Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün550
DünənDünən1617
Bu həftəBu həftə9549
Bu ayBu ay41092
Bu günə qədərBu günə qədər7529309

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Piyadanı vurub qaçan sürücüyə cinayət işi açıldı

alt

Masallıda piyadanı vurub hadisə yerindən qaçan sürücüyə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da saat 22 radələrində Masallı şəhəri, Talışxanov küçəsində naməlum avtomobillə piyada, 1953-cü il təvəllüdlü Kərimov Əlihüseyn Kərim oğlunun vurularaq aldığı xəsarətlərdən ölməsi və nəqliyyat vasitəsini idarə edən şəxsin hadisə yerindən qaçması faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən hadisənin rayonun Gəyəçöl kənd sakini, 1992-ci il təvəllüdlü İmranlı Salman Ağaqardaş oğlunun idarə etdiyi avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Moskvada “qanuni oğru” saxlanıldı- Atışma

alt

“Peço” ləqəbli “qanuni oğru” Rezo Buxnikaşvili Moskvada həbs olunub. 

Polis Komsomolski prospektindəki mənzillərdən birinə 4 nəfərin daxil olduğu barədə məlumat alıb və hadisə yerinə gedib. 

Mənzilə daxil olan 4 nəfər polisə atəş açıb. Atışma nəticəsində mənziə girənlərdən biri ölüb, iksi isə yaralanıb. İki polis əməkdaşı da xəsarət alıb. 

Saxlanan şəxslərdən biri “qanuni oğu” Peço olub. Onun polisə müqavimət göstərməyən yeganə şəxs olduğu bildirilir.

Prezident Fəxri Xiyabanda - Anım

alt

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev mərhum prezidentin məzarı önünə əklil qoyub.

Nazirlər Kabineti Yeni illə bağlı qərar verdi- 7 gün evdəyik

alt

Dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub

Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü istirahət günləri ilə bağlı qərar qəbul edib. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, qərara əsasən, dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub. 

Yəni iş günü bir də yanvarın 7-də başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq. Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar. 

3 yaşlı uşaq özünə atəş açdı

altMoskva həkimləri atasının tapançası ilə özünü ağır yaralayan üşağın həyatı uğrunda mübarizə aparıb.
AzNews.az NTV - yə istinad edərək xəbər verir ki, Moskva vilayətinin Nogin rayonunun Staroy Kupavne stansiyasında evlərin birində atasının "Osı" tapançası ilə Ramin adlı 3 yaşlı oğlan başına atəş açıb. Ağır yaralanan üşağı təcili xəstəxanaya çatdırıblar. Çox çətin əməliyyatdan sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik ağır olaraq qalır.
Hadisənin baş verməsinin əlavə səbəbləri araşdırılır. Hadisə yerində polis əməkdaşları işləyirlər.

Miqrantların obyektləri talan edildi- VİDEO

alt

Rusiyanın Arzamas şəhərində miqrantlara qarşı baş verən etiraz aksiyalarından sonra şəhər bütün gecəni narahatlıq içində keçirib. 

Yerli sakinlər aralarında ermənilərin də olduğu miqrantlara qarşı aksiyalara başlayıblar. 

Miqrantlara məxsus olan restoran və kafelərə, eləcə də mağazalara basqın edilib. 

Arzamas meri Mixail Buzin məzuniyyətini yarımçıq kəsərək şəhərə qaytmalı olub. Mer mətbuata müsahibəsində dekabrın 10-da gecə saatlarında şəhərdə talanların olması barədə xəbərlərə münasibət bildirib. 

Onun sözlərinə görə, şəhərdə vəziyyət nəzərət altına alınıb: “4 hadisə baş verib. Obyektlərin şüşələri sındırılıb. Bunu edənlər saxlanılıb və məsuliyyətə cəlb ediləcək.Şəhər əhalisi ilə belə qərara gəlmişik ki, bütün bu insident araşdırılsın, şikayətlərə baxılsın”. 

Şəhərdə miqrantlara qarşı baş verən aksiyalarda obyektlərə hücumda iştirak etdiyi bildirilən 70 nəfər saxlanaraq polis bölməsinə aparılıb. 

Qeyd edək ki, şəhərdə qarışıqlıq ermənilərə məxsus olduğu deyilən kafedə ölümlə nəticələnən insidentdən sonra yaranıb. 

İqpor Karpov adlı gənc öz dostu ilə birlikdə kafe əməkdaşı ilə mübahisə edib. Nəticədə dava böyüyüb və yerli skinlərdən olan Aleksandr vəfat edib. İqor Karpov isə xəstəxanaya aparılıb. Bundan sonra şəhərdə miqrantlara qarşı aksiyalar başlayıb.

Leyla Əliyevanın təşəbbüsü yüksək qiymətləndirildi

alt

Gürcüstanın ekologiya və təbii sərvətlərin mühafizəsi naziri Xatuna Qoqaladze azərbaycanlı həmkarına məktub göndərərək IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası ilə bağlı gördüyü işlərə görə təşəkkür edib.

Gürcüstanın Ekologiya və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi bu yaxınlarda 10 başdan ibarət ilk ceyran sürüsünün Azərbaycandan Gürcüstana reintroduksiya edilməsini yüksək qiymətləndirib və əməkdaşlığa görə minnətdarlığını çatdırıb.

Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" layihəsi çərçivəsində ceyranların mühafizəsi, davamlı inkişafının təmin edilməsi üçün ceyran populyasiyasının vaxtilə mövcud olduğu, lakin insan fəaliyyətinin təsiri ilə nəslinin kəsildiyi tarixi areallarda reintroduksiya metodu ilə bərpası həyata keçirilir.

Bu gün Beynəlxalq İnsan Hüquqları günüdür

alt

 
10 dekabr dünyada Beynəlxalq İnsan Haqları günü kimi qeyd olunur. 

İnsan haqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olub. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

İnsan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada bu konvensiyaya əsaslanan real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

Tarkan azərbaycanlı iş adamına “yox“ dedi

alt

Türkiyəli müğənni Tarkan Azərbaycanda ad günü mərasiminə qatılmaqdan imtina edib.

Dekabrın 31-də Qubada konsert verəcək sənətçiyə eyni zamanda yanvarın 2-də azərbaycanlı iş adamının 100 nəfərlik doğum günü tədbirinə qatılmaq təklif olunub. Bunun qarşılığında isə ifaçıya 1 milyon türk lirəsi (təxminən 450 min azn) və müxtəlif hədiyyələr bağışlanacağı vəd edilib. Tarkan təklifə meneceri vasitəsilə "yox" cavabı verib. O deyib ki, heç vaxt ad günü və toy məclislərinə qatılmır.

Məqalədə həmçinin Tarkanın fevralın sonunda yenidən Azərbaycanda konsert verəcəyi vurğulanıb. O, bununla 700 min lirə pul əldə edəcək.

Qəzetin məlumatına görə, Azərbaycan dünya ulduzları üçün böyük qazanc mənbəyidir. 2012-ci ildə Bakıda konsert verən Rihanna 2 milyon dollar, Cennifer Lopez isə 400 min dollar gəlir götürüb

Heydər Əsədov yeni rəis təyin etdi

alt

Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olunub.


Bunu açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y. Xanvəli rəis vəzifəsinə Aslan Aslanovun təyin olunduğunu bildirib:

“Yəqin ki, yaxın günlərdə işdən azad olunan digər şəxslərin də vəzifəsinə yeniləri təyin olunar. Bu nazirin səlahiyyətində olan məsələdir”.

Yeni rəisin bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın iştirakı ilə kollektivə təqdim olunduğunu söyləyən Y. Xanvəli bildirib ki, yeni rəis öz fəaliyyətinə başlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar.

Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbənin salınmasına başlanıb

Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbə inşa olunur.

APA-ın Qarabağ bürosunun məlumatına görə, yeni yaşayış massivi 632 evdən, 440 yerlik orta məktəbdən, 50 yerlik uşaq bağçasından, içərisində futbol meydançası olan 3 hektarlıq parkdan, inzibati binalar və digər infrastrukturlardan ibarətdir.

Ağdam Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna bildirilib ki, yeni qəsəbənin tikintisi üçün rayon ərazisindən 50 hektara yaxın torpaq sahəsi ayrılıb. Yeni qəsəbənin gələn ilin ortalarınadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bu yaşayış massivinə Ağdam, Bərdə və Tərtər rayonlarında daha ağır sosial şəraitdə yaşayan köçkün ailələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Kiyevdə azərbaycanlılarla gürcülər və ukraynalılar arasında kütləvi dava olub, bir azərbaycanlı öldürülüb

altUkraynanın paytaxtı Kiyevdəki “Troyanşina” topdansatış bazarında azərbaycanlılarla gürcülərdən və ukraynalılardan ibarət ticarətçi dəstə arasında kütləvi dava baş verib.


Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, kütləvi davanın baş verdiyi dekabrın 6-dan 7-nə keçən gecə davada iştirak edən azərbaycanlılardan biri bazarın yaxınlığında vəhşicəsinə qətlə yetirilib.

Dekabrın 7-si səhər saatlarında hadisə yerində meyiti aşkar edilən həmin şəxs əslən Yevlax rayonundan olan Gəncə şəhər sakini 37 yaşlı İlham Hüseynovdur. O, daş kərpiclə döyüldüyündən, meyiti baş hissəsi tamamilə parçalanmış, əzilmiş halda tapılıb.

Bazarda çalışan və adının çəkilməsini istəməyən azərbaycanlıların APA-ya verdiyi məlumata görə, dava ticarət maraqları üstündə baş verib: “Hadisəyə səbəb İlham Hüseynovla gürcülər arasında olan konflikt səbəb olub. Aralarında biznes mübahisəsi yaranıb, nəticədə gürcülərə qoşulan ukraynalılardan ibarət bir dəstə ilə bazarda çalışan azərbaycanlılar arasında dekabrın 6-da kütləvi dava düşüb. Səhəri gün isə İlham Hüseynovun meyiti bazarın yaxınlığındakı kərpic qalağının yanında tapılıb. Meyit aşkar olunan zaman davada iştirak edən gürcü və ukraynalılar aşkar formada qətli törətdiklərini bazarda elan edərək, azərbaycanlıların hamısını eyni aqibət gözləyəcəyini bildirərək kütləvi formada hədələyiblər”.

Hadisə ilə bağlı yerli milis tərəfindən cinayət işi qaldırılıb, qətli törədənlərin müəyyənləşdirilməsinə çalışılır.

Azərbaycanın Ukraynadakı səfirliyindən isə APA-ya bildiriblər ki, hadisə barədə yenicə məlumat alıblar və araşdırma aparılaraq tədbir görüləcək.

Saytda Axtarış

Son xəbərlər