Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün387
DünənDünən1595
Bu həftəBu həftə6189
Bu ayBu ay50888
Bu günə qədərBu günə qədər7421362

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bacısını itirən azərbaycanlı müğənni onun 40-ı çıxmadan səhnədə oxudu

altBir neçə gün əvvəl bacısının ölümü ilə sarsıdıcı zərbə almış müğənni Mətanət Əsədova yenidən səhnəyə çıxdı. Bu gün ATV telekanalında canlı yayımlanan verilişlərdən birində qonaq olan müğnni bacısının ölümündən 18 gün sonra ilk dəfə mahnı oxuyub.

Muğam oxuyan M.Əsədova göz yaşı içərisində musiqini sona çatdıra bilməyib. Daha sonra M.Əsədova bildirdi ki, müğənnilik ona heç nə verməyib, əksinə gözəlliyini, cavanlığını, əsəblərini əlindən alıb: “Kaş elə bir şey olaydı ki, bu səhnədən gedərdim. Ancaq getməyəcəm, oxuyacam”.

Daha sonra studiyaya təcili tibbi yardım əməkdaşları daxil oldular.

Vəzifəli şəxsləri həbs edildi

alt

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin, şöbənin baş məsləhətçisi Yusif Dadaşovla qabaqcadan əlbir olub rayon sakinindən 10.0 min manat rüşvət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oktay Quliyev və Yusif Dadaşov iş üzrə qeyd edilən maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Jurnalistlərin sevimli kafesində dava düşdü

alt

Oktyabrın 28-nə keçən gecə, saat 04 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib. 

İslam Səfərli küçəsi 1 ünvanında yerləşən “Araz” kafesində Bakıxanov qəsəbə sakini, 1986-cı il təvəllüdlü Şoropskiy Boris Anatoliyeviç münaqişə zəminində həmin kafenin işçisi, dönərçi, 1970-ci il təvəllüdlü Xanəhmədov İlqar Tofiq oğlunu döyüb. B.Şoropskiy 43 yaşlı dönərçinin baş nahisəyinə bir neçə ağır zərbə endirib.

İ.Xanəhmədov xəstəxanaya müraciət etməli olub.

Qeyd edək ki, hadisənin baş verdiyi kafe Fəvvarələr meydanında yerləşir. Kafe jurnalistlərin və ictimai fəal gənclərin sevimli yeri kimi tanınır.

Avtobus qəzasında ölən və yaralananların siyahısı

alt

Gəncə - Samux yolunda baş verən yol-nəqliyyat qəzası zamanı ölən və xəsarət alanların kimliyi açıqlanıb.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 27 yaşlı Rəşad Fərəcculayevin idarə etdiyi “Ford” markalı mikroavtobusla, Samux rayon Qarayeri kənd sakini, 50 yaşlı Fikrət Musayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.

“VAZ 2107”-də olan sərnişin, Şəmkir rayon Qılıncbəyli kənd sakini, 47 yaşlı Bəsti Abbasova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ötən gecə saat 2 radələrində baş verib. Faktla bağlı araşdırma aparılır.

Gürcüstanın Dmanisi rayonunda zəlzələ olub

Bu gün Gürcüstanda zəlzələ baş verib. İlya Çavçavadze Dövlət Universitetinin seysmoloji monitorinq mərkəzi zəlzələnin Dmanisi şəhərindən 15-17 km kənarda qeydə alındığını və yeraltı təkanlarının gücünün 3,5 bal olduğunu açıqlayıb. Ciddi dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, Dmanisi azərbaycanlıların çoxluqda olduğu rayonlardan biridir. 

ANS-in keçmiş əməkdaşının meyiti tapıldı

alt

ANS Şirkətlər qrupunun keçmiş əməkdaşının maşında meyiti tapılıb. 

Şirkətin mühafizəçisi olan Ramin Qədimovun meyiti ötən gün “Mercedes” markalı avtomobilin arxa oturacağından aşkarlanıb. 

Sabunçu rayonu ərazisində dünyasını dəyişmiş R.Qədimovun meyitinin üzərində zorakılıq əlaməti olmayıb. Onu da əlavə edək ki, R.Qədimov bir neçə il əvvəl "Bakıfilm" kinostudiyası tərəfindən çəkilmiş “Seçilən” filmində "Saşa" rolunun ifaçısı olub. 

Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, R.Qədimov ürək tutmasından dünyasını dəyişib.

Rus şovinistlərindən azərbaycanlılara həqarət - DalgaTV VİDEO

alt

Rusiyaya məxsus sosial şəbəkədə Azərbaycan Xalq Cümhuriyyətinin Almaniya Ordusu tərkibində Sovet hərbi birliklərinə qarşı döyüşən legionu barəsində təhqiramiz başlıqlı video yayılıb. 

Video-çarx “Qafqazfaşizminin quldur kökləri” başlığı ilə yayılıb. Materialda rus şovinistləri Azərbaycanın müstəqilliyi ideologiyasını əsas tutaraq, Sovet imperiyasına qarşı mübarizə aparan legionun döyüşçülərini quldurlar kimi təqdim ediblər. 

Videonu təqdim edirik:

Azərbaycanda vəzifəli şəxs özünü asdı

alt

Poçt məntəqəsinin müdiri intihar edib. Hadisə Bərdə rayonunda baş verib. 

Mustafaağalı kənd sakini Nazir Behbud oğlu Seyidov dünən 14 radələrində özünü evinin həyətindəki yarımçıq tikilinin çardağından asıb. 

Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. İşi araşdıran Prokurorluğun müstəntiqi Famil Axundov AzNews.az-a açıqlamasında bildirib ki, 1956-cı il təvəllüdlü N.Seyidov ağır xəstəlikdən əziyyət çəkib: “Faktla bağlı istintaq davam edir. 

Yaxınlarının sözlərinə görə, N.Seyidov ağciyərin açıq vərəmi və hepatit C-dən əziyyət çəkirmiş. Bunu xəstəxanalardan verilən sənədlər də təsdiq edir. Hadisə yerinin və meyitin müayinəsi keçirilib. Meyit üzərində hər hansı zorakılıq əlamətləri yoxdur. Yeganə zədə boğazında olan kəndir izidir. Lakin son sözü istintaqın yekununda deyə bilərik. Faktın araşdırması davam edir”.

Orxan Zeynalovun əmisinə 1 milyon verildi

alt


Moskvada Yeqor Şerbakovu öldürməkdə ittiham edilən Orxan Zeynalovun yerinin bildirən şəxsə 1 milyon rubl mükafat verilib. 

Bu barədə DİN-in Moskva üzrə baş idarəsinin rəhbəri Anatoli Yakunin məlumat verib. 

Bundan əvvəl həmin mükafatı Zeynalovun yaşadığı mənzilin sahibinə veriləcəyi bildirilirdi. Bununla yanaşı O.Zeynalovun yerini polisə onun bir zamanlar Azərbaycan DİN-də işləyən əmisinin xəbər verdiyi deyilir. Bu isə həmin mükafatın O.Zeynalovun keçmiş polis əməkdaşı olan əmisinə çatdığı ehtimal etməyə əsas verir.

Orxan Zeynalov həbsdə qaldı

alt

Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun ölümündə ittiham olunan Orxan Zeynalov barədə çıxarılan həbs qətimkan tədbirini dəyişməyib.

Həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Orxan Zeynalov barəsində dekabrın 10-na kimi həbs qətimkan tədbiri seçilib. Əgər onun cinayəti sübut olunarsa Zeynalovu ömürlük həbs gözləyə bilər.

Bir qrup gənc Mixail Saakaşvilinin axşam yeməyinə mane olub - DalgaTV VIDEO

altOktyabrın 23-də Tiflisdəki “La Truffe” restoranında axşam yeməyi yeyən Gürcüstan prezidenti Mixail Saakaşvili bir qrup gəncin etirazı ilə üzləşib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, restoranın qarşısında keçirilən aksiyada insan hüquqları və keçmiş siyasi məhbuslar iştirak ediblər. Aksiya iştirakçıları prezidentə “soyuq yemək” qismində kələm və yerkökü təqdim etmək istəyiblər. Onlar bildiriblər ki, M. Saakaşvilinin prezidentlik müddətinin sonuna üç gün qalıb və bu müddət ərzində hər yerdə onu təqib edərək “cinayət”lərini ona xatırladacaqlar.

Hadisə yerinə polis patrul xidməti səfərbər edilib. M. Saakaşvili restoranın arxa qapısından çıxıb.

Gürcüstanda keçiriləcək prezident seçkilərində səs verəcək milli azlıqlar üçün xüsusi bülletenlər hazırlanmışdır

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Yekaterine Azaraşvili demişdir ki, oktyabrın 27-də keçiriləcək prezident seçkilərində milli azlıqların fəallığını təmin etmək üçün müvafiq tədbirlər görülmüşdür. Milli azlıqların yığcam yaşadıqları bölgələrdəki 12 seçki dairəsinin 332 seçki məntəqəsi üçün bülletenlər Azərbaycan və başqa milli azlıqların dillərində çap olunmuşdur.
MSK-da milli azlıqlarla iş üzrə xüsusi komissiya da yaradılmışdır. İndiyədək seçkilərə dair 20-dək sənəd və material, seçici siyahıları milli azlıqların ana dilinə tərcümə olunmuşdur. MSK rəsmisinin sözlərinə görə, bütün bunlar milli azlıqların demokratik seçim etmələrinə imkan yaradacaqdır.

Saytda Axtarış

Son xəbərlər