Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün466
DünənDünən1617
Bu həftəBu həftə9465
Bu ayBu ay41008
Bu günə qədərBu günə qədər7529225

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

26 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanıldı

alt

Azərbaycanın Oğuz rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün saat 10.15 radələrində Oğuz rayonunun Muxas kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Yusifov Bünyamin Məmmədəli oğlu kəndin mərkəzində 12 çaplı ov tüfəngi ilə həmkəndlisi, 1987-ci il təvəllüdlü Salamov Rüfət Eynulla oğluna atəş açaraq öldürüb və hadisə yerindən qaçıb.

Aparılan axtarış tədbirləri nəticəsində B. Yusifov kənd ərazisində meşə zolağında tutulub.

O, ilkin dindirmə zamanı R. Salamovu qızına söz atdığı üçün qətlə yetirdiyini deyib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

17 gün əvvəl törədilən qətlin üstü açıldı

altBakının Xətai rayonunda törədilən qətlin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 2-də Xətai rayonu M.Hadi küçəsində yaşayan 1969-cu il təvəllüdlü Qaçayeva Reyhan Əmiraslan qızının üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti yaşadığı mənzildə aşkar edilib.

R. Qaçayevanın həmin gün işə gəlməməsi və telefon zənglərinə cavab verməməsi iş yoldaşları arasında narahatçılığa səbəb olub və bu səbəbdən onun evinə baxış zamanı qadının qətlə yetirildiyi məlum olub.

Cinayət barədə məlumat alan polis dərhal araşdırmalara başlayıb, hadisə yeri müayinə olunaraq istintaq üçün əhəmiyyətli olan maddi sübutlar toplanıb. Araşdırmalar nəticəsində hadisənin mərhumun iş yoldaşı, Kamal Kərimov tərəfindən törədilməsi müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Kərimov Kamal Veysəl oğlu noyabrın 19-u səhər saatlarında yaşadığı Buzovna qəsəbəsi A. Musayev küçəsindəki evdə saxlanılaraq istintaqa təhvil verilib.

QMİ Azərbaycanda keçirilən ələm mərasimlərini xuliqanlıq adlandırıb

altQafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Sabirabadda keçirilmiş mərasim ətrafında yaranmış ajiotaja münasibət bildirib.

QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında deyib ki, “şəbeh” deyilən bu mərasimlərin ələmlə heç bir əlaqəsi yoxdur.

M.Seyidzadə bildirib ki, insanlar ələmin elə oynadılmasını şəbeh kimi qəbul etməməlidirlər, çünki şəbeh Kərbəla müsibətinin səhnələşdirilməsidir: “Çox təəssüf ki, tənqid edənlərin çoxu əsl şəbehin nə olduğunu bilmir. Əsl ruhani əlbəttə ki, bu oyunları bəyənməz. Hər şeydən əvvəl bilinməlidir ki, ələm ərəb dilində bayraq deməkdir. Bayraq da bir atributdur. Buna da ehtiram olunmalıdır. Bundan da Kərbəlada Həzrəti İmam Hüseyn İslam dövləti adından istifadə edib. O vaxt da qayda belə olub ki, bayraq enməyibsə, deməli, o qoşun məğlub olmayıb. Orada ələmdar (bayraqdar) İmam Hüseynin qardaşı Həzrəti Əbülfəzl ibn Həzrəti Əli olub. O da həmin döyüşlərdə bayrağı fədakarcasına müdafiə edib: sağ qolunu kəsiblər, sol qoluna bağlayıb, sol qolunu kəsiblər, bazusuna alıb və s.”

M.Seyidzadə təəssüflə deyib ki, indi bundan bəzi hoqqabazlar başqa cür istifadə edirlər: “Onlar əsl juliklərdir ki, İslamın belə müqəddəs atributlarından qazanc məqsədilə istifadə edib elə hoqqalar çıxarırlar. Belə günlərdə ələmin yeri bayraq olaraq məscidlərdə minbərin dibidir. İnsanlar da ona müqəddəs rəmz kimi baxmalıdırlar. Biz mömin cildinə girən hoqqabazların ələmdən qazanc mənbəyi kimi istifadə etməsindən ciddi narahatıq və bunu şiddətlə qınayırıq. Axı ələm necə uça bilər? Axı ələmin motoru, qanadı yoxdur! Amma bu juliklər ələmə bir-iki yaylıq bağlamaqla, mərasimdə onun-bunun üstünə, cibinə, maşınına guya uçurdub pul yığırlar. Guya bu ələm uçur, onu saxlaya bilmirlər, “görüm-baxım” edilməlidir ki, uçub getməsin. Bu rəzalətdir! Xurafatdır! Orda olanların ağlı necə kəsmir ki, bu ələm uçursa, niyə onu tutanı da götürüb aparmır?! Bunu edənlər təşkil olunmuş qruplardır. Bəlkə əyyaşlardan da istifadə olunur. Məqsəd Azərbaycanda İslamı gözdən salmaqdır”.

Gülər Əhmədovanın məhkəmə istintaqı yekunlaşdı

alt

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Günortadan sonra prokuror çıxış edəcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Müsəlmanlar təhqir edildi

alt

Almaniyada müsəlmanlar təhqir olunub. 

Almaniyanın Leypsiq şəhərində tikiləcək məscid ərazisində taxta saplarına keçirilmiş donuz başları atılıb və litrlərlə donuz qanı tökülüb. 

“Bild” qəzetində yazılan xəbərə görə, yanğın xəbəri alan yanğınsöndürənlər, Qohlis bölgəsində Pakistan mərkəzi tərəfindən tikiləcək yeni məscidin ərazisinə gəlib. 

Burada aparılan yoxlama işləri zamanı zibil qutularının içində od qalandığı və əraziyə taxta saplarına keçirilmiş donuz başlarının atıldığı görüldü. Hadisə ilə əlaqədar, Leypsiq polisi hadisə ilə əlaqədar istintaq aparır. 

Polisin mətbuat katibi Uve Voigt məscid ərazisində şəxsiyyəti hələ ki məlum olmaya bir nəfər taxtalara batırılmış donuz başları tapdıqlarını və əraziyə çoxlu miqdarda qanı töküldüyünü videoya çəkib. Voight hadisənin xaricilərə qarşı düşmənçiliyi olan bir nəfərin etdiyini ehtimal edir.

Qeyd edək ki, Gohlis bölgəsində 2 minarəli məscid tikməyi planlaşdırılır. 

Orxan Zeynalov Ded Xasanın adamı ilə bir yerdə saxlanılır

alt

Moskvada Yeqor Şerbakovu öldürməkdə ittiham edilən Orxan Zeynalov kriminal aləmin “xaç atası” hesab edilən Ded Xasanın adamı Denis Panin ilə eyni otaqda saxlanılır. 

Hər iki şəxs “Matros sakitliyi” adlandırılan təcridxanada xüsusi bölmədə saxlanılır.

3х5 metrlik yerdə onlarla bərabər daha 2 nəfər var. Onlardan biri qətldə şübhəli bilinən keçmiş polkovnik Vadim Tumanovdur. Məlumata görə, otaqda iki yaruslu bir yataq və iki adi yataq var.

O.Zeynalov yatağın ikinci yarusunda yatır. Otaqda unitaz və duş var. Hər gün təqsirləndirlən şəxslər hava almağa çıxarılır ki, bu da 1 saat davam edir. Qalan müddəti onlar otaqda televizora baxmaqla keçirirlər. 

Qeyd edək ki, 35 yaşlı Denis Panin kriminal qruplaşmalardan birinin rəhbəri olan Aleksandr Abbasın oğurlanmasında ittiham edilir. 

Bakıda polisi amansızlıqla öldürdülər

alt

Gecə Bakı şəhərinin Xətai rayon ərazisində qətl hadisəsi törədilib. 

Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun cəsədi tapılıb. İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil.

R. Həsənov polis serjantıdır. O, Sabunçu rayon mühafizə şöbəsində çalışırmış. Qətlə yetirilmiş 35 yaşlı polis əməkdaşının iki uşağı qalıb.

Faktla əlaqədar cinayət işi açılıb. Əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Türkiyədə “Azərbaycan həftəsi” keçiriləcək

alt

Türkiyədə "Azərbaycan həftəsi" adlı silsilə tədbirlər keçirmək üçün Azərbaycan nümayəndə heyəti noyabrın 18-dən 20-dək Türkiyədə səfərdə olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və Media xidmətinin rəhbəri Mehriban Həsənova, millət vəkili Musa Qasımlı, Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, "Qafqaz" Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının (ADA) elmi işçisi Taleh Ziyadov daxildir.

"Azərbaycan həftəsi" çərçivəsində Ankara, Yalova, Edirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlərin, o cümlədən, Ankarada Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin və Türkiyə Xarici İşlər Nazirliyində diplomatlarla görüşün, Türk XİN SAM ilə dəyirmi masanın və Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə konfransın və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Gürcüstanda zəlzələ

alt

Tiflisdə 3,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Martkopi şəhərindən 5-8 kilometr aralıda baş verib.

Dağıntı və xəsarət alanlar olmayıb.

Mənzildə partlayış olub

alt

Gəncədə yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə saat 19.30 radələrində şəhərin Atatürk prospekti, 247, 6 ünvanında yerləşən və Gəncə şəhər sakini, 53 yaşlı Əliyev Cavanşira məxsus mənzildə baş verib.

Evdə təmir işləri aparan iki nəfər mənzilin döşəməsinə boya sürtdükdən sonra siqaret çəkiblər. Qapı və pəncərəsi bağlı olan evdə partlayış baş verib.

Hadisə zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbləri ilə bağlı Gəncə Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Mənzildə təmir işləri aparan iki nəfər Polis Şöbəsinə aparılıb.

Qeyd edək ki, ev sahibi Cavanşir Məmmədov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri vəzifəsində çalışır.

Aşura günü 1774,8 litr qan tədarük olunub - Video

alt

Artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanlar İdarəsinin təşəbbüsü ilə Aşura günü ehtiyacı olan xəstələr üçün qanvermə aksiyası təşkil edilir. Aşura günü ilə əlaqədar ötən gün keçirilən qanvermə aksiyalarında respublika üzrə, ümumilikdə, 1774,8 litr qan tədarük olunub. Könüllü aksiyada iştirak edən 4437 donorun hər birindən normaya uyğun olaraq 450 milli litr qan götürülüb.

Hazırda tədarük olunan qanların laboratoriyalarda 4 növ infeksiya üzrə analizi aparılır. Toplanan qanlar hepatit B,S, spid və siflis üzrə yoxlandıqdan sonra heç bir infeksiya aşkarlanmazsa xəstəxanalara paylanacaq. Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyevanın sözlərinə görə, istifadəyə yararlı qanlar rayon və şəhər xəstəxanalarına, eləcə də, diaqnostika mərkəzlərinə çatdırılacaq. Artıq toplanan qanın 50%-i laborator müayinələrdən keçib.

Mərkəzi Qan Bankının Baş həkimi Pərvanə Hacıyeva 200 litr qanın yararsız olduğunu bildirib: “2000 qanın laborator nəticəsi müəyyən olunub. 200 litr qan yararsız olub, yəni onlarda infeksiyalar aşkarlanıb, bu qanlar xüsusi qaydalara uyğun olaraq qanyandırma yerində yandırılacaq. 2000 litr qanın nəticəsi isə daha sonra müəyyən olacaq”. 

Tədarük olunan qanlar əsasən onkoloji, böyrək dializi, talasemiya, hemofliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Tədarük olunan qanlar 35-40 gün ərzində istifadə olunmalıdır. Respublika Diaqnostika Mərkəzinin genetiki professor Elxan Rəsulov da hesab edir ki, xüsusilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların bu qana ehtiyacı var. Genetik son vaxtlar ölkədə qan xəstəlikləri daşıyıcılarının sayında artımın müşahidə olunduğunu deyir.

Qeyd edək ki, ötən illə müqayisədə bu il qan verənlərin sayında artım müşahidə olunur. Bakıda keçirilən könüllü aksiyada 2979, rayonlarda isə 1458 nəfər donor kimi iştirak edib.

Gəlini toydan qaçan bəyin başı yenə dərddə- Açıqlama

alt

Təzminat istəyən bəyin özü ziyana düşə bilər. 

Bu barədə nişanlısı toydan qaçan Balabəy Əliyev məlumat verib. Onun sözlərinə görə, keçmiş nişanlısı Pünhanənin ailəsi cehizdən əlavə Əliyevlərə məxsus əşyalara da iddia edir:

“Hüquq-mühafizə orqanları ikiüzlülük edirlər. Bizim evdəki əşyaları da qızın cehizi kimi siyahıya daxil ediblər. Əvvəlcədən aldığımız soyuducu və başqa əşyaların guya, cehiz olaraq verildiyini iddia edirlər. Halbuki onları mən özüm almışam”. 

B.Əliyev əşyaların əvvəlcədən alındığını və ona məxsus olduğunu sübut etməyə hazır olduğunu vurğulayıb. Əmlak məsələsində ortaq məxrəcə gələ bilməyən tərəflərin mübahisəsi məhkəmədə müzakirə olunacaq. B.Əliyev ailəsinə dəyən 8 min manat ziyanın ödənilməsi tələbi ilə müraciət edəcəyini bildirib:

“Bunun üçün artıq sənədlər hazırdır. Amma keçmiş nişanlımın ailəsinin iddialarından görünür ki, bu məhkəmə hələ çox vaxt aparacaq”. 

Xatırladaq ki, bu il noyabrın 3-də Ağcabədi şəhərindəki “Cavid” Şadlıq Sarayında baş tutan toy arzuolunmaz sonluqla başa çatıb. Belə ki, gəlin zorla evləndirilməsi barədə 102-yə müraciət edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra gəlin - Pünhanə atası evinə qaytarılıb. B.Əliyev isə artıq başqası ilə evlənib. 

Saytda Axtarış

Son xəbərlər