Dalga Televiziyasi Ataya girov oğlu ilə görüşmək imkanı verildi - VİDEO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün639
DünənDünən1345
Bu həftəBu həftə11669
Bu ayBu ay8947
Bu günə qədərBu günə qədər7497164

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ataya girov oğlu ilə görüşmək imkanı verildi - VİDEO

alt

İki aya yaxındır Ermənistan tərəfindən girov saxlanılan Allahverdi Pələngova İrəvanda oğlu ilə görüşmək üçün icazə verilib. Kənan Pələngovu Gürcüstan Ermənistan sərhəddində xüsusi konvoy qarşılayaraq İrəvana aparıb. Gürcüstan vətəndaşı olduğu üçün Kənan Pələngovun Ermənistan sərhədçiləri ilə bağlı hər hansı problem olmayıb.

İtkin düşənin oğlu, Kənan Pələngov: “Görüşdük, yemeyimizi verdik yaxşıdı. Yeməyi içməyi yatmağı qalmağı hər şeyi normal idi. Soruşdular hara gedirsən dedim atamı tutublar ona yemək aparıram görüşməyə gedirəm. Bizi orda Georgi Vanyan gəldi qarşıladı, nə lazımdı atamın vəkili kimdir öyrəndi dedi onuda gördük söbət elədik, bu yaxınlarda 10-15 günə məhkəmə olacaq məhkəmədə görək ya iş verərlər yada cərimə ilə alınar yəqin ki”. 

Allahverdi Pələngov İrəvanda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasındakı kamerada üç erməni məhbus ilə birlikdə saxlanılır. Ermənistan qanunvericiliyinə görə sərhədi pozan şəxs 2 ay cəza çəkmə mərkəzində qaldıqdan sonradan məhkəmə işi başlanılır. Erəmənistanda Pələngovun müdafiəsini həyata keçirən Qeyri Hökümət Təşkilatının sədri Georgi Vanyan Pələngovun azad ediləcəyinə ümid etdiyini dedi. 

QHT sədri, Giorgi Vanyan: "Mən Ermənistanın Milli Təhlükəsizlik İdarəsinin rəisi ilə görüşdüm, daha sonra həm Ermənistan, həm də Gürcüstanın Xarici İşlər və Ədliyyə Nazirləri ilə danışıqlar aparılıb. Biz indi imza toplayırıq həm Ermənistan həm də Gürcüstan tərəfindən hardasa 30-a yaxın qurumdan imza toplamışıq".

Qeyd edək ki, Pələngovun məhkəməsində vəkillə yanaşı onun qohumlarının da iştirakına icazə veriləcəyi gözlənilir.

Saytda Axtarış

Son xəbərlər