Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün837
DünənDünən1299
Bu həftəBu həftə9081
Bu ayBu ay46819
Bu günə qədərBu günə qədər7474153

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Beş yaşlı uşaq dərman içərkən öldü

alt

Şamaxı rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Nəhmətov Nizam İntiqam oğlu xəstələndiyi üçün dərman qəbul etmək istəyib. Lakin həb uşağın nəfəs borusuna düşüb və o, boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Dini rəhbər İlham Əliyevi təbrik etdi

altŞimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Rəyasət Heyətinin sədri İsmayıl Berdiyev İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və xalqınızı Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından səmimi qəlbdən təbrik edirəm. Bütün dünya İslam dininin mövqelərinin möhkəmlənməsi, Azərbaycanın çiçəklənməsi üçün Sizin həqiqətən böyük işlər gördüyünüzü bilir. Müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində Sizin seçkilərdə parlaq qələbəniz Vətən naminə əməyinizə verilən layiqli qiymət oldu.

Mərhəmətli Tanrıdan Sizə ən böyük nemətlər diləyirəm. İmanınız kamil olsun, Böyük Yaradan nəcib məqsədlərinizin həyata keçməsində Sizə kömək etsin. Sizə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.

Heydər Əliyev Mərkəzi medalla təltif edildi- FOTO

alt

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Küveyt Dövlətində Mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medal və təşəkkür plaketi ilə təltif olunub.

Heydər Əliyev Mərkəzinin idman sahəsinin inkişafına dəstək layihəsi çərçivəsində 2013-cü il martın 7-də təşkil olunan turnirdə 147 idmançı iştirak edib. Yarış Küveytdə yaşayan azərbaycanlıları özündə birləşdirən «Vətənsevər» Dostluq Cəmiyyəti və «Küveyt-Azəri» müəssisəsi ilə birgə, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar, onlara ümummilli lider haqqında ərəb və ingilis dillərində nəşr olunmuş kitablar təqdim edilib.

Rusiyada azərbaycanlılar qəzaya uğradı- 4 ölü, 6 yaralı (Video)

alt

 

Rusiyanın Stavropol vilayətində “Reno” markalı mikroavtobus qarşı hərəkət zolağına çıxıb və “Mercedes” markalı avtobusla toqquşub.

Qəzaya ilkin səbəb, mikroavtobusun sürücüsünün sükan arxasında yatdığı bildirilir. Mikroavtobusdakıların hamısı Azərbaycan vətəndaşları olublar.

Avtobusda yarışa gedən uşaq futbol komandasının 35 üzvü və onların məşqçisi olub. Rusiya FHN-in ,yaydığı məlumatda 4 nəfərin öldüyü bildirilir. Həlak olanlar arasında uşaqların məşqçisi, mikroavtobusun sürücüsü və iki sərnişini var. Daha altı nəfər isə xəsarət alıb.

Orxan Zeynalov ifadəsini yenə dəyişib – Vəkil danışdı

alt

Moskvada İqor Şerbakovun qətlində şübhəli bilinərək həbs edilən Orxan Zeynalov növbəti dəfə ifadəsini dəyişib. 

Bu dəfə O.Zeynalov ifadəsini qismən dəyişərək İ.Şerbakovu özünümüdafiə zəminində öldürdüyü bildirib. 

Vəkil Viktor Anikuşkinin sözlərinə görə isə, O.Zeynalov bunu qətl hesab etmir: “Müdafiə etdiyim şəxs bunu qətl hesab etmir, o, özünü müdafiə edib”. 

Bakıda tutulan seksual manyak sərbəst buraxıldı- FOTO

alt

Hövsanda qadınlara qarşı seksual xarakterli hərəkətlər törədən Əhmədov Hacıbaba Bayram oğlu istintaqda ilkin ifadə verib. 

O, ifadəsində seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. 

Qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini çəkdiyini təsdiqləyib. Faktla bağlı Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsində, Cinayət Məcəlləsinin 221 - xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin tibbi müayinə zamanı təqsirləndirilən şəxsin psixoloji durumunda problemlərin olduğu nəzərə alınaraq, o, sərbəst buraxılıb. 

Xatırladaq ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. 

Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib. Bölmənin baş təhqiqatçı Emin Məmmədovun sözlərinə görə, vətəndaşlar şikayətlərində təqsirləndirilən şəxsin Hövsan qəsəbəsində onlara qarşı seksual hərəkətlər etdiyini bildiriblər. Hacıbala Əhmədov Hövsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb.

Azərbaycanda ermənilərlə birgə TV yaradılır

alt

Xəbər verildiyi kimi Azərbaycan Avropa Hərəkatı “Etimad Toxumları” adlı layihənin icrasına başlayıb.

Amerka Birləşmiş Ştatlarının “German Marshall Foundu”nun maliyə dəstəyi ilə Azərbaycan Avropa Hərəkatı tərəfindən həyata keçirilən layihənin tərəfdaşları“Türkiyə Avropa Hərəkatı”, “Ermənistan Avropa Hərəkatı” və “Gürcüstan Yeni İqtisadi Məktəb”dir.

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində sentyabr ayında Gürcüstanın Batumi şəhərində ilk tədbir keçirilib.Tədbirdə hər ölkədən 4 nəfər iştirakçı və bir nəfər kordinator olmaqla 20 nəfər iştirak edib. Beynəlxalq Avropa Hərəkatından dəvət olunan ekspertlər Dr. Karol Veaver və Lisinia Simao təlim iştirakçılarına sülh quruculuğu, bu istiqamətdə beynəlxalq təcürübə, münaqişə tərəflərini təmsil edən Vətəndaş Cəmiyyəti inisututlarının birgə fəaliyyətinin əhəmiyyətibarədə təlim keçiblər.

Tədbirin yekunu olaraq layihə çərçivəsində Sülh qurucuları adlı şəbəkə təsis edilib. Şəbəkəyə qoşulan tərəflər qara dəniz ətrafında dayanıqlı sülhə nail olmaq üçün müzakirələr və əməkdaşlıq edəcəklər.

Layihə cərcivəsində “www.peace-tv.org” (sülh tv) adlı sayt yaradılması prosesi artıq başa çatmaqdadır. Noyabr ayında Sülh qurucuları şəbəkəsinin uzvləri münaqişədən əziyyət çəkən vətəndaşlar arasında video sorğular keçirəcək.Bundan başqa hər dörd ölkədə Sülh qurucuları şəbəkəsinin və SÜLH TV-nin təqdimatın olacaq. Bununla da şəbəkənin intensiv fəaliyyəti daha da gücləndiriləcək.

Baş yepiskop məscidə gəldi, Quran oxudu- VİDEO

alt

Gürcüstanın Babtist kilsəsinin baş yepiskopu Malxaz Sonqulaşvili məsciddə müsəlmanlarla birgə namaz qılıb, kilsədə isə dua vaxtı Qurandan surələr oxuyub.

Bakıda seksual manyak həbs edildi

alt

Bakıda böyük rezonansa səbəb olan seksual manyak həbs edilib.

Bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı Hacıbaba Bayram oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Hövsan qəsəbəsində seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub. Həmin şəxs günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edib, şəkillərini çəkib.

Həmin fakta görə, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Putindən “Biryulovo“ qətli ilə bağlı qərar

alt

Rusiya Prezidenti Vladimir Putin DİN daxili qoşunlarının və daxili işlər orqanlarının bir sıra yüksək rütbəli əməkdaşlarını vəzifələrindən kənarlaşdırıb

Dövlət başçısının çərşənbə axşamı Kremlin saytında dərc olunmuş müvafiq əmrinə görə, onların arasında DİN-in Moskva şəhəri üzrə Cənub İnzibati Dairəsi Baş İdarəsinin Daxili İşlər İdarəsinin rəisi, polis general-mayoru Aleksandr Podolnı da var. Bildirilir ki, Biryulevo sakininin səs-küylü qətlindən sonra onun istefasını Moskva Baş Komitəsinin rəhbərliyi xahiş etmişdi.

Azərbaycanlı iş adamını oğurlayan soydaşlarımız həbs edildi

alt

 
Rusiya polisi adam oğurluğunda şübhəli bilinən 3 azərbaycanlını saxlayıb. 

Onlar oktyabrın 21-də Azərbaycan vətəndaşı olan iş adamına hücum ediblər. Onun səhhəttinə ziyan vuran şəxslər iş adamını silahla hədələyərək onu meşə parkına aparıblar. 

Meşə parkında həmin şəxslər iş adamını öldürmək tapşırığı aldıqlarını, ancaq bunu etməyərək 3 milyon rubl müqabilində sağ buraxacaqlarını bildiriblər. İş adamı pulu toplamaq üçün onlardan vaxt alıb və bundan sonra sərbəst buraxılıb. 

İş adamının polisə müraciəti əsasında Rusiya paytaxtında qanunsuz yaşayan 3 azərbaycanlı saxlanılıb. 

Hər 3 şəxs haqında həbs qətiimkan tədbiri seçilib.

Məhkəmə binası qarşısında insident: 4 polis yaralandı

alt

Oktyabrın 28-də Bakıda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Lent.az-ın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu rayon Məhkəməsinin inzibati binasının qarşısında baş verib. 

Bir qrup şəxs Penitensiar xidmətin xüsusi avtomobili ilə məhkəmə binası qarşısına gətirilən məhbusların binaya daxil olmasına imkan verməyib. Həmin şəxslər Ədliyyə Nazirliyinə məxsus olan avtomobili dövrəyə alıblar.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onlar Penitensiar xidmətin nəzarətçiləri ilə birlikdə məhkəmə iclasının gedişinə mane olan şəxsləri uzaqlaşdırmağa çalışıb. Bu zaman mülki şəxslərlə polislər arasında qarşıdurma yaranıb. Həmin şəxslər dəmir parçası və digər əşyalarla polisə hücum edib. İnsident zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralanan polislərdən ikisinin adını dəqiqləşdirib. Bunlar polis serjantları Fərəməz İmanov və Samir İsmayılovdur.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb və Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.

Saytda Axtarış

Son xəbərlər