Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün420
DünənDünən1617
Bu həftəBu həftə9419
Bu ayBu ay40962
Bu günə qədərBu günə qədər7529179

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Prezident “BakuTel-2013” sərgisində

alt

Prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısına məlumat verib ki, sərgidə yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edir. 

Builki sərgidə 15 ölkə milli pavilyonu ilə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirir. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər. Həmçinin aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribüterlər də sərgidə təmsil olunurlar.
Diqqətə çatdırılıb ki, builki sərginin fərqli cəhəti Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.
Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdirilir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.

Prezident İlham Əliyev sərgi ilə tanışlıq zamanı “Euronews” televiziyasına müsahibə verib.

Dövlət başçısı milli və xarici pavilyonlarla tanış olub.
Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. 

Bələdiyyə binasında yanğın

alt

Samuxda bələdiyyə binasında yanğın olub.

Samux rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 11 km aralı) bələdiyyəyə məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli inzibatı binasında 1 ədəd pəncərə çərçivəsi 2 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rəsulzadənin heykəlinin eksklüziv görüntüləri- VİDEO

alt

ANS Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində heykəlinin eksklüziv görüntülərini əldə edib. Söhbət tanınmış heykəltəraş Ömər Eldarovun Heydər Əliyevin tapşırığı ilə başladığı və sonradan yarımçıq qalan əsərindən gedir. 

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində görülən işlərin sırasında onun heyklinin qoyulması məsələsi də gündəmə gəldi. Araşdırmamız zamanı məlum oldu ki, əslində hələ iyirmi il əvvəl Şərqdəki ilk Demokratik Respublikanın qurucusunun heykəlinin qoyulması üçün dövlət səviyyəsində göstəriş olub. O vaxt dövlət başçısı olan Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı sərəncam imzalayır. Sərəncamda heykəlin qoyulacağı yer də göstərilir. Heykəl indiki Kukla Teatrı ilə üzbəüz parkda qoyulmalı idi. Bütün işlərin həyata keçirilməsi üçün Məhəmməd Əmin Rəsulzadənin adına fond da yaradılır. Və fonda yığılmış vəsait hesabına sərəncamın həyata keçirilməsinə başlanılır. Heykəlin hazırlanması xalq rəssamı Ömər Eldarova tapşırılır. Ömər Eldarov tez bir zamanda heykəlin eskiz layihəsini düzəldir. 

Heykəltəraş Ömər Eldarov: “Bu heykəlin aşağısında silindrik formasında piltələr və pillələr olmalı idi. Ondan yuxarıda üzərində müstəqil respublikanın rəmzlərinin əks olunduğu postament qoyulacaqdı. Postamentin üzərində isə Məhəmməd Əmin Rəsulzadənin 20-ci illərin əvvəlindəki xarici görünüşünün əks olunduğu heykəl qoyulmalı idi. Burada o gənc enerjili yaraşıqlı kişi idi. 

Eskiz layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin işçi layihəsi də hazırlanıb. Hansı ki, iki metr olan bu içşi layihə heykəlin hazırlanması üçün əsas olmalı idi. 

Layihə də müvafiq qurumlar tərəfindən təsdiq olunur. Ümumi uzunluğu 11 metr olacaq heykəl üçün Rusiyanın Ural vilayətindən ağ mərmər də sifariş verilir. Lakin sonradan fondda pulun bitməsi əsas gətirlir və iş həmin mərhələdə yarımçıq qalır. O dövrdən 20 il keçməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublikanın qurucusunun heykəli hələ də qoyulmayıb. Amma prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam imzalaması, görüləcək işlər arasında onun heykəlinin qoyulmasını da istisna etmir. 

Elə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də bu eskiz layihə əsasında onun heykəlinin hazırlanmasını istəyir. 

Amma bu hələ ki istəkdir. Reallaşması isə Nazirlər Kabineti tərəfindən “Tədbirlər planı” hazırlandıqdan sonra məlum olacaq. 

Onu da qeyd edək ki, Ömər Eldarov deyib ki, mən qərar gözləyirəm. Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyəm.

Gültəkin Hacıbəyli: “Qadınlara qarşı zorakılığın artmasının səbəbi...“- VİDEO

alt

25 noyabrda Ümumdünya Qadınlara qarşı Zorakılıqla Mübariz günü qeyd olundu. 

Amma bütün dünya adətən noyabrın sonuncu həftəsini bu günə həsr edir. Azərbaycanda qadınların hüquqlarının pozulması ilə bağlı vəziyyət necədir? 

Son aylarda ölkəmizdə qadınlara qarşı zorakılığın artması halları nə ilə bağlıdır? 

Bütün bu suallara Kanal 13 internet televizyasının efirində Aynur İmranovanın təqdimatında cavab axtarılıb. Verilişin qonaqları keçmiş millət vəkili Gültəkin Hacıbəyli və Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovadır. Verilişi aşağıdakı linkdən izləyə bilərsiniz.

Ruhani Türkiyəyə gedir

alt

Xarici işlər naziri Əhməd Davudoğlu, İran prezidenti Ruhaninin dekabrın 17 –də Türkiyəyə səfər edəcəyini bildirib. 

O, twitterdə Qatar, Bəhreyn və İranı əhatə edən dörd günlük səfərini barədə qeydində bunu bildirib. Davudoğlu hər üç ölkədə çox məhsuldar müzakirələr apardığını qeyd edib. 

İranla ikitərəfli kontaktlara da toxunan xarici işlər naziri Davudoğlu “ İran prezidenti cənab Ruhani tərəfindən qəbul edildim. Hörmətli Ruhaniyə hörmətli Prezidentimiz və hörmətli Baş Nazirimizin mesajlarını çatdırdım. 17 dekabrda da özünün Türkiyəyə gəlməsini gözlədiyimizi bildirdim". 

Baş nazir əlavə olaraq qeyd edib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ikitərəfli əlaqələri və Suriya kimi regional məsələləri detallı şəkildə müzakirə ediblər. 

Davudoğlu , İran Məclis spikeri Əli Laricani ilə də görüşdüyünü ifadə edib: "İnanıram ki, nüvə razılaşmasından sonra Türk-İran əlaqələri iqtisadi cəhətdən irəliyə gedəcək". 

15 yaşlı qız abortdan öldü

alt

Rusiyanın Yekaterinburq şəhərinin 15 yaşlı sakini abortdan sonra dünyasını dəyişib. Hadisə yerli “Harmoniya” klinikasında baş verib. Bu barədə "Arqumentı i Faktı" məlumat yayıb. Klinikanın tibbi sənədlərinə əsasən əməliyyat uğurla keçib, lakin bundan sonra fəsadlar ortaya çıxıb. 

Qızı abort etdirmək üçün klinikaya anasının gətirdiyi bildirilir. Əməliyyat narkoz altında aparılıb. Əməliyyatçılar qızın xəstənin əməliyyat zamanı yoxsa ondan sonra öldüyünü araşdırır. 

Faktla bağlı araşdırma aparılır. Həddi-buluğa çatmamış şəxsin hamiləliyi və onun yaşadığı ailə şraiti vəziyyəti bir qədər də qəlizləşdirir.

Gürcüstan və Ermənistan sərhədində atışma - iki ölü

alt

Gürcüstan polisi dünən axşam iki nəfərin ölümü və bir nəfərin yaralanmasında təqsirli bilinən 6 nəfəri həbs edib. Bu barədə məlumatı Gürcüstan DİN-nin mətbuat xidməti yayıb. 

Məlumata görə həmin şəxslər noyabrın 25-də yerli vaxtla 19.00 radələrində “Sadaxlı” Gürcüstan-Ermənistan sərhəd keçid məntəqəsində “makarov “ tipli tapançadan atəş açaraq, 3 Gürcüstan vətəndaşını vuraraq, hadisə yerindən qaçıblar. 

Xəstəxanaya çatdırılan 3 nəfərdən ikisi həyatını itirib. Hadisədən bir neçə dəqiqə sonra həmin şəxslər magistral yolda saxlanaraq həbs olunub. Onların üzərindən silah götürülüb. 

Moskva polisi azərbaycanlıların evlərinə hücum etdi

altRusiya paytaxtında miqrantlara qarşı həyata keçirilən tədbirlərə biri də əlavə olunub. Lybliyanodakı “Xlebnikov” bazarı bağlandıqdan sonra bu ərazidə yaşayan azərbaycanlıların vəziyyəti xüsusilə ağırlaşıb. Həmyerlilərimizin əsasən bu ərazidə yaşadığını nəzərə alsaq, polisin inzibati tədbirlərini məhz soydaşlarımıza təsirsiz ötüşmədiyini söyləmək olar. 
Məlumata görə, paytaxtın Petrovski-Razumovski rayonunun Zarya küçəsində polis artıq miqrantların evində axtarış aparmağa başlayıb. Kütləvi şəkildə aparılan axtarışlarda həmin evlərdə yaşayan miqrantlar polis bölmələrinə aparılır. Sənədlərin yoxlanması adı altında aparılan axtarışlarda əsas məqsəd miqrasiya qanunvericiliyinə əməl edilməsi vəziyyətinin araşdırlması deyil, miqrantlardan pul toplanmasıdır.
Belə ki, soydaşlarımız aparıldıqları polis idarəsində onlardan pul alındığını və ancaq bundan sonra sərbəst buraxıldıqlarını bildirblər. Eyni zamanda qeyd olunub ki, bu, soydaşlarımızın kütləvi yaşadığı ərazilərdə daha çox müşahidə olunur.

Skinhedlərə qarşı “Qafqaz qruplaşması” yaradıldı - QİSAS

alt

Moskvada Yeqor Şerbakov adlı gəncin öldürülməsindən sonra miqrantlara qarşı həyata keçirilən geniş əməliyyat skinhedləri daha da fəallaşdırıb. 

Polis və miqrasiya xidmətinin hər gün ölkənin müxtəlif bölgələrində apardığı reydlər zamanı saxlanan çox sayda miqrantın ölkədən deportasiya edilməsi, eyni zamanda miqrnatlara qarşı skinhedlər tərəfindən zorakılıq hallarının artması Şimalı Qafqaz və Dağıstandan gedən miqrantların da kriminal təşkilatlanmasına səbəb olub. 

Xüsusilə 2 gün əvvəl Moskva metrosunda Dağıstandan olan bir miqrantın hamının gözü qarşısında güllələnməsindən sonra təşkilatlanma prosesini daha da sürətləndiyi bildirilir. 

Artıq Moskva da daxil olmaqla Rusiyanın bir neçə şəhərində özünü “Qafqaz qruplaşması” adlandıran dəstələr yaradılıb. Bu qruplaşmaya Dağıstan və Şimal Qafqaz respublikalarından olan əsasən gənclər daxil olurlar.

“Qafqaz qruplaşma”nın yaradılmasında məqsəd miqrantlara qarşı zorakılıq hallarının qarşısını almaq, belə hərəkətə yol verən skinhedləri cəzalandırmaqdır. 

Artıq “Qafqaz qruplaşması” üzvlərinin skinhedlərə hücumu ilə bağlı bir neçə fakt qeydə alınıb. Qruplaşma üzvləri miqrantlara qarşı zorakılıq nümayiş etdirənləri cəzalandırsalar da, hadisələr arasında ölüm faktı qeydə alınmayıb. 

Mənbə bildirir ki, skinhedlərə qarşı əməliyyatlar əsasən gecə vaxtları həyata keçirilir.

Gülər Əhmədovanın ürəyi getdi, proses təxirə salındı

alt

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilməli olan proses başlamazdan əvvəl Gülər Əhmədovanın vəziyyəti pisləşib, ürəyi gedib. O, məhkəmə nəzarətçilərinin köməyi ilə zaldan çıxarılıb. Sonra məhkəməyə təcili yardım çağırılıb.

Bir müddət sonra hakimlər zala daxil olublar. Onlar Gülər Əhmədovanın vəziyyəti pisləşdiyi üçün prosesin noyabrın 25-nə təxirə salındığını bildiriblər.

Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.

Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Azərbaycanda Ümumdünya Uşaqlar Günü qeyd edildi

alt

Gənclər üçün Təhsil Mərkəzi bu gün Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamentinin (UNDPI) Azərbaycandakı nümayəndəliyi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə Ümumdünya Uşaqlar Günü münasibəti ilə tədbir təşkil edilib.

Sumqayıt şəhər Uşaqların və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində keçirilmiş tədbirin əsas məqsədi ictimaiyyəti bu günün əhəmiyyəti, uşaqların cəmiyyətimizdə önəmli yeri və onlara qayğının vacibliyi haqqında məlumatlandırmaq, o cümlədən fiziki qüsurlu uşaqlara vətəndaş cəmiyyətinin diqqətini artırmaq və sosial inteqrasiyası prosesinə dəstək olmaq idi.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Ümumdünya Uşaqlar Günü 1954-cü ildə təsis edilib. Bu gün dünyada birlik və uşaqlar arasında anlaşma günüdür.

20 noyabr həmçinin 1959-cu ildə BMT Baş Assambleyasının “Uşaq hüquqları haqqında Bəyannamə” və 1989-cu ildə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi ilə əlamətdardır.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ideya və məqsədlərini yaymaq və dünya uşaqlarının firavan həyat sürmələrinə həsr olunur.

AMEA doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqlayıb

altAzərbaycan Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqlayıb.


APA-nın xəbərinə görə, bu barədə AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

O bildirib ki, noyabr ayının 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayının 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabr ayının 25-dən isə qəbul imtahanları başlayacaq: “Akademiyada doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılmışdır. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub”.

Saytda Axtarış

Son xəbərlər