Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün420
DünənDünən1617
Bu həftəBu həftə9419
Bu ayBu ay40962
Bu günə qədərBu günə qədər7529179

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Yuli Qusman “Şöhrət” ordeni ilə təltif edilib

altAzərbaycan prezidenti İlham Əliyev Yuli Solomonoviç Qusmanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Y. Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətləri ilə əlaqədar “Şöhrət” ordeni ilə təltif edilib.

Gürcüstan sərhədində erməni saxlanıldı

alt

Ermənistan-Gürcüstan sərhədindəki “Ninotsminda” nəzarət-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri 1,67 qram marixuana keçirmək istəyən Ermənistan vətəndaşını saxlayıblar. 

Başlanmış cinayət işi üzrə toplanan materiallar istintaq üçün Samtsxe-Cavaxeti polis idarəsinə verilib. 

Aşura günü ilə bağlı Rəsmi açıqlama

alt

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü ilə bağlı məlumat yayıb. 

Dövlət Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, məlumatda bildirilib ki, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib. Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər. Son illər kök salmış ənənəyə uyğun olaraq bu il də Aşura günü ölkənin 20-yə yaxın iri şəhər və rayonunda Aşura günü təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak edib. 

Məlumatda o da qeyd edilib ki, əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılıb. 

Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutub. Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Dövlət Komitəsinin əməkdaşlarının respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin etiramına layiq şəkildə keçirilib, hər hansı ciddi insident baş verməyib.

Qurban Məmmədovun vurduğu adamla bağlı ilginc- Video

alt

Məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Pərviz Abbasov məhkəmə proseslərinə əl ağacı ilə gəlir, yeriyəndə axsayır, iş qabiliyyətini itirdiyini deyir. 


Bu gün çəkilən kadrlarda isə Pərviz Abbasovun qətiyyən axsamadığı, əl ağacından istifadə etmədən tam normal hərəkət etdiyi aydın olur.

Əsgərlərimizdən erməni təhqirinə cavab- VİDEO

alt

Xəbər verdiyimiz kimi bir neçə gün öncə erməni hərbçiləri təlim zamanı Azərbaycan və Türkiyə bayraqlarını təhqir etmişdilər. 

Bu təhqirə cavab olaraq YouTube-də Azərbaycan hərbçilərinin təlim prosesindən çəkilən videogörüntülər yerləşdirilib. 

Həmin görüntülərdə hərbçilərimiz üzərində "Ermənistan" sözü yazılmış daş lövhələri sındırırlar. 

Sarkisyan Qarabağda müşavirə keçirdi

alt

 


Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən hərbi təlimi izləyib.


Ermənistan mətbuatının məlumatına görə, Ermənistan prezidentini hərbi təlimlərdə Bako Saakyan müşayət edib.

Daha sonra Sarkisyanın da iştirakı ilə Azərbaycan torpaqlarını işğal altında saxlayan hərbi birləşmələrin döyüş qabiliyyətinə həsr olunan müşavirə keçirilib.

Birinci Bakı Beynəlxalq turizm filmləri festivalının münsiflər heyətinin tərkibi açıqlanmışdır

Noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində birinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcəkdir. Münsiflər heyətinin 3 üzvü Azərbaycanı - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələri təmsil edir - Aleksandr Kammel (Avstriya), Lela Krstevska (Makedoniya), Devid Kuper (Böyük Britaniya) və Qriqoris Koulbanisdir (İsveçrə).
Münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandıracaqdır. Birinci yerə layiq görülən filmlərə Qızıl mükafat – diplom və 2000 avro pul, ikinci yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, üçüncü yeri tutan filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcəkdir.
Festivalın ən yaxşı filminə isə “Qran-pri” - diplom, mükafat və 4000 avro pul təqdim olunacaqdır.
Noyabrın 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcəkdir. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi kimi məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” filmi nümayiş etdiriləcəkdir. Festivalın bağlanış mərasiminin isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulmuşdur.
Proqram və münsiflər heyətinin üzvləri haqqında daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.
Festivalın rəsmi sponsoru “Qarant Holdinq”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku” oteli, informasiya dəstəkçiləri İctimai Televiziya, “APA Holdinq” və day.az saytıdır. Festivalın təşkilatı işlərini “Azanfilm” studiyası həyata keçirir.

Gürcüstanda polis əməkdaşını döyərək, qulağını kəsiblər

Gürcüstan Daxili İşlər Nazirliyi Zuqdididə patrul polisi əməkdaşının vəhşicəsinə döyülməsinə münasibət bildirib.

 

DİN mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani hadisənin qisas zəminində baş verdiyini söyləyib.

“İmedi” telekanalının məlumatına görə, toyda iştirak edən polis əməkdaşı dostunun rəfiqəsini zorlamaq istəyib. N.Qiorqobiani dolayı yolla bu xəbəri təsdiqləyib: “Onun dostu ilə münaqişəsi olub və bu zəmində də döyülüb. Şahidlər və zərərçəkən qız var”.

Zorlama faktı təsdiqlənərsə, cinayət işi açılacaq.

Qeyd edək ki, noyabrın 12-də Zuqdididəki prezident rezidensiyasının yaxınlığında hərəkətdə olan avtobusdan polis əməkdaşı atılıb. O, soyundurulmuş vəziyyətdə, qan içində, ayaqları qırılmış və qulağı kəsilmiş olub.

Şəkidə fləşmob keçirilib - VİDEO

alt

 

Konstitusiya günü münasibəti ilə Şəkidə fləşmob keçirilib. “KanalS”-ə istinadən xəbər verilir ki, fləşmob Şəki Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bəxtiyar Vahabzadə adına Mədəniyyət və İstirahət Parkında Tələbə Gənclər Təşkilatı və Debat klubunun bir qrup üzvü tərəfindən reallaşıb. Fləşmobda iştirak edən 30-a yaxın gənc kitab oxuyub. Məqsəd gənc nəslin kitaba olan marağının yüksəldilməsi olub. İştirakçılar belə tədbirlərin gənclərin maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Yaşayış evində partlayış: xəsarət alan var

alt

 

Bakıda yaşayış evində partlayış olub.

Noyabrın 11-də saat 11.30 radələrində Sabunçu rayonu P.Məmmədov küçəsində yaşayan Gilər Murğuzova evində qaz sobası ilə ehtiyatsız davrandığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış G.Murğuzova xəstəxanaya yerləşdirilib.

Ermənilər Azərbaycan və Türkiyə bayrağını təhqir etdi- VİDEO

alt

Ermənilər Azərbaycan və Türkiyə bayraqları təhqir edib. 

Azərbaycanın işğal olunmuş torpaqlarında-Xankəndidə çəkilmiş kadrlarda hərbi təlim zamanı ermənilər hər iki ölkənin bayrağını hədəf kimi seçiblər.

Bulvarda atraksionlar pulsuz olacaq- VİDEO

alt

Sabah Milli parkın ərazisində fəaliyyət göstərən atraksionlar pulsuz olacaq. Pulsuz atraksionlar 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. 

Atraksionlar səhər saat 09:00-dan günorta saat 13:00-ə qədər pulsuz olacaq. 

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Milli Parkda bu cür tədbirlər ayda bir dəfə həyata keçirilir. Pulsuz atraksionların keçirilməsində məqsəd isə maddi vəziyyəti aşağı olan valideynləri sevindirməkdir. 

Pulsuz atraksionların keçirilməsini yaxşı hal hesab edən rəis müavini onu da bildirdi ki, bu addımı tez-tez atmaqda mümkün olmur. Beləki həftə sonu və bayram günləri Milli Parkda əhali sıx olur. Belə olan halda valideynlər və uşaqlar arasında anlaşılmazlıq yaranır. Ona görə də pulsuz atraksionların keçirilməsi həftə içi nəzərdə tutulur.

{youtube}VSHvpt2-iY4

Saytda Axtarış

Son xəbərlər