Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1311
DünənDünən634
Bu həftəBu həftə7747
Bu ayBu ay52446
Bu günə qədərBu günə qədər7422920

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İki silahlı əsgər hərbi hissədən qaçdı - Gəncədə

alt

Gəncədə yerləşən hərbi hissələrin birindən iki əsgər hərbi hissəni özbaşına tərk edib.

Hərbçilər silahlarını da özləri ilə götürüb.

Hərbçilərin tutulması üçün şəhərdəki müxtəlif təyinatlı qüvvələr səfərbər edilib.

Bununla bağlı Gəncədə fövqəladə vəziyyət hökm sürür.

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğınlar törədiblər

alt

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Qərvənd kəndinin ərazilərinə düşmən əsgərləri ötən gecə od vurublar.

Qısa müddət ərzində genişlənən alov təmas xəttini aşaraq Azərbaycan Ordusunun mövqelərinə qədər gəlib çatıb. Xoşbəxtlikdən alov yaxınlıqda yerləşən yaşayış məntəqəsinə keçməyib.

Yanğın səhər saatlarına qədər davam edib.

Azərbaycanda əcnəbilərlə bağlı qərar qəbul edildi

alt

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən avqust ayı ərzində 168 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə şənbə günü DMX mətbuat xidmətindən bildirilib.

Ümumilikdə ötən ay ərzində 3082 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 6 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub, 169 əcnəbiyə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 2739 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 168 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Dünən Gürcüstanda şəxsi həyatı haqqda gizli görüntülər məhv olunub

altDünən qondarma modul binasında şəxsi həyat haqqda gizli şəkillər və video görüntülər məhv olundu. Sözügedən prosesdə Daxili İşlər Naziri İrakli Qaribaşvili, Ədliyyə Naziri Tea Tsulukiani, Baş Prokuror Arçil Kbilaşvili və komissiyanın başqa üzvləri iştirak edirdilər.
Gizli görüntülərin məhvi prosesindən öncə İrakli Qaribaşvili şərh etdi. O, qeyd edib ki, komissiyanın üzvlərindən biri Kaxi Kaxişvili görüntülərin məhv olmasına qarşı idi, lakin komissiya qərar qəbul etdi.
O qeyd edib ki, Samegreloda tapılmış görüntülər məhv olunmur, necə ki bu məsələ ilə bağlı istintaq gedir. Gizli görüntülər məhv edən "Şreder" aparatı ilə məhv olundu.
Ancaq disklərin hamısı məhv olunmadı. Sentyabr-ın 3-də "Qanunsuz olaraq izləmə və gizli görüntülər məsələsi üzrə işləyən komissiyanın" işlər qrupunun ilk görüşündə 110 diskdən seçki prinsipi ilə bir neçəsi (üçü) seçildi. Müvafiq akt yazıldı, adi çəkilən üç disk isə məhv oldu. Digər disklər isə yenidən konteynerə yerləşdirildi, möhürləndi və ictimaiyət qarşısında məhv edilməsi üçün hazırlandı.

Miqrantlarla bağlı qanunlar sərtləşdiriləcək

alt

Miqrantların ticarətlə məşğul olması qadağan edilə bilər

Son zamanlar Rusiyada miqrantlara qarşı yeni qanunlar qəbul edilir. İndi qanular daha da sərtləşdiriləcək. Ola bilər ki, yeni qanuna əsasən Rusiyada miqrantların ticarətlə məşğul olması tamamilə qadağan edilsin.
Belə ki, Rusiya Duması Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mücadilə Komitəsi tərəfindən hazırlanan yeni qanun təklifinə görə, migrantların ticarət sektorundan tamamilə təcrid edilməsi nəzərdə tutulur.

Rusiya Sənaye və Ticarət Nazirliyinin hazırladığı başga bir qanun layihəsində isə böyük binaların içində yerləşməyən bütün pərakəndə satış bazarlarının bağlanması təklif edilib.

Qeyd edək ki, 2007-ci ildə də miqrantların topdan və pərakəndə satışla məşğul olmaları qadağan edilmişdi. Bunun nəticəsində Rusiyada qiymətlərdə ciddi artımlar qeydə alınmışdı. İqtisadi ekspertlər də, pərakəndə bazarlarının bağlanmasının istehlakçılara ciddi ziyan vuracağını deyirlər.

Ermənistan Gürcüstanla sərhəddə həbs etdiyi azərbaycanlı haqqında xasiyyətnamə tələb edib

“Ermənistan avqustun 17-də saxlanılan Allahverdi Pələngov barədə xasiyyətnamə istəyib”.


Bu barədə APA-nın Gürcüstan bürosuna “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib.

O, Pələngov barədə xasiyyətnamənin hansı təşkilat tərəfindən tələb olunduğunu bilmədiyini deyib: “Sadaxlı icra nümayəndəsi Allahverdi Pələngov barədə xasiyyətnamə hazırlayıb və həmin sənəd saxlanılan soydaşımıza göndərilib. Sənədi aparan şəxsin kimliyi məlum deyil. Burada fikrimcə, belə bir versiya ola bilər - ya Allahverdini buraxacaqlar, ya da tezliklə onun məhkəməsi başlanacaq. Əgər onu buraxacaqlarsa, onda xasiyyətnamə kimə lazımdır? Ümidimiz var ki, iş məhkəməsiz başa çatsın, amma məhkəmənin olacağı ehtimalı 90 faizdir”.

Xatırladaq ki, Sadaxlı inzibati ərazi nümayəndəliyinə daxil olan Burma kənd sakini, 1969-cu il təvəllüdlü Allahverdi Pələngov Ermənistan Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb və onun haqqında cinayət işi başlanıb

ATƏT-in Bakı Ofisinin nümayəndələri 3 saylı İstintaq Təcridxanasına baş çəkiblər

ATƏT-in Bakı Ofisinin nümayəndələri – Covanni Qalzinyato və Aynur Quliyeva “İstintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasına baş çəkiblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi, 2012-ci ilin may ayında həyata keçirilmiş monitorinqin davam etdirilməsi olub.

Monitorinq zamanı müəssisənin yataqxanalarına, təqsirləndirilən şəxslərin saxlanma kameralarına, məişət obyektlərinə, dini ibadət otağına, mətbəx və yeməkxanaya, tibbi hissəyə və dərman preparatları ambarına, kitabxanaya, istintaq otaqlarına və digər yardımçı otaqlara baş çəkilib. Məhkumlara və təqsirləndirilən şəxslərə yeni qanunvericiliyə uyğun telefon danışıqları və görüşlərin təqdim edilməsi məqsədilə yaradılmış şərait ofis nümayəndələrinin xüsusi diqqətinə səbəb olub.

Başçəkmə zamanı nümayəndə heyətini Penitensiar Xidmətin məsul əməkdaşları müşayiət ediblər.

“Ziyarətgahlarımız, məscidlərimiz dağılır“- Video

alt

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə 2 gün əvvəl Amerika Birləşmiş Ştatlarını Suriyaya hücum etməməyə çağırmışdı.

Bütün Qafqazın Şeyxi Dağlıq Qarabağ münaqişəsinin də məhz sülh yolu ilə həll olunması barədə ANS-ə müsahibəsində danışıb.

Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə: “Qarabağ torpaqları tapdaq altındadır. Ermənilər tərəfindən bizim 20% torpaqlarımız zəbt olunub. Ziyarətgahlarımız, məscidlərimiz dağılır. Bu problem öz həllini tapmalıdır. Amma buna baxmayaraq mən, bir dini lider kimi Qarabağ torpaqlarının qaytarılmasının sülh yolu ilə həll olunmasına və bu məsələlərin Ümumdünya çərçivəsində həll olunmasının tərəfdarıyam”.

Bakı-Qazax-Gürcüstan yolunda ağır qəza: 1 ölü, 1 yaralı

alt

Bakı-Qazax-Gürcüstan yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. 

“VAZ-2106” markali avtomaşınla “VAZ-21099” markalı avtomaşınlar toqquşub. Sürücülərdən biri hadisə yerindəcə dünyasını dəyişib. Digər sürücü isə rayon xəstəxanasına çatdırılıb. 

“Prezident seçkilərində 600 min gənc iştirak edəcək“

alt"Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinin səsverməsində rekord sayda gəncin - 600 min gəncin iştirak edəcəyi gözlənilir"

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir vurğulayıb ki, gənclərin səsvermədə iştirakı qurum üçün çox vacibdir: "Əsas məqsədimiz gənclər arasında maarifləndirmə aparmaq, onları seçki məntəqələrinə cəlb etməkdir".

Nazir qeyd edib ki, hazırda gənclər üçün seçkilərə çağırış rolikləri hazırlanır və bu yaxınlarda televiziyada nümayiş etdiriləcək.

Azərbaycanda orduya 45 milyon manat vəsait yığılıb

altMüdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, 2013-ci il sentyabır ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 45 milyon 264 min 531 AZN, dollar hesabına 211 min 791 dollar, avro hesabına 593 avro pul daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

Gənc qızın öd kisəsi əvəzinə qara ciyərini kəsdilər - Video

alt

Azərbaycan səhiyyəsində daha bir nonsensin üstü açılıb. 


Elnarə Məhərrəmova adlı gənc qız öd kisəsi əvəzinə qara ciyərinin əməliyyat olunduğunu iddia edir. Onun sözlərinə görə, öd kisəsindəki ağrılarla əlaqədar Respublika Kliniki Xəstəxanasına müraciət edib. 

Həkimlər qıza dövlət xəstəxanasında yox, özəl klinikada əməliyyat olunmağı təklif ediblər. Adətən, 40 dəqiqə davam edən əməliyyat 3 saat çəkib. Həkimlər elədikləri səhvi xəstədən gizlədiblər. Qız iki ay yataqda qalmalı olub. 

DalgaTV.ge Kanal13-ə istinadən Elnarə Məmmədovanın şok videoaçıqlamasını təqdim edir:

Saytda Axtarış

Son xəbərlər