Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün879
DünənDünən859
Bu həftəBu həftə3226
Bu ayBu ay51922
Bu günə qədərBu günə qədər7479256

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Orxan Zeynalova qarşı rəsmi ittiham irəli sürülüb

alt

Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov dindirilmə zamanı özünü günahkar hesab etmədiyini və heç hadisə yerində olmadığını bildirib. Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.

Polad Bülbüloğlu: “Hələki notamız öz əksini tapmayıb“ - VİDEO

alt

"Rusiyada qətl törətməkdə ittiham olunan Orxan Zeynalov üçün Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən vəkil və tərcüməçi tutulub. Məsələ ilə məşğul olmaq üçün səfirliyin iki diplomatı ayrılıb". Bu barədə açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu məlumat verib.
Səfir hələki həllini tapmayan məqamlar olduğunu deyib. 

“Hələki bizim notamız demək olar ki, öz əksini tapmayıb. Həbs olunan şəxsin yanına bizim diplomatlar hələki buraxılmayıb. İndi biz onun üzərində iş görürük. Nazirliyin müvafiq departamenti ilə danışmışam və kəskin surətdə narazılığımı bildirmişəm. Söz veriblər ki, ən yaxın zamanda bizim diplomatları Zeynalovun yanına buraxacaqlar”.

Prezident məscidlərlə bağlı tapşırıq verdi

alt

A+  A-
Azərbaycanda bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək. 


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.

Orxanı polisə Azərbaycan DİN-in keçmiş əməkdaşı təslim edib - ŞOK

alt

Rusiyada Yeqor Şerbakovu öldürməkdə ittiham edilən Orxan Zeynalovu hüquq-mühafizə orqanlarına öz əmisi təslim edib. 

Məlumata görə, Azərbaycana qayıtmaq istəyən O.Zeynalovun yola düşməsinə qısa müddət qalan onun əmisi polislərə yaxınlaşıb. Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olduğu deyilən həmin şəxs rusiyalı həmkarlarına Zeynalovu tutmağa yardımçı olmaq istədiyini bildirib. 

Bu barədə danişan DİN-in Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbəri Aleksandr Bınenkonun sözlərinə görə, əməliyyatçılar ondan Zeynalova zəng etməyi və onu könüllü təslim olmağa razı salmağı təklif ediblər. 

Zeynalov əmisi ilə uzun müddət telefonda danışıb. Zeynalovun çox danışan olması onun yerini müəyyən etməyə imkan verib. 

Moskvada öldürülən gəncin ailəsi danışdı: “Onlara yazığımız gəlir” (VİDEO)

alt

“İnanmırıq ki, oğlumuzun sevgilisi də Orxan Zeynalovu şəxsən tanıyıb” 

Moskvada Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən Orxan Zeynalovla bağlı irəli sürülən yeni iddialara ilk dəfə öldürülən şəxsin ailəsindən cavab gəlib. 

Qeyd edək ki, O.Zeynalovun bəzi tanışları mübahisənin borc məsələsindən qaynaqlandığını bildirib. AzNews.az xəbər verir ki, Yeqor Şerbakovun valideynləri NTV kanalına müsahibədə bildiriblər ki, bu versiyanın həqiqiliyinə inanmırlar: “Biz inanmırıq ki, oğlumuzun sevgilisi də Orxan Zeynalovu şəxsən tanıyıb. Ksenya ilə Yeqor evlənməyə hazırlaşırdılar, ilin sonuna qədər nikah bağlamaq istəyirdilər”. 


Şerbakovun ailəsi Zeynalovun ailəsi ilə görüş imkanını da istisna etməyib: “Əgər onlar danışmaq istəsələr, biz buna hazırıq”. 

Yeqor Şerbakovun atası Vladimir Orxan Zeynalovun ailəsinə yazığı gəldiyini bildirib: “Mənim onlara yazığım gəlir. Onlar oğul dünyaya gətiriblər, kişi böyüdüblər. O isə təkcə öz valideynlərini yox, Qafqazın bir çox xalqlarını pis vəziyyətə qoydu”. 

Yelena Şerbakova isə Orxan Zeynalovun ailəsini heç bir günahı olmadığını vurğulayıb: “Valideynlər günahkar deyil. Onlar axı ona tərbiyə veriblər. Onlar da başqaları kimi valideynlərdir. Dava eləmək, münasibətləri aydınlaşdırmaq olar, amma öldürmək olmaz axı”. 

Zeynalovun cinayət kadrları montaj çıxdı- Video

alt

Rusiya mətbuatında bu əməliyyatın qurama olması barədə ciddi şübhələr var 


Xəbər verdiyimiz kimi, Moskvanın Qərbi Biryulyovo rayonunda 25 yaşlı Yeqor Şerbakovun Şəmkir sakini Orxan Zeynalov tərəfindən qətlə yetirildiyi zamandan bir az əvvəlki anlar domofonda anbaan qeydə alınıb. Hadisənin baş verdiyi binanın təhlükəsizlik kamerasının yaddaşında öz əksini tapan video-görüntülərlə bağlı Rusiyanın NTV kanalında şərhlərin müşayiəti ilə süjetlər də yayımlanıb.

Amma sözügedən xəbərlər, eləcə də baza süjet barədə şübhəli, diqqətçəkən məqamlar az deyil. Bu barədə elə Rusiyanın ayrı-ayrı saytlarında analiz yazıları dərc edilib. 

Youtube.com saytında da baş vermiş cinayət hadisəsinin videosu və orda montaj detalları, əməliyyat “xəta”ları ilə bağlı maraqlı bir təhlil yer alıb. NTV-də yayımlanan videonun təhlili zamanı ilginc nüanslara diqqət yetirək: “Əgər tamaşaçıya gənc cütlüyün - söhbət Orxan Zeynalovla onun ötürdüyü qızdan gedir- arasında baş vermiş hansısa münaqişə barədə NTV xəbər verib, süjet yayırsa, o zaman həmin münaqişəni (əgər gerçəkdən baş veribsə), yaymalı, onu montajla kəsməməlidir. Daha bir detal – qız “ağlayan” kadrlarda kameranın aşağı sağ küncündən kiminsə əli görünür və qıza sanki suflyor kimi işarə verir. Bu, çox güman ki, sonradan çəkilən videoda operatorun əlidir. O, qıza “ağla”masının çəkildiyini və artıq qapıdan içəri girməli olduğunu bildirir. Hətta qızın “ağlama” səhnəsində də iki dəfə ciddi texniki səhv olduğu ortaya çıxıb. Belə ki, ilk kadrda həyətin sağ tərəfində qara maşın olduğu halda, ikinci kadrda bu maşın “yoxa çıxır”. Halbuki söhbət cəmi bir-iki saniyədən gedir və bu müddət ərzində maşının ordan uzaqlaşması baş versəydi, videoda da bu, özünü göstərərdi. O qədər ciddi montajdan söhbət gedir ki, orada hətta “qafqazlının” sifəti də “görünmür. Köməyə çıxan iki qonşunun – biri qadın, o biri kişi olmaq üzrə reaksiyaları da ilgincdir. Belə ki, kişi blokdan çıxan kimi qanrılıb iki dəfə şübhəylə arxaya baxır. Şərhçi hesab edir ki, qonşunun hadisə yerinə tələsməkdənsə dönüb iki dəfə diqqətlə arxaya baxmasının bir səbəbi var – arxada operatoru görüb. 

Bundan başqa, guya izləmə kamerasının görüntüləri kimi təqdim edilən bəzi kadrların təhlilində də ciddi xətalar ortaya çıxıb. Məlum olub ki, həmin kamera hərəkətdədir. Bundan başqa, həyəti yuxarıdan aşağı “çəkən” başqa bir kameranın olması da şübhəlidir. Videonu təhlil edən ekspert bunun qurama olduğunu iddia etməklə yanaşı, onu sübut edən montaj xətalarını da təqdim edir. Slon.ru saytında isə Zeynalovun işindəki şübhəli məqamlar təhlil edilib. 

Birinci məqam: Orda da qeyd edilib ki, hadisəni qeydə alan binanın təhlükəsizlik kamerası ilə bağlı ortada suallar var. Adi doqquzmərtəbəli panel binada London binalarındakı səviyyədə mənzərəni hər cəhətdən göstərən kameraların olması olduqca şübhəlidir. 

İkinci məqam: Zeynalovun evinə ötürdüyü, ağladığını görüb, üzünü sildiyi qız barədə də sual doğuran məqamlar diqqət çəkir. Həmin qızın rəfiqəsi iddia edib ki, Zeynalov ona da sataşıb və hətta soyuq silahla təhdid edib. Amma sonradan bu qız barədə heç nə bildirilmir və televizorda ondan başqa hamı göstərilir. 

Üçüncü məqam: NTV kanalında yayımlanan “ÇP” verilişində özünü Zeynalovun tanışları kimi təqdim edən cavan oğlanlar bildiriblər ki, təqsirləndirilən şəxs daha öncə də qatil təəssüratı yaradırmış, üstündə silah gəzdirimiş və az qala qızlara təcavüz edirmiş. Bununla belə həmin tanışların hamısı bu azərbaycanlı ilə yaxın dostluq münasibətində olublar və slavyan adlar daşıyırlar və özləri də rusdular. 

Dördüncü məqam: Rusiya DİN-i Zeynalovun yaxalanarkən müqavimət göstərdiyini desə də, o, özü müsahibəsində bunun əksini deyir Bildirir ki, əslində heç yerə qaçmırmış, çünki maşını elə meşədə olduğu üçün ora gəlib. Zeynalov nə etdiyinin fərqində olmayan şəxs kimi görünür. O, hətta polislərə sonradan özünün gəlib ifadə verəcəyini də deyir. Bu da onun nə kimi əməl törətməsinin fərqində olmadığını, bəlkə də heç elə bir əməl törətmədiyini göstərir. (İstintaq ifadələrinin təzyiq altında verilməsini və təqsirləndirilənin rus dilini yaxşı bilmədiyini də nəzərə almaq lazımdır)

Samolet73.livejournal.com saytında da binanın təhlükəsizlik kamerasına düşən, Zeynalov olduğu iddia edilən şəxslə bağlı təhlil aparılıb. Qeyd edilib ki, orada görüntüsü yayılan şəxsdə açıq-aydın azəri sifəti var. Azərbaycanlılara xas olan xarakterik sifət cizgilərinin olduğu qeyd edilən yazıda incə nüanslara diqqət yetirilib: 

Kameraya düşən şəxslə Zeynalovun üz cizgiləri arasında fərqlər var: 

• Daha çox üzlərinin aşağı hissəsi bir-birindən fərqlənir. 

• Kameraya görüntüsü düşən şəxsin dodaqları dolğun, həbs ediləninki isə nazikdir. 

• Kameraya görüntüsü düşən şəxs qarınlıdır, həbs edilən isə arıqdır, qarnı yoxdur. 

• Videogörüntüdəki şəxslə həbs edilən şəxsin saç düzümündə, gicgahlarındakı saç quruluşunda xeyli fərq var. 

Bundan başqa, Zeynalovun yaxalanması ilə bağlı tok-şou da gülüş doğurucu kimi qiymətləndirilib: 

• Onu konkret kimin (hansı orqanın nümayəndəsi) yaxaladığı bilinmir. 

• Yaxalayan şəxslərin nə silahı, nə ratsiyası, nə də bron geyimi var. 

• Zeynalovu hardasa parkda, açıq yerdə yaxalayırlar. Bununla yanaşı, televizorda deyirlər ki, o, səhər harasa qaçıbmış. Deməli, onu günorta parkda yaxalayıblar? 

• Vertolyotlu şou və günahlandırılanın daxili işlər nazirinin hüzuruna gətirilməsi səhnəsi isə hərə öz yumor hissinin dərəcəsinə görə qiymətləndirə bilər. 

Bu təhlilin müəllifi isə hesab edir ki, qatilə bənzəyən azərbaycanlı ilə razılığa gəliblər, camaatı sakitləşdirmək üçün bu kadrları çəkib, televiziya vasitəsilə yayıblar. 

Bütün hallarda biz Rusiya KİV-lərində, ayrı-ayrı müəlliflərin bloqlarında yazılan təhlilləri nəzərə çatdırıb, yaranan şübhələri bölüşdük. Prosesin necə yekunlaşacağını zaman göstərəcək, amma bu əməliyyatdakı naşılıqlar artıq həvəskar və peşəkarlar tərəfindən təhlil edilib, gülüş hədəfinə çevrilib. 

“Azərbaycan-Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı”na həsr olunmuş mətbuat konfransı keçirilib

alt

 

 Gürcüstanın İdman və Gənclər Nazirliyində (GİN) oktyabrın 17-də Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gürcüstanın idman və gənclər naziri Levan Kipianinin “Azərbaycan-Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı”na həsr olunmuş birgə mətbuat konfransı keçirilib.

Azərbaycan GİN-in mətbuat katibi Səmayə Məmmədovanın Tbilisidən APA-ya verdiyi məlumata görə, L. Kipiani ortaq layihələrin gənclər sahəsinə göstərdiyi önəmdən danışıb. O, hər iki ölkə tərəfdən bu layihədə 100-ə yaxın gəncin iştirak etdiyini deyib. 

Öz növbəsində, İ. Babayev Gürcüstan və Azərbaycan xalqlarının birgə layihələri, bu layihələrin nəticəsi olaraq qazanılan uğurlardan söz açıb. Nazir müavini qeyd edib ki, 18 oktyabrda Gürcüstanın Sinqnaxi şəhərində baş tutacaq festival mədəniyyət və idman sahələrinin tanınması baxımından iki ölkənin gəncləri üçün çox önəmli olacaq.

Oktyabrın 19-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaq.

Bundan başqa idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və Azərbaycan və gürcü gənclərinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.  

Əsirlikdə olan Gürcüstan vətəndaşı azad edildi

alt

Avqustun 17-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngov bu gün azad edilib.

Bu barədə Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov məlumat verib. Onun sözlərinə görə, Allahverdi Pələngov gözlənilmədən, heç bir xəbərdarlıq olunmadan həbsdən azad edilib.

Allahverdi Pələngovun hazırda Ermənistanla Gürcüstan arasında sərhəd keçid məntəqəsində olduğu, ölkəsinə keçmək üçün müvafiq prosedurlardan keçirildiyi bildirilir. 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan və A. Pələngov sərhədi qanunsuz keçməkdə ittiham edilib.

Ədliyyə naziri qəzaya düşdü

alt

Gürcüstanın ədliyyə naziri Tea Çulukiani xidməti avtomobilində Sevantı regionunda qəzaya düşüb.

Bu barədə Gürcüstanın "Birinci radiosu" xəbər yayıb.

Məlumatda bildirilir ki, avtomaşını onun sürücüsü idarə edib. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

Ədliyyə Nazirliyi faktı təsdiqləyib. Məlumatda bildirilir ki, sərnişinlərdən heç kimə ziyan dəyməyib.

NTV-nin son hadisələrlə bağlı qərəzli buraxılışı - Video

alt

Rusiyada qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı həbs-qətimkan tədbirinin seçilməsi mümkün olmayıb. Buna Orxanın rus dilini bilməməsi və tərcüməçi tələb etməsi səbəb olub. Onun istintaqa verdiyi ifadəsinin videogörüntülərindən də hiss olunur ki, rus dilində səlis danışa bilmir, yalnız fikrini çatdıra bilir.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin isə başqa mövqedədir. İstintaqın təmsilçisi müsahibəsində qərəzini ortaya qoyub. Onun NTV telekanalına verdiyi məlumata görə, bu cür adamlarla tez-tez rastlaşırlar: “Rusiyada gözəl yaşamaq, sərbəst hərəkət etmək, öz məsələlərini həll etmək üçün rus dili biliyi kifayət edir, əməllərinə görə cavab verəndə isə qəfildən rus dilini unudurlar”.

Orxan Zeynalovun valideynləri Rusiyadan üzr istədi - VİDEO

alt

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli sayılan azərbaycanlı Orxan Zeynalovun valideynləri Rusiyadan üzr istəyiblər.

153 məhbus azadlığa buraxıldı - Video

alt

Prezidentin imzaladığı sərəncam əsasında bu gün 153 məhbus əfv olunaraq azadlığa buraxıldı. Sərəncamın icrası ilə bağlı baş çəkdiyimiz 2 saylı cəzaçəkmə müəssisəsində bu gün 19 məhbus azadlığa qovuşdu.

Burda əfv olunanlar əsasən ağır cinayət törətməkdə ittiham olunaraq cəza çəkənlərdir. Onlar arasında sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyev də var idi. Əfv sərəncamı əsasında o həbs müddətinin 2 ildən çox hissəsini çəkməkdən azad olundu. 

Fərhad Əliyevin qardaşı, 6 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən Rafiq Əliyev də azadlığa qovuşanlardan oldu. 

Baş çəkdimiz digər 9 və 17 saylı cəzaçəkmə müəssisəsindən isə ümumilikdə 9 nəfər əfv olunaraq azadlığa buraxıldı. 

Əfv olunan məhbusların sayının çoxluğuna görə digərlərindən fərqlənən bu sərəncam Azərbaycan tarixində sayca 55-cidir. Ümumilikdə 1995-ci ildən bu yana ölkəmizdə əfv sərəncamları əsasında ümumilikdə 5683 məhbus azadlığa qovuşub. 

Saytda Axtarış

Son xəbərlər