Dalga Televiziyasi Bakıda avtomobilə atəş açan şəxs saxlanıldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün506
DünənDünən1775
Bu həftəBu həftə5976
Bu ayBu ay54672
Bu günə qədərBu günə qədər7482006

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda avtomobilə atəş açan şəxs saxlanıldı

alt

Biləcəri qəsəbəsi ərazisində yük avtomaşınına atəş açmış şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Əli Abdullayev xuliqanlıq zəminində Bakı şəhər sakini Elşən Soltanova məxsus "Mercedes" markalı yük avtomaşını istiqamətində ov tüfəngindən 3 dəfə atəş açıb. Nəticədə avtomaşının şüşələri sınıb, xəsarət alan olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olan "Ata Arms NEO 12" markalı ov tüfəngi götürülüb.

Saytda Axtarış

Son xəbərlər