Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün59
DünənDünən1348
Bu həftəBu həftə3754
Bu ayBu ay52450
Bu günə qədərBu günə qədər7479784

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

AXCP-dən həbsdə olan gəncin istefasına REAKSİYA

alt

 
“Biz Daşqın Məlikovun yaydığı məlumatın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Yalnız özü ilə danışandan, həqiqəti biləndən sonra bəyanata aydınlıq gətirmək olar”. 

Bu sözləri açıqlamasında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı partiya gənclər təşkilatının həbsdə olan üzvü Daşqın Məlikovun istefa bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, partiyaya onunla bağlı heç bir məlumat daxil olmayıb. 

Xatırladaq ki, AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Daşqın Məlikov partiya rəhbərliyinə ərizə yazıb, Mətbuat Şurasına yazılı şəkildə müraciət edərək hazırda ölkədə gedən inkişafı gördüyünü, prezident İlham Əliyevin siyasətini dəstəklədiyini, bəyəndiyini, 9 oktyabr prezident seçkisində hazırkı prezidentə səs verəcəyini vurğulayıb. O, eyni zamanda bir sıra məhbusların “Azadlıq” qəzetində dərc olunan fotoşəkilləri arasından öz fotosunun çıxarılmasını istəyib. 

Jurnalist sərbəst buraxıldı

alt

“Turan”ın müxbiri Hafiz Babalı sərbəst buraxılıb. Aparıldığı Abşeron rayon Polis İdarəsində polis zabiti onun nə üçün saxlanması ilə maraqlanıb. Bunun cavabında jurnalisti saxlayan polis əməkdaşları H.Babalının çəkiliş apararaq onlara mane olduğunu bildirib.

Polis zabiti çəkiliş aparmağın onun işi olduğunu deyərək insident iştirakçılarının harda olması ilə maraqlanıb. Bu sualin cavabında polis əməkdaşları jurnalistin onları saxlamağa mane olduğunu iddia edib.
H.Babalı ilə qısa söhbətdən sonra o sərbəst buraxılıb.

Yasamalda aşan ağac ziyan vurdu - Video

alt

Bakının Yasamal rayonunda aşan ağac ziyan vurub. Hadisə ötən axşam Şərifzadə küçəsində qeydə alınıb. Şahidlərin verdiyi məlumata görə, ağac 3 maşının üstünə aşıb. Ziyan dəymiş maşınlardan biri "KamAZ", digər ikisi isə minik maşını olub. 
Aşan ağacın budaqları yaxınlıqdan keçən gənc qızın üstünə düşərək, onun yüngül xəsarət almasına səbəb olub. 
Hadisə şahidlərinin sözlərinə görə, ağacın aşmasına səbəb onun quruması və küləkli hava şəraitinə tab gətirməməsi olub. 

Azərbaycan Ordusunun hərbçisi qətlə yetirilib

altAzərbaycan Ordusunun hərbçisi öldürülüb.


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tural Vaqif oğlu Abdullayev Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində Elvin Mansurov və Vasif Həsənov tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan T. Abdullayev Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib.

T. Abdullayevin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb, o bu gün hospitalda dünyasını dəyişib.

Hadisəni törədən E. Mansurov və V. Həsənov saxlanılıb.

Prokurorluqdan “Lotu Quli”yə zərbə

alt

 
Rusiyanın Yekaterinburq şəhərində mer seçkilərində qalib gəldiyi bildirilən və kriminal aləmlə yaxınlığı iddia edilən Yevgeni Royzmanın qələbəsi prokurorluq tərəfidən şübhə altına alınıb. Prokurorluq azərbaycanlı “qanuni oğru” Lotu Qulinin adamı kimi tanınan Royzmanın qələbəsinin təsdiqlənməsi barədə Şəhər Dumasının qərarının qanunsuz olduğunu elan edib.

Prokurorluğun məlumatına görə, Şəhər Dumasının iclasında yetərsay olmadığından Royzmanın bu vəzifəyə təsdiqlənməsi qanuni hesab edilə bilməz. Buna görə də prokurorluq qayda pozuntularının aradan qaldırılması və yeni iclasın keçirilməsini tələb edib. Yeni seçilən mer özü isə prokurorluğun qərarından narahatlığını dilə gətirib. Royzman bildirib ki, bu barədə qərarı prokurorluq yox, məhkəmə verməlidir. 

Baş redaktorun məhkəməsi başlayır

alt

Oktyabrın 2-də səhər saat 11.00-da “Nota Bene” qəzetinin və “Psnota.com” xəbər saytının baş redaktoru Sərdar Əlibəylinin məhkəmə prosesinə hazırlıq iclası keçiriləcək. 

Bu barədə məlumatı S.Əlibəylinin vəkili Samir İsayev verib. Xətai rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesində işə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, baş redaktor Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıqda ittiham olunur. 

“QAZ-52“nin vurduğu uşaq bağçadan qaçmışdı? - Video

alt

Yük maşınları yollarla bərabər, insanların da axırına çıxır. Qərb bölgəsində, daha dəqiq Ağstafa rayonunda yük maşını 4 yaşlı uşağı vurub öldürüb. Düzdür, qəza şahidləri bir-birinə əks arqumentlər gətirirlər. Məsələn, qəza törədən sürücünün atası uşağın bağçadan qaçdığını, bağça tərbiyəçiləri isə əksinə evdən qaçarkən onu maşın vurduğunu iddia edirlər. Bütün hallarda ortada ağır qəza var. Özü də ölümcül qəza. Üstəlik hadisəni törədən yük avtomobilidir. 

Sentyabrın 28-də Ağstafa rayonunun Yaradullu kəndində 4 yaşlı Zaurun ölümü ilə nəticələnən qəzada sürücünün səsləndirdiyi bu iddianı araşdırmaq üçün kənd bağçasına üz tutduq. Tatlı inzibati ərazi dairəsinin tərkibində yerləşən Yaradullu bağcasının işci heyəti 4 yaşlı Zaurun bağcaya gəldiyini desələr də, hadisənin baş verdiyi gün, yəni şənbə tədris müəssisəsində uşaqların olmadığını bidirdilər. Zaurun tərbiyəçisi Rahilə Haciyeva körpənin evdən qacaraq kücəyə cıxdığını deyir.

Rəhilə Hacıyevanın sözlərinə görə, avtomobil qəzasında dünyasını dəyişən körpənin anası analıq məzuniyyətində olsa da, bu bağçada tərbiyəci kimi işləyir. Bağca müdirəsi isə Zaurun bibisidir.

4 yaşlı Zaur Əhmədovu Tatlı kənd sakini Cabir Əsgərov idarə etdiyi “Qaz 52” markalı yük maşını ilə vurmuşdu.
Faktla bağlı Ağstafa rayon polis şöbəsinin istintaq bölməsində cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işinə başlanılıb .

Fakti araşdıran müstəntiq Amil Tağıyev hazırda məhkəmə tibbi ekspertizasının rəyini gözlədiklərini bildirdi. Elə hüquqi qiymət də ekspertizanın rəyindən sonra veriləcək.

Erməni filmində hərbçilərimiz təhqir olundu- Video

alt

Ermənilər Dağlıq Qarabağ haqqında yeni film çəkiblər. 

Rejissor Artak Zilafyanın çəkdiyi film “Neytral ərazi” adlanır. Modern.az xəbər verir ki, filmdə erməni hərbçiləri guya, Qarabağ müharibəsi dövründə Azərbaycan girovluğunda saxlanılan silahdaşlarını azad etmək üçün xüsusi əməliyyat keçirirlər. Azərbaycanlı hərbçilərin zalım və qaniçən kimi təqdim edildiyi “Neytal ərazi”də hadisələr girovların azad olunması ilə nəticələnir.

Dağlıq Qarabağda və Ermənistanda premyerası keçirilən film oktyabrın 2-də yerli ermənilərin köməyi ilə Rusiyanın Soçi şəhərində nümayiş olunacaq.

Azərbaycanlı aktrisanın gənc oğlu vəfat etdi

alt

Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarovanın oğlu dünyasını dəyişib. Aktrisanın 29 yaşlı gənc oğlunun atası Rus Dram Teatrının aktyoru Ömür Nağıyevdir.

Qeyd edək ki, Nəsibə Eldarova mərhum rejissor Hüseynağa Atakişiyevin ikinci həyat yoldaşı olub.

Ataya girov oğlu ilə görüşmək imkanı verildi - VİDEO

alt

İki aya yaxındır Ermənistan tərəfindən girov saxlanılan Allahverdi Pələngova İrəvanda oğlu ilə görüşmək üçün icazə verilib. Kənan Pələngovu Gürcüstan Ermənistan sərhəddində xüsusi konvoy qarşılayaraq İrəvana aparıb. Gürcüstan vətəndaşı olduğu üçün Kənan Pələngovun Ermənistan sərhədçiləri ilə bağlı hər hansı problem olmayıb.

İtkin düşənin oğlu, Kənan Pələngov: “Görüşdük, yemeyimizi verdik yaxşıdı. Yeməyi içməyi yatmağı qalmağı hər şeyi normal idi. Soruşdular hara gedirsən dedim atamı tutublar ona yemək aparıram görüşməyə gedirəm. Bizi orda Georgi Vanyan gəldi qarşıladı, nə lazımdı atamın vəkili kimdir öyrəndi dedi onuda gördük söbət elədik, bu yaxınlarda 10-15 günə məhkəmə olacaq məhkəmədə görək ya iş verərlər yada cərimə ilə alınar yəqin ki”. 

Allahverdi Pələngov İrəvanda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasındakı kamerada üç erməni məhbus ilə birlikdə saxlanılır. Ermənistan qanunvericiliyinə görə sərhədi pozan şəxs 2 ay cəza çəkmə mərkəzində qaldıqdan sonradan məhkəmə işi başlanılır. Erəmənistanda Pələngovun müdafiəsini həyata keçirən Qeyri Hökümət Təşkilatının sədri Georgi Vanyan Pələngovun azad ediləcəyinə ümid etdiyini dedi. 

QHT sədri, Giorgi Vanyan: "Mən Ermənistanın Milli Təhlükəsizlik İdarəsinin rəisi ilə görüşdüm, daha sonra həm Ermənistan, həm də Gürcüstanın Xarici İşlər və Ədliyyə Nazirləri ilə danışıqlar aparılıb. Biz indi imza toplayırıq həm Ermənistan həm də Gürcüstan tərəfindən hardasa 30-a yaxın qurumdan imza toplamışıq".

Qeyd edək ki, Pələngovun məhkəməsində vəkillə yanaşı onun qohumlarının da iştirakına icazə veriləcəyi gözlənilir.

Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edəcək gürcü hərbçilər Tbilisi Cümə məscidinə gəlmişlər

altGürcüstan Müdafiə Nazirliyinin Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edəcək 21-ci batalyonunun üzvləri yola düşməzdən əvvəl Tbilisidəki Cümə məscidində dindarlardan İslam mövzusunda məlumat almışlar.
Hərbçilərlə birlikdə məscidə Gürcüstanın müdafiə naziri İrakli Alasania və bu qurumun məsul əməkdaşları da gəlmişlər.
İrakli Alasania jurnalistlərə əfqanlarla münasibətlərin qurulmasında din və adət-ənənəni bilməyin vacib məsələ olduğunu demişdir.
Hərbçi Zaza Arabuli əmin olduğunu bildirmişdir ki, İslam dini barədə hərbçilərin aldıqları məlumat yerli əhali ilə yaxşı münasibətlər yaradılmasında onlara yardım edəcəkdir.
21-ci batalyonda xristianlarla yanaşı, müsəlman hərbçilərin də xidmət etdikləri bildirilir.

Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Qardabaniyə səfər edib

alt “Gürcü Arzusu” koalisiyasından Gürcüstan prezidentliyinə namizəd irəli sürülən Giorgi Marqvelaşvili bu gün azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində səfər edib və əhali ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər qarşısında çıxış edən G. Marqvelaşvili dövləti yenidən qurmağın vacib olduğunu bildirərək seçicilərə müraciət edib: “Biz birlikdə dövlətimizi yenidən quracağıq və sizin həyat şəraitinizi daha da yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə edəcəyik. İstədiyimizi yaratdıqdan sonra arzuladığımız gələcək bizim olacaq”.

G. Marqvelaşvili daha sonra seçicilərdən xahiş edib ki, ona səs versinlər.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

Saytda Axtarış

Son xəbərlər