Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün267
DünənDünən859
Bu həftəBu həftə2614
Bu ayBu ay51310
Bu günə qədərBu günə qədər7478644

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Günün fotosu: Qurbanlıq qoyun

alt15 oktyabr günün fotosu Qurban bayramı ərəfəsində çəkilib.

Milli Şura yenidən mitinq təyin etdi

alt

Dünən Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə apa-ya Müsavat Başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, mitinqin oktyabrın 20-də Bakının Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda saat 16.00-dan 18.00-dək keçirilməsi nəzərdə tutulub.

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi imkansız ailələrə qurban sovqatı paylamışdır

altGürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində imkansız ailələrə Qurban sovqatı paylamışdır.
İlk hədiyyə Marneuli rayonunun Gürcüstan-Ermənistan sərhədində yerləşən kəndlərin sakinlərinə verilmiş, ümumilikdə rayonun yeddi yaşayış məntəqəsində təxminən 500 ailəyə Qurban sovqatı çatdırılmışdır.
Mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov sakinləri müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək demişdir ki, borçalılara daim qayğı və dəstək göstərən Prezident İlham Əliyevin seçkilərdə növbəti parlaq qələbəsi hamını sevindirmiş və sözün həqiqi mənasında bayram bayrama qarışmışdır. F.Həsənov borçalılar adından Azərbaycan Prezidentinə yeni-yeni uğurlar arzulamışdır.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Sadaxlı kəndinə qaz verilib

altAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub.Rövnəq Abdullayev soydaşlarımızın kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən və 13 min əhalisi olan Sadaxlı kəndində qaz çəkilişinin açılışını həyata keçirib.Tədbirdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib. Sadaxlı kəndinin mərkəzində Rövnəq Abdullayev və Kaxa Kaladze məşəli alovlandırıb. Sonra Sadaxlıya verilən ilk qaz kənd sakini Kamal Abdullayevin evində yandırılıb.Tədbirdən sonra kənd sakinlərinin problemləri ilə maraqlanan Rövnəq Abdullayev Sadaxlının sosial şəraitinin daha da yaxşılaşacağını qeyd edib və sakinlərin kəndin daxili yollarına asfalt örtüyü çəkilişi xahişinin də həyata keçiriləcəyini vurğulayıb.

“Lotu Quli” azadlığa buraxılır

alt

“Qanuni oğru”, hazırda 8 saylı cəzaçəkmə məntəqəsində cəza çəkən “Lotu Quli” ləqəbli Nadir Səlifov vaxtından əvvəl azadlığa buraxıla bilər. 

Həbsinin çəkilməmiş müddəti 8 ilə yaxın olan Lotu Quli Cinayət Məcəlləsində nəzərdə tutulan ağır və xüsusilə ağır olan cinayət törətdiyinə görə məhkum edilənlərin cəzanın dörddə üç hissəsini çəkdikdən sonra azadlığa buraxılmaları üçün məhkəməyə müraciət hüququndan yaralana bilər:“Cinayət Məcəlləsini 76-cı maddəsində bunun hansı şəxslərə şamil olunduğu qeyd olunub. Cinayət Prosessual Məcəllədə isə məhkəməyə müraciət qaydaları əksini tapıb. Bu hüquqdan Nadir Səlifov da istifadə edəcək”. 

Mənbənin bildirdiyinə görə, bununla bağlı məhkəmələrə edilən müraciətlər əksər hallarda təmin edilir. Buna görə də Lotu Qulinin cəzasının 4-də 3 hissəsini çəkdikdən sonra, yəni 3 il sonra azadlığa buraxılması mümkündür. 

Məsələ ilə bağlı AzNews.az-ın sualını cavablandıran Nadir Səlifovun vəkili Kamandar Nəsibov müdafiə etdiyi şəxsin azadlığa buraxılması üçün bütün hüquqi tədbirlərin həyata keçirildiyini bildirib: “Mən yalnız onu deyə bilərəm ki, biz Nadir Səlifovun azadlığa çıxması üçün lazım olan bütün hüquqi prosedurları həyata keçirmişik”. 

Moskvada skinxedlər miqrantlara hücum etdi- VİDEO

alt

Rusiyanın paytaxtı Moskva şəhərinin Brulyova məntəqəsində “skinxed”lər miqrantlara hücum edib. Hücum edənlərin sayının onlarla olduğu bildirilir. 

Onlar oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatilinin tapılmasını tələb edərək əsasən Orta Asyadan olan miqrantlara qarşı zorakılıq ediblər. 

Rusiya mətbuatının məlumatına görə, baş verən hadisə nəticəsində 10 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onların arasından təsadüfən hadisə baş verən ərazidən keçənlər də var. 

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdşaları arasında da xəsarət alanlar var. OMON-un 5 əməkdaşının müxətlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Hətta OMON-un komandirlərindən birinin də yaralandığı və beyin travması aldığı yayılan məlumatlar arasındadır. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

alt“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi peşə bayramı günü münasibətilə oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.

Gürcüstanda cinayətkarla atışmada 1 polis əməkdaşı həlak olub, 4 nəfər yaralanıb

Gürcüstanın qərbindəki Hobski rayonunda oktyabrın 12-də polisə silahlı müqavimət göstərmiş cinayətkar öldürülüb. Bu barədə Gürcüstan DİN-in açıqlamasında bildirilir.

Məlumata görə, soyğunçuluq ittihamı ilə axtarışda olan silahlı cinayətkar polisə müqavimət göstərərək onlara atəş açıb. Atışma nəticəsində cinayətkar öldürülüb, 1 polis əməkdaşı həlak olub, 4 nəfər isə yaralanıb.  

Qeyd edək ki, öldürülən cinayətkar iki nəfərlə birlikdə bir müddət əvvəl Hobski rayonunda talan məqsədilə evlərdən birinə hücum edərək ailə başçısını qətlə yetirib. Cinayətkarlardan biri bir neçə gün əvvəl saxlanılıb, digəri barəsində axtarış davam edir. 

Bakı şəhər Baş Polis İdarəsindən-Rəsmi açıqlama

alt

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb. 


Açıqlamada deyilir:

“Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

Prezident xalqı təbrik etdi

alt

Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Bəşər Əsəd 100 nəfəri edam etdi

alt

Suriya prezidenti Bəşər Əsədə bağlı ordu birlikləri 100 nəfəri edam edib. 

Bu barədə məlumatı “Azad Suriya Ordusu” rəsmiləri yayıb. Məlumatda “Hizbullah” və bəzi şiə qruplardan təşkil olunan “Əbül Fəzl əl Abbas” briqadasının dəstəklədiyi Əsəd qüvvələrinin Ziyabiyə qəsəbəsinə girməyə müvəffəq olduğu bildirilir. Qadın və uşaqların qəsəbəni tərk etmələrinin qarşısını alan Əsəd tərəfdarları əksəriyyəti mülki əhali olan 100 nəfəri də edam edib. Hərbçilər daha sonar bölgədə bəzi evləri də yandırıblar.

Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin təşkilatı yaradılacaqdır

Hakim “Gürcü arzusu” koalisiyasının təşkilat komitəsinin üzvü Əli Babayev Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrin təşkilatını yaratmaq niyyətində olduğunu bildirmişdir.
Ə. babayev demişir ki, Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının təşkiilatlanması problemlərinin həllinə, təhsil prosesinin yaxşılaşdırılmasına xidmət göstərəcəkdir. Azərbaycanlı tələbələrin bu təşkilatda birləşməklə Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə layiqli töhfə verəcəklərini vurğulayan Ə. Babayev gələn il azərbaycanlı tələbələrin qurultayının keçirilməsinin planlaşdırıldığını da qeyd etmişdir.

Saytda Axtarış

Son xəbərlər