Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1457
DünənDünən2716
Bu həftəBu həftə6895
Bu ayBu ay4173
Bu günə qədərBu günə qədər7492390

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakıda Gürcüstan vətəndaşı yıxılıb öldü

alt

Bakıda Gürcüstan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. 

Noyabrın 1-də Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində Gürcüstan vətəndaşı Araz Əmirov yeni tikilən evinin damından yıxılıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A. Əmirov noyabrın 10-da orada ölüb.

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Gəlini qaçan bəy bu dəfə qız qaçırdı- Video

alt

Ağcabədidə toy günü gəlinin bəy evindən qaçması ilə bağlı xəbəri və onun təfərrüatlarını sizlərə təqdim etmişdik. Toy günü bəy otağında tək qalan Balabəy heçnəyə baxmayaraq yenidən evlənmək üçün qız qaçırdıb. O, qaçan gəlinin ailəsindən onlara dəyən ziyani ödəməsini tələb edir.

"Toy məclisinin keçirilməsi, qızıl-zinət və geyim əşyalarının alınması üçün xərclədiyimiz 8 min manat pulun verilməsini, sonra isə qızın ailəsinin bəy evindən cehizlərin aparılmasını istəyirik. Onların cehizi mənə lazım deyil”.

19 yaşlı azərbaycanlıya 8 zorlama ittihamı ilə həbs- Rusiyada

alt

Sankt-Peterburqda 19 yaşlı azərbaycanlı 9 il azadlıqdan məhrum edilib. 

O cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək. Məhkəmə istintaqı dövrü müəyyən olunub ki , Sərxan Məmmədov 2010-2012 ci illər aralığında bir neçə seksual xarakterli zorakı hərəkətlər edib. 

Niyyətini həyata keçirmək məqsədi ilə əvvəl qızlarla tanış olub, daha sonra onlarla cinsi əlaqədə olmağa cəhd edib. 8 zorlamaya cəhd epizodunda təqsirli bilinən Məmmədov, onlardan 5-ni yetginlik yaşına çatmayanlara qarşı törədib. 

İlk cinayət hadisəsini 15 yaşında 2010-cu ilin aprelində törədib. Dövlət ittihamçısı gənc olduğunu nəzərə alaraq məhkəmədən 7 il 6 ay cəza istəsə də, verilən hökm daha sərt olub. Soydaşımız cəzasını cidd rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. 

6 min gənc bir araya gələrək Azərbaycan yazdı

altAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 6000 gənci bir araya toplayaraq "Bayraq Günü" nü qeyd edib.

"9 noyabr - Dövlət Bayragı günü" münasibəti ilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində Bayraq Meydanında 6000 nəfər gənc toplanaraq, xüsusi sifarişlə hazırlanmış papaqlı bayraq-geyimində Azərbaycan, daha sonra isə Azərbaycan Bayrağı və ingilis dilində Flaq Day formasını yaradaraq dövlət himnini səsləndiriblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.9-cu (Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi) və 6.2.12-ci (Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması) yarımbəndlərinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.

Gənclərdən Bayraq flaşmobu - Video

alt

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Dövlət Bayrağı Günü ilə bağlı flaşmob hazırlayıb. 

Moskvada azərbaycanlı qəzada yandı- Video

alt

Moskvanın Kutuzov prospekti ilə Minsk küçəsinin kəsişməsində iki atomobilin toqquşması nəticəsincə sürücülərin biri dünyasını dəyişib. 


“Honda” markalı avtomobil yolun qarşıdan gələn zolağına çıxaraq çörək daşıyan “Qazel”lə toqquşub.

Zərbə həddindən güclü olub. Yük maşının kuzasının qabaq hissəsi zədələnib və kapot qoparılıb. “Honda” isə ani yanıb və sürücünü çıxarmaq mümkün olmayıb. O, hadisə yerində keçinib. “Honda”nın həlak olan sürücüsü 41 yaşlı Azərbaycan vətəndaşı Müğdət İsmayılov olub. “Qazel”i idarə edən Tacikistan vətəndaşı Əbubaci Babaconov ağır şəkildə reanimasiyaya yerləşdirilib.

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi azərbaycanlı əsgərlərlə görüşüb - FOTO

alt 
 Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi Marneulidəki aviasiya briqadasında xidmət edən azərbaycanlı əsgərlərlə növbəti görüş keçirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə iştirak edən əsgərlərə Gürcüstan Müdafiə Nazirliyinin həyata keçirdiyi islahatlar və sosial layihələr barədə ətraflı məlumat verilib. Müdafiə Nazirliyinin nümayəndəsi Beniamin Qasımov azərbaycanlı əsgərlərlə Azərbaycan dilində söhbət edib və onları narahat edən problemlərlə maraqlanıb. Tədbir iştirakçıları olan əsgərlər xidmət etdikləri aviasiya briqadasında onlara yaxşı şərait yaradıldığını deyiblər və eyni zamanda müəyyən problemlərdən söhbət açıblar. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

B. Qasımov APA-ya açıqlamasında mütəmadi olaraq hərbi hissələrdə xidmət edən azərbaycanlı əsgərlərlə görüşdüyünü və belə tədbirlərin müsbət nəticə verdiyini bildirib: “Ən başlıcası odur ki, azərbaycanlı gənclər hiss edirlər ki, bütün məsələlərdə  nazirlik onların arxasında durur və onların bütün problemlərini həll edir. Nazirliyimizin silahlı qüvvələrdə xidmət edən etnik azlıqlarla görüş proqramı fəaliyyətdədir və biz bunu həmişə həyata keçirir, əsgərlərimizi narahat edən problemləri dinləyir, eyni zamanda bu problemləri və təklifləri bir raport şəkilində yazıb rəhbərliyə bildirir, onların həllinə çalışırıq. Azərbaycanlı əsgərlər hərbi xidmətə həvəslə gedir, hətta bir neçə əsgər hərbi xidmət müddəti başa çatdıqdan sonra Gürcüstan Silahlı Qüvvələrində xidmət etmək istədiyini bildirib. Sevindirici haldır ki, onların əhval-ruhiyyəsi yüksəkdir.”   

İl ərzində Gürcüstanda 20 mindən çox cinayət törədilmişdir

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2013-cü ilin ötən dövründə ölkədə 24 min 175 cinayət faktı qeydə alınmışdır. Onlardan 14 min 285-nin (59,1 faizinin) üstü açılmışdır.
Statistik məlumatda qeyd olunmuşdur ki, ötən ilin müvafiq dövründə isə 31 min 287 cinayət hadisəsi baş vermişdi ki, onlardan 5789-nun (18,5 faizinin) üstü açılmışdır.

Rus həkimlərdən Orxan Zeynalova məsləhət: “Bintə yod vur...”

alt

Həkimlər Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən və istintaq təcridxanasında saxlanılan Orxan Zeynalovu müayinə etməkdən imtina edib. 

Bu barədə O.Zeynalovun vəkili Viktor Anuşkin “İzvestiya” qəzetinə açıqlamasında bildirib. 

Soydaşımız qabırğasındakı ağrılardan şikayətçidir. Saxlandığı zaman döyülməsi səbəbindən O.Zeynalovun qabırğasının çat vermə ehtimalı var. Ancaq 1 saylı istintaq təcridxanasının həkimləri onu müayinə etməkdən imtina ediblər: “Onlar dedilər ki, bintə yod vurub qoysun, ancaq Orxan hardan yod tapsın?”

Ordumuzun əsgəri hərbçi yoldaşını güllələdi

alt

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə “N” saylı hərbi hissədə qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Zeynalov Tural Sərdar oğlunun əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə silahdan açılan güllə onun əsgər yoldaşı 19 yaşlı Şahbazov Murad İntiqam oğluna dəyib.

M. Şahbazov hospitala yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. 

Valideynlər Mikayıl Cabbarovun qərarına etiraz edir- FOTO

alt

Hazırda Sumqayıt şəhərində yerləşən 24 saylı orta məktəbdə şagird valideynləri etiraz aksiyası keçirirlər. 

Valideynlərin etirazına səbəb təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru Mehriban Nəcəfovanın işdən çıxarılmasıdır. Valideynlər övladlarını məktəbdən götürərək, dərsləri boykot ediblər. Onlar tələb ediblər ki, məktəb direktoru M. Nəcəfova işinə bərpa olunsun.

Aksiya ilə bağlı əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Amma, onlar valideynlərin etiraz aksiyasının qarşısını ala bilməyiblər.

ANS-in efirində jurnalistlərə şərt qoyuldu- VİDEO

alt

Müğənni Mətanət Əsədova ANS-in birbaşa efirində telekanalları hədələdi. Anspress-in məlumatına görə, "Adam içində"nin qonağı olan müğənni əsəblərinə hakim olmayaraq qalmaqal saldı. Bacısının 40-ı çıxmamış toya getməsindən yazılan xəbərlərdən hiddətlənən Əsədova, özünə haqq qazandıraraq jurnalistləri günahlandırdı: 

"Mənim başıma müsibət gəlib. Bu nə söz-söhbətlərdi? Məni sayıb yasıma gəliblərlə, mən də onların xeyir işinə getməliyəm. Bunu şişirtməyə ehtiyac yoxdur. O xəbəri yayanı tanıyıram. Onu mənim evimə gəlib üzümə gelə-gülə şəklimi çəkib saytlara verdi. Mən həmin jurnalistlə necə lazımdırsa söhbət edəcəm. Mənə hörmət eləyəni başımın üstünə çıxararam, hörmət eləməyəni qarşıqa kimi əzərəm. Mən fil kimi qəzəbliyəm, dəvə kimi kinliyəm. "Vuraram, kəsərəm" deyənlərdən xoşum gəlmir. Adam deməz, eləyər." 

Mətanət Əsədova "Adam içində"nin digər qonağı jurnalist Hacıbəy Heydərliyə üzünü tutaraq, "Məni tanıyırsan mənim bacımdan yazırsan? Tez cavab ver, dünən mənim və bacımın haqqımda nə danışmısan? Sən kimsən axı? Yazırsansa niyə özümə zəng vurub soruşmadın?"-deyə cavab verməsini tələb etdi. 

Qəzəbi sənətçinin hərəkətlərindən özünü itirən Hacıbəy, "Mən şou-yazar deyiləm. Mən sadəcə bacınızın həbs olunması və ölümü ilə bağlı yayılmış xəbərləri istinadla vermişəm. Mən sizi tanımıram."- desə də Mətanət sakitləşmədi və Hacıbəydən əl çəkib verilişin ikinci aparıcısı Afət Rahilqızını ittiham etməyə başladı.

"Sən mənim düşmənimsən? Nə istəyirsən məndən?" və bu kimi əlaqəsiz cümlələr işlədərək ayağa qalxıb qışqıra-qışqıra milyonlarla tamaşaçıların qarşısında bacısından və ya onun özündən yazan və danışan bütün jurnalistləri hədələdi: "Mənim dünya boyda səsim var. Yazırsız, səsimdən yazın. Burdan bütün telekanallara üzümü tutub deyirəm, telekanal bir də mənim bacımın ölümündən şou düzəltsələr, o telekanalı dağıdacam."

Əsədova aramsız və əsəbi çıxışının ardınca, "Elgiz, mən rayona getməliyəm." - deyərək verilişi yarımçıq tərk etdi.

Qeyd edək ki, müğənni Mətanət Əsədova intihar etmiş bacısının 40-ı çıxmamış, yəni bacısının ölümündən bir neçə gün sonra həmkarı Elçin Hüseynovun qardaşı qızının toyunda toy mərasimində iştirak edərək mahnı oxuyub. Belə ki, ötən həftə telekanalların birində qonaq olarkən də musiqi parçası ifa etmişdi., 

Xatırladaq ki, Mətanət Əsədovanın bacısı 35 yaşlı Nurlanə Əsədova oktyabrın 9-dan 10-na keçən gecə Abşeron rayonunda cinayət törədərkən saxlanılmışdı. O, istintaq təcridxanasında özünü asmışdı.

Xatırladaq ki, Nurlanə Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular. Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka” vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb. Nurlanə Əsədovanın 11 yaşlı oğlu qalıb və onu Mətanət Əsədova saxlayır.

Saytda Axtarış

Son xəbərlər