Dalga Televiziyasi Prezident yeni tədris korpusunun açılışında iştirak edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1343
DünənDünən1228
Bu həftəBu həftə1343
Bu ayBu ay10879
Bu günə qədərBu günə qədər7499096

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident yeni tədris korpusunun açılışında iştirak edib

alt

Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılışında iştirak edib. 


Prezident Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verərək bildirib ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunub, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib. Dövlət başçısı sinif otaqlarına, idman və iclas zallarına baxdı, buradakı şəraitlə maraqlanıb. Sonra İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub.

Saytda Axtarış

Son xəbərlər