Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün466
DünənDünən1617
Bu həftəBu həftə9465
Bu ayBu ay41008
Bu günə qədərBu günə qədər7529225

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Artur Rasizadə bayramlarla bağlı qərar verdi

alt

 

Nazirlər Kabineti 2014-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar qəbul edib.

 

Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

2013-cü ildə Azərbaycan hansı tanınmışlarını itirdi?

alt

 Azərbaycan başa çatmaqda olan 2013-ci il ərzində uğurlarla yanaşı, bir çox tanınmış insanların itkisi ilə yadda qalıb.


2013-ci ilin ilk itkisi aşıq sənətində baş verib.

Yanvarın 12-də aşıq Alqayıt (Alqayıt Bayramov) vəfat edib.

Fevralın 10-da akademik Mahmud Kərimov dünyasını dəyişib.

Martın 1-də aktyor, diktor, əməkdar artist Hicran Hüseynov vəfat edib.

Elə həmin ayın 5-də isə teatr və kino aktyoru Fərman Şəkili (Fərman Abdullayev) dünyasını dəyişib.

İyunun 2-də xalq rəssamı Toğrul Nərimanbəyov, 27-də isə xalq artisti, kino və teatr aktyoru Səyavuş Aslan dünyasını dəyişib.

İyulun 26-da xalq artisti, bəstəkar Şəfiqə Axundova vəfat edib.

Avqustun 1-də rejissor Ələkbər Muradov dünaysını dəyişib.

Sentyabrın 23-də aktyor Muxtar İbadov, 30-da isə şair Ədalət Əsgəroğlu vəfat edib.

Oktyabrın 2-də “Qədim musiqi alətləri” Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimov vəfat edib. M.Kərimov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Noyabrın 18-də tənqidçi, ədəbiyyatşünas Yusif Seyidov dünyasını dəyişib.

Bu günlərdə, daha dəqiq söyləsək, dekabrın 20-də tanınmış qarmon ifaçısı Aslan İlyasov vəfat edib.

Gürcüstan Müsəlmanları İdarəsinə yeni rəhbər seçilib

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri Vaqif Əkbərov öz ərizəsi ilə vəzifəsindən gedib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ramin Rəşid oğlu İgidov idarənin rəhbəri və şeyxi seçilib.

R. İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub. 2000-ci ildən dini fəaliyyətlə məşğul olub. Gürcüstanda fəaliyyət göstərən “İmam Əli” adına mədrəsənin müdiri vəzifəsində çalışıb. Tiflisdə nəşr olunan “İman” qəzetinin və saytının redaktoru olub. R. İgidov iki kitab müəllifidir və fars dilindən 6 kitab tərcümə edib, eyni zamanda bir sıra dini nəşrlərin redaktoru olub. Ailəlidir, iki övladı var.

Tbilisidə yürüş keçirildi

altYürüşdə 2000 yaxın tərəfdar iştirak edib

Milli hərakat partiyası, Tiflisin mərkəzi küçələrində mitinq keçiriblər. 

Tərəfdarlar, “Gürcüstan totalizar hakimiyyətə yox”, “Gürcüstan kriminal prokurora yox”, “Yaşasın Ukrayna Gürcüstan demokratik ölkə”, şüarları ilə irəlləyirdilər. Mitinq işrirakçılarının əllərində Ukrayna bayraqları da var idi. Mitinqə milli hərəkat partiyasın parlament deputatları və partiya liderləri iştrak edirdilər. Onlar prokurorun, Tiflis merinə ve sabiq baş nazirə olunanları insan haqqların pozulmuş olduğun bildirdilər.

Mixail Saakaşvilin tərəfdarlarından yeganə hakimiyyətdə qalan Tiflis meri Qiqi Uqulavada mitinqdə iştirak edirdi. O bir neçə gün öncə gecə yatdığı yerdə evində çıxardaraq baş prokurorun aparıblar. Ölkədə may ayında mer seçkiləri keçirilməli olsa da məhkəmə yolu ilə o vaxtından tez işindən kənarlaşdırılıb.

Qobustanda dəhşətli avtoqəza - 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb

alt

Ölənlərdən biri hərbçidir, o, bayramla əlaqədar evlərinə məzuniyyətə gedirmiş

Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölənlərin hamısının adı məlum olub.

Xəstəxanadan APA-ya verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.

Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.

Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.

Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib

Gürcüstanın baş nazirinin müavini, enrgetika naziri Kaxa Kaladze Azərbaycan xalqını, o cümlədən ölkədə yaşayan azərbaycanlıları yeni il münasibəti ilə təbrik edib. Bu barədə K.Kaladze Gürcaani rayonunun Axalşeni kəndinin qazlaşdırılması ilə bağlı keçirilmiş tədbirdə azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda qazlaşdırma sahəsində böyük işlər həyata keçirir: “Gələn il qazlaşdırma davam edəcək və ölkə əhalisinin 75% əhalisi təbii qazla təmin olacaq”.  

Gürcaani rayonundakı Axalşeni kəndinə təbii qaz verilməsi tədbirində iştirak edən “SOCAR Georgia Gas”-ın direktoru Anar Məmmədov jurnalistlərə açıqlamasında Axalşeni kəndində hələlik 350 abonentə təbii qaz verildiyini bildirib: “Bu iş davam edəcək və kənddə yaşayan 940 ailənin hamısı qazla təmin olunacaq”.

Qeyd edək ki, bu günlərdə Gürcüstanda ARDNŞ prezidenti Rövnəq Abdullayev və  Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili və Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə bu ölkənin qazlaşdırılmasına dair memorandum imzalanıb. Sənəddə qeyd olunub ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyi 2017-ci ilədək Gürcüstanda qazlaşdırılmanı yenə də davam etdirəcək və 100 min ailəni təbii qazla təmin edəcək.

Uşaq bağçaları vergidən azad edildi

alt

Milli Məclisin bu gün keçirilən sessiyasında “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunun layihəsi qəbul olunub. 

2 maddədən ibarət olan yeni qanun layihəsinə əsasən körpələr evləri, körpələr evi- uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014 cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. 
Layihə səsə qoyularaq qəbul olunub.

İlham Əliyev FHN Akademiyasının açılışında iştirak edib

alt

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının açılışında iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.

Prezident İ. Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

Azərbaycan prezidentinin 2008-ci il 2 iyun tarixli sərəncamı ilə yaradılmış akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlətimizin başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə akademiyanın Nizamnaməsi təsdiq edilib.

Məlumat verilib ki, akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.

Dövlət başçısı akademiyanın kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Milli Şurada daha bir istefa: Eldəniz Quliyev qurumdan gedir

alt

“Milli Şuranın kəlimeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar, bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy, yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər”.


Bunu Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: “Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam. ”

E.Quliyev bəyan edib ki, böyük ehtimalla MŞ-in növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq: “Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm. Sizin vasitənizlə Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm”.

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

altAzərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarına təbrik ünvanlayıb.


APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.

Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcək.

Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz “Azərspace-1” milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış “Şahdəniz -2” enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcək.

“Gürcüstan Azərbaycanlıları və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçirilib

Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Gürcüstan Azərbaycanlıları və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, millət vəkilləri, ekspert və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qeyd edib ki, ötən ay alyans üzvlər Gürcüstana səfər edib və orada yaşayan azərbaycanlıların problemləri ilə tanış olublar. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ciddi problemlərin olduğunu deyən QAT sədrinin sözlərinə görə, bunlardan biri də Azərbaycanla olan təmaslardır: “Gürcüstandakı soydaşlarımızın maddi, sosial və hüquqi problemləri var. Onlar gürcü məmurları tərəfindən ögey münasibətlə qarşılaşır, hətta ermənilərin ciddi torpaq iddiaları ilə üz-üzə gəlirlər. Eyni zamanda viza rejimin tətbiqi də onların Azərbaycanla təmaslarında məhdudiyyətlər yaradır”.

Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev hazırda Gürcüstanda yaşayan azərbaycanlıların sayının kəskin azaldığını vurğulayıb: “Bu, həmin yerlərdə azərbaycanlılara qarşı soyuq münasibət, şəraitin olmaması ilə əlaqədardır. Soydaşlarımız yaşayan bölgələrdə böyük erməni proyektləri həyata keçirilir. Torpaqlarımızı işğal etmiş bir millətin Borçalı və digər yerlərdə bazar açması yolverilməzdir”.

Millət vəkili Fazil Mustafa isə Gürcüstan azərbaycanlılarının miqrasiya problemlərindən danışıb. O, qeyd edib ki, Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının yaşadıqları yerə qayıtması, maliyyət dəstəyinin göstərilməsi üçün xüsusi fondlar yaradılmalıdır.

Sonda tədbir iştirakçıları adından Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı Azərbaycanın rəsmi orqanlarına müraciət qəbul ediblər.

“Binə“dəki yanğınla bağlı iddia: “Qəsdən törədilib“- VİDEO

alt

Dünən Binə Ticarət Mərkəzində baş verən güclü yanğınla bağlı sahibkarlar iddia ilə çıxış ediblər. 

Mərkəzdə çalışan sahibkardan biri bildirib ki, yanğın qəsdən törədilib.

Əmlaklarına külli miqdarda ziyan dəyən sahibkarlar buna səbəb kimi ticarət mərkəzinin üç fərqli hissəsində elektrik xətlərindəki qısaqapanmanın eyni anda baş verməsini göstərirlər. Sahibkarlar iddia edir ki, elektrik naqillərindəki qısqapanmalar 4-cü, 5-ci və 6-cı korpusda – bir-birinə yaxın ərazidə baş verib. 

Bu isə yanğının daha şiddətli olması üçün qəsdən törədildyi versiyasını gündəmə gətirir. İddialara görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının hələ tüstülənmə başlayarkən gəlib çıxmasına baxmayaraq, yanğının qarşısını dərhal ala bilməməsinin səbəbi də eyni vaxtda üç istiqamətdə başlayan və birdən-birə alışan ocaqlarla bağlıdır.

Onu da bildirək ki, Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların sığortası yoxdur və dəymiş ziyanın ödənilməyəcəyi sahibkarları çıxılmaz vəziyyətə salıb.

Saytda Axtarış

Son xəbərlər