Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün457
DünənDünən1617
Bu həftəBu həftə9456
Bu ayBu ay40999
Bu günə qədərBu günə qədər7529216

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Fəvvarələr meydanı polis mühasirəsində- AKSİYA HƏYƏCANI

alt

Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır.

Sosial şəbəkələrdəki bu gün Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib.

Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər.

Eyni zamanda "Azadlıq" meydanında da post-patrol maşınları keşik çəkir.

Fəvvarələr meydanının polis mühasirəsində olduğu söylənilir.

Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar.

Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək.

“Jiquli“ “Mercedes“lə toqquşdu,ölən var

alt

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə saat 17-radələrində Xəzər rayonu, Qala qəsəbəsində baş verib. Qala yolu kimi tanınan ərazidə iki maşın - "VAZ 21011" və "Mercedes C klass" markalı maşınlar toqquşub. 
Qəza nəticəsində "Jiquli"nin sərnişinlərindən olan yaşlı kişi ölüb. Avtomobildə olan daha iki sərnişin isə yaralanıb. 
İlkin ehtimala görə, qəzaya səbəb "Mercedes" markalı maşının digər avtomobilin yoluna çıxması olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəzər üzərində qəribə bədheybət – Video

alt

1967-ci ilin avqust ayında Amerikanın kəşfiyyatçı peyki Yerə sensasiyalı şəkillər göndərib. 

Şəkildə təyyarəyə bənzər böyük aparat təsvir olunub. Onun uzunluğu 100 metr, ağırlığı 500 ton olub və o, Xəzər dənizinin üzərində 500 km/s sürətlə hərəkət edib. 

Pentaqon analitikləri bu obyekti “Xəzər qulyabanısı” adlandırır. Bu cür texnikanın yaranması Sovetlər Birliyini dəniz supergücü edib. O vaxt suyun müqavimətinə görə gəmilərin sürəti çox aşağı olub.

Rus alimi Alekseyevin ağlına bütün situasiyanı dəyişəcək bir ideya gəlir. O, təklif edir ki, gəmilərə sualtı qanad qoyulsun. 

Konstruktorun bu yeniliyi suyun müqavimətini azaldaraq gəmilərin sürətlə hərəkət etməsinə səbəb olub. Sürəti daha da artırmaq üçün onun ağlına daha da möhtəşəm bir fikir gəlir. Bunun üçün gəmiləri ümumiyyətlə, suyun üzünə qaldırmaq lazım idi. Öz layihəsini həyata keçirmək üçün Xruşşovdan razılıq alandan sonra o, təcrübə aparmaq üçün nəzərlərdən uzaq tənha bir yer tapmalı idi. Nəticədə o, Çikalovsk şəhərciyini seçir. 

Maket gəmi 4 il sonra hazır olur. Birinci sınağın Xəzər dənizində 1967-ci ildə keçirilməyi planlaşdırılırdı. Əməliyyat gizli sayıldığından onu Volqa çayı ilə Xəzərə bir aya gətirirlər. Lakin bu əməliyyat ancaq SSRİ əhalisi üçün gizli sayıla bilərdi, çünki ABŞ-ın artıq bu qəribə super qurğudan xəbəri var idi və onu araşdırmaq üçün artıq qrup da yaradılmışdı. 

“Xəzər qulyabanısı” bütün ekranoplanların prototipi idi. Ekranoplanlar radara düşmürdü və minalanmış zonalardan rahat keçə bilirdi. Hələ ki, heç bir ölkə Alekseyevin uğurunu təkrarlaya bilməyib.

Ded Xasanın killeri bəraət aldı

alt

Kriminal aləmin xaç atası Ded Xasanın klanının killer qrupuna aid olduğu bildirilən Oleq Topolov məhkəmədə bəraət alıb. 

2013-cü il mayın 7-də həbsxanadan qaçması ilə diqqətləri üzərinə cəlb edən O.Topolov “Rosbtormet” şirkətinin sahibi Yuri Zvezdoçkinin ölümündə təqsirləndirilib. 

Rostov-Donda məhkəmə Topolova adıçəkilən cinayətdə iştirak etmədiyini bildirərək ona bəraət verib. 

Topolovun vəkili İqor Gerasimovun sözlərinə görə, Topolovun günahlandırıldığı cinayətdə killerlər iş adamını və onun mühafizəçisini maşından çıxarkən güllələyib. 

Bundan sonra Olqe Topolov iş adamının ölümündə təqsirləndirilərək həbs edilib. Tədqiqatçılar belə hesab edib ki, Oleq Topolov məşhur killerləri ətrafına toplayan Dmitri Lesnyakovun dəstəsinə daxil olub. 

Son zamanlar isə bu qruplaşma Ded Xasanın klanının maraqlarını müdafiə etməyə başlayıb. İstintaq qrupu artıq 10 ildir ki, Dmitri Lesnyakovun killer dəstəsinin işini araşdırır və zaman-zaman dəstənin hansısa üzvü həbsə göndərilir. 

Topolovun da işinə Moskvada baxılıb, ancaq daha sonra əsas işdən ayrılaraq, Rostova göndərilib. Məhkəmədə isə Topolova qarşı ittihamların əsasının olmadığı bəyan edilib. Topolov birbaşa məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Topolova qarşı saxlandığı istintaq təcridxanasından qaçdığına görə də ittiham irəli sürülüb. Ancaq onun bəraət alması ilə bu ittihamın da ləğv edilməsi gözlənilir. 

Qaçdıqdan sonra Topolovun axtarışına 100 ən təcrübəli xəfiyyə cəlb edilib. Ancaq onun səhəri gün İzmayılovski parkında DİN-in iki əməkdaşı saxlayıb. Məlum olub ki, Topolov qaçdıqdan sonra getməyə yer tapmayıb və qaçdığı zaman ayağı burxulub. Topolovu saxladığına görə hər polis əməkdaşına 100 min rubl mükafat verilib. 

Gürcüstanda adam oğurluğu maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulmuşdur

Gürcüstanda adam oğurlamaqda təqsirli bilinən şəxs Azərbaycanda yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Gürcüstan Cinayət Məcəlləsinin 140-cı və 143-cü maddələri (adam oğurluğu) ilə axtarışda olan Şirxan Əmiraslanov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Ombudsman əlillərin dostu hesab edildi

alt

Azərbaycan ombudsmanı "Əlilliyi olan şəxslərin dostu" mükafatına layiq görülüb. 

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi və təmininə yönəlmiş fəaliyyətində dövlət qurumları, ictimaiyyətin nümayəndələri, vətəndaş cəmiyyəti və KİV ilə, həmçinin beynəlxalq təşkilatlarla qarşılıqlı, sıx əməkdaşlığa əsaslanır. Çoxşaxəli fəaliyyəti həmin qurumlar tərəfindən dəfələrlə yüksək dəyərləndirilən müvəkkil müxtəlif nominasiyalar üzrə mükafatlara, Fəxri diplomlara layiq görülüb.

Bu günlərdə Əlil Təşkilatları İttifaqı əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, fiziki infrastrukturun onlar üçün müyəssər olması sahəsində real işlər gördüklərinə və müvafiq lobbiçilik fəaliyyəti həyata keçirdiklərinə görə ictimaiyyətin yaxşı tanıdığı və dəyərləndirdiyi bir qrup dövlət xadimi və ictimai xadimi "Əlilliyi olan şəxslərin dostu" mükafatı ilə təltif edib. Azərbaycanın insan hüquqları üzrə müvəkkili E.Süleymanova da həmin mükafata layiq görülüb.

Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirildi

alt

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) növbəti dəfə "Qanın milləti yoxdur" adlı donor aksiyası keçirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub. Əcnəbi tələbələrinin də qatıldığı aksiyada 300-ə yaxın insan qan verib.

Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da talassemiya və hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi layihəsinin bir hissəsidir. Səhər saatlarından başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, RAGT üzvləri qoşulublar.

RAGT-in nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, qanvermə aksiyasının donorlar üçün faydası ilk növbədə özlərinin sağlamlıqları barədə məlumat əldə etmələri, digər tərəfdən isə qana ehtiyacı olanlara yardım edib, xeyriyyə işi görməkdir.

Aksiyadan sonra institutun hematologiya kafedrasında brifinq keçirilib. Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Pyotr Litvitskiy, transfuzioloqiya kafedrasının müdiri Əliheydər Rəhimov, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Mərakeş Krallığının Rusiyadakı səfirinin müşaviri Abdelqani Keraun humanitar aksiyaya gənclərin marağını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, son 6 ildə RAGT əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.

Azərbaycanda rüşvət verənlər də həbs olunacaq

alt

Azərbaycanda rüşvət vermə ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi və yeni cəzaların tətbiq olunması gözlənilir.

Bununla bağlı Cinayət Məcəlləsinin 312-ci maddəsinə əlavə və dəyişiklik təklif olunur.

Əlavə və dəyişikliyə əsasən könüllü və ya hədə-qorxu nəticəsində rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb ediləcəklər. Yeni layihəyə əsasən mövcud maddədən aşağıdakı qeyd çıxarılacaq:

“Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.

Əvəzində isə maddəyə yeni əlavə olunacaq bənddə çıxarılan müddəalar cinayət məsuliyyəti kimi tətbiq olunacaq, cəzaların dərəcələri isə layihə müzakirəyə çıxarılan zaman məlum olacaq.

““Azadlıq” meydanında aksiyaya imkan verilməyəcək“- Rəsmi

alt

“Azadlıq” meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.

Bu barədə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də “Azadlıq” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb. 

Tbilisidə qasırğa - 15 min abonent qazsız qaldı

alt

Bu gün Tbilisidə şəhər qaz kəmərində baş vermiş qəza nəticəsində 15 min abonent qazsız qalıb.
Tbilisi Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, qaz kəmərində qəza güclü küləyinin ağacı yıxması nəticəsində olub.
Yekunda qaz güclü təzyiq altında çıxmağa başlayıb. Zərər görmüş qaz kəmərinin yanındakı uşaq bağçasındakı uşaqlar və əməkdaşlar təcili olaraq təxliyyə edilib.
Qəza xidməti əməkdaşları hadisə yerinə gəlsə də, qazın verilişinin nə vaxt bərpa ediləcəyi hələlik bilinmir.
Qeyd edək ki, bu gün Tbilisidə hava kəskin soyuyub və temperatur +15 dərəcədən 0-dək enib.
Qasırğa, eyni zamanda, Gürcüstanın qərbində içərisində türkiyəli turistlərin olduğu sərnişin avtobusuna da ziyan vurub. Belə ki, Rikoti aşırımında avtobusun üzərinə yarım tonluq qaya düşüb, nəticədə iki türkiyəli turist xəsarət alıb.
Sinoptiklər isə axşamadək küləyin sürətinin azalacağını vəd edirlər. Lakin əlverişsiz hava şəraiti dekabrın 5-dək davam edəcək.

Bakıdakı yol qəzasında Gürcüstan vətəndaşı ölüb

Bakı şəhərində baş verən yol qəzasında Gürcüstan vətəndaşı ölüb. Dekabrın 2-də saat 19 radələrində Xəzər rayonunda, Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Əsədullah İlyasov idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Lalaxanım Tağıyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb

Ordumuzun əsgəri yaralandı

alt

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Saytda Axtarış

Son xəbərlər