Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün506
DünənDünən1617
Bu həftəBu həftə9505
Bu ayBu ay41048
Bu günə qədərBu günə qədər7529265

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Səhiyyə nazirinin müavini ana ölümündən danışdı- VİDEO

alt

Bu ilin 11 ayı ərzində ölkədə doğuş zamanı 23 ana ölümü hadisəsi qeydə alınıb. Hadisələr həm həkim səhlənkarlığı, həm də ana olmağa hazırlaşanların məsuliyyətsizliyi səbəbindən baş verib. Tibbi ekspertlər hesab edirlər ki, ölkədə ana ölümlərinin sayının artmasına səbəb hamiləliklərin az qala 90 %-nin pataloji vəziyyətdə keçməsidir, yəni normal fizioloji parametrlərə uyğun olmamasıdır. 

Həkim Adil Qeybulla deyir ki, hamiləlik dövründə qadınlar çox vaxt zamanında həkimə müraciət etmirlər. Vaxtaşırı həkim nəzarətində olmama isə hamiləliyin gedişatını izləməyə imkan vermir, bu da sonda bədbəxt hadisələri qaçılmaz edir. Ekspertin fikrincə, hamiləlikdə düzgün, işində peşəkar həkimin seçilməsi də əsas amillərdəndir.

Xarici ölkələrin təcrübəsində bu cür problemlərin daha az yaşandığını deyən ekspert Azərbaycandan fərqli olaraq, həmin ölkələrdə həkimlərin özfəaliyyət ilə məşğul olmalarına icazə verilmədiyini bildirdi. Yəni, onlar Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu xüsusi təlimatlar əsasında işləyirlər ki, bu da ana ölümü kimi halların baş vermə faizini 0-a endirir.

Ana ölümlərinin səbəblərini araşdıran Səhiyyə Nazirliyi və Bakı Səhiyyə İdarəsi isə hamilə qadınların 9 ay ərzində həkimə, eləcə də, qadın məsləhətxanalarına müraciət etməsi ilə bağlı artıq xüsusi təlimlərə başlayıb.

Səhiyyə Nazirliyinin müavini Nigar Əliyeva ana ölümlərinin hər birinin Doğuşayardım Komissiyası tərəfindən araşdırıldığını və müvafiq cəza tədbirlərinin görüləcəyini bildirdi.

Bu il ana ölümündə səhvi olan 72 həkim cəzalandırılıb, 9-u işdən azad olunub. 

Nazirliyin Doğuşayardım Komissiyasının apardığı araşdırmalar nəticəsində 11 ay ərzində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkimsə işdən azad olunub. Statistikaya görə, təkcə ötən il 26 ana doğuş zamanı dünyasını dəyişib və onların əksəriyyəti rayonda baş verib.

“Qənirə Paşayeva bir həftədir, yanımdadı” – Əməkdar artist

alt

“Millət vəkili Qənirə Paşayeva bir həftədən çox mənim yanımda qaldı. Xəstəxana ilə bağlı bütün problemlərimlə maraqlandı. Həkimlərlə danışdı. Hər şey çox yüksək səviyyədə həll olundu. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

Onun sözlərinə görə, Azərbaycandan ona bütün sənət adamları, işlədiyi teatrın direktoru və kollektivi, jurnalistlər zəng edib maraqlanırlar:

“Hamısı sağ olsun. Aybəniz xanım Haşımova elə bir gün olmaz ki, mənimlə danışmasın. Allah hər kəsə can sağlığı versin. Günü-gündən səhhətimdə irəliləyişlər hiss olunur, yaxşılaşıram. Allah şükür ki, yaşamaq şansım çoxaldı”.

X.Qafarova onu da bildirdi ki, dekabrın 25-də o, Bakıya qayıdacaq: “10 gün ara verəcəm. Sonra yenə təkrar müalicə. Sonra isə səhnəyə dönəcəm”.

Xatırladaq ki, əməkdar artist Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir. O, hazırda "Fatih Universitesi Hastanesine(Sema Hastanesi")ində müalicə kursu alır.

Leyla Əliyeva forum iştirakçılarına müraciət etdi

alt

"Biz planetin ən mənzərəli və faydalı qazıntılarla zəngin olan regionlarından birində yaşayırıq". 

Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyasının təsisçisi və rəhbəri Leyla Əliyevanın "Bir-birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətləri gənclərinin beynəlxalq ekoloji forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Müraciətdə bildirilir: "Bununla belə, biz insanın ətraf mühitə zərərli təsirini tez-tez unudaraq, təbiətin qüdrətli olduğunu güman etməyi vərdiş halına gətirmişik. Yer əhalisinin gündəlik fəaliyyəti həyatımızın təmiz hava və içməli su kimi ən sadə tərkib hissələrini təhlükəyə məruz qoymaqla ekologiyaya ciddi ziyan vurur".

L.Əliyeva qeyd edib ki, 2013-cü il "MDB-də ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" elan edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib: 

"Gənclər başa düşməlidirlər ki, ölkələrimiz regionun ekologiyasının gələcəyinə görə ümumi məsuliyyət daşıyırlar və həssas təbiətimizin xilası naminə yalnız birgə fəaliyyət və əməkdaşlıq bu sahədə hiss ediləcək nəticələr verə bilər. Bu baxımdan bizdən - ünsiyyət və innovasiyalara açıq olan, qabaqcadan yaranmış səhv fikirlərdən və süni şəkildə yaradılmış sərhədlərdən uzaq olan gənc nəsildən çox şey asılıdır".

IDEA-nın devizində deyilir: "Vahid Yer kürəsi - vahid gələcək".
IDEA kampaniyasının rəhbəri müraciətində bildirib: "Planetin gələcəyi bizim əllərimizdədir və yalnız birləşməklə təbiəti mühafizə və hazırda sahib olduğumuz Yerin gözəlliyini gələcək nəsillərə hədiyyə edə bilərik".

Leyla Əliyeva əmin olduğunu bildirib ki, bugünkü forum fikir mübadiləsi və qlobal ekoloji problemlərin yeni həll yollarının axtarışı üçün yaxşı imkan olacaq: "Forum iştirakçılarına bu vacib işdə uğurlar arzulayıram!"

Güclü külək Gürcüstanın Qaraçöp mahalında azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

altDünən günortadan sonra başlayan güclü külək Gürcüstanın Saqareco rayonunun (Qaraçöp mahalı) azərbaycanlıların kompakt yaşadığı bir neçə kəndinə ciddi ziyan vurub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların yaşadığı Ləmbəli, Yor-Muğanlı və Muğanlı kəndlərində külək bir neçə evin damını aparıb, həyətyanı evlərin qarşısında qurulan çardaqları uçurub.

Yor-Muğanlı kənd açıq məktəbinin müəllimi İsmixan Məmmədov APA-ya bildirib ki, 1000 nəfərdən çox əhalisi olan Ləmbəli kənd sakininin evi elektrik naqillərinin qısqapanması nəticəsində tamamilə yanıb. Muğanlı natamam orta məktəbinin damının bir hissəsini külək 200 metr kənara atıb, Yor-Muğanlı kənd açıq məktəbinin damı isə uçub. Bir neçə elektrik dirəyi yıxılıb, əhali işıqsız qalıb.

İ.Məmmədovun sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri çalışır, fəsadlar aradan qaldırılır. Bu gün Gürcüstan Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəblərə baxış keçirib, dəyən ziyanı qeydiyyata alıblar.

Kaxeti bölgəsinin enerji distribüter mərkəzi fövqəladə rejimdə fəaliyyət göstərməyə başlayıb. Hazırda rayon üzrə 30 min abonent işıqsız qalıb. Qasırğa nəticəsində Qaraçöp mahalına yaxın rayonlara da ziyan dəyib. Fəsadların aradan qaldırılması üçün müəyyən texnika və mütəxəssislər cəlb edilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli saxlanılıb - YENİLƏNİB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, A. Məmmədli barəsində həbs-qətimkan tədbiri Nəsimi rayon Məhkəməsində seçilib.

Qeyd edək ki, bu gün saat 17 radələrində A. Məmmədli Bəşir Süleymanlı və Elnur Məmmədli ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıblar. Bu barədə A. Məmmədlinin "facebook" səhifəsində onun dostları yazıblar.

Məlumata görə, bir müddət sonra isə B. Süleymanlı və E. Məmmədli sərbəst buraxılsalar da, A. Məmmədli ilə dindirilmə davam edib.

Daha sonra isə o, Nəsimi rayon Məhkəməsinə gətirilib və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Oğurluq edənlər tutulmuşlar

Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Sumqayıt Şəhər Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Vüqar İsayevin mənzilindən 550 manat pulunu və qızıl əşyalarını oğurlamış Gürcüstan vətəndaşı Mamuka Mekvabili, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Kərimov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Allahverdiyev tutulmuşlar.

Murmanskda güllələnən azərbaycanlı iş adamı vəfat etdi- VİDEO

alt

Rusiyanın Murmansk vilayətində dekabrın əvvəlində baş verən silahlı insidentdə yaralanan azərbaycanlı iş adamı Həbib Kərimov vəfat edib. 

şəhərin mərkəzində baş verən silahlı insidentdə yaralanan azərbaycanlı biznesmen xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. 

Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk üzrə nümayəndəsi Afil Hüseynov xəbəri təsdiqləyib. 

Qeyd edək ki, azərbaycanlı iş adamının ölümünə səbəb olan hadisə dekabrın 4-də baş verib. 

Silahlı insident zamanı 2 nəfər vəfat edib. “Karina” ticarət mərkəsini sahibi olan Həbib Kərimov isə yaralanb. 

İstintaqın ilkin versiyasına görə, insident bizneslə bağlı yaranıb. İş adamına hücum edənlər hələlik müəyyənləşdirilməyib. 

H.Kərimov reanimasiya şöbəsində qaldığı 11 gün ərzində özünə gəlmədiyindən polis əməkdaşları ondan ifadə ala bilməyiblər. 

Milli Şura bahalaşmaya etiraz mitinqi keçirib

altBu gün demokratik qüvvələrin Milli Şurası qiymət bahalaşmasına etiraz mitinqi keçirib. Mitinq Yasamal rayonu keçmiş "Məhsul" stadionunda baş tutub.

çıxışçılar qiymət artımına öz etirazlarını bildirib, bunu yanlış addım hesab etdiklərini vurğulayıblar. Saat 14:00-da başlayan mitinq 15:00-da Qətnamənin oxunuşuyla sona çatıb.

Sabah Azərbaycan paytaxtında qar yağacağı proqnozlaşdırılır

alt

Bakı və Abşeron yarımadasında dekabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, arabir sulu qara keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xınalıq yolu açıldı - VİDEO

alt

3 gündən artıq bağlı olan Xınalıq yolu nəhayət ki, açılıb. ANS TV-nin Qusar bürosunun əməkdaşları buz bağlanmış yolları qət edərək yolun açılmasını müşahidə ediblər.

Strateji əhəmiyyətli sərhəd zastavasının yerləşdiyi unikal dağ kəndi Xınalıqa gedən yolun 3-gün ərzində bağlı qalması sakinlər üçün ciddi çətinlik yaradıb.

Gecə saatlarından yolun bağlı olması səbəbindən Xınalıqa getmək istəyən sakinlər yolda qalıblar. 

Bu gün səhər saatlarından işə başlayan yol təsərrüfatı işçiləri təxminən 3 saatdan sonra ağır texnika ilə yolu aça biliblər. Qubanın rayon mərkəzindən 57 km aralıda yerləşən 1 metrdən artıq qarın yağdığı Xınalıqa nəqliyyat vasitələrinin hərəkəti bərpa edildi.

Qubanın digər ucqar dağ kəndləri olan Xaltan və Yerfi istiqamətinə gedən yollar da buz bağlayıb. Hazırda həmin ərazilərdə də yolların açılması üçün işlər aparılır.

Azərbaycan Gənclər Fondu Gürcüstanda keçirilən tədbirdə təmsil olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olmuşlar.
Fondun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndələri səfər çərçivəsində Gürcüstanın Gənclərlə İş və İdman Nazirliyi yanında Uşaq və Gənclər Birliklərinin İnkişafı Fondunun 2013-cü il üçün fəaliyyətinin yekunlarına həsr olunmuş mərasimdə iştirak etmişlər.
Tədbirdə təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və birgə layihə imkanları məsələləri də müzakirə edilmişdir.

Gürcüstan parlamenti Daxili İşlər Nazirliyi və Prokurorluqdan 2004-2012-ci illərdə baş vermiş cinayətlərin araşdırılmasını istəyib

Gürcüstan parlamenti 2004-2012-ci illərdə insan haqlarının pozulması faktlarına qiymət verib. APA-nın “Online Georgia” saytına istinadən verdiyi məlumata görə, bu tələblə parlamentin insan haqlarının müdafiəsi komitəsinə 20 mindən çox insan müraciət edib.

Komitənin sədri Eka Beseliya bildirib ki, 2004-2012-ci illərdə Gürcüstanda insan haqlarının pozulması sistemli hal alıb. Onun sözlərinə görə, komitənin 24 səhifəlik hesabatına Daxili İşlər Nazirliyi və Prokurorluq müvafiq reaksiya verməlidir. 

Saytda Axtarış

Son xəbərlər