Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün204
DünənDünən1073
Bu həftəBu həftə1692
Bu ayBu ay50388
Bu günə qədərBu günə qədər7477722

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İvanişvili: "Ayıbdır ki, 21-ci əsrdə bizə şərti və uydurma ayrıcı xətlərin müxtəlif tərəfində yaşamaq düşür" - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

"1993 il, 27 sentyabr ölkəmizin tarixində böyük bir faciə olub. Bu müharibə də gürcü və abxaz xalqları böyük zərər yaşadılar", - bu barədə jurnalistlərə Qəhrəmanlar Meydanında Gürcüstanın baş naziri Bidzina İvanişvili açıqlayıb.
İvanişvilinin sözlərinə görə qaçqın əhalinin taleyi çox ağırdır, o deyib ki, hökümət onların layiqli həyat sürmələri üçün əlindən gələni edir və gələcəkdə də edəcəkdir.
İvanişvili qeyd etdiyi kimi, ayıbdır ki, 21-ci əsrdə bizə şərti və uydurma ayrıcı xətlərin müxtəlif tərəfində yaşamaq düşür.
Suxumi şəhərinin düşməsinin 20-ci il dönümü ilə əlaqədar, Baş nazir Bidzina İvanişvili və başqa dövlət nümayəndələri Gürcüstanın birliyi üçün həlak olmuş qəhrəmanların abidələrinə gül dəstələri goymuşlar.

Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə “ETERNITY-2013” kompuyter dəstəkli komanda-qərargah təlimi keçirilir

Sentyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə “ETERNITY-2013” kompyuter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə nazirliyin idarə rəisləri, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti, ABŞ-ın hərbi dəniz, Türkiyənin və Gürcüstan Silahlı Qüvvələrinin hərbi attaşeləri iştirak edirlər.

Ermənilər Dağlıq Qarabağda hərbi təlimlər keçirir

alt

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir.

Rayonun ermənilərin işğalı altında olan “Şahbulaq” və “Uzundərə” adlanan ərazilərində güclü partlayış səsləri eşidilir.

İlkin ehtimala görə, Ermənistan Silahlı Qüvvələri hər il intensiv həyata keçirdikləri hərbi təlimləri davam etdirirlər. İşğalçılar təlimlərdə ağır texnika, iriçaplı silah və artilleriyadan istifadə edirlər.

Partlayış səsləri Ağcabədi, Bərdə və Tərtər rayonlarının Ağdama yaxın yaşayış məntəqələrində də eşidilir.

Beşmərtəbəli yaşayış binası uçdu

alt

Hindistanın Mumbai şəhərində beşmərtəbəli yaşayış binası uçub.

Hadisə səhər saatlarında baş verib. Dağıntılar altında nə qədər adamın qaldığı bilinmir.

Qeyd edək ki, bu, 2013-cü ildə Mumbaidə baş verən ilk bina uçması deyil. Apreldə yeddimərtəbəli binanın uçması nəticəsində 74 nəfər, iyunda üçmərtəbəli binanın uçması nəticəsində 10 nəfər həlak olub.

Bakıda 17 yaşlı sürücünün maşını ikiyə bölündü

alt

Bakıda dəhşətli qəza 

Ötən gecə Abşeron rayonu ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Mehdiabad qəsəbəsi ərazisində qeydə alınan hadisə zamanı 17 yaşlı Hüseynov Səxavət Rüstəm oğlu sükanı arxasında əyləşdiyi “VAZ 2106” markalı minik avtomobilini yol kənarındakı daş su bulağına çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, toqquşmadan öncə sürücü həmin yerdə dayanan piyadanı da vurub.

Məlumata görə, zərbə o qədər güclü olub ki, toqquşmadan sonra avtomaşın iki hissəyə bölünüb. Qəza nəticəsində sürücü Səxavət Hüseynov aldığı xəsarətlərdən elə hadisə yerində keçinib. Onun meyiti daxili və xarici müayinə olunması üçün ekspertizaya aparılıb.

Maşında olan digər iki sərnişin - 17 yaşlı Elşən Hökməliyev və 18 yaşlıYaqub Babayev, eləcə də piyada, 24 yaşlı Əmikişi Alışov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yol nəqliyyat hadisəsi ilə bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Şöbənin müstəntiqi Məhəmməd Tağıyevin verdiyi məluma görə, qəzaya səbəb kimi ilkin olaraq yüksək sürət amili göstərilir. Qəzanın dəqiq səbəbləri aparılacaq istintaqın sonunda məlum olacaq.

"Gürcü Arzusu" - 50%, "Milli Hərəkat" - 12%

alt

"Gürcü Arzusunun" reytinqi 50%-dir, "Milli Hərəkatın" - 12%, - Bu göstərici NDİ-in sifarişi ilə keçirilən sosioloji araşdırmaların nəticələridir.
Araşdırmaya əsasən, reytinqdə üçüncü yeri 4%-lə Nino Burcanadzenin "Demokratik Hərəkat - Vahid Gürcüstan" partiyası tutur.
"Əmək Partiyasını" 3%, "Kristyan Demokratik Hərəkatını" isə 2% dəstəkləyir.
Araşdırma zamanı sorulan suala - hansı siyasi partiya sizin inanclarınıza yaxındır? sorulanların 16% cavab olaraq, heç bir partiya, 4% - cavab verməkdən imtina edir, 6% bilmirəm deyir, 2% - digər.
NDİ-in araşdırmaları avqustun 18-dən sentyabrın 3-ə qədər keçirilib ki, bunun da çərçivəsində Gürcüstan miqyasına əsasən 3 838 respondent birbaşa müsahibə əsasında edildi.

Direktor və müəllimlər attestasiyadan keçiriləcək

alt

Təhsil Nazirliyi müəllimlərin və direktorların attestasiyadan keçirilməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırma ilə əlaqədar müəllimlərin, o cümlədən rəhbər heyətin attestasiyası “Azərbaycan təhsilinin inkişafı üzrə milli starategiya”da nəzərdə tutulub. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanacaq. 

Gürcüstan İctimai Televiziyasının baş direktoru ikinci dəfə vəzifəsindən azad edilmişdir

Gürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurası televiziyanın baş direktoru Georgi Barataşvilini vəzifəsindən azad etmişdir.
Reqlamentə görə, Qəyyumlar Şurası yeni baş direktorun seçilməsi üçün 10 gün ərzində müsabiqə elan etməlidir. Baş direktorun vəzifəsinin icrası birinci müavin Tamaz Tkemaladzeyə həvalə olunmuşdur.
İctimai Televiziyanın Qəyyumlar Şurası televiziyanın baş direktoru Georgi Barataşviliyə son 6 ayda ikinci dəfə etimadsızlıq göstərmişdir. Birinci dəfə o, məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə vəzifəsinə bərpa olunmuşdur.
Georgi Barataşvili Qəyyumlar Şurasının onun barəsində yenə də ədalətsiz qərar qəbul etdiyini demişdir.

Gürcüstan parlamentinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Gürcüstan polisi parlament binasına bomba qoyulması barədə yalan məlumat verən şəxsi saxlanılıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xaşuri rayonunun sakini etdiyi anonim zəngdən 3 saat sonra evinin yaxınlığında saxlanılıb. O öz günahını etiraf edib.

17 yaşlı gənci 3 ilədək həbs cəzası gözləyir.

Bakıda maşın ağaca çırpıldı; 1 yaralı

alt

Bakıda minik avtomobili ağaca çırpılıb.

Şahidlərin verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib, maşın ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bakı- Sumqayıt yolunda bədbəxt hadisə; iki ölü - Foto

alt

Bakı- Sumqayıt yolunda, Gənclər şəhərciyinə çatmamış ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Şaqman” markalı yük avtomobili yolu keçmək istəyən iki piyadanı vurub. Onlar aldıqları zərbədən hadisə yerindəcə dünyalarını dəyişib. Ölən şəxslərin ata və oğul olduqları bildirilir. Əraziyə polis əməkdaşları gəlib. Hazırda araşdırma aparılır.

Hadisə yerində olan əməkdaşımız məlumat verir ki, sakinlər bu yolda tez- tez piyadaların ölümünə səbəb olan yol-nəqliyyat hadisələrinin olduğunu bildirir.

alt

Gürcüstanda ermənilərin yığcam yaşadıqları bölgədə zəlzələ baş vermişdir-A

Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe-Cavaxeti bölgəsində zəlzələ baş vermişdir.

Seysmoloqlar zəlzələnin episentrinin Axalkalaki rayon mərkəzinin 25 kilometrliyində yerləşdiyini, yeraltı təkanın gücünün 3,5 bal təşkil etdiyini bildirmişlər.
Tələfat və dağıntı barədə məlumat verilmir.

Saytda Axtarış

Son xəbərlər