Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün504
DünənDünən957
Bu həftəBu həftə9705
Bu ayBu ay47443
Bu günə qədərBu günə qədər7474777

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ordudan tərxis olunan əsgər qəzaya düşdü

altAzərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.

Ordu sıralarından yeni tərxis olunan 20 yaşlı əsgər Elnur İsgəndər oğlu Məmmədrzayev hərbi hissədən çıxıb evə gedərkən onu “Mercedes” markalı maşın vurub. Ağır vəziyyətdə hospitala yerləşdirilən əsgər orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tbilisidə təşkil olunmuş seçki məntəqəsində səs verən seçicilərin əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləmişdir

Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Tbilisidə təşkil olunmuş 33 saylı seçki məntəqəsində seçicilərin əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləmişdir.
Məntəqə seçki komissiyasından verilən məlumata görə, məntəqə üzrə 498 seçici siyahıya alınmış, onlardan 363 nəfəri səs vermişdir ki, bu da seçicilərin 72,9 faizini təşkil edir.
Məlumatda seçicilərin 92,7 faizinin cənab İlham Əliyevin namizədliyini dəstəklədiyi bildirilir.

Azərbaycan prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

alt

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri Xiyabana gələrək Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

APA-nın xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzülüb.

Baş nazir sərbəst buraxıldı

altBu gün səhər qaçırılan paytaxt Tripolidə qaldığı “Corinthia” oteldən qaçırılan Liviya baş naziri Əli Zeydan sərbəst buraxılıb.

Əli Zeydanın Müəmmər Qəddafinin devrilməsində iştirak etmiş və hazırda Tripolidə sabitliyin bərqərar edilməsi adı altında Daxili İşlər Nazirliyi üçün çalışan silahlı qruplar tərəfindən qaçırıldığı məlum olub.

Əli Zeydan daha sonra Daxili İşlər Nazirliyinin binasına aparılıb, günorta saatlarında isə sərbəst buraxılıb. Əli Zeydan deyib ki, onu qaçıranlar istefa verməsini istəyiblər. O, istefa verməyəcəyini, Liviyada konsesnsusa nail olmaq istiqamətində çalışacağını bildirib.

Qeyd edək ki, keçən həftənin şənbə günü ABŞ xüsusi xidmət orqanları “Əl-Qaidə” terror təşkilatının liderlərindən Ebu Enes əl-Libi Tripolidə yaxalayıb. Vaşinqton Ebu Enes əl-Libinin yaxalanması əməliyyatında Liviya hökumətindən dəstək aldığını açıqlayıb. “Reuters” agentliyi liviyadakı üsyançı qrupların Əli Zeydanı Ebu Enes əl-Libinin yaxalanmasına dəstək verdiyi üçün qaçırdığı barədə xəbər yayıb.

Hakim partiya qələbəsini qeyd edir

alt

Səsvermə prosesi başa çatdıqdan sonra hakim partiyanın tərəfdarları paytaxt küçələrinə çıxıblar.
Yeni Azərbaycan Partiyasının və dövlət bayrağı ilə bəzədilmiş avtomobil karvanları paytaxtın mərkəzi küçə və prospektlərində siqnal verərək "qələbə" sevincini qeyd ediblər.

Bakının bəzi rayonlarında YAP-ın yerli təşkilatları qarşısında səsgücləndiricilər yerləşdirilib. 
Aksiyada YAP-dan olan deputatlar, hökumət rəsmiləri, gənclər və şəhər sakinləri iştirak edirlər.

Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir.

Leyla Əliyeva hamını seçkiyə səslədi

alt

Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seçkilərlə bağlı fikir bildirib. 

Leyla Əliyeva özünün rəsmi facebook səhifəsində seçiciləri səs verməyə çağırıb: 

“Parlaq sabahlar naminə bugün səs verin!”.

Qeyd edək ki Leyla Əliyeva ailə üzvləri ilə birlikdə bu gün səhər saatlarında Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

İlham Əliyev: "Azərbaycanda korrupsiya olmamalıdır"

alt"Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır"


«Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz var». APA-nın məlumatına görə, bunu Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda korrupsiya olmamalıdır. “Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaq”, - deyə o vurğulayıb.


Prezident qeyd edib ki, korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə var: “Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarıb. Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələyə bağlı münasibəti öyrənərək yəqin ediblər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir, təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaq. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər var. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun”.

Toyları gecikdiyi üçün intihar etdilər- Dəhşət

alt

İki gəncin qovuşmağına yaradılan əngəllər ağır nəticələrə yol açıb. 

Toylarının vaxtının ertələnməsi ucbatından gənc qız və oğlan özlərini asıblar. Hadisə Qazaxıstanın Almatı şəhərində baş verib. 

1995-ci il təvəllüdlü qız və 1994-cü il təvəllüdlü oğlanın cəsədləri binalardan birinin çardağında aşkarlanıb. Onların cəsədlərinin yanında yarıya qədər dolu araq şüşəsi və məktub olub. 

Oğlanın anası deyir ki, gənclər toy vaxtlarının ertələnməsi ucbatından intihar ediblər. Ana deyir ki, oğlan ailə qurmaq istəyirdi. Ancaq oğlanın atasının ölümündən hələ 1 il keçmədiyinə görə ana oğlundan toyu 6 ay müddətinə gecikdirməyi xahiş edib. Bu səbəbdən aralarında qalmaqal yaşanıb. 

Gənclərin cəsədləri yoxlama üçün ekspertizaya göndərilib.

Gürcüstan dağlarında itkin düşmüş xorvatiyalı alpinistin cəsədi 39 ildən sonra tapılmışdır

1974-cü ildə Gürcüstanın yüksək dağlıq bölgəsi Svanetidəki Uşba zirvəsinə qalxmış məşhur xorvatiyalı alpinist Nenad Çuliç dəniz səviyyəsindən 3 min metr hündürlükdəki buzlaqda itkin düşmüşdü.
Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentindən verilən məlumata görə, 2013-cü il avqustunda həmin buzlaqdan tapılmış cəsədin 39 il əvvəl itkin düşmüş xorvatiyalı alpinistə məxsus olduğu təsdiqlənmişdir.
Müəyyən hüquqi prosedurlar keçirildikdən sonra cəsəd və alpinistin şəxsi əşyalarının həyat yoldaşına veriləcəyi bildirilir.

Qazax sakinləri minaya düşüb

alt

Rayonun Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev Aşağı Əskipara kəndi istiqamətində minaya düşərək, bel nayihəsindən qəlpə yarası alıb.

Yaralı dərhal Qazax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ilk tibbi yardım göstərildikdən sonar evə buraxılıb.

Neytral ərazidə olan digər şəxs isə Qazaxın Alpoud kənd sakini, 1983-cü il təvəllüdül Xəqani Məmmədov isə xəsarət almayıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Hadisə yerində olmuş Qazax rayon sakini, 1978-ci il təvəüllüdlü Əli Əliyevdən isə heç bir xəbər yoxdur. Məlumata görə o, minalanmış neytral ərazidə qalıb.

Hadisə bu gün saat 4.00 radələrində baş verib. Polis bu şəxslərin düşmənlə təmas xəttinə getmələrinin səbəbini araşdırır.

Bu mövsümdə əfv fərmanını üç minə yaxın nəfər çıxarıb - DalgaTV VİDEO

alt

Prezident Administrasiyasında şərti məhkum və məhkum olunmuş şəxslərin əfv olunmalarını nəzərə alan fərmanlar veriləcək. Prezident Administrasiyasına belə bir xahişlə 18 minə yaxın şəxs müraciət edib. Bu mövsümdə əfv fərmanını üç minə yaxın nəfər çıxarıb.
Gürcüstan Prezidenti Gürcüstanda bütün şərti məhkum və məhkum olunan şəxslərin əfvi haqda bəyanatı 2013 ilin avqustun 19-da imzalayıb.

Əlillər üçün ilk dəfə - Video

alt

Azərbaycanda prezident seçkilərinə 5 gün qalıb. Seçki məntəqələrində hazırılıq bu gün tam başa çatır. Xaricdə yaşayan azərbaycanlılar da oktyarın 9-u keçiriləcək prezident seçkilərində, ümumilikdə, 38 məntəqədə səs verəcəklər. 15 minə yaxın seçici səs verəcəyi məntəqə haqqında məlumatı onlayn və ya telefon vasitəsilə əldə edəcək. 

Ölkəmizdə də seçicilərin, xüsusilə də, fiziki imkanları məhdud insanların səsvermədə fəallığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 10 minə yaxın gözdən əlil seçici üçün brayn əlifbası ilə hazırlanan trafaretlər artıq məntəqələrə paylanıb. Mərkəzi Seçki Komissiyası bu il seçki tariximizdə ilk dəfə olaraq əlil arabasında olan seçicilər üçün xüsusi şərait yaradıb. 
MSK katibliyinin müdiri Rövzət Qasımovun sözlərinə görə, əlil arabasında olan əlillərin olduğu seçki məntəqələrini araşdırılıb və ora panduslar quraşdırılıb. "Əlillər bu məntəqələrdə rahat heç kimin köməyi olmadan gəlib səs verə biləcəklər"

Saytda Axtarış

Son xəbərlər