Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün548
DünənDünən1073
Bu həftəBu həftə2036
Bu ayBu ay50732
Bu günə qədərBu günə qədər7478066

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Saakaşvili qatarla səyahət etdi - FOTOLAR

alt

Gürcüstan prezidenti Mixeil Saakaşvilinin qatarda səyahət etməsini əks etdirən foto-şəkillər yayılıb. 

Şəkilləri Gürcüstan rəhbəri öz rəsmi facebook səhifəsində paylaşıb. Qatar səyahəti zamanı ölkə başçısı sərnişinlərlə söhbət edib. Dəmir yolunun əhəmiyyətindən danışan Saakaşvili səfəri zamanı mütaliəyə də vaxt tapıb. 

altalt

 

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb

altAPA-nın xəbərinə görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respub¬likası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilir.

Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır

Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır.
Hadisə Ermənistan-Gürcüstan sərhədinin azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsindəki Sadaxlı nəzarət-keçid məntəqəsində baş vermişdir.
Gürcüstan Maliyyə Nazirliyinin gəlir xidmətinin yaydığı məlumatda deyilir ki, Ermənistandan Gürcüstana keçən Rusiya vətəndaşında (soyadı açıqlanmır) bəyannamədə göstərilməmiş 273,65 qram qızıl məmulatı aşkar olunmuşdur.
Gürcüstan qanunvericiliyinə müvafiq olaraq o, qızılın dəyəri məbləğində, 14 min 841 lari (1 dollar 1,65 lari) cərimə olunmuşdur.

Sabirabadda yanğın olub

alt

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.


Yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan 10 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsinin eyvanında elektrik şiti və 1 kv.m sahədə divarın lambirdən ibarət üzlüyü yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda restoranda kütləvi zəhərlənmə - Video

alt

Qidalardan nümunələr Səhiyyə Nazirliyinin Gigiyena Epidiomologiya mərkəzinə göndərilib 

Qaradağ rayonunun Lökbatan qəsəbəsində restoranların birində kütləvi zəhərlənmə qeydə alınıb. Gecə saatlarında zəhərlənmə diaqnozu ilə bir neçə nəfər paytaxtın1 saylı Klinik Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə gətirilib. Zəhərlənənlərdən bir neçəsi müayinə olunaraq evə buraxılıblar. Digərlərinin isə vəziyyəti stabildir. İlkin ehtimala görə zəhərlənmə kababdan olub. 

Məsələ ilə bağlı restoran inzibatçısı faktı təkzib edib.

Qeyd edək ki, qidalardan nümunələr Səhiyyə Nazirliyinin Gigiyena Epidiomologiya mərkəzinə göndərilib.

Fakt araşdırılır.

Güclü dolu Gürcüstanın Qori rayonunda ciddi fəsadlar törətmişdir

Güclü külək və yağışla müşayiət olunan dolu Qori rayonunda 3 kəndin əkin sahəsini məhv etmişdir.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, dolu tərəvəz sahələrinə, meyvə və üzüm bağlarına ciddi ziyan vurmuşdur. Hər üç kənddə elektrik enerjisi verilişi kəsilmiş, 15 evi su basmışdır.
Zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradıldığı bildirilir.

Məscidlərə “terror təşkilatı“ damğası - Video

alt

Güc strukturunun məxfi şəkildə istiqamət verməsi ilə bundan sonra hər hansı cinayətə dair sübut olmadan da məscidlərdə dini ayinlər qeydə alınacaq, informantrlar ezam olunacaq və imamlar casuslar tərəfindən təqib olunacaqlar. 

Nyu-York polis idarəsinin kütləvi casus əməliyyatları qismən mətbuatda yayılan məlumatlar, qismən də "Associated Press"in müxbirləri -Met Apuzzo və Adam Qoldmenin birgə yazdığı “Daxili düşmənlər: Nyu Yorkun məxfi şöbəsində…” adlı kitabın dərc olunması hesabına üzə çıxıb.

Bütöv bir məscidin terror qurumu olaraq göstərilməsi o anlama gəlir ki, artıq məsciddə ibadətə gəlmiş hər bir şəxs potensial təhqiqat obyektinə çevrilir və bu kəşfiyyat üçün bir növ yaşıl işıq göstərir.

Təhsil naziri dövlət imtahanlarının ləğvi məsələsindən danışdı

alt

“Bu gün Azərbaycanın ali təhsil sistemində mövcud problemlərdən biri də ondan ibarətdir ki, tələbə olmaq üçün hamı eyni imtahandan keçir, ali təhsil zamanı biliklərin qiymətləndirilməsində, ölçülməsində isə vahid qayda yoxdur”

Bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib.

M. Cabbarov qeyd edib ki, gələcəkdə ali təhsil sistemində dövlət imtahanlarının ləğvi nəzərdə tutulmayıb: “Burada dövlət imtahanının nəinki ləğvini nəzərdə tutmuruq, əksinə gələcəkdə biliklərin unifikasiya edilmiş şəkildə ölçülə bilməsi, yəni müxtəlif universitetlərin imtahan, tədris sistemlərindən keçmiş tələbələrin eyni meyarlara əsasən əldə etdiyi biliklərin yoxlanması imkanlarını araşdırırıq. Bunun üçün dövlət imtahanı çox faydalı funksiya yerinə yetirə bilər. Ali təhsil sistemində oxuyan tələbələr hər hansı şəkildə tələbəlik vaxtını yalnız və yalnız təhsilə yönəltsinlər. Təhsildən sonra əsas onların hansı biliklərlə ali təhsili bitirmələri, ikincisi isə diplomda olan qiymətlər və rəqəmlərdir. Təhsil Nazirliyi olaraq bizim işimiz ondan ibarət olacaq ki, diplomda göstərilən qiymətlərlə real biliklər arasında heç bir fərq olmasın, diplomlarda məhz biliklər əks etdirilsin”.

Prezident yeni tədris korpusunun açılışında iştirak edib

alt

Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılışında iştirak edib. 


Prezident Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verərək bildirib ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunub, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib. Dövlət başçısı sinif otaqlarına, idman və iclas zallarına baxdı, buradakı şəraitlə maraqlanıb. Sonra İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub.

Saakaşvili müsəlmanlara dəstək oldu

alt

Gürcüstan Prezidenti ölkə müsəlmanlarını dəstəkləyib.

Çərşənbə axşamı Batumidə jurnalistlərə açıqlamasında Mixail Saakaşvili bildirib ki, o, Adiqensk rayonunun Çela kəndində (Gürcüstanın cənubu, Samsxe-Cavaxetiya) minarənin sökülməsindən hiddətləndiyini bildirib.

"Gürcüstanda yüz minlərlə müsəlman, xaricdə isə milyonlarla müsəlman-gürcü yaşayır. Ona görə də onların dini hislərini təhqir etmək olmaz, bu yolverilməzdir və bunu edənlər qanun qarşısında cavab verməlidirlər",-deyə Saakaşvili bildirib.

Saakaşvili, həmçinin minarənin sökülməsinə razılıq verməyən Adiqensk rayonun həbs olunmasına öz etirazını bildirib.

Gürcüstanın bir sıra şəhərlərində minarənin sökülməsi ilə əlaqədar etiraz aksiyaları keçirilib. Aksiyanın keçirildiyi Çela kəndində 11 nəfər həbs edilib.

Müsəlmanlarla polis arasında qarşıdurma- VİDEO

alt

Gürcüstanda yerli müsəlmanlarla polis arasında baş vermiş qarşıdurmada 20 nəfər saxlanılıb. 

Adigeni rayonunun Çala kəndində yerli icra nümayəndəliyi məscidin bir ay bundan əvvəl tikilmiş minarəsini sökmək istəyərkən məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb. 

Hadisə yerində olan Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri polis idarəsinə aparıb. 200 nəfər insan polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda, zədələnən minarənin bərpa olunmasını tələb edib.

Azərbaycanda mollalar imtahan verəcəklər

alt

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) gələn aydan Azərbaycanda attestasiyadan keçməyən mollalar üçün imtahan keçirəcək.


Bunu SalamNews-a QMİ-nin Fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə bildirib.

O deyib ki, bu işin icrasına 2011-ci ildən başlanılıb. Həmin ildən bu günədək Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və bir sıra digər rayonlarda mollalar imtahan veriblər və onların müəyyən hissəsi attestasiyadan keçiblər. Bu işin icrası uzun müddət idi dayandırılmışdı. Buna baxmayaraq yaxın 15 gündə, yəni sentyabrın 10-dan sonra attestasiyadan keçməyən mollalar da imtahan verəcəklər.

O, bu imtahanların konkret hansı rayonlarda keçirilməsinin QMİ-nin iclasından sonra müəyyənləşəcəyini söyləyib.

Saytda Axtarış

Son xəbərlər