Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1310
DünənDünən1348
Bu həftəBu həftə5005
Bu ayBu ay53701
Bu günə qədərBu günə qədər7481035

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Dövlət sərhədini pozan şəxs saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətilə birgə axtarış tədbirləri keçirib

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, DSX və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidməti arasında dövlət sərhədinin etibarlı mühafizəsinə dair razılaşmaya əsasən qarşılıqlı məlumat mübadiləsi nəticəsində keçirilmiş birgə sərhəd axtarışı zamanı 30 iyul 2013-cü il tarixdə Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozmuş 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gürcüstan Müsəlmanları İdarəsi “İmedi” televiziya kanalına etiraz edib

alt

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) “İmedi” telekanalında iyulun 22-də Batumi bulvarında öldürülən Mariam Koçalidzenin Müqəddəs Ramazan ayı münasibətilə qurban verilməsi barədə yayılan məlumatla əlaqədar etiraz bəyanatı yayıb.

Bəyanatda bildirilib ki, “İmedi” televiziya kanalı dinlərdə bu və ya digər qayda və ənənələrin mövcudluğunu yoxlayıb, barədə faktlara əsaslanmalıdır: “Məlumatda bildirilib ki, qatil onu məhz Ramazan ayında qurban etmək qərarına gəlib. Bu münasibət ictimaiyyət arasında İslama qarşı təhlükəli və xoşagəlməz stereotiplər yarada bilər. Digər səmavi dinlər kimi İslam dini də insan qurbanına və hər bir formada insanlığa qarşı edilən cinayətə qarşı həmişə  kəskin etirazını bildirir. Biz ilk növbədə zərərçəkənin ailəsinə yeniyetmənin öldürülməsi ilə əlaqədar başsağlığı verir, onların acısını, kədərini hiss edirik. Ailədən xahiş edirik ki, səbr etsinlər, yayılan yalançı və əsassız məlumatlara inanmasınlar. Bu cəmiyyətdə müxtəlif fəsadlar törədə bilər”.

Təşkilat, eyni zamanda bəyan edib ki, “İmedi” telekanalı və bütün KİV belə informasiyaların yayımı zamanı ailənin vəziyyətini nəzərə almalıdır.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, İran vətəndaşı Möhəmməddin Roointan 16 yaşlı Mariyam Koçalidzeni qətlə yetirilməsi şübhəli bilinir.

Hadisə iyulun 22-də baş verib. Möhəmməddin Roointan iyunun 23-də “Sarpi” gömrük-buraxılış məntəqəsindən Gürcüstan ərazisinə keçib.

 

Papa müsəlmanlara müraciət etdi

alt

Roma papası Françesko Ramazan bayramı münasibətilə müsəlmanlara müraciət edib. 

ənənəvi olaraq Katolik kilsəsi tərəfindən edilən müraciəti bu dəfə Françesko öz əllərilə yazıb. 

"Dünya Müsəlmanlarına" adlı müraciətdə deyilir. "Oruca, ibadətə, sədəqə verməyə xidmət edən Ramazan ayında sizlərə salam göndərməklə qürur duyuram. Bu il, Papalığımın ilk ilində ənənəvi məktubu özüm yazdım. Sevgili dostlarım, başda dini liderlər olmaqla bütün müsəlmanlara sayqı və dostluğumu ifadə etmək istəyirəm. O, Tanrını və hər bir insanı ürəkdən sevdi. Möhtaclara, xəstələrə yardım etdi. Müsəlmanlar və xristinalar bir-birinin inancına, rəmzlərinə və dəyərlərinə hörmət etməlidilər. Hər iki dindən olan gənclər bir-birinin inanclarını pisləmədən təhsil almalıdılar. Hər kəsin etnik, mədəni kimliyinə, dininə, şəxsi və siyasi mövqeyinə, yaşamına, heysiyyatına, kimliyinə, haqlarına, mülkiyyətinəd, fiziki formasına sayqı ilə yanaşmalıyıq. 

Bunlardan birinə qarşı hörmətsizlik pis nəticələrə gətirib çıxarır. Bu il dinlərarası dialoq toplantısındakı çıxışımda, xüsusilə, müsəlmanlar və xristianlar arasında dialoq və işbirliyinin gücləndirilməsinin vacibliyini vurğuladım". 

Azərbaycan hərbçiləri Gürcüstanda əsas yay dağ hazırlığı kursunda iştirak edəcəklər

altAvqustun 5-dən Gürcüstanın Saçxere rayonunda əsas yay dağ hazırlığı kursu başlayacaqdır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
Avqustun 23-dək davam edəcək kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Şadlıq evinin qarısında avtoqəza; ölən var

alt

Avqustun 3-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ağır yol qəzası baş verib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, Əmircan qəsəbəsində, “Əfsun” şadlıq evinin yaxınlığında “BMW” markalı avtomobil ilə “VAZ 2106” toqquşub. Qəza nəticəsində hər iki avtomobili ciddi ziyan dəyib və “VAZ 2106”-nın sürücüsü hadisə yerindəcə keçinib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində ölən şəxs 1977-ci il təvəllüdlü Qasımov Ramil Tahir oğludur. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlil gənc valideynlərinin gözü qarşısında yanaraq öldü

altAvqustun 1-də Salyanda baş verən yanğının təfərrüatları məlum olub.

Rayonun T. Davudzadə küçəsində yaşayan Samid Kərimova məxsus 2 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra S. Kərimovun oğlu Vahidin yanmış meyiti tapılıb.

Bakı bulvarında həyəcanlı anlar

alt

Bakıda quldurluq etmiş şəxs tutulub. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 30-u saat 23:30 radələrində Milli Parkda naməlum şəxs Bakı şəhər sakinləri - Nicat Ağamalıyevi və Rafiq Həsənlini bıçaqla hədələyərək N.Ağamalıyevdən mobil telefon və cibində 5 manat olan gödəkcəsini alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfər Heydərov tutulub.

S.Heydərov ətrafında araşdırmalar davam etdirilir.

Azərbaycanda bazarlar ləğv olunacaq

alt

Yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq.

Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev açıqlamasında bildirib ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu, yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış mənətəqələri yaradılmalıdır. 

«Bu tədarük satış məntəqələri sifarişçilərlə müqavilələr əsasında işləməlidir. Məsələn, qrafik üzrə təyin olunmuş vaxta qədər tədarük bazası sifarişçi üçün məhsulları istehsalçıdan təzə-təzə alır və sonra sifarişçiyə tədarük edir. Belə olan halda kəndli də əziyyət çəkmir», - deyə şöbə müdiri qeyd edib.

Gürcüstanda azərbaycanlı məmurun kabinetinə basqın oldu

alt

Gürcüstanın Bolnisi rayon İcra Hakimiyyəti (İH) başçısının azərbaycanlı müavininin kabinetinə basqın olub.
Bu gün səhər saatlarında 30-a yaxın şəxs İH başçısının müavini Xaləddin İsmayılovun kabinetinə daxil olaraq otağı dağıdıb, onun, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr səsləndiriblər. X. İsmayılov açıqlamasında hücum edənlərin hamısının gürcü olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslər onun Gürcüstanın yeni hökuməti ilə çalışmasına etirazlarını bildirib, bu vəzifədən getməsini tələb ediblər.

Vəzifəyə yeni hökumətin vaxtında təyin olunan X. İsmayılov faktla bağlı rayon Prokurorluğuna müraciət etdiyini deyib. O, bu gün Gürcüstanın baş naziri Bdzina İvanişvilinin qəbuluna gedib, onu məlumatlandıracağını da açıqlayıb.

Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Bolnisidə iftar məclisində iştirak edib

alt“Gürcü Arzusu” Partiyasından Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Müqəddəs Ramazan bayramı münasibətilə azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kəpənəkçi kəndində təşkil olunan iftar mərasimində iştirak edib.Mərasimdə çıxış edən Gürcüstan Georgi Marqvelaşvili bayram münasibətilə Gürcüstanda yaşayan bütün müsəlmanları təbrik edib: “Əziz həmvətənlərim, biz birlikdə möhtəşəm, azad, vahid və güclü  Gürcüstan qurmalıyıq. Ümidvaram ki, bu dövlət sizin dəstəyiniz və müdrikliyiniz sayəsində qurulacaq və inkişaf edəcək”. İftar məclisində Bolnisi rayonundakı Akaurt orta məktəbinin direktoru Nofəl Əliyev çıxış edərək “Gürcüstan bizim vətənimizdir. Bu gözəl bayramda iştirak edən gürcülərə, həm də azərbaycanlılara böyük təşəkkürümüzü bildiririk”, - deyə bildirib. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Ramazan ayını hakimiyyət üçün çox vacib bir ay adlandırıb: “Çünki Gürcüstanın müəyyən bir hissəsi müsəlmanlardan ibarətdir. Şübhəsiz ki, onların bayramı, həm də bizim bayramımızdır”. Tədbirdə Gürcüstanın baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Kvemo-Kartlinin inzibati bölgə ərazisinə daxil olan Dmanisi, Bolnisi, Marneuli, Qardabani rayonlarından və Tiflisdən gələn azərbaycanlılar, parlamentin deputatları, rayon rəhbərləri və Gürcüstan Müsəlmanları idarəsinin rəhbərləri, dindarlar, gənclər iştirak ediblər.

“ABŞ-a, Türkiyəyə və terrorizmə yox!”

alt

Misirdə baş verən son hadisələrdən cana gələn xalq meydana çıxaraq, dünya ölkələrinə mesaj xarakterli aksiya keçirib.

Təhrir meydanında aksiya keçirən bir aksiyaçı əllərində daşıdıqları plakatlarla Misir xalqının mesajını bütün dünyaya çatdırıblar.

Plakatlarda, “ABŞ xalqına bəli, Obamaya xeyr”, “Türkiyə xalqına bəli, Ərdoğana xeyr”, “Terrorizmə xeyir, Terrorizmə xeyir” şüarları yazılıb.

Qadın qonşusunun evini yandırdı - İmişlidə

alt

İmişlidə baş vermiş yanğın hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. 

Iyulun 26-da saat 03.00 radələrində İmişli rayonu Xiyabani küçəsi mənzil 24-də yaşayan Rəvanə Gülalıyevaya məxsus 1 mərtəbəli 2 otaqlı evdə yanğın baş verib.

Araşdırmalar nəticəsində yanğının onun qonşusu Günel Xammədova tərəfindən törədilməsi müəyyən edilib.

Saytda Axtarış

Son xəbərlər