Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün368
DünənDünən1595
Bu həftəBu həftə6170
Bu ayBu ay50869
Bu günə qədərBu günə qədər7421343

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri 123 yaşlı azərbaycanlıya seçki bildirişi təqdim edib

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya azərbaycanlıların kompakt yaşadığı Qardabaninin Nəzərli kəndinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, MSK sədrinin Nəzərli kəndinə səfərində məqsəd ölkədə ən yaşlı seçici olan 123 yaşlı Səyalı Sadıqovaya seçki bildirişini təqdim etmək olub.

S. Nəzərova ilə görüşən T. Jvaniya onun gümrahlığına və fiziki işlə məşğul olmasına, hətta 8 metr dərinliyə malik quyudan su daşımasına şahid olub. MSK sədri Səyalı nənənin sosial həyat şəraiti ilə maraqlanıb və onu medianın iştirakı ilə oktyabrın 27-də keçiriləcək prezident seçkilərinə dəvət edib. Görüşdə Qardabani rayon İcra Hakimiyyətinin rəhbərləri, kənd icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.

S. Sadıqova seçki bildirişini ona şəxsən təqdim etdiyi üçün MSK sədri T. Jvaniyaya təşəkkürünü bildirib və oktyabrın 27-də səsverməyə qatılacağını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində 23 nəfər prezidentliyə namizəd prezident seçilmək üçün mübarizə aparacaq.

“Karvan“a girişə icazə verildi - VİDEO

alt

Sumqayıtda "Karvan" ticarət mərkəzində baş verən yanğınla bağlı stasionar müalicə alan 4 nəfər evə buraxılıb. Təcili tibbi yardımdan verilən məlumata görə, hadisə ilə bağlı ümumilikdə 32 müraciət daxil olub. Onlardan 10-nu müxtəlif bədən xəsarətləri, 22 nəfər isə tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı ilkin istintaq araşdırmaları aparıldığından ötən gün günorta saatlarına kimi ticarət mərkəzinə sahibkarın girişi qadağan olunmuşdu. Günorta saat 16:00 isə polis əməkdaşlarının nəzarəti altında sahibkarlar bazara buraxılıb. Onların qəfildən içəri girmək istəməsi zamanı isə böyük izdiham yaşanıb. 

Mənzərə isə göz qabağında idi. Ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən bütün mağazalar əşyaları ilə birlikdə təmamilə yanaraq külə dönüb. Birinci mərtəbənin böyük bir hissəsi yanıb. Qalan hissədə sahibkarlar onlara məxsus malları çıxartmağa çalışırdılar.
Ticarət obyektlərinin sahiblərinə dəyən ziyana gəldikdə isə bu rəqəm müxtəlifdir. Əksər sahibkarların banklara olan kredit borcları üstəlik mağazaların əksəriyyətinin sığortalanmaması onları çıxılmaz vəziyyə salıb.

Mövsümün dəyişilməsi ilə əlaqədar bəzi sahibkarlar satışa yeni mallar gətirildiyindən ziyanın miqyası daha da artıq olub. 
Hadisə baş verən an və sonra da ərazidə çoxlu sayda polis əməkdaşlarının olmasına baxmayaraq bazardan oğurluq məqsədilə istifadə etmək istəyənlər də olub. 

Xatırladaq ki, yanğın 19 oktyabr təxminən saat 19:30 radələrində baş verib. Həmin vaxt ticarət mərkəzi bağlı olduğundan içəridə adam olmayıb. Deyilənlərə görə, yanğın ticarət mərkəzinin ayaqqabı satılan şöbəsində başlayıb. Daha sonra yanğının səhəsi genişlənərək bütün bazarı əhatə edib. Əraziyə cəlb olunan yanğınsöndürən briqadalar tərəfindən yanğının qarşısı təxminən 6 saat sonra alınıb. Fövqəlada Hallar Nazirliyinin açıqladığı məlumata görə, ticarət mərkəzinin ümümulikdə 23 min 700 kvadrat metr hissəsi yanıb. Yanğının başvermə səbəbləri barədə hələki dəqiq məlumat yoxdu.

Rusiyada azərbaycanlılara xəbərdarlıq edildi

alt

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) noyabrın 4-də millətçilərin “Rus marşı” keçirməyi planlaşdırması ilə əlaqədar Rusiyada yaşayan həmyerlilərimizə xəbərdarlıq ediblər.

Bu barədə bu gün keçirilən mətbuat konfransında ÜAK Rəyasət Heyətinin üzvü Rüstəm Arifcanov bildirib.

R. Arifcanov Rusiyada restoran sahibi olan azərbaycanlılara “Rus marşı” keçirilən gün fəaliyyətlərini dayandırmağı məsləhət görüb. O, bunun radikal millətçilərin restoranlara hücum riskinin olması ilə əlaqələndirib.

ÜAK Rəyasət Heyətinin üzvü “Rus marşı” konsepsiyasının yaxşı tərəfə dəyişəcəyini, bu tədbirə ədalətli rusların gələcəyini ümid etdiyini söyləyib.

Azərbaycanlılar yeni bazara köçürüldü- Moskvada

alt

Moskvanın Qərbi Brilyevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasından çıxarılan bütün azərbaycanlılar yeni salınmış bazarda işləyir. Bu barədə Rusiyada yaşayan azərbaycanlı iş adamı məlum verib.

O qeyd edib ki, Moskva Dairəvi avtomobil yolunun 19-cu kilometrliyində “Cənub qapısı” deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olması üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.

“Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.

Orxan Zeynalovla bağlı istintaqa müraciət edildi

alt

Rusiyanın “İctimai Hökm” (Obhestvennıy Verdikt) Fondu Moskvanın Qərbi Biryulevo rayonunda iğtişaşlara səbəb olan 25 yaşlı Yeqor Şerbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun tutulması zamanı ona qarşı edilən kobud rəftarla bağlı Rusiyanın İstintaq Komitəsinə müraciət edib.

Təşkilatın bəyanatında deyilir ki, müqavimət göstərə bilməyən istənilən insana qarşı səbəbsiz olaraq güc istifadə edilməsi praktikası həm Rusiya qanunvericiliyinə, həm də beynəlxalq normalarına uyğun olaraq qəbuledilməzdir. Fond hesab edir ki, zorakılığın və qanun pozuntusunun aşkar şəkildə nümayiş olunması polis üçün qəbuledilməz davranış formasıdır.

Fondun bəyanatında eyni zamanda vurğulanır ki, müqavimət göstərə bilməyən saxlanılan şəxsə qarşı güc tətbiq edilməsi Rusiya hüquq-mühafizə orqanların sistematik problemidir: “Bu günə qədər Daxili İşlər Nazirliyi zorakılığın və kobud rəftarın tətbiq edilməsinin qəbuledilməz olduğunu bəyan edirdi, indi isə Rusiya vətəndaşları bu cür praktikanın istifadə edilməsini gördülər. Orxan Zeynalovun helikopterin döşəməsində uzanmış vəziyyətdə daşınılması, onun hüquq müdafiəçi olmadan meşədə dindirilməsi, bədəninin üzərinə çıxılması və insanın ləyaqətini açıq aşkar alçaldan digər hərəkətlərin edilməsi bizim fikrimizcə qəbuledilməzdir”.

Bəyanatın sonunda “İctimai Hökm” Fondu Rusiya İstintaq Komitəsini polislərin O. Zeynalova qarşı edilən hərəkətlərinə qiymət verməyə və Rusiya DİN-i bu cür praktikadan imtina etməyə çağırıb.

Sürücülük vəsiqəsi almaq üçün şərtlər dəyişdi - VİDEO

alt

Sürücülük vəsiqəsi almaq üçün imtahan şərtlərində dəyişiklik edilib. Bundan sonra sürücü olmaq istəyənlər üçün praktik avtomobil sürücülüyü imtahanı iki mərhəldə aparılacaq.

Nazirlər Kabinetinin təsdiqlədiyi dəyişikliyə əsasən birinci mərhələ xüsusi qapalı meydanda və ya motodramda, ikinci mərhələ isə sınaq marşurutlarında baş tutacaq. Yəni sürücülük vəsiqəsi almaq istəyən şəxslərə müəyyən olunmuş avtomagistral yolda hərəkət etmək imkanı yaradılacaq. Həmin şəxslər marşurutun xəritəsi ilə əvvəlcədən tanış ola biləcəklər. Hər iki mərhələyə nəzarət, informasiya komunikasiya texnalogiyaları tərəfindən həyata keçiriləcək. Sürücülərin bu dəyişikliyə münasibəti isə birmənalı deyil.

Artıq beynəlxalq təcrübədə də bu sistemlərdən istifadə olunur. Məsələn Finlandiyada sürücülük vəsiqəsini almaq istəyənlər bir neçə mərhələdə imtahan verməli olurlar. Bunun maraqlı tərəfi isə ondadır ki, sürücülər üçün nəzərdə tutulan məktəblər avtoparklar müxtəlif hava şəraitinə hesablanıb. Yəni sürücü olmaq istəyən şəxs istənilən fəsildə avtomobili düzgün idarə etmək bacarığına yiyələnməlidir.

Ümid edək ki, ölkəmizdə də sürücülük vəsiqəsi almaq üçün imtahan şərtlərindəki dəyişiklik zamanla öz nəticəsini göstərər.

Yazıçımız Beynəlxalq “Altın Yıldız” medalına layiq görülüb

alt

Yazıçı Qərib Mehdi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib və Beynəlxalq “Altın Yıldız” medalına layiq görülüb. Yazıçıya bu mükafat türk dünyasının ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətə görə verilib.


Xatırladaq ki, bu mükafatı dünyanın 15 ölkəsindən olan bir sıra tanınmış şəxslər alıb.

Qeyd edək ki, Q. Mehdi daha əvvəllər BMT-nin “Şərəf və vicdan” ordeni ilə təltif olunub.

Elnur Baimov qəzaya düşdü - Video

alt

Azərbaycanın tanınmış jurnalisti, müxtəlif uğurlu layihələrin rəhbəri olmuş Elnur Baimovun avtomobili vurulub. 


Hadisə bu gün Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində baş verib. Jurnalistə məxsus “Lexus” markalı avtomobil işıqforun yaşıl işığında Vaqif küçəsi ilə hərəkətə başlayır. Bu vaxt Azadlıq prospektində işıqforun qırmızı işığına məhəl qoymayan “İnfiniti” markalı avtomobil jurnalistin maşınına çırpılır.

Elnur Baimov bildirib ki, hadisə baş verən vaxt maşını sürücüsü idarə edirmiş və özü orada olmayıb. Hadisəni arxadan gələn maşınlardan birinin videoregistratoru qeydə alıb. Qəzanın görüntülərini təqdim edirik:

“Karvan” Ticarət Mərkəzi belə yandı – VİDEO+FOTO

alt

Sumqayıtda sahibkar Agamirzə Axundova məxsus “Karvan” Ticarət Mərkəzində güclü yanğın baş verib. 

Yanğın təxminən 19 radələrində başlayıb. Hadisə yerinə FHN-nin 15-dən cox yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə yerinə həmçinin Sumqayıt şəhər icra başçısı Eldar Əzizov və muavini Akif Quliyev də gelib. Yanğın ticarət mərkəzinin 70 faizini əhatə edib. Əldə etdiyimiz məlumata görə, 15 nəfər tüstüdən zəhərlənib. Satıcılara külli miqdarda ziyan dəyib. 

Milli Qəhrəman anası olan rus qadın Rusiyanı pislədi - VİDEO

alt

Orxan Zeynalovun kobud şəkildə həbs edilməsi və bir şəxsin qətlə yetirilməsi ilə bütün azərbaycanlı miqrantlara qarşı atılan addımlar Azərbaycandakı rus icmasının nümayəndələri tərəfindən də pislənilir. Milli Qəhrəman Yuri Kovalyovun anası Larisa Pavlovna baş verənləri yolverilməz hesab edir.

Hələ soydaşlarımızın Rusiyada yaşayışının bir az da çətinləşəcəyi gözlənilir. Çünki bundan sonra isə hər həftənin cümə günü miqrantlara qarşı əməliyyatlar keçiriləcək və onların yaşadığı evlər də axtarılacaq.

Y. Kovolyovun anası Larisa Pavlovna: “Rusiyada o qədər bir-birini öldürən, bir-birinə pislik edən var. Kimsə kimisə öldürübsə bu qədər səs vermək lazımdı. Bu azərbaycanlıdı ona görə? Yox! Millətin burada nə təqsiri var? Niyə hamısı coşub? Niyə Azərbaycan milləti o qədər yaxşı iş görür, demirlər? Bir nəfərə görə belə ajiortaj yaratmaq düzgün deyil”.

Azərbaycan ilə Gürcüstan, Belçika Krallığı, Koreya Respublikası arasında təhsil sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petit, Koreya Respublikasının Bakıdakı səfiri Çoi Suk-İn ilə ikitərəfli görüşlər keçirmişdir.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmış, tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Prezident parkın açılışını etdi

alt

Prezident İlham Əliyev Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub. 

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili məqsədi ilə geniş imkanlara malik istirahət zonası yaradılıb. Ərazisi 1,8 hektar olan istirahət mərkəzində müasir üslubda fəvvarələr kompleksi qurulıb, diametri 20 metr olan musiqili fəvvarə yaradılıb: “Müasir işıqlandırma sistemi ilə təchiz edilən fəvvarə müxtəlif rəng çalarlarına malikdir. Burada quraşdırılan şəlalə parka xüsusi gözəllik verir. Parkda monitor da quraşdırılıb”.
İcra başçısı qeyd edib ki, parkda uşaqlar üçün əyləncə kompleksi yaradılıb: “Buradakı ana və uşaq kafesi, əyləncə sahəsi, müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verəcək. Min kvadratmetrlik kompleks paytaxt parklarının içərisində ən böyük əyləncə mərkəzlərindən biridir. Bununla yanaşı, rayonun florasının zənginləşdirilməsi məqsədi ilə 7 min kvadratmetr ərazidə yaşıllıq salınıb. İstirahət məkanında dekorativ ağac və gül kolları əkilmiş, avtomatik suvarma sistemi qurulub. Parkboyu bütün binalar müasir, zövq oxşayan forma və üslubda bərpa edilmiş, fasadları yenilənib”.

Saytda Axtarış

Son xəbərlər