvil verilib.
Saxlanılanlardan 7-si qadın, 39-u isə azyaşlıdır.

Xaçmazda oğul atasını bıçaqladı

alt

Gecə saatlarında Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində oğul atasını bıçaqlayıb.

48 yaşlı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini Fələmurov Ənvər Şalbuz oğlu bıçaq xəsarəti ilə Xudat şəhər Xəstəxanasında çatdırılıb.
İlkin yardımdan sonra yaralı Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Alın və döş qəfəsindən 3 bıçaq zərbəsi alan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin araşdırma zamanı məlum olub ki, Ənvər Fələmurov oğlu tərəfindən bıçaqlanıb. Hadisə ata-oğul arasında yaranan şəxsi münaqişə zəmnində baş verib. Atasını bıçaqlayan oğulun psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsinin Laqodexi rayonunda fəsadlar törətmişdir

altGüclü yağış Gürcüstanın Kaxeti bölgəsinin Laqodexi rayonunda ciddi fəsadlar törətmişdir.
Sel suları Qabal çayının daşmasına səbəb olmuş və çayətrafı kəndləri, o cümlədən azərbaycanlılar yaşayan Qabal kəndinin əkin sahələrini basmışdır. Yerli sakinlərin dediklərinə görə, 100 hektaradək əkin sahəsi sel sularının altında qalmış və məhsul tamamilə məhv olmuşdur. Onlar dörd ay əvvəl də Qabal çayının daşıb həmin sahəni basdığını və yerli hakimiyyət orqanlarına məlumat verilsə də, tədbir görülmədiyini qeyd etmişlər.

Gürcüstanın Baş naziri Ramazan ayı münasibətilə ölkə müsəlmanlarının nümayəndələri ilə görüşmüşdür

altGürcüstanın Baş naziri Bidzina İvanişvili Ramazan ayı münasibətilə Tbilisidəki iqamətgahında ölkə müsəlmanlarının nümayəndələrini qəbul etmişdir.
Baş nazir demişdir: “Ramazanın hər bir müsəlman üçün nə qədər vacib olduğunu yaxşı bilirəm. Onu da bilirəm ki, bu ay ərzində siz çox böyük həvəslə ibadətlər edir, imkansızlara, xəstələrə, kimsəsizlərə yardım göstərirsiniz. Dinlərimiz ayrı olsa da, biz qardaşıq. Məhz bu müxtəliflik ölkəmizin zənginliyidir, onsuz vətənimizin mövcudluğu mümkün deyildir. Bizim bir vətənimiz vardır və əminəm ki, sizin hər biriniz Gürcüstanın rifahı, yüksəlişi üçün öz xidmətlərinizi göstərirsiniz”.
Bidzina İvanişvili müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək onlara mənəvi rahatlıq və xoşbəxtlik, sülh və əmin-amanlıq arzulamışdır.

TQDK mətbuatı müsabiqəyə çağırır

alt

 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014 tədris ilində qəbul prosesi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib. 
Yazılı və elektron media orqanlarında çalışan jurnalistlər üçün 1, 2 və 3-cü yerlər üçün müvafiq olaraq 1000, 800 və 600 manat mükafat ayrılıb. 
Televiziya və radio jurnalistləri də süjetlərini təqdim edə bilərlər. 

Müsabiqə sentyabrın 1-ə qədər davam edəcək. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər bu müddət ərzində tələbə qəbulu ilə bağlı yazdıqları məqalələri, reportajları və digər materialları TQDK-ya təqdim etməlidirlər. 

Bakıda qaz borusu partladı

alt

Nəsimi rayonu, Sarabski küçəsində partlayış baş verib. 

Sözügedən ərazidə qaz borusu partlayıb. Artıq yanğın qonşu mənzillərə də keçib. Əraziyə yanğınsöndürən maşınlar, qaz idarəsinin nümayəndələri gəlsə də qazı bağlamaq mümkün olmayıb. 

Hazırda yanğın davam edir.

Gürcüstan sərhədçiləri azərbaycanlıları saxladı - SƏBƏB

alt

Gürcüstan sərhədçiləri Balakən rayonunun bir neçə sakinini saxlayıb. Gürcüstan mətbuatının məlumatına görə, buna səbəb Balakən sakinlərinin iki ölkənin sərhədinə yaxın Erisimedi kəndində qanunsuz ağac kəsimi ilə məşğul olması olub.

Sərhədçilərin müdaxiləsinə qədər azərbaycanlılar artıq 7 ağacı kəsiblər. Dəyən ziyanın 7 006,76 lari olduğu bildirilir. İşin araşdırılması üçün materiallar sərhəd polisinə göndərilib. 

Azyaşlı qız faciəvi şəkildə öldü

alt

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

İyulun 24-də Sabunçu rayonu Maştağa qəsəbəsi Südçülük sovxozunun ərazisində Bakı şəhər sakini Vəkil Qurbanov idarə etdiyi “Ford” markalı avtomaşınla orada yaşayan azyaşlı Ləman Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq iyulun 25-də orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Qubanın ən uzunömürlü sakini dünyasını dəyişdi

alt

1918-ci ildə Qubada erməni vəhşiliyinin daha bir şahidi dünyasını dəyişib. 

Quba rayon Digah kənd sakini 114 yaşlı Saat Əhmədova bu gün torpağa tapşırılacaq. 

S. Əhmədova 1900-cü ildə Quba rayonun Digah kəndində doğulub. Saat nənə 1918-ci ildə ermənilərin Qubada və Qusarda törətdikləri soyqırımın canlı şahidi olub. S. Əhmədova həyat yoldaşını II Dünya Müharibəsində itirib. O, uzun illər sağıcı işləyib və digər təsərrüfat işləri ilə məşğul olub.

Qeyd edək ki, onun 4 övladı, 24 nəvəsi, 50 nəticəsi və 11 kötücəsi var.

Bakıda 20 yaşlı oğlan özünü öldürüb

alt

Bakıda intihar hadisəsi baş verib.

Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Q. Abbas küçəsi ev 70, mənzil 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Cəmil Cəlil oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər