Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün420
DünənDünən1617
Bu həftəBu həftə9419
Bu ayBu ay40962
Bu günə qədərBu günə qədər7529179

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Sabah ilin ən yaxşıları təqdim olunacaq

alt

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü ilin “Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin təltif olunma mərasimi keçiriləcək.

Müsabiqənin keçirilməsi ənənəvi xarakter daşıyır və qaliblər 24 nominasiya üzrə müəyyənləşdirilir: “Tədbirdə ilin ən fəal müəllimi, rejissoru, aktyor və aktrisası, rəqqas və rəqqasəsi, bədii rəhbəri, saytı, tədbiri, mədəniyyət evi, xalq kollektivi və s. nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Tədbirdə 32 mədəniyyət müəssisəsi və 67 mədəniyyət işçisi fəxri fərmanlar, diplomlar, pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaq”.

İdarədən əlavə ediblər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarına və tabeliyində olan mədəniyyət müəssisələrində il ərzində təşkil edilmiş tədbirlərdə fəal iştirakına görə 88 nəfərə mükafatlar təqdim ediləcək. 

Biləsuvarda flaşmob keçirildi - VİDEO

alt

Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü ərəfəsində, ölkə başçısı İlham Əliyevin doğum günü Biləsuvar rayonunda “Firavan həyat - Biləsuvar gəncliyi” devizi altında “flaşmob” keçirilib.

Tiflis aeroportunda azərbaycanlılar saxlanıldı

alt

Tiflis beynəlxalq hava limanında iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. 

Dubaydan gələn bu şəxslərdən birinin baqajında və əl yükündə deklarasiya olunmamış, ümumi dəyəri 4749,31 lari (təxminən 2800 dollar) olan mal, digərinin baqajında isə ümumi dəyəri 5896,05 lari (təxminən 3,5 min dollar) olan deklarasiya olunmamış mal aşkarlanıb. Gömrük bəyannaməsində əksini tapmamış mallar telefonlar və kompüterlər olub. 

Saxlanılan Azərbaycan vətəndaşları T.M. və E.S. Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinin 10-cu bəndinə müvafiq olaraq cərimələniblər.

Cinayətkar dəstənin üzvləri saxlanıldı

alt

Bakıda soyğunculuq törətməkdə təqsirləndirilən dəstə yaxalanıb.
Bakının Binəqədi rayonunda İsgəndər Qurbanlının bıcaqla hədələyib, pul verməsini tələb etməklə quldurluq hadisəsi törədən Bakı sakinləri Vüqar Ələkbərli, Emin Hüseynov, Səməd Rəşidov və Baris Juralovdan ibarət qurup saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır, saxlanılan qrupun digər cinayyətdə əli olub-olmaması yoxlanılır. 

Fərid Həsənov “Türkvizyon“un qalibi oldu

alt

Bu gün Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
ANS PRESS-in məlumatına görə, müsabiqənin qalibi azərbaycan təmsilçisi Fərid Həsənov olub. O, "Yaşa" adlı mahnı ifa edib. O, 210 səs toplayıb.

Müsabiqə Türk Musiqi Birliyi (TBM) televiziya kanalı, TÜRKSOY təşkilatı və "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqəyə Azərbaycan da daxil olmaqla 24 ölkənin təmsilçisi qatılıb. Onlardan 12-si müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.

Finalda Azərbaycan, Türkiyə, Belarus, Kosova, Qazaxıstan, Bosniya və Herseqovinya, Tatarıstan, Ukrayna, Rusiya Federasiyasının Altay muxtariyyəti, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Özbəkistan təmsilçiləri iştirak edib.

Mixail Sakaşvili universitetdə dərs deyəcək

alt

Mixail Sakaşvili ABŞ-da universitetlərinin birində dərs deyəcək. 

O bu barədə facebook-dakı profilində qeyd edib. Gürcüstanın keçmiş prezidenti bununla yanaşı Amerika diplomatlarının hazırlandığı Fletçer Amerika Universitetində mühazirə oxuyacaq. Belə ki, ikinci semestrdən, yəni 2014-cü ildən etibarən tələbələrlə görüşəcək.

Leyla Əliyevaya Rusiyada daha bir mükafat - FOTO

alt

Heydər Əliyev Fondunun nümayəndə heyəti Rusiya Federasiyası Volqoqrad Vilayətində dostluq səfərində olub. 

Volqoqrad Vilayət Hökumətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Prezident Aparatının şöbə müdiri Əli Həsənov və Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun da iştirak etdiyi səfər zamanı Fondun vitse-prezidenti və qurumun Rusiya bölməsinin rəhbəri Leyla Əliyeva Volqoqrad şəhər 3 saylı gimnaziyaya yeni idman zolağı hədiyyə edib. 

alt

Bununla bağlı keçirilən mərasimdə Leyla Əliyeva deyib ki, təmsil Fondun fəaliyyət istiqamətlərindən biri də yeni təhsil müəssisələrinin inşası və əsaslı bərpası, uşaq evlərinə yardım layihələrinin və xeyriyyə məqsədli sosial tədbirlərin həyata keçirilməsidir.

Tədbirdə həmçinin, məlumat verilib ki, Fondun Rusiyanın əyalətlərində həyata keçirdiyi bu kimi sosial layihələr iki ölkə arasında dostluq əlaqələrinin mövcudluğundan və getdikcə inkişafından xəbər verir.

Qeyd edilib ki, yeni idman qurğuları gimnaziyanın ərazisində quraşdırılıb. Bundan sonra gimnaziyanın şagirdləri yeni idman meydançasında daha rahat şəkildə basketbol, voleybol və futbol oynaya biləcəklər. Meydançanın döşəməsinin isə isti və soyuğa davamlılığı nəzərə alınıb. 

Məlumatda o da qeyd olunub ki, səfər zamanı Leyla Əliyeva vilayət qubernatoru Serqey Bojenovla başqa xoşməramlı layihələrin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparıblar. 

Səfər zamanı Fondla vilayət qubernatorluğu arasında Volqoqradla Bakının rayonlarından biri ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsinə dair protokol da imzalanıb. Səfər zamanı Fondun vitse-prezidenti Leyla Əliyeva “Volqaqrad vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə də təltif olunub.

Bununla əlaqədar keçirilən mərasimdə bildirilib ki, medalın Leyla Əliyevaya təqdim olunmasına səbəb, onun bu illər ərzində Volqoqrad vilayətinin sosial-iqtisadi inkişafındakı, mədəni tədbirlərin həyata keçirilməsindəki, ictimai və xeyriyyə layihələrinin icrasındakı təşəbbüsləri ilə bağlıdır. 

Qeyd edək ki, buna qədər isə Heydər Əliyev Fondu Volqoqradda Dostluq Parkı inşa etdirib. 

Bakıda polisi maşın vurdu

alt

Bakıda yol polisini maşın vurub.

Hadisə ötən gün Neftçilər prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Yusif Ələsgərovun idarə etdiyi 10 SU 025 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə xidmətdə olan, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1969-cu il təvəllüdlü Asif Qiyas oğlu Mirzəliyevi vurub.

A. Mirzəliyev kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən Y. Ələsgərov şübhəli şəxs qismində tutulub. 

Azərbaycan sərhədlərinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı hazırlanıb

alt

Azərbaycanın dövlət sərhədlərinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı hazırlanıb.


APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətində keçirilən hesabat müşavirəsində bildirilib.

Dövlət proqramının layihəsi 2014-2024-cü illəri əhatə edəcək.

Proqramda sərhəd mühafizəsinin gücləndirilməsi ilə bağlı müxtəlif tədbirlər əksini tapır.

Mehriban Əliyeva italiyalı ifaçıların konsertində

alt

Dekabrın 18-də "Baku Crystal Hall"da İtaliya estradasının ötən əsrin 80-ci illərinin əfsanəvi ifaçıları "San-Remo festivalının ulduzları Bakıda" adlı maraqlı konsert proqramı ilə çıxış ediblər. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalının milyonların qəlbini fəth etmiş əfsanəvi ulduzları - Al Bano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn, eləcə də məşhur "Rikki e Poveri", "Matia Bazar" qrupları unudulmaz mahnılarını ifa ediblər.

Konsertin aparıcıları İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti və Tural Əsədov idi.

Bakıda yenidən olmağından məmnunluğunu bildirən Ornella Muti şəhərimizin daha da gözəlləşdiyini bildirib. O, San-Remo festivalı ulduzlarının bu konsertinin paytaxt Bakının mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Anşlaqla keçən konsertdə İtaliya meqastarlarının ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

İtaliyalı müğənnilər gözəl Bakı şəhərində belə möhtəşəm konsert verməkdən şad olduqlarını bildirib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Əfsanəvi Toto Kutunyonun xalq mahnısı "Sarı gəlin"i Azərbaycan dilində ifa etməsi tamaşaçıların sürəkli alqışlarına səbəb olub.

Milyon dollarlıq əsər 100 avroya satıldı

alt

Pablo Pikassonun milyon dollar dəyərində qiymətləndirilən sənət əsəri cəmi 100 avroya satılıb. 

şanslı alıcı beynəlxalq xeyriyyə latoreyasının qalibi kimi əsəri 100 avroya almağa müvaffəq olub. 

25 yaşlı amerikalı Cefri Qonano 1914-cü ildə çəkilən “Silindirli kişi” əsərini sahibi olub. Qonaq otağı üçün tablo almağı planlaşdıran Cefri P.Pikassonun əsərini alacağını güman etmədiyini vurğulayıb. 

Qeyd edək ki, latoreyanı “Sotheby`s” Evi keçirib. İnternet vasitəsilə latoreya biletləri 100 avroya satışa çıxarılıb. 

“Gələcəyə körpü” İctimai Birliyi Gürcüstanda keçiriləcək konfransda təmsil olunacaqdır

Dekabrın 18-də “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin baş katibi Hakim Ələsgərov Gürcüstanın Kaxeti bölgəsində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində keçiriləcək regional konfransda iştirak edəcəkdir.
İctimai Birlikdən AzərTAc-a bildirmişlər ki, hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçiriləcək ikigünlük tədbirdə Gürcüstan-Azərbaycan münasibətləri ətrafında müzakirələr, həmçinin əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaqdır.

Saytda Axtarış

Son xəbərlər